Məhkəmə qərarları › İş №2-1(112)-2948/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2948/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2948/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Qələndər oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı elektrik xəttinin onlara məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Qələndər oğlu cavabdeh "xxxx" ASC-yə qarşı elektrik xəttinin onlara məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 Qələndər oğlunun xüsusi mülkiyyətindədir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Qələndər oğlu evdə olmadığı müddətdə cavabdeh "Azərişıq” ASC-nin əməkdaşları özbaşına onun şəxsi mülkünün ərazisinə daxil olmuş və qonşu ev istiqamətdə "xxxx" tikinti şirkəti tərəfindən inşa edilən yaşayış kompleksinə yüksək cərəyanlı elektrik xətti çəkmişdirlər. Həmin elektrik xətti heç bir təhlükəsizlik norması gözlənilmədən yaşayış evinə bitişik çəkilmişdir. Bu isə uzun müddətdir ki, iddiaçıların və onun ailə üzvlərinin həyat və sağlamlığı üçün təhlükə yaradır. Ailə üzvlərinin həyat və sağlamına təhlükə yaratdığına, mülkiyyət hüququnun sərbəst həyata keçirilməsini məhdudlaşdırdığına, maneələr yaratdığına görə və həmçinin elektrik xəttlərinin layihələşdirməsi ilə bağlı texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı üçün qeyd olunan elektrik xəttinin xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılması üçün dəfələrlə cavabdehə müraciət olunsada, lakin cavabdeh öz vəzifə funksiyalarını yerinə yetirməmiş və heç bir tədbir görməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti”nin Nizamnaməsinin 3.1- ci bəndinə əsasən cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi- texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Nizamnamənin 3.2.7-ci yarımbəndinə əsasən Cəmiyyətin elektrik qurğularının texniki təhlükəsizliyinin, həmçinin elektrik şəbəkəsinin fəaliyyətini təmin edən proqram və texniki vasitələrin təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsi ASC-nin vəzifələrinə aiddir. Göründüyü kimİ, cavabdeh "xxxx" ASC Azərbaycan Respublikası Nazirlər Kabineitnin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarının tələblərini pozaraq öz vəzifə funksiyalarını yerinə yetirməmişdir. Sonradan iddiaçıların nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək elektrik xəttinin iddiaçılara məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçılara vurulmuş mənəvi ziyana görə 5000 (beş min) manat pulun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 Qələndər oğlunun xüsusi mülkiyyətindədir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Qələndər oğlu evdə olmadığı müddətdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları özbaşına onun şəxsi mülkünün ərazisinə daxil olmuş və qonşu ev istiqamətdə "xxxx" Tikinti şirkəti tərəfindən inşa edilən yaşayış kompleksinə yüksək cərəyanlı elektrik xətti çəkmişdirlər. Həmin elektrik xətti heç bir təhlükəsizlik norması gözlənilmədən yaşayış evinə bitişik çəkilmişdir. Bu isə uzun müddətdir ki, iddiaçıların və onun ailə üzvlərinin həyat və sağlamlığı üçün təhlükə yaradır. Ailə üzvlərinin həyat və sağlamına təhlükə yaratdığına, mülkiyyətin hüququnun sərbəst həyata keçirilməsini məhdudlaşdırdığına, maneələr yaratdığına görə və həmçinin elektrik xəttlərinin layihələşdirməsi ilə bağlı texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı üçün qeyd olunan elektrik xəttinin xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılması üçün dəfələrlə cavabdehə müraciət olunsa da, lakin cavabdeh öz vəzifə funksiyalarını yerinə yetirməmiş və heç bir tədbir görməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki,dəfələrlə müraciət etdiyi halda cavabdeh uzun müddət insanların həyat və sağlamlığı üçün təhlükəli elektrik xəttini ərazidən çıxartmadığı üçün iddiaçı və ailə üzvləri daimi psixoloji gərginlik altında olmuş, iddiaçının psixoloji və mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıya məxsus Xətai rayonu, Mahmud İbrahimov küçəsi, ev 28 A ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən Xətai RETSİ-nin İstismar Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə təmir bərpa işləri aparılaraq 1466 saylı KTM-dən 0,4 kV-luq kabel xətti köçürülmüşdür. Hazırda həmin ərazidən yüksək gərginlikli kabel xətləri keçmir. Xəttin köçürülməsi aktla rəsmiləşdirilmişdir. Akt və foto şəkillər etiraza əlavə edilmişdir. Məhkəmənin 2-1(112)-2948/2023 saylı 18 aprel 2023-cü il tarixli qərardadı ilə iddia tələbinə “elektrik xəttinin iddiaçılara məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin ərazisindən çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində xitam verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili dəqiqləşmiş iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçılara məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin fərdi yaşayış evinə qonşu ev istiqamətdə "xxxx" Tikinti Şirkəti tərəfindən inşa edilən yaşayış kompleksinə yüksək cərəyanlı elektrik xətti çəkmişlər. İddiaçılar həmin elektrik xəttinin götürülməsi ilə bağlı ilk öncə cavabdehə müraciət etmişlər, müraciətləri təmin edilmədiyindən sonradan məhkəməyə müraciət etmişlər. Məhkəmə icraatının gedişatında cavabdeh tərəfindən iddiaçıların tələbi təmin edilərək, mübahisəli kabel xətti köçürülmüşdür. İddiaçılar hazırda onlara cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyan dəydiyini bildirərək, cavabdehdən mənəvi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə iddiaçının tələbi ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (1100-cü maddə). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı: 1-ci bənd. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, ididaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə tərəfindən yuxarıda sadalanan qanunvericiliyin normalarının işin faktiki hallarına tətbiq edilməsi nəticəsində isə iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməmişdir. Bununla bağlı, iddiaçılar tərəfindən də, məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və X1 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar