Məhkəmə qərarları › İş №2-1(112)-2949/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2949/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2949/2023 19.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası X5nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı “daxili müsahibədə iştirakın qeydiyyata alınması və qeydiyyata icazə verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdir müavini vəzifəsinin tutulması ilə bağlı daxili müsahibədə iştirakının qeydiyyata alınması və qeydiyyatına icazə verilməsi öhdəliyinin Azərbaycan Respublikası X5nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(112)-2974/2022 saylı qərarına əsasən İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə məsləhətçi vəzifəsində, xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilə qədər həmin Departamentdə kadrlar üzrə baş məsləhətçi vəzifəsində, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin X6 resursları və sənədlərlə iş şöbəsində kadrlar üzrə baş məsləhətçi vəzifəsində, inzibati vəzifələr üzrə 13 il, 1 ay dövlət qulluğunun stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi və onun dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (mətndə- AR ETSN) üzərinə qoyulması qərara alınmışdır. İddiaçı 30 iyun 2022-ci il tarixli daxili müsahibə elanları üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin inkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdir müavini vəzifəsinin tutulması məqsədi ilə qeydiyyatdan keçmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. 1-5-ci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinciyeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 31 may 2021-ci il 340-VİQD nömrəli qanunun 2.1-ci maddəsinə uyğun olaraq 2021-ci ilin iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanuna uyğun olaraq, dövlət qulluğuuna qəbul edilmiş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvələr azı 10 il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifaktı” almış dövlət qulluqçularına bərabər tutulurlar. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 28-1-ci maddəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş dövlət qulluqçularına onlar daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda tətbiq edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları müddətsiz “Dövlət qulluğu sertifaktı” almış dövlət qulluqçularına bərabər tutulurlar. İddiaçı xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində inzibati vəzifə üzrə dövlət qulluğuna qəbulu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmaqla müsabiqədə iştirak etmədən həyata keçirmişdir. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın imtinası tam qanunsuz və əsassızdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, 2-1(112)-2974/2022 saylı qərarı ilə İddiaçı 13 il, 1 aylıq dövlət qulluğu stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilmişdir. Bügünkü gündə İddiaçı dövlət qulluqçusudur və onun inzibati vəzifələr üzrə 13 il, 1 ay dövlət qulluğu stajının olması təsdiqlənmişdir. Qanunvericiliyin tələbinə əsasən işlədiyi dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. Lakin iddiaçı dövlət qulluqçusu olmasına baxmayaraq, xx.xx.2022-ci il tarixli daxili müsahibə elanları üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdir müavini vəzifəsinin tutulması üçün qeydiyyata alınmaması əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətində Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdirinin müavini vəzifəsinin tutulması məqsədilə xx.xx.2022-ci il tarixdə elan edilmiş daxili müsahibədə iştirakla bağlı müraciət etmişdir. Qeyd edilən vəzifənin tutulması şərtlərində “Təhsilə dair tələblər” kimi təbiət ixtisasları qrupu, kənd təsərrüfatı ixtisasları qrupu, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, humanitar və sosial ixtisaslar qrupu, ekologiya mühəndisliyi, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi ixtisasları üzrə ali təhsil, “İş stajına dair tələblər” kimi dövlət qulluğunda struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə minimum 3 il iş stajı və yaxud struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə minimum 5 il iş stajı müəyyən edilmişdir. Müsahibədə iştirakla bağlı müraciət etmiş şəxslərin ilk növbədə daxili (ümumi) müsahibələrdə iştirak etmək hüququnun olubolmaması araşdırılır, bu hüququ olduğu halda vakant vəzifənin tutulması şərtlərinin tələblərinə (“Təhsilə dair tələblər”, “İş stajına dair tələblər” və s.) cavab verib-vermədiyi müəyyən edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin İİ hissəsinə əsasən 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü - yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununun keçid müddəalarına uyğun olaraq 2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (yəni 10 avqust 2016-cı il tarixədək) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş (2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər istisna olmaqla) və on ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat əldə etməlidirlər. Qeyd edilənlərdən göründüyü kimi dövlət orqanlarında daha yüksək vakant inzibati vəzifələrin tutulması ilə bağlı elan edilmiş ümumi və daxili müsahibələrdə iştirak etmək üçün dövlət qulluqçusu eyni zamanda dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq qəbul edilmiş olmalıdır. “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq dövlət qulluğuna qəbul olunma dedikdə isə həmin Qanunun 28.1-ci maddəsində nəzərdə tutulmuş müsabiqə vasitəsilə dövlət qulluğuna qəbul nəzərdə tutulur. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. İddiaçı xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində inzibati vəzifə üzrə dövlət qulluğuna qəbulu isə “Dövlət qulluğu haqqında” Qanunun tələbləri pozulmaqla - müsabiqədə iştirak etmədən həyata keçirilmişdir. Azərbaycan Respublikasının X5 tərəfindən aparılan məlumat bazalarında onun dövlət qulluğuna qəbul edilərkən müsabiqədə iştirak etmədiyi müəyyən edilmişdir. İddiaçı dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyi və dövlət qulluğuna dair qanunvericiliyə 31 may 2021-ci il tarixdə edilmiş dəyişikliklərdən sonra bu kateqoriyadan olan şəxslərin ümumi və daxili müsahibələrdə iştirakı istisna edildiyi üçün onun daxili müsahibədə iştirak etmək hüququ yoxdur. Bu səbəbdən İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətində Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdirinin müavini vəzifəsinin tutulması məqsədilə xx.xx.2022-ci il tarixdə elan edilmiş daxili müsahibədə iştirakla bağlı qeydə alınmamışdır. İddiaçı tərəf iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə təqdim etdiyi sonuncu ərizəsində tələbin İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdir müavini vəzifəsinin tutulması ilə bağlı daxili müsahibədə iştirak etmək üçün sənədlərin qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası X5nin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikası X5 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətində Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdirinin müavini vəzifəsinin tutulması məqsədilə xx.xx.2022-ci il tarixdə elan edilmiş daxili müsahibədə iştirakla bağlı müraciət ərizəsinə baxılaraq iddiaçının xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində inzibati vəzifə üzrə dövlət qulluğuna qəbulunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla - müsabiqədə iştirak etmədən həyata keçirildiyi, Azərbaycan Respublikasının X5 tərəfindən aparılan məlumat bazalarında iddiaçının dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirakının qeydə alınmadığı, həmçinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 2974/2022 nömrəli qərarına əsasən iddiaçının xx.xx.2008-ci ildən xx.xx.2021-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində inzibati vəzifələr üzrə 13 il, 1 ay dövlət qulluq stajının etibarlı dövlət qulluğu münasibətininin mövcudluğu müəyyən (təsdiq) edilsə də, həmin qərarda onun vakant vəzifələrin tutulması ilə bağlı elan edilmiş müsahibələrdə iştirakının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının X5 üçün hər hansı bir öhdəlik müəyyən edilmədiyi, eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilməsi faktının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul edilməyə bərabər hesab edilib-edilməməsi məsələsinə münasibət bildirilmədiyi qeyd olunaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2949/2023 saylı qərarından görünür ki, İddiaçı iddiası təmin edilərək, xx.xx.2008-ci ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə məsləhətçi vəzifəsində, xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentində kadrlar üzrə baş məsləhətçi vəzifəsində, xx.xx.2020-ci ildən xx.xx.2021ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin X6 resursları və sənədlərlə iş şöbəsində kadrlar üzrə baş məsləhətçi vəzifəsində, inzibati vəzifələr üzrə 13 il, 1 ay dövlət qulluq stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən (təsdiq) edilmiş və onun dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulmuşdur. Qərar mübahisələndirilməmiş, qanuni qüvvəsini almışdır. - Məhkəmənin sorğusuna cavab olaraq verilmiş cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilməsi səbəbindən o, AR ETSN Meşələrin İnkişafı Xidmətində Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdirinin müavini vəzifəsinin tutulması məqsədilə xx.xx.2022-ci il tarixdə elan edilmiş daxili müsahibədə iştirakla bağlı qeydə alınmadığı bildirilmişdir. Məktuba iddiaçının müsahibədə iştirakı ilə bağlı ali təhsil haqqında sənədlərinin və əmək kitabçasının surətləri əlavə edilmişdir: - Gəncə Elm Təhsil Mərkəzi Azərbaycan Aqrar Ekologiya İnstitutu tərəfindən verilən A№021573 saylı, 123 qeydiyyat nömrəli diplomunun surətindən görünür ki, İddiaçı “Aqrar mühəndislik aqrar istehsalatın texnologiyası” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi əldə etmişdir. - xx.xx.2013-cü il tarixdə Dövlət Atetestasiya Komissiyasının xx.xx.2013-cü il tarixli Qərarı ilə təsdiq edilən Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən verilən A№029714 saylı, 257065 qeydiyyat nömrəli Diplomunun surətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət Aqrar Universitetinin “aqronomluq” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi əldə etmişdir. - xx.xx.2005-ci il tarixdən doldurulmağa başlanmış iddiaçının ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarxdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin meşələrin qorunub saxlanması və təkrar istehsalı Fondunda kompüter operatoru vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarxdə Meşələrin İnkişafı Departamenti-X1 Mühafizəsinin və X4 Təşkili Şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarxdə Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə məsləhətçi vəzifəsi müvəqqəti həvalə edilmiş, xx.xx.2008-ci il tarixdə kadrlar üzrə məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixdə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2014-cü il tarixdə İİİ dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2015-ci il tarixdə Departamentə kadrlar üzrə baş məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə İİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2020-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinə kadrlar üzrə baş məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə İ dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2021-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin kadrlar üzrə baş məsləhətçisi vəzifəsinə müvəqqəti olaraq təyin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2949/2023 saylı qərarına əsasən inzibati vəzifələr üzrə qulluq stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2021-ci il tatrixli, 676/K nömrəli əmri ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdə Meşələrin İnkişafı Xidmətinin X6 Resursları və Sənədlərlə iş Şöbəsinin müdir müavini vəzifəsi müvəqqəti olaraq həvalə edilmişdir. İşin faktiki hallarından məlum olur ki, iddiaçı 2008-ci ildən öz arzusu ilə dövlət qulluğuna xitam verildiyi 2021-ci il tarixədək AR ETSN-in müvafiq idarələrində dövlət qulluqçusu kimi müxtəlif vəzifələrdə çalışmış, işlədiyi dövrdə dövlət qulluqçusunun hüquq və təminatlarından istifadə etmiş, ixtisas dərəcələri almış, vəzifələr daşımışdır. Bakı İnzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərarı ilə iddiaçının AR ETSN-də işlədiyi inzibati vəzifələr üzrə 13 il, 1 ay dövlət qulluq stajı etibarlı dövlət qulluğu münasibəti kimi təsdiq edilmişdir (tanınmışdır). İddiaçı vakant vəzifənin tutulması ilə bağlı müsahibədə iştirakının qeydiyyata alınması və qeydiyyatına icazə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu onun dövlət qulluğuna qanunla nəzərdə tutulmuş qaydada, yəni müsabiqə əsasında qəbul edilmədiyini bildirərək imtina etmişdir. İddiaçı hüquqlarının pozulduğunu hesab etdiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun - 14.1-ci maddəsinə görə, dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. - 16.1-ci maddəsinə əsasən, dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. - 19.0.4-cü maddəsinə əsasən, əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət maaşının məbləğinin artırılması iddiasında olmaq dövlət qulluqçusunun hüququdur. - 28.1-ci maddəsinə görə, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. - 29.2-ci maddəsinə əsasən, 1–5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının xarici ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. 1–5-ci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidirlər. - 29.3-cü maddəsinə əsasən, 1-5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına (2ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun 2.3cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir. Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə bilərlər. - 32.1-ci maddəsinə əsasən, dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada qulluqda yüksəliş yolu ilə, habelə müsahibə və ya müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə bilər. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli, 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X5 publik hüquqi şəxsin Nizamnaməsindən: 2.1.18. dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının məzmununu və proqramlarını təsdiq edir, inzibati vəzifələrin tutulması üzrə müsahibə proqramlarının hazırlanmasında iştirak edir və təsdiqinə razılıq verir, təsdiq edilmiş test imtahanı və müsahibə proqramlarını internet portalında yerləşdirir; 2.1.21. müsabiqəyə çıxarılan dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ümumi şərtlərə uyğun hazırlanmasını təmin edir; 2.1.22. dövlət orqanları tərəfindən müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarının (müvafiq vəzifə üzrə vəzifə təlimatının, müsahibə proqramlarının, müsahibə elanının, müsahibənin keçirilmə qrafikinin, keçirilmiş müsahibənin nəticələrinin) internet portalında yerləşdirilməsini təmin edir; 2.1.23. müsahibədə iştirak etmək istəyən şəxsin müraciətinin və müsahibədə iştirak üçün tələb olunan sənədlərin internet portalı vasitəsilə dövlət orqanlarına təqdim olunmasını təmin edir; 2.1.26. imtahanlarla, o cümlədən dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları ilə, inzibati vəzifələrin tutulması üzrə müsahibələrlə bağlı xüsusi halların araşdırılması üçün komissiyalar yaradır; 3.1.3. dövlət orqanlarından vakant olan dövlət qulluğu vəzifələrinin siyahılarını, dövlət orqanları tərəfindən barəsində müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarını və vakant vəzifəyə təyinata dair məlumatı tələb etmək; Göründüyü kimi qanunvericilik dövlət orqanlarında daha yüksək vakant inzibati vəzifə tutmaq məqsədilə daxili müsahibələrdə iştirak etmək üçün 3 şərt müəyyən edir: 1. dövlət qulluqçusu statusuna malik olmaq, 2. inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi, 3. müvafiq qulluq stajı. Hazırkı halda mübahisəli hal iddiaçının dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun 28.1-ci maddəsinin tələblərinə uyğun olaraq qəbul edilməməsidir. Məhkəmə qeyd edir ki, müsahibədə iştirak etmək üçün tələb olunan digər iki şərt mübahisələndirilmir. Aydın məsələdir ki, iddiaçının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qulluqçusu vəzifələrində işlədiyi illərin etibarlı dövlət qulluğu münasibətləri kimi tanınması ilə bağlı məhkəməyə müraciət etməkdə məqsədi onun dövlət qulluqçusu kimi hüquq və imtiyazlardan istifadə etməkdən ibarət olmuşdur. Bu imtiyazlardan biri də vəzifədə irəli çəkilmək üçün daxili müsahibələrdə iştirak etməkdir. Bakı İnzibati Məhkəməsinin yuxarıda istinad olunan qərarı ilə iddiaçının dövlət qulluqçusu statusunun tanınması məsələsinə hüquqi qiymət verilmişdir. Sözügedən məhkəmə icraatına X5 üçüncü şəxs kimi cəlb edilmiş və iş üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə, qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-2949/2023 saylı qərarı ilə iddiaçının inzibati vəzifələr üzrə 13 il, 1 ay dövlət qulluğu stajının olması və işlədiyi müddətdə ixtisas dərəcələri almasının müəyyən edildiyi halda, onun dövlət qulluğuna qəbul edilməsi formasının mübahisələndirilməsini də əsaslı hesab etmir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının müsahibəyə buraxılmaq üçün tələb olunan iş stajına və ixtisas dərəcəsinə malik olması cavabdeh tərəfindən qəbul edilir və bu artıq işin mübahisəsiz halını təşkil edir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, İddiaçı dövlət qulluqçusu statusu müvafiq qaydada tanındığından, qeyd edilən əsasdan irəli gələrək dövlət qulluqçularına şamil edilən təminat və imtiyazlardan istifadə etmək hüququ mövcud olduğundan, cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdir müavini vəzifəsinin tutulması ilə bağlı daxili müsahibədə iştirak etmək üçün sənədlərin qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası X5nin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin müdir müavini vəzifəsinin tutulması ilə bağlı daxili müsahibədə iştirak etmək üçün sənədlərin qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası X5nin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar