Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-295/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçı Nəsirova (Babayeva) Ülviyə Asif qızının vəkili Vəkil iştirakı ilə, iddiaçı Nəsirova (Babayeva) Ülviyə Asif qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən еtdi: İddiаçı Nəsirova (Babayeva) Ülviyə Asif qızı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddiа qaldıraraq "xxxx" MMC-nin 13.670,52 manat vergi, faiz və maliyyə sanksiyasını ödəməyi barədə xx.xx.2019-cu il tarixli, **********910200 nömrəli,xx.xx.2020-ci il tarixli **********975900 nömrəli qərarlarını, həmin İdarənin "xxxx" MMC-nin rəhbəri kimi aktivlər haqqında məlumatın verilməməsinə görə 100 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə xx.xx.2020-ci il tarixli, **********112000 saylı qərarın, hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə 40 manat cərimə barədə xx.xx.2019-cu il tarixli, **********366900 saylı qərarın,bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi (11221,70 manat) barədə xx.xx.2019-cu il tarixli, **********56600 saylı qərarın (bildiriş hazırlandığı tarixə vergi öhdəliyi 9.378.56 manat), cari vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli, **********6704700 saylı qərarın (bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 62.657.50 manat), "xxxx" MMC-nin aktivləri barədə məlumatın təqdim edilməməsinə görə 100 manat maliyyə sanksiyası tətbiq edilməsi barədə xx.xx.2020-ci il tarixli, **********777900 saylı qərarın,hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə xx.xx.2019-cu il tarixli, **********23668300 saylı qərarın, bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 12.243.32 manat vergi məbləğinin, bildirişin hazırlandığı tarixə 22.406,43 manat vergi öhdəliyinin qeyd olunduğu xx.xx.2019cu il tarixli, **********5669700 saylı qərarının, 68.427,94 manat vergi öhdəliyi barədə xx.xx.2019-cu il tarixli, **********6227600 saylı qərarın, vergilərin hesablanması barədə (“LTE Korporasiya“ MMC üzrə) 10.796.29 manatın göstərildiyi xx.xx.2019-cu il tarixli, **********277300 saylı qərarın,”SLEEP” MMC üzrə 106.946,62 manat olan vergi öhdəliyinin göstərildiyi xx.xx.2019-cu il tarixli, **********9957700 saylı bildirişin, vergilərin hesablanması barədə (bəyannamə ilə əlaqəli 33.637,70 manat, bəyannamə hazırlandığı tarixə 27.873,11 manat vergi öhdəliyinin qeyd olunduğu) xx.xx.2019-cu il tarixli, **********8463600 saylı qərarların ləğv edilməsini xahiş etmişdir. İddiaçı Nəsirova (Babayeva) Ülviyə Asif qızı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin İddiaçı MMC-nin 144.245,72 manat məbləğində (o cümlədən vergilər üzrə 136.866,3 manat, faizlər üzrə 7339,42 manat, maliyyə sanksiyası üzrə 40 manat) vergi borcu ilə əlaqədar olan qərarın ləğv edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-7423/2021 nömrəli, 27 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı Nəsirova (Babayeva) Ülviyə Asif qızı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin İddiaçı MMC üzrə 106946,62 manat vergi öhdəliyini yaradan xx.xx.2019-cu il tarixli, **********9957700 nömrəli qərarının və bəyannamə ilə əlaqəli 33637,70 manat, bəyannamə hazırlandığı tarixə 27873,11 manat vergi öhdəliyini yaradan xx.xx.2019-cu il tarixli, **********463600 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-1236/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qanuni təmsilçisi – direktoru kimi qeyd olunan Nəsirova (Babayeva) Ülviyə Asif qızı 2018-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhərində Marketdə sadə işçi (fəhlə) işləyərkən özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən Elton, Çələbi və Ayaz adlı şəxslər iddiaçıya yaxınlaşaraq yaxşı pul qazanmaq şərti ilə adına şirkət açacaqlarını təklif etmiş, hər bir şeyin də qaydaqanunla olacağını, onun heç bir çətinlik çəkməyəcəyini, vaxtaşırı vergi sənədlərinin tərtib olunacağını və Nəsirova (Babayeva) Ülviyə Asif qızının yaxşı pul qazanacağını bildirmişlər. Bunun üçün onlar iddiaçının şəxsiyyət vəsiqəsinin surətini götürmüş və sonra da onu Bakı şəhərindəki Lokal Gəlirlər Departamentinə apararaq orada məzmununu bilmədiyi və oxumadığı 3-4 ədəd vərəqə imza etdirdikdən sonra ona 50 manat pul vermişlər, habelə bildirmişlər ki, o, hərdənbir ora çağırılacaqdır ki, əlavə sənədlərə imza etsin. Nəsirova (Babayeva) Ülviyə Asif qızına həmin 50 manat yol xərci kimi verilmiş və əmək haqqının isə bir neçə gündən sonra veriləcəyi bildirilmişdir. Lakin ona heç bir əmək haqqı verilməmiş və qeyd edilən şəxslərin telefonları bağlanmış və həmin şəxslər yoxa çıxmışlar. Bu yaxınlarda ona Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsindən bildirilmişdir ki, onun guya 324.686,4 manat məbləğində vergi borcu vardır. Halbuki, bununla əlaqədar ona nə Bakı şəhər Lokal Gəlirlər Departamentindən və ya hər hansı bir məhkəmədən nə bir qərar, qətnamə və ya digər bir sənəd göndərilməmiş, verilməmiş və heç bir məhkəmə prosesinə çağırılmamışdır. Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsindən ona verilən sənədə əsasən guya onun, (Babayeva) X1 təsisçisi olduğu "xxxx" MMC-nin 74637,82 manat məbləğində, "xxxx" MMC-nin 144245,72 manat, "xxxx" MMCnin 11204,42 manat məbləğində, "xxxx" MMC-nin 94598,47 manat məbləğində vergi borcu vardır. Bundan xəbər tutduqdan sonra o, sözügedən qərarların ona verilməsi üçün dəfələrlə cavabdehə və müxtəlif instansiyalara, hüquq-mühafizə orqanlarının rəhbərlərinə rəsmi müraciət etmiş, lakin həmin qərarların surətlərinin ona verilməsi təmin edilməmişdir. Nəhayət, xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə Lokal Gəlirlər Baş İdarəsindən aldığı məktuba əlavə olunmuş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin qərarlarının surətlərindən ona məlum olmuşdur ki, qeyd edilən müəssisələr tərəfindən vergilər vaxtında ödənilmədiyinə görə həmin müəssisələrə vergilər, faizlər hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir. Cavabdehin qərarları qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Həmin qərarlar özlərini vergi orqanının əməkdaşları kimi qələmə vermiş bir qrup saxtakar və fırıldaqçı şəxsin cinayətkar əməllərinin nəticəsidir, onun heç bir şirkəti və ya MMC-i yoxdur, olmayıb, özünü və azyaşlı övladını müxtəlif yerlərdə fərdi əməklə (təmizlikçi, xidmətçi, ofisiant və s.işlərlə) məşğul olaraq, qazandığı kiçik məbləğdə məvacibi ilə saxlayır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən iddiaçının iddiasına dair etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, hazırki iddia X3 və onun nümayəndəsi tərəfindən imzalanmışdır, nümayəndənin “Sleep" MMC adından çıxış etmək səlahiyyəti mövcud deyildir, iddia ərizəsində “Sleep’’ MMC-nin möhürü yoxdur. Bu da o deməkdir ki, iddia “Sleep" MMC tərəfindən deyil, X3 tərəfindən verilmişdir, X1 isə hazırki iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir. Digər tərəfdən, iddia müddət baxımından da mümkünlük şərtlərinə cavab vermir. Bundan başqa baza məlumatlarına əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisinin (təqdim edilmiş ƏDV bəyannamələri, aparılmış ixrac əməliyyatları, təqdim edilmiş e-qaimələr) 2018-ci il üzrə vergiyə cəlb olunan dövriyyəsinin 1009130,9 manat müəyyən edilməsinə baxmayaraq, mənfəət vergsi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Odur ki, "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********156900 nömrəli uyğunsuzluq məktubu göndərilərək cari bəyannamə və araşdırma üçün zəruri olan sənədlər tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla cari mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün 2018-ci il mənfəət vergisi bəyannaməsi üzrə gəlirə görə 33637,70 manat vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli **********463600 nömrəli “Vergilərin, hesablanması barədə" Qərar göndərilmişdir. xx.xx.2019-cu il tarixli, **********957000 tarixli bildiriş isə cari ödəmə haqqında bildirişdir. Vergi ödəyicisinə əlaqəli məlumatlara əsasən 2018-ci ilin İV rübü üçün mənfəət vergisi üzrə 25228,27 manat hesablanmışdır. 2018-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə vergi ödəyicisinin 2018-ci il üçün mənfəət vergisi 33637,70 manat müəyyən edilmiş və haqq-hesab aparılaraq 8409,43 manat vergi xx.xx.2019-cu ildə şəxsi hesab vərəqəsinə işlənilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi haqqında qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Nəsirova (Babayeva) Ülviyə Asif qızının vəkili Vəkil iddia tələbinə uyğun məzmunda çıxış edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.1-ci mаddəsinə əsаsən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 32.1-ci mаddəsinə əsаsən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə ilkin olaraq qeyd edir ki, iddia tələbində iddiaçı Nəsirova (Babayeva) Ülviyə Asif qızı cavabdehin İddiaçı MMC barədə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, **********9957700 nömrəli və xx.xx.2019-cu il tarixli, **********463600 nömrəli qərarlarının ləğv edilməsi tələb olunur. Bakı şəhəri Lokal Gəlirlər Departamentiin xx.xx.2019-cu il tarixli, **********463600 nömrəli “Vergilərin hesablanması barədə” qərarı ilə İddiaçı MMC-yə 33637,70 manat vergi hesablanmışdır, xx.xx.2019-cu il tarixli, **********9957700 nömrəli bildiriş ilə isə vergi orqanı tərəfindən İddiaçı MMC-dən hesablanmış vergilərin ödənilməsi tələb edilmişdir. İşin hallarının araşdırılması zamanı aşkar edilmişdir ki, ilk baxışdan Nəsirova (Babayeva) Ülviyə Asif qızının İddiaçı MMC-nin borcunun silinməsi haqqında iddia qaldırmaq səlahiyyətinin olması - yəni həmin şəxsin MMC-nin qanuni təmsilçisi kimi vergi orqanı tərəfindən qeydə alınması təəsürratı yaransa da inzibati məhkəmə icraatının gedişi zamanı iddia ərizəsini imzalamış Nəsirova (Babayeva) Ülviyə Asif qızının İddiaçı MMC-nin adından məhkəməyə müraciət etmək, onun adından iddia qaldırmaq və məhkəmədə çıxış etmək, İddiaçı MMC-nin hüquqlarını müdafiə etmək səlahiyyəti mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 25.0-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: 25.0.1. fiziki və ya hüquqi şəxslər; 25.0.2. dövlət orqanları və ya bələdiyyələr. Həmin Qanunun 37.2-ci maddəsinə əsasən şəxsin inzibati icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndə ilə təmsil olunmaq hüququndan məhrum etmir. Həmin Qanunun 37.3-cü maddəsinə əsasən nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna malikdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş İddiaçı MMC-nin nizamnaməsinə və Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışına əsasən İddiaçı MMC təsisçisi və qanuni nümayəndəsi kimi iddia ərizəsini imza edən Nəsirova (Babayeva) Ülviyə Asif qızı göstərilsə də Nəsirova (Babayeva) Ülviyə Asif qızı iddia ərizəsində İddiaçı MMC-nin həqiqi təsisçisi və qanuni təmsilçisi olmadığını, həmin MMC ilə heç bir əlaqəsinin olmadığını, təmizlikçi, xadimə, ofisiant kimi işlərdə işləyərək qazanc əldə etdiyini, İddiaçı MMC-nin həqiqi təsisçisi və qanuni təmsilçisi olmadığını, İddiaçı MMC-nin möhürünün də onda olmadığını bildirmişdir. Məhkəmə qeyd edilən məsələnin araşdırılması üçün İddiaçı MMC-nin hüquqi şəxs kimi dövlət qeydiyyatı ilə bağlı qovluqda saxlanılan bütün sənədləri Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsindən tələb etmişdir və təqdim edilmiş sənədlərdə Nəsirova (Babayeva) Ülviyə Asif qızı İddiaçı MMC-nin təsisçisi və qanuni nümayəndəsi kimi göstərilsə də qeyd edilən sənədlərdə, habelə məhkəməyə təqdim edilmiş bəyannamələrdə Nəsirova (Babayeva) Ülviyə Asif qızının həmin MMC ilə əlaqəsinin olmasını təsdiq edə biləcək şəxsi imzaları aşkar edilməmiş, eyni zamanda həmin şəxsin MMC-dən qanuni təmsilçi kimi əmək haqqı alması, təsisçi kimi fayda əldə etməsi və s.qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirməsi və vəzifələri icra etməsi müəyyən edilməmişdir. Belə olan halda Nəsirova (Babayeva) Ülviyə Asif qızı İddiaçı MMC-nin həqiqi təsisçisi və qanuni nümayəndəsi olmadığı, mübahisələndirilən inzibati aktlar isə Nəsirova (Babayeva) Ülviyə Asif qızının hüquqlarını pozmadığı və onun üçün vəzifələr yaratmadığı üçün Nəsirova (Babayeva) Ülviyə Asif qızı həmin qərarları mübahisələndirmək subyektiv hüququna malik deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Həmin Qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Həmin Qərarın 15.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. 15.2. Tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır(İPM-in 25 və 26-cı maddələri). 15.2. Tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. 15.3. Prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə yuxarıda göstərilən bütün hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiаçı Nəsirova (Babayeva) Ülviyə Asif qızı İddiaçı MMC-nin həqiqi qanuni nümayəndəsi və ya təsisçisi olmadığı və İddiaçı MMC-nin borcunun silinməsi haqqında məhkəmədə iddia qaldırmaq, həmin MMC-nin hüquqlarını müdafiə etmək hüququna malik olmadığı üçün onun və onun nümayəndəsi və vəkilinin imzaladığı iddia tələbində ifadə olunan İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin İddiaçı MMC üzrə 106946,62 manat vergi öhdəliyini yaradan xx.xx.2019-cu il tarixli, **********9957700 saylı qərarının və bəyannamə ilə əlaqəli 33637,70 manat, bəyannamə hazırlandığı tarixə 27873,11 manat vergi öhdəliyini yaradan xx.xx.2019-cu il tarixli **********463600 saylı qərarlarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.3, 32, 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiаçı Nəsirova (Babayeva) Ülviyə Asif qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin İddiaçı MMC üzrə 106946,62 manat vergi öhdəliyini yaradan xx.xx.2019-cu il tarixli, **********9957700 saylı qərarının və bəyannamə ilə əlaqəli 33637,70 manat, bəyannamə hazırlandığı tarixə 27873,11 manat vergi öhdəliyini yaradan xx.xx.2019-cu il tarixli **********463600 saylı qərarlarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (ünvan ünvan 2bəyova
Məhkəmə qərarları › İş №2-1(112)-295/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-295/2023
31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver