Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-295/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X6 cəlb edilməklə) «texniki pasportda qapının yerləşmə yerinə düzəliş edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «texniki pasportda qapının yerləşmə yerinə düzəliş edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospektindəki 28 В saylı ev İddiaçı məxsusdur. Onunla qonşu ünvanda – Nərimanov rayonu, M.K.Atatürk prospektində, ev 28V-də yaşayan X6 tərəfindən iddia qaldırılaraq iddiaçıya məxsus həyətin hasarının sökülməsi, həyətə giriş-çıxışın bərpa olunması, mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətin qadağan olunması tələbi irəli sürülmüşdür. Hüseynova Şəhla ona qarşı iddia qaldırandan sonra həmin evə reyestrdən çıxarışın və texniki pasportun mövcudluğu məlum olmuşdur. Bundan sonra, iddiaçı 10 may 2022-ci il tarixdə ərizə ilə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək ona məxsus ünvan 2 ünvanında yerləşən evin və onun həyətinin hasarının ölçüləri nəzərə alınaraq M.K.Atatürk prospekti, ev 28V ünvanının texniki pasportunun yenidən yoxlanılması və qapının yerləşmə yerinə düzəliş edilməsi xahiş olunmuşdur. Lakin bu günədək ona cavab verilməmişdir. X7 həmin evə köçməmişdən əvvəl iddiaçının adına evə dair sərəncam və digər mötəbər sənədlər mövcud idi. Hətta hal-hazırda M.K.Atatürk prospekti, ev 28В ünvanının iddiaçıya məxsus olmasını təsdiq edən reyestrdən çıxarış da var. X4 aid evə texniki pasport verilərkən iddiaçıya məxsus evin sərəncamı, çıxarışı, həyətin sərhədləri nəzərə alınmamış və yoxlanılmadan texniki pasport verilmişdir. Halbuki, M.K.Atatürk prospekti, ev 28V ünvanında qeyd edilən torpaq sahəsinin bir hissəsi – küçəyə aid olan yol bağlanaraq zəbt edimiş və həmin evin həyətinə birləşdirilmişdir. Bu hal ekspert rəyi ilə də təsdiq olunur. Gsötərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, İPM-nin müddəalarına əsaslanaraq, iddiaçıya məxsus M.K.Atatürk prospekti, ev 28B ünvanında yerləşən evin və həyətinin hasarının ölçüləri nəzərə alınaraq M.K.Atatürk prospekti, ev 28V ünvanının texniki pasportunun yenidən yoxlanılması və qapının yerləşmə yerinə düzəliş edilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış məktubunda bildirilir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İdarənin mütəxəssisləri tərəfindən müvafiq ünvanda yerləşən (M.K.Atatürk prospekti, 28V) daşınmaz əmlaka 21 sentyabr 2022-ci il tarixdə keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, həyətə giriş qapısı və darvaza layihədə göstərildiyi yerdə quraşdırılmış və layihədə qapının və darvazanın yerləşmə mövqeyi konkret ölçülərlə göstərilməmişdir. Hal-hazırda giriş qapısı qonşu (İddiaçı) tərəfindən bağlanmışdır. Göstərilənlərə əsaslanaraq, İPM-in 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs X2 iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı münasibətində bildirilir ki, X6 cavabdeh İddiaçı qarşı «qanunsuz tikilinin sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddiasında o, mülkiyyətində olan ünvan 3 evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikilinin, yəni hasarın İddiaçı hesabına sökülməsi, həyətə giriş-çıxışın bərpa olunması, mülkiyyətdə olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlərin İddiaçı qadağan olunmasını tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 3 evin həyətinə girişini məhdudlaşdıran özbaşına tikili, yəni hasarın İddiaçı hesabına sökülməsi, həyətə giriş-çıxış bərpa olunması, iddiaçının mülkiyyətində olan evə mülkiyyət hüquqlarını məhdudlaşdıran hərəkətlər cavabdeh İddiaçı qadağan olunması qət edilmişdir. İddiaçı bu qətnamədən apellyasiya şikayəti vermiş və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İddiaçı hazırkı real olmayan iddia qaldırmaqla Bakı Apellyasiya Məhkəməsinin icraatında olan işi dayandırmışdır. İddia tamamilə əsassızdır. Belə ki, X6 Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 28V saylı evin mülkiyyətçisidir. Həmin evə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (1 noyabr 2013-cü il tarixli ********** saylı) verilmişdir. Evin həyətə giriş yolunda Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 28B saylı evin mülkiyyətçisi İddiaçı tərəfindən həyətə gediş-gəlişini çətinləşdirən, dalanı xeyli daraldan mişar daşından tikili inşa edilmişdir. Bu halla bağlı ona müraciət edilərək işin dərhal dayandırılması və özbaşınalığa son qoyulması dəfələrlə tələb edilmişdir. Lakin, İddiaçı və əri həmin əməlin qanunsuz olduğunu bilə-bilə, hətta dövlət qurumlarının belə hərəkətlərə yol verilməməsi barədə xəbərdarlığına məhəl qoymadan qanunsuz tikilini davam etdirərək başa çatdırmışlar və mülkiyyətçinin həyətə giriş qapısını bağlamışlar. O (Hüseynova Şəhla) mülkiyyətində olan həyətə daxil olmaq üçün hər dəfə maşın üçün nəzərdə tutulan darvazanı qaldırmalı və ordan həyətə daxil olmalı olur. Həmin sahədə əvvəllər onun evə daxil olmağı üçün qapının olması texniki pasportda da öz əksini tapmışdır. Fotoşəkillərə, texniki pasporta və digər sənədlərdən də görünür ki, həqiqətən də ona məxsus ünvan 3 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsilə giriş-çıxış olmasına baxmayaq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlandığından həyətdə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 28V ünvanında yerləşən fərdi yaşayış evi X2 adına 31 oktyabr 2013-cü il tarixdə tərtib olunmuşdur. ünvan 5 ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsinin İddiaçı məxsus ünvan 6 ünvana aid hasarın arxasında qaldığı müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, M.K..Atatürk prospekti, ev 28B saylı yaşayış evinin faktiki vəziyyəti texniki pasportun məlumatlanna uyğun gəlmədiyi müəyyən edilir. X5 məxsus ünvan 7 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsi giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasportda giriş-çıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlanmadığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilir. Bundan başqa iddiaçının təqdim etdiyi ekspert rəyində iddiaçıya məxsus evin sərhədlərinin, o cümlədən daş hasarın “Azərmemarlayihə” DBLİ-nin tərtib etdiyi eskiz layihənin göstəriciləri ilə eyni olduğu göstərilir. Lakin rəydən də göründüyü kimi, ekspert “Azərmemarlayihə” DBLİ-nin tərtib etdiyi eskiz layihəyə əsaslanmışdır. Halbuki Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən təyin olunmuş ekspertiza üzrə ekspert rəyində səlahiyyətli qurum tərəfindən verilmiş texniki pasportlara əsasən müəyyən edilmişdir ki, cavabdehə məxsus evin faktiki vəziyyətinin həmin evə dair verilmiş texniki pasporta uyğun gəlmir, iddiaçıya məxsus evə dair texniki pasportun göstəricilərinə uyğun giriş çıxış qapısı tam bağlandığından hasarın həyətə giriş və çıxışa mane törətdiyi müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı iddia tələbini tam olaraq formal mülahizələrlə əsaslandırmışdır, iddianın heç bir hüquqi əsası yoxdur. Verilmiş iddia tələbi üzrə digər məhkəmə işinin uzadılması məqsədilə verilmişdir. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Tərərflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İş materiallarında olan RX seriyalı ******* nömrəli 30 may 2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 28B ünvanında yerləşən 35,8 kv.m olan daşınmaz əmlak İddiaçı mülkiyyətindədir. İş materiallarında olan fərdi yaşayış evinə dair 31 oktyabr 2013-cü il tarixdə tərtib olunmuş texniki pasportdan görünür ki, həmin sənəddə Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 28V üvanında yerləşən torpaq sahəsinin faktiki ölçüsü 0,04237, sənəd üzrə ölçüsü 0,042, tikinti altı sahəsi 0,02054, digər sahəsi isə 0,02183 ha olduğu göstərilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli 1 noyabr 2013-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 28V ünvanında yerləşən əmlak və onun altında yerləşən torpaq sahəsi X2 mülkiyyətindədir. İş materiallarında olan X1 32 nömrəli 28 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 28B ünvanındakı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin ölçülərinin, sərhədlərinin, o cümlədən həyətyanı sahənin məhəllədaxili yol ilə həmsərhəddə yerləşən daş hasarın “Azərmemarlayihə” DBLİnin tərtib etdiyi eskiz layihəsinin göstəriciləri ilə eyni olduğu, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 28B ünvanındakı fərdi yaşayış evinin yerləşdiyi ərazini əks etdirən 1:2000 miqyaslı stereotopoqrafik çəkilişə əsasən Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 28B ünvandakı fərdi yaşayış evi ilə həmsərhəd olan qonşunun həyətyanı sahəsindən məhəllədaxili yola açılan darvazanın yerləşdiyi sahənin ilkin olaraq gediş-gəliş yolu kimi nəzərdə tutulduğu müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadında qoyulan suallar üzrə ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, ünvan 9 ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısıın mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi cavabdehə məxsus ünvan 6 ünvana aid hasarın arxasında qaldığı, ünvan 6 yaşayış evinin faktiki vəziyyəti texniki pasportun məlumatlarına uyğun gəmədiyi, X3 məxsus ünvan 5 ünvanda yerləşən yaşayış evinin həyətyanı torpaq sahəsinə darvaza vasitəsi giriş-çıxış yolunun olmasına baxmayaraq, texniki pasporta girişçıxış yolu kimi nəzərdə tutulmuş qapı tam bağlanıldığından həyətə giriş və çıxışa maneə yaratdığı müəyyən edilmişdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, RX seriyalı ******* nömrəli 30 may 2018-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 28B ünvanında yerləşən 35,8 kv.m olan əmlak İddiaçı mülkiyyətindədir. Qonşuluqda yerləşən Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 28V ünvanında yerləşən əmlak və onun altında yerləşən torpaq sahəsi üçüncü şəxs X2 mülkiyyətindədir. İddiaçı hazırda üçüncü şəxsin adına tərtib olunmuş texniki pasportun yenidən yoxlanılmasını tələb edir və tələbini onunla əsaslandırır ki, bu hal giriş-çıxışa maneə yaradır. İddiaçı hazırki tələb ilə cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasının əsassız olduğunu hesab edir və hazırki iddia ilə mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-ci maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0-cü maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin əhatə dairəsi müəyyən edilmişdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, (10.2.2) torpaq sahəsinin planı və ölçüsü, (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 saylı Qərarı ilə təsdiq edimiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın 3.7-ci bəndinə əsasən ərazi idarəsinin daşınmaz əmlaka dair qeydiyyat və hüquq şöbələrində ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla sənədlərin ekspertizası həyata keçirilir. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən qeydiyyat və hüquq şöbələrində sənədlərin ekspertizası zamanı hüquqların dövlət qeydiyyatından imtinaya və hüquqların dövlət qeydiyyatının dayandırılmasına əsas olmadıqda, sənədlərə əlavə edilmiş dövriyyə vərəqi imzalanmaqla, reyestr kitabı və qovluğu, habelə elektron formada müvafiq qeydiyyat aparıldıqdan sonra qeydiyyat icraçısı tərəfindən müvafiq elektron imza ilə imzalanmış hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən elektron çıxarış ərizənin icra müddəti nəzərə alınaraq ən geci 3 gün müddətinə təsdiq edilməsi üçün ərazi idarəsinin rəhbərliyinə təqdim olunur. Həmin Qaydaların 3.9-cü bəndinə əsasən qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş dövlət reyestrindən elektron çıxarış “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada kağız formada ərizəçiyə təqdim olunması məqsədilə 1 gün müddətində sənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir. Həmin Qaydaların 4.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə görə mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 2.0.2-ci yarımbəndinə əsasən daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin fəaliyyət istiqamətlərinə aiddir. Həmin Nizamnamənin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, 3.1.22-ci yarımbəndinə görə daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və «Uyğunluğun qiymətləndirilməsi haqqında» Qanuna uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vəzifələridir. Məhkəmə bildirir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi ilə əhatə olunur. Nəzərə alınmalıdır ki, daşınmaz əmlaka dair texniki sənədlər daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən edən və bunu əks etdirən texniki sənəddir. Qanunvericiliyin tələblərinə görə isə texniki pasport texniki sənədlərdən biridir. Bu zaman həmin texniki sənədin tərtib edilməsi zamanı cavabdeh inzibati orqan öz səlahiyyətləri çərçivəsində daşınmaz əmlakın (hazırki halda torpaq sahəsinin) texniki göstəricilərini, faktiki vəziyyətini və tərkibini müəyyən edilməsi istiqamətində texniki inventarlaşdırma işlərini apararaq tərtib edir. Hazırki işin hallarından isə göründüyü kimi iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 28V ünvanının texniki pasportunun yenidən yoxlanılması və qapının yerləşmə yerinə düzəliş edilməsi ilə bağlı cavabdehin imtinasını mübahisələndirsə də, məhkəmənin qənaətinə görə cavabdeh iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı və üçüncü şəxs arasında yaranmış mübahisə (qanunsuz tikilinin sökülməsi, cavabdehin qanunsuz hərəkətlərinin qadağan edilməsi və maneənin aradan qaldırılması) üzrə mülki məhkəmə icraatı çərçivəsində araşdırma aparılmış, xüsusi bilik tələb edən hissə ilə bağlı ekspertiza tədqiqatı həyata keçirilmiş və ünvan 5 ünvana aid texniki pasportun məlumatlarında göstərilən keçid qapısının mişar daşı ilə hörüldüyü və həmin qapı boşluğunun sahəsi, cavabdehə məxsus ünvan 6 ünvana aid hasarın arxasında qaldığı, habelə ünvan 6 yaşayış evinin faktiki vəziyyəti texniki pasportun məlumatlarına uyğun gəmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, İddiaçı üçüncü şəxs X8 mülkiyyətində olan əmlaka dair tərtib olunmuş texniki pasportun yenidən yoxlanılaraq ona düzəliş edilməsi ilə bağlı tələb irəli sürsə də, ekspert rəyi ilə üçüncü şəxsin deyil, məhz iddiaçının özünə məxsus olan ünvan 6 yaşayış evinin faktiki vəziyyətinin texniki pasportun məlumatlarına uyğun olmadığı görünür. Bu səbəbdən də həmin əmlak ilə qonşuluqda yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportun yenidən yoxlanılması üçün hər hansı əsas müəyyən olunmur. Məhkəmənin qənaətinə görə hazırda üçüncü şəxsin adına tərtib olunmuş texniki pasport ilə onun mülkiyyətində olan əmlakın texniki göstəriciləri ilə arasında fərqlilil olmadığından, hazırki halda texniki pasportun yenidən yoxlanılması və qapının yerləşmə yerinə düzəliş edilməsi yolverilən deyil. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşır və hesab edir ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd sayılmamalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə tutaraq hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X6 cəlb edilməklə) «texniki pasportda qapının yerləşmə yerinə düzəliş edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin ediməməlidir. Göstərilənlərə və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X6 cəlb edilməklə) «texniki pasportda qapının yerləşmə yerinə düzəliş edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-295/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-295/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver