Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2950/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiаçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (Milli Arxiv idarəsi Dövlət Arxivinin Bakı filialı üçüncü şəxs) “sərəncamın və onun verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (Milli Arxiv idarəsi Dövlət Arxivinin Bakı filialı üçüncü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Şirməmməd Xanməmmədov tərəfindən 06 avqust 1993-cü il tarixli 582 saylı sərəncamı ilə İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə sərəncamı və onun verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi öhdəliyinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısı Şirməmməd Xanməmmədov tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 582 saylı sərəncamın dublikatının iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-cü ildə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək 3 nəfər ailə üzvü ilə birlikdə yataqxanada yaşadığını bildirmiş, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İddiaçının müraciəti əsasında Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısı Şirməmməd Xanməmmədov tərəfindən verilmiş 06 avqust 1993-cü il tarixli 582 saylı sərəncamı ilə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması, layihə əsasında fərdi evin tikilməsi üçün icazənin verilməsi, torpaq sahəsinin yerində ölçülüb ayrılmasına sərəncam verilmişdir. Sərəncam icra edilərək iddiaçıya qeyd edilən torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Torpaq sahəsi hazırda ünvan 2 ünvanında yerləşir. İddiaçı orada 1993-cü ildən ev inşa edərək yaşamış, həmin ünvana pasport qeydiyyatına düşmüş, evin kommunal ödənişlərini həyata keçirmişdir. Bütün bu hərəkətlərin hüquqi əsası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısı Şirməmməd Xanməmmədov tərəfindən verilmiş 06 avqust 1993-cü il tarixli 582 saylı sərəncamı təşkil etmişdir. İddiaçıda həmin sərəncamın surəti qalmışdır. Hazırda həmin torpaq sahəsi ilə bağlı mülkiyyət sənədlərinin əldə edilməsini həyata keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə həmin sənədin əsli, yaxud arxiv arayışı tələb olunur. Buna görə də Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti informasiya sahibi olan inzibati orqan olduğundan “Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Şirməmməd Xanməmmədov tərəfindən 06 avqust 1993-cü il tarixli 582 saylı sərəncamı ilə İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə sərəncamı və onun verilməsinə əsas olmuş sənədlər” barədə müraciət edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli 02/13- 11-1 l/M-347-112 saylı məktubu ilə Milli Arxiv Fonduna müraciət etməli olduğu bildirilmişdir. Milli Arxiv Fonduna edilən müraciətə bildirilmişdir ki, İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin 1993-cü ilə dair arxiv sənədlərində torpaq ayrılmasına dair məlumat yoxdur. İddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamı başqa qaydada əldə etmək faktiki olaraq mümkün olmamışdır. Göründüyü kimi, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti səlahiyyətli inzibati orqan kimi 06 avqust 1993-cü il tarixdə iddiaçıya torpaq ayrılması üçün sərəncam vermiş, lakin ona həmin torpaq sahəsinin ayrılmasına dair məlumatlar arxivə təqdim edilməmiş, yaxud da 06 avqust 1993-cü il tarixli 582 saylı sərəncamı barədə məlumat təhrif edilərək təqdim edilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, vətəndaş İddiaçı tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 582 saylı xx.xx.1993-cü il tarixli sərəncamı təqdim edilmişdir. Vətəndaşın müraciəti əsasında Dövlət arxivinin Bakı filialı tərəfindən cavab olaraq bildirilmişdir ki, İddiaçı adına 582 saylı xx.xx.1993-cü il tarixli sərəncam barədə məlumat mövcud deyildir. Bununla əlaqədar vətəndaş sərəncamın təqdim edilməsi öhdəliyinin rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 935 saylı Fərmanı ilə “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” təsdiq edilmişdir. Təlimata əsasən təşkilatda kağız və (və ya) elektron formada olan sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müvəqqəti saxlanma müddəti başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilir. Arxivə təhvil verilməli olmayan sənədlər ekspertiza komissiyasının qərarı ilə və təşkilat rəhbərinin təsdiq etdiyi akt üzrə məhv edilir. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 694-İQ saylı Qanununun 10-cu maddəsinə əsasən bu Qanunun 7-ci maddəsinin ikinci hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Milli arxiv fondu sənədlərinin idarə arxivlərində müvəqqəti mühafizə müddətləri aşağıdakı kimidir: respublika dövlət hakimiyyət orqanlarının sənədləri üçün - 15 il; rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün - 5 il. Qanunvericiliyin tələbindən göründüyü kimi rayon icra hakimiyyətləri saxlanması nəzərdə tutulan sənədləri (sərəncam və qərarları) 5 ildən sonra Dövlət arxivinə təhvil verirlər. Məhkəmə iclası zamanı Azərbaycan SSR OİMDA Bakı filialının (Dövlət arxiv idarəsinin) Ekspert - yoxlama komissiyasının 3 saylı xx.xx.1999-cu il tarixli 1991-1993-cü illərə dair sənədlərin təhvil alınması barədə Protokol təqdim edilmişdir. Protokola əsasən Binəqədi rayon İcra Hakimiyyəti 1991-1993-cü illər ərzində 580-597 saya qədər qəbul edilmiş sərəncamları təhvil vermişdir. Qeyd olunanlardan göründüyü kimi rayon İcra Hakimiyyəti öz üzərinə düşən vəzifələrini icra etmişdir. Vətəndaşın adı qeyd olunmuş sərəncamın ümumiyyətlə mövcud olması artıq şübhə altındadır. Belə ki, dövlət qurumu qəbul etdiyi sərəncamları (1991-1993-cü illər ərzində 580-597 saya qədər) təhvil vermiş lakin, vətəndaşın təqdim etdiyi 582 saylı sərəncam müəyyən edilməmişdir. İşin ətraflı araşdırması məqsədi ilə məhkəmə sorğusu əsasında 582 saylı xx.xx.1993-cü il tarixli sərəncamın kimə ayrılması arxiv idarəsindən müəyyən etmək olar. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddia ərizəsinin əsassız olunmasını və iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 02/13-11-11- M-347-112 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2020-ci il tarixli, M-347-1 12 saylı müraciətinizlə əlaqədar bildiririk ki, mövcud qanunvericiliyə əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin cari arxivində sərəncamların saxlanma müddəti 5 il təşkil edir və saxlanma müddəti başa çatmış, 2014cü ilə qədər RİH başçısı tərəfindən verilmiş sərəncamlar və onun verilməsinə əsas olan sənədlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilmişdir. Müraciətdə qeyd olunan vətəndaş İddiaçı adına torpaq sahəsinin ayrılması barədə müvafiq sərəncamın və digər sənədlərin surətlərinin əldə olunması üçün aidiyyəti üzrə Milli Arxiv İdarəsinin Bakı filialına müraciət etməyiniz tövsiyə olunur”. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 930 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli, 1048 saylı saylı sorğunuza əsasən bildiririk ki, Binəqədi rayon İH-nin arxiv fondu üzrə 1993-cü il tarixli, 582 saylı sərəncamı və o cümlədən 1993-cü ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 929 saylı xx.xx.2020-ci il tarixli məktubu ilə bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli, 1049 saylı sorğunuza əsasən bildiririk ki, Binəqədi rayon İH-nin arxiv fondu üzrə 1993-cü il tarixli, 582 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sənədlərdə vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 582-ci saylı Sərəncamının kserosurətində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin İddiaçı ayrıldıgı göstərilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli 43 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 582-ci saylı Sərəncamın qanunvericilikdə nəzərədə tutulmuş qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmış və həmin sərəncamda İddiaçı dair heç bir məlumat göstərilməmişdir. Sərəncama əlavə edilmiş X1 Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizəsindən görünür ki, o, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmasını xahiş etmişdir. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 03/13-11- 31/165 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Azərbaycan SSR OİMDA Bakı filialının (Dövlət arxiv idarəsinin) Ekspert - yoxlama komissiyasının 3 saylı xx.xx.1999-cu il tarixli 1991-1993-cü illərə dair sənədlərin təhvil alınması barədə Protokoluna əsasən Binəqədi rayon İcra Hakimiyyəti 1991-1993-cü illər ərzində 580-597 saya qədər qəbul edilmiş sərəncamların siyahısından görünür ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 582-ci saylı Sərəncamı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 12 mart 2021-ci il tarixli BA-00999-2021 saylı məktubundan görünür ki, Binəqədi rayon İH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli, 582 saylı sərəncamı və ona əlavə edilmiş digər sənəd Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vətəndaş İddiaçı torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli BA-03188-2021 saylı məktubundan görünür ki, Binəqədi rayon İH-nin arxiv fondu üzrə xx.xx.1993-cü il tarixli, 582 saylı sərəncamı və ona əlavə edilmiş digər sənəd Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vətəndaş İddiaçı torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd olunan normaların tələblərinə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddia ərizəsinin məzmununa görə iddiaçı onun müraciətinə münasibətdə cavabdehin hərəkətsizliyindən şikayətlənir. İşin araşdırılan faktiki hallarından məlum olur ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 06 avqust 1993-cü il tarixli 582 saylı sərəncamı ilə ona Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrıldığı və onda isə yalnız həmin sərəncamın kserosurətinin qaldığına istinad edərək, cavabdehə müraciət edərək həmin sərəncamın verilməsini xahiş etmişdir. Cavabdeh isə cavab məktubunda mövcud qanunvericiliyə əsasən Binəqədi Rayon İcra Hakimiyyətinin cari arxivində sərəncamların saxlanma müddəti 5 il təşkil etdiyini və saxlanma müddəti başa çatdığı üçün 2014-cü ilə qədər RİH başçısı tərəfindən verilmiş sərəncamlar və onun verilməsinə əsas olan sənədlərin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyini bildirərək, aidiyyəti üzrə Milli Arxiv İdarəsinin Bakı filialına müraciət etməyi tövsiyə etmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iş üzrə iddiaçının ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən: 9.1. İnzibati orqan, özü və ya ona tabe olan orqan tərəfindən qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin surətini təsdiq edə bilər. 9.2. İnzibati orqan tərəfindən müvafiq qaydada qəbul edilmiş inzibati aktların və ya digər sənədlərin təsdiqlənmiş surətləri rəsmi qüvvəyə malikdir. 9.3. Məzmunu dəyişdirilmiş və ya bütövlüyü pozulmuş sənədin təsdiq olunmasına yol verilmir. 9.4. Sənəd təsdiq edilərkən aşağıdakı məlumatları əks etdirən vərəq tərtib olunmalıdır: 9.4.1. sənədin dəqiq adı; 9.4.2. sənədin surətinin onun əsli ilə düz olması barədə qeyd; 9.4.3. sənədin təsdiq olunduğu tarix və yer; 9.4.4. məsul vəzifəli şəxsin imzası və inzibati orqanın möhürü. 9.5. Sənədin təsdiq olunmuş surətinin hər səhifəsi vəzifəli şəxs tərəfindən imza edilməli və möhür vurulmalıdır. 9.6. İnzibati aktın və ya digər sənədin surətinin təsdiq edilməsi faktı müvafiq inzibati orqanda müəyyən edilmiş qaydada qeydə alınmalıdır. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən: Arxiv - arxiv sənədlərinin məcmusu, onların komplektləşdirilməsini, uçotunu, mühafizəsini və istifadəsini həyata keçirən arxiv təşkilatları və ya idarələrin, müəssisələrin struktur bölmələridir; Arxiv sənədlərinin müvəqqəti mühafizəsi - dövlət və yerli özünüidarə orqanları, dövlət idarə, müəssisə və təşkilatları tərəfindən arxiv sənədlərinin bu Qanunda nəzərdə tutulmuş müddətdə mühafizəsi; arxiv sənədlərinin daimi mühafizəsi - həmin sənədlərin arxivdə, muzeydə və kitabxanada müddətsiz mühafizəsidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Milli arxiv fonduna aşağıdakı sənədlər daxil edilir: Azərbaycan Respublikasının qanunvericilik aktları, idarəetmə sənədləri, məhkəmə və prokurorluq orqanlarının sənədləridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən bu Qanunun 7-ci maddəsinin ikinci hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan arxivlərdə müvəqqəti mühafizə olunur. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.10.-cu bəndinə əsasən müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirmək, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil etmək, o cümlədən sənədlərin saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə təhvil verilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair” Təlimatın 2.1-ci bəndinə əsasən milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə təhvil verilənə qədər dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. Həmin Təlimatın 2.2-ci bəndinə əsasən idarə arxivi dedikdə bir idarənin, yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusu olmaqla, sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və istifadəsini həyata keçirən struktur bölmə başa düşülür. Həmin Təlimatın 13.2-ci bəndinə əsasən milli arxiv fondunun komplektləşdirmə mənbəyi olmayan qeyri dövlət təşkilatlarının sənədlərinin dövlət arxivlərinə təhvil verilməsi həmin sənədlərin sahibi ilə dövlət arxiv təşkilatı arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. 13.3. İdarə arxivlərində sənədlərin müvəqqəti saxlanma müddətləri aşağıdakı kimi müəyyən olunur: 13.3.1. respublika dövlət hakimiyyəti orqanlarının sənədləri üçün -15 il; 13.3.2. rayon və şəhər hakimiyyəti orqanlarının sənədləri üçün -5 il; ().. Beləliklə də məhkəmə hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanunvericliyin tələblərinə uyğun olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 06 avqust 1993-cü il tarixli 582 saylı sərəncamı “Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə” iddiaçıya aid olmamışdır. Məhkəmənin sorğusuna əsasən Milli Arxivdən tələb edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 06 avqust 1993-cü il tarixli 582 saylı sərəncamından müəyyən olunur ki, həmin sərəncamla X2 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncam qanunvercilikdə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. İddiaçının istinad etdiyi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 06 avqust 1993-cü il tarixli 582 saylı sərəncamının ona aid olması və iddia etdiyi kimi ona torpaq sahəsinin ayrılması müəyyən edilməmişdir. İddiaçının sübut qismində təqdim etdiyi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 06 avqust 1993-cü il tarixli 582 saylı sərəncamının kserosurəti nəinki, mötəbər, ümumiyyətlə sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Yəni, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edə bilməmişdir. Həmçinin də cavabdeh tərəfindən iddiaçıya qanunvericiliyə uyğun olaraq olaraq tələb etdiyi nömrəli və tarixli sərəncamın arxiv idarəsinə təhvil verildiyi və həmin idarəyə müraciət etməli olduğu bildirilməklə, iddiaçıya aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmadıgından iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fərdi ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısı Şirməmməd Xanməmmədov tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 582 saylı sərəncamın dublikatının təqdim edilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2950/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2950/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver