Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2951/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X9) “torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X9) “torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh Başçısının 24 may 1995-ci il tarixli 1579 saylı Sərəncamına əsasən, iddiaçıya Badamdar qəsəbəsi ərazisində ayrılmış 600 kv.m. torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdeh Abşeron Rayon İcra Hakimiyyətinin üzərinə vəzifə kimi qoyulmasına dair qərar edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 1579 saylı, 24 may 1995-ci il tarixli Sərəncamına əsasən, ona Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini qanunvericilikə nəzərdə tutulmuş qaydada mülkiyyət hüququ üzrə qeydiyyata aldırmaq üçün ilk növbədə ayrılmış torpaq sahəsinin ilkin cizgisinin əldə olunmasına zəruriyyət var. Bu məqsədlə cavabdeh Bakı şəhəri Cavabdehnə ərizə ilə müraciət edərək, Sərəncama əsasən ona ayrılmış torpaq sahəsinin ilkin cizgisinin tərtib edilməsini xahiş etmişdir. Lakin, cavab olaraq, iddiaçıya xx.xx.2023-cü il tarixli 5-19/2-2/10-N-41-091 saylı cavab məktubu verilmişdir. Məktubda ona 1579 saylı, 24 may 1995-ci il tarixli Sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin dəqiqləşməsinə dair müraciət etiyi və rayon icra hakimiyyəti arxivində həmin sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin (sxem və s.) aşkar edilmədiyi bildirilmişdir. İddiaçı hesab edir ki, bu cavab onun hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Belə ki, müraciətində cavabdehdən tələb olunan cizginin tərtib edilməsi olsa da, cavab məktubunda müraciətinin məzmunu ümumiyyətlə təhrif edlmiş və əslində faktiki olaraq ərizənin icrasından imtina edilmişdir. İddiaçı hesab edir ki, bu imtina qanunvericiliyə ziddir və onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin imtina səbəbinin qanuni əsası yoxdur. Nəzərə alınmalıdır ki, torpaq sahəsi 1995-ci ildə ayrılmışdır. Belə olan halda, “Torpaq islahatı haqqında” qanunun 25-ci maddəsinin tələbləri tətbiq edilməlidir. “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin birinci abzasına əsasən, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Həmin maddənin üçüncü abzasına əsasən, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Göründüyü kimi, torpaq ayrılması səlahiyyətləri 2001-ci ilin 01 yanvar tarixinədək məhz yerli icra haklimiyyətlərinin səlahiyyətlərində olmuşdur. Belə olan halda, yerli icra hakimiyyəti olaraq Cavabdeh tərəfindən ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin ayrılma vaxtı tərtib edilməməsi, həmin cizginin tərtibindən imtina edilməsinə əsas vermir. Torpaq sahəsini ayıran dövlət qurumu hal-hazırda fəaliyyətdədir, səlahiyyəti çərçivəsində ayırmış olduğu torpaq sahəsinin hansı ölçülərdə ayrılmış olamsım müəyyən edən sənədin verilməsi də məhz həmin təşkilatdan tələb edilməlidir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsinin birinci abzasına əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qanunvericiliyin istinad etdiyimiz bu normalarına əsasən, bəhs edilən torpaq sahəsi mənim əvəzsiz mülkiyyətimə verilmişdir. Əvəzsiz mülkiyyətə verilməli olan torpaq sahəsinin ölçülərinin müəyyən edilməsi zəruridir ki, bu ölçülər ayıran orqan tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsnə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) iddialara baxdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı hesab edir ki, Cavabdeh qanunvericiliyə uyğun şəkildə 1995-ci ildə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsindən əsassız olaraq imtina etdiyi üçün, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə ondan inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan(inzibati aktın qəbul edilməsinə yönəlməyən) hərəkətin edilməsi, yəni yerləşmə cizgisinin tərtib edilməsini tələb etməkdə haqlı olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı ilə hazırkı iş üzrə yerində müayinə təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı ilə X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdiriləsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi “Bakı şəhəri Cavabdeh Başçısının 24 may 1995-ci il tarixli 1579 saylı Sərəncamına əsasən, iddiaçıya Badamdar qəsəbəsi ərazisində ayrılmış 600 kv.m. torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması kimi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Bakı İnzibati Məhkəməsinə ünvanladığı İddia ərizəsində Bakı şəhəri Cavabdeh başçısının 24 may 1995-ci il tarixli, 1579 saylı Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv.m. torpaq sahəsi ayrıldığını bildirmişdir. Həmin torpaq sahəsinin ilkin cizgisinin tərtib edilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı Səbail RİH-ə ünvanladığı ərizəsində Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2023-cü il tarixli, 5- 19/2-2/10-N-41-091 saylı cavab məktubu ilə sözügedən torpaq sahəsinin verilməsi barədə Sərəncam, onun tərkib hissəsi olan digər sənədlərin RİH-də aşkar edilmədiyini və müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaya qarşı münasibətini (etirazını) Bakı İnzibati Məhkəməsinə bildirilmişdir. Cavabdeh hesab edir ki, iddiaçının imtinası əsassızdır. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan hallar nəzərə alınmalıdır və işin faktiki halları aydınlaşdırılmalıdır. Belə ki, 1995-ci ildən keçən müddət ərzində torpaq sahəsinə ölçü plan sxeminin verilməsi ilə bağlı İddiaçı xx.xx.2023-cü il (28 il sonra) RİH-ə müraciət etmişdir ki, torpaq sahəsinin təsdiqlənmiş yerləşmə cizgisi yoxdur.Bildiririk ki, Səbail rayonu, Badamdar qəsəbəsi geniş ərazidir və keçən 28 il müddətində torpaq sahəsinə cizgi planının (yerləşmə sxeminin) tərtib edilib verilməsi ilə bağlı vətəndaş tərəfindən heç bir müraciət olunmamışdır. İddiaçı ayrılmış torpaq sahəsinə verilmiş ərazinin yerləşmə cizgisinin olmadığını 2023-cü ildə bildirmişdir. Cavabdeh 5-19/2-2/10-N-41-091 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda vətəndaş İddiaçı bildirilmişdir ki, Bakı şəhər Cavabdeh başçısının 24 may 1995-ci il tarixli, 1579 saylı Sərəncamı və onun tərkib hissələri olan digər sənədlər (sxem və sair) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Belə ki, ’’Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən bildirilmişdir ki, rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri üçün müvəqqəti mühafizə müddəti 5 il müəyyən edildiyi nəzərə alınaraq, Bakı şəhəri Cavabdeh başçısının 2018-ci ilə qədər olan arxiv sənədləri qanunamüvafiq qaydada Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Vətəndaş İddiaçı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 26 iyul 2023-cü il tarixli, 3-48-2F/2-N-05183/2023 nömrəli məktubda Bakı şəhər Cavabdeh başçısının 24 may 1995-ci il tarixli, 1579 saylı Sərəncamının arxiv çıxarışının bir vərəqdən ibarət olduğu və Sərəncama İddiaçı barədə heç bir sənəd əlavə edilmədiyi, hətta sözügedən Sərəncamla torpaq sahəsinin ona verilməsinə əsas olan ərizəsi belə yoxdur. Həmçinin Sərəncamın 6-cı bəndində vətəndaşlardan torpaq vergisinin alınması barədə tapşırıqla bağlı İddiaçı tərəfindən torpaq vergisinin verməsini sübut edən heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddətinin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlayır. Hazırki mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, maraqlı şəxs nəinki həmin dövrdə qüvvədə olan qanunvericiliyə, hətta yeni inzibati prosessual qanunvericiliyin qəbulundan sonra da, uzun müddət keçməsinə baxmayaraq, həmin qərarı mübahisələndirməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri Cavabdeh başçısının 1579 saylı Sərəncamı, 24 may 1995ci il tarixdə qəbul edilmişdir. Mübahisələndirilən həmin inzibati aktdan iddiaçının əvvəldən məlumatı olduğu halda, iddiaçı tərəfindən cavabdehin sərəncamını qəbul edildiyi iyirmi səkkiz il ərzində mübahisələndirməmişdir. Haşiyə: Torpaq sahəsinin təsdiqlənmiş yerləşmə cizgisi yoxdur, iddiaçı ayrılmış torpaq sahəsində dörd mərtəbəli fərdi yaşayış evi inşa etdiyini və həmin evdə yaşadığını bildirmişdir, lakin keçən 27 il müddətində torpaq sahəsinə cizgi planının (yerləşmə sxeminin) tərtib edilib verilməsi ilə bağlı müraciət olunmamışdır. Qeyd edirik ki, qanunla müəyyən olunmuş müddət məhdudiyyəti iştirakçıları məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Qeyd olunanlara əsasən hesab edirik ki, hazırki iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia üzrə subyektiv, 5-19/1- N-41-091/2023 saylı hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (Qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.İd diaçı tərəfindən sözügedən fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinə iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın reyestrində qeydiyyata alınıb- alınmaması aşkar edilməmişdir. Bu barədə sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır (1.1). Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər (1.2). Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, Yerli icra hakimiyyətlərinin başçıları Respublikasının Konstitusiyasını, Azərbaycan Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar (1.3).Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar (1.4). Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin V hissəsinə uyğun olaraq yerli icra hakimiyyətləri orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd olmayan normativ xarakterli aktlar qəbul edə bilərlər (6.1). Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları onlar tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları qərar formasında qəbul edilir (6.2). Yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir (6.8). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları inzibati orqanlar kimi müəyyən olunmuşlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilər. Azərbaycan Respublikası İPMin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilir. Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinin tələbinə görə də bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın əsassız olduğunu və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs tərəfindən iddiaya qarşı təqdim edilmiş etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı keçmiş illərdə dəfələrlə alqı-satqı üzündən məhkəməlik olmuşdur. Ona qarşı iddiaları qanunsuz və əsassızdır. Ailələri ilə birlikdə verdikləri razılıq ərizələri və etirafnamələri vardır. Yenidən qaldırdığı iddiaları əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, məhkəməyə əlavə edilən sənədləri nəzərə alaraq araşdırılmasını və İddiaçı iddialarını ləğv edilməsini xahiş edir. Ona qarşı İddiaçı Adil oğlunun iddia etdiyi torpaq sahəsini 2003- cü ildə qəzet elanı ilə Uluxan adlı makler vasitəsilə Badamdar qəsəbəsi 2-ci massivdə yerləşən boş torpaq sahəsinin keçmiş X24 işləyən X15 və İddiaçı olduğunu və sərəncam ilə satmaq istədiklərini söylədilər. Və 12 sot torpağı ona külli miqdarda pula satdılar. xx.xx.2004-cü il tarixdə 3 illik etibarnamə verdilər. Verdikləri etibarnamənin vaxtı xx.xx.2007-ci il tarixdə bitdi. Sənədləri yeniləmək üçün X15 və İddiaçı axtardı, ondan yenidən pul istədilər, pulu verməsə heç bir sənəd verməyəcəklərini bildirdilər və onu şantaj etdilər. O da Səbail rayon Məhkəməsinə müraciət etdi, xx.xx.2008ci il tarixli məhkəmədə sərəncam ilə alqı-satqı olmaz deyə qərarı ilə məhkəməyə uduzdu. Çünki o, sərəncam ilə alqı-satqı olmayacağını bilmirdi. Yenidən, Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi, əlindəki sənədlər sübut olsa da, xx.xx.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldı. xx.xx.2008-ci ildə Ali Məhkəməyə şikayət etdi, Ali Məhkəmədə xx.xx.2009-cu ildə qətnamə qətnamə qüvvəsində qaldı. Səbail rayon Məhkəməsinin hakimi cənab Rauf Əhmədova 5/4129 nömrəli xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 97480 nömrəli cinayət işi üzrə istintaq davam etdirilməsi üçün DİN- nin baş istintaq və təhqiqat idarəsinə həvalə edilmişdir. Cinayət işinin başlanması barədə Məhkəməyə məktub daxil olmuşdur. xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğun birinci müavini 2-ci dərəcəli ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən fakta əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 213.1 -ci maddəsi ilə 97480 nömrəli cinayət işi başlamışdır. Cinayət işi başladıqda X15 və yoldaşı X7 və X12 və X18 və İddiaçı yoldaşı X3 vermək üçün ona zəng edərək, torpağa aid bütün sənədləri notarial qaydada ona verəcəklərini bildirdilər və məhkəmələrdə ona qarşı dələduzluq etdiklərinə görə notarial qaydada ərizələr və etirafnamələr veririk dedilər. Bu barədə İddiaçı ona 12 sot torpağın 6 sotu onun adına olsa da, X8r. O, səhv etdiyini dedi və hər ikisinin ailələrinin notarial qaydada razılıq etiraf ərizələri vardır. Bu ərizələrdə torpağı ona satmalarını, orada olan tikililərin onun tərəfindən tikildiyini və uzun müddət istifadəsində olduğunu, torpağın pulunun tam ödənilməsini və gələcəkdə alqı-satqıya heç bir iddiası olmayacaq və məhkəməyə müraciət etməyəcəyini sərəncamların adına keçməsinə etirazlarının olmayacaqlarına dair ərizələr notarial qaydada aparılmışdır. 2003-cü ildən torpaq sahəsinin onun istifadəsində olduğunu ərizədə öz imzaları ilə notarial qaydada təsdiq etmişdilər. İddiaçının söylədiyi torpaq sahəsi 2003-cü ildən bəri onun istifadəsindədir. Bütün işıq, qaz, su, internet xətləri sənədləri onun adınadır. Bu günki tarixə qədər torpaq və əmlak vergisi pulları onun tərəfindən ödənilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsində heç bir haqqı yoxdur, ona verilən notarial qaydada razılıq ərizələri, etirafnamələri və məhkəməyə verilər erizələrinə görə sərəncamların adına keçirilməsi və istifadə hüququnun təmin edilməsi və cizginin onun adına çıxarılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Cavabdeh Başçısının aparatı tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilməmişdir. - “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli 1579 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli 1579 saylı Sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Lakin sərəncama İddiaçı barədə heç bir sənəd əlavə edilmədiyi qeyd edilmişdir. - “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X5 mülkiyyətinə verilməsi barədə” xx.xx.2005-ci il tarixli 179 nömrəli Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin qərarı ilə vətəndaş X5 ərizəsi nəzərə alınaraq Badamdar qəsəbəsi 1-ci yaşayış massivində olan 520 kv.m torpaq sahəsi üzün müddət istifadəsində olduğuna əsasən X5 adına alqı-satqı yolu ilə sənədləşdirilmişdir. - Badamdar bələdiyyəsinin sədri tərəfindən X5 istifadəsində olan torpaq sahəsinin cizgisi tərtib edilmişdir. - X6 Badamdar bələdiyyəsi ərazisində 520 kv.m torpaq sahəsinin satılmasına dair “Torpaqların alqı-satqısına dair” akt imzalanmış və torpaq sahəsinin dəyəri Səbail rayon Badamdar bələdiyyəsinin xəzinəsinə əvvəlcədən köçürülmüşdür. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Kollegiyasına ünvanlanmış İddiaçı “iddianın etiraf edilməsi barədə” ərizəsindən görünür ki, Cavabdeh 24 may 1995-ci il, 1579 saylı sərəncamı ilə Batamdar qəsəbəsində İddiaçı 600 kv.m. torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 2003-cü ildə X1. Sərəncamı və bunula əlaqədar bütün işlərin aparılması üçün M.Ağcayevaya müvafıq etibarnamə vermişdir. Həmin vaxtdan da torpaq sahəsi M.Ağcayevaya məxsusdur. Aralarında heç bir mübahisə yoxdur. Ona görə də Mədinə Ağcayevanın torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpağa istifadə və sahiblik hüququnun tanınması barəsindəki iddiasını etiraf edir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Kollegiyasına ünvanlanmış X10 “iddianın etiraf edilməsi barədə” ərizəsindən görünür ki, X4 Ağcavevanın verdiyi iddiasını qeyd-şərtsiz bütövlükdə qəbul edir. O, təsdiq edərək bildirir ki, xx.xx.1995-ci il və xx.xx.1995-ci il tarixli Cavabdeh tərəfindən sərəncamla ayrılmış 1200 kv.m. torpaq sahəsini 2003-cü ildə X1. O, torpaq sahəsini satmamışdan əvvəl dəfələrlə bu barədə qəzetlərdə elanlar vermişdir. Torpaq sahəsini M.Ağcayevaya satanda orada heç bir tikili olmamışdır. M.Ağcayeva torpaq sahəsini aldıqdan sonra orada müxtəlif tikililər aparmışdır. 2003-cü ildən torpaq sahəsi M.Ağcayevanın istifadəsində və sahibliyindədir. Torpaq sahəsinin M.Ağcayevaya satılması və torpaq sahəsinin onun mülkiyyətində, istifadəsində və sahibliyində olması barəsində aralarında heç bir mübahisə yoxdur. 1579 saylı, 24 may 1995-ci iltarixli sərəncam İddiaçı adına olsa da faktiki onun istifadə və sahibliyində olmuşdur. Hər iki torpaq sahəsinin M.Ağcayevaya satılmasında İddiaçı razılığı olmuş və heç bir etirazı olmamışdır. Torpaq sahəsi M.Ağcayevaya satıldıqdan sonra sərəncamları da ona vermişdirlər. R.Q.Rüstəmov və İddiaçı torpaqla bağlı bütün hərəkətlərin edilməsi üçün M.Ağcayevaya müvafiq etibarnamə də vermişdirlər. - xx.xx.2004-cü il tarixli Etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh 24 may 1995-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpağa dair sərəncamda dəyişiklik edilməsi, şəhadətnamə alması, özgəninkiləşdirilməsi ilə bağlı X6 etibarnamə vermişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini məhkəmə mümkün hesab etmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız iddiadır və iddia təmin edilməməlidir. Belə ki, hazırkı iddia tələbi ilə bağlı olaraq məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) M a d d ə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Maddə 9. Torpaq üzərində dövlət mülkiyyəti Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilər. Maddə 10. Torpaq üzərində xüsusi mülkiyyət Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; .... Maddə 14. Torpaq sahələrindən daimi istifadə Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. M a d d ə 23. Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin verilməsi və geri alınması, o cümlədən dövlət və ictimai məqsədlər üçün geri alınması barədə vəsatətin qaldırılması və ona baxılması qaydalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQnömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) 65.5-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65.8-ci maddəsinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 43-cü maddəsinə əsasən 1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
2. Yerquruluşu torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq resurslarının uçotuna və qiymətləndirilməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanmasına, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.
4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.
5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Məhkəmə qeyd edir ki, iş materiallarından və iddiaçının hüquqi marağından da görünür ki, iddiaçı məhz məhkəməyə göstərilən torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsini tələb edir. İş materialları və işin halları ilə müəyyən edilir ki, “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli 1579 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati akt (sərəncam) mövcud olsa da, lakin həmin sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Bu səbəbdən iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair cizginin verilməsi ilə bağlı cavabdeh icra hakimiyyətinə müraciət etmişdir. Cavabdeh icra hakimiyyəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq qeyd etmişdir ki, sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlər (sxem və s.) Cavabdeh arxivində aşkar edilməmişdir. Həmin imtinanı əsassız hesab edən iddiaçı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə həmin inzibati aktla bağlı qeyd edir ki, İddiaçı Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsinin ayrıldığı göstərilsə də, həmin torpağın yerləşdiyi ünvan və bununla bağlı digər rekvizitlər həmin Sərəncamda öz əksini tapmamışdır. Həmçinin, həmin Sərəncamda fərdi yaşayış evinə dair tikililərin sərəncam qəbul edildiyi tarixdən 2 il ərzində həyata keçirilməsi və həmin müddətdə tikinti işlərinə başlanmazsa torpaq sahəsinin geri alınmasına dair bənd öz əksini tapmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən nəinki, həmin müddətdə fərdi yaşayış evinə dair tikinti işlərinin aparılması, ümumiyyətlə onun tərəfindən tikinti işlərinin aparılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, göstərilən torpaq sahəsində mövcud olan qeyri-yaşayış sahələrinə dair tikililərin isə 3-cü şəxs olan X6 aid olduğu məhkəmə tərəfindən müəyyən olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dəqiqliklə yerini bilmir və məhkəməyə təqdim etdiyi topaq sahəsi isə onun istifadəsində deyil. Qeyd edilən məsələlərin araşdırılması məqsədilə məhkəmə müvafiq sorğular vermiş və iş üzrə mübahisəli əraziyə yerli baxış (yerində müayinə) keçirmişdir. Məhkəmə tərəfindən keçirilən yerində müayinə zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi başqa fiziki şəxs (hazırkı iş üzrə üçüncü şəxs olan X9) tərəfindən istifadə olunur və həmin fiziki şəxs tərəfindən mişar daşı ilə tam hasara alınmış və hal-hazırda onun istifadəsinədir. Bu səbəbdən də, həmin torpaq sahəsinə daxil olmaq mümkün olmamışdır. Həmçinin məhkəmə tərəfindən sözügedən torpaq sahəsində üçüncü şəxsə məxsus uzun müddətli qeyri-yaşayış sahəsi olan tikililərin mövcudluğu müəyyən olunmuşdur. Məhkəmənin qərardadı ilə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X5 məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi iddiaçı və üçüncü şəxs arasında mübahisəlidir. Belə ki, iddiaçı və üçüncü şəxs arasında uzun müddət davam edən məhkəmə çəkişmələri olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi 2003-cü il tarixdə X2 və sərəncamın icrası və digər işlərin icrası ilə bağlı üçüncü şəxsə iddiaçı tərəfindən etibarnamə verilmişdir. Eyni zamanda iş materiallarında olan İddiaçı tərəfindən verilmiş “İddianın etiraf edilməsi barədə” ərizədə də qeyd edilir ki, Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli 1579 saylı Sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini 2003-cü il tarixdən X1 və həmin vaxtdan da torpaq sahəsi M.Ağcayevaya məxsus olduğu qeyd edilmişdir. İddiaçı üçüncü şəxslə aralarında heç bir mübahisə olmadığı və M.Ağcayevanın torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi və torpağa dair istifadə və sahiblik hüququnun tanınmasını etiraf etmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, “Bələdiyyə ərazisində olan torpaq sahəsinin X5 mülkiyyətinə verilməsi barədə” xx.xx.2005-ci il tarixli 179 nömrəli Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin qərarı ilə vətəndaş X5 ərizəsi nəzərə alınaraq, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində olan 520 kv.m torpaq sahəsi üzün müddət istifadəsində olduğuna əsasən X5 adına alqı-satqı yolu ilə sənədləşdirilmişdir. Badamdar bələdiyyəsinin sədri tərəfindən X5 istifadəsində olan torpaq sahəsinin cizgisi tərtib edilərək təsdiq edilmişdir. Məhkəmənin qənaətinə əsasən iddiaçının mübahisəli torpaq sahəsinə dair torpağın yerləşmə cizgisinin (plan ölçü sxeminin) hazırlanaraq iddiaçıya verilməsini cavabdehdən tələb etmək hüququ yoxdur. Belə ki, torpaq sahəsi iddiaçıya Cavabdeh başçısının xx.xx.1995-ci il tarixli 1579 saylı Sərəncamı ilə ayrılsa da, 1995-ci ildən keçən müddət ərzində torpaq sahəsinə yerləşmə cizgisinin (plan ölçü sxeminin) verilməsi ilə bağlı İddiaçı xx.xx.2023-cü il (28 il sonra) RİH-ə müraciət etmişdir ki, iddiaçının göstəridiyi torpaq sahəsi 2003-cü il tarixdən iddiaçının deyil, üçüncü şəxsin faktiki istifadəsindədir. Qeyd edilən hal iddiaçı tərəfindən iddianın etiraf ərizəsində və iş materiallarında olan digər sənədlərlə də sübuta yetirilir. Eyni zamanda məhkəmə qeyd edir ki, yerində müayinə zamanı da iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin ona məxsus olması barədə hər hansı mötəbər sənəd təqdim edilməmişdir. Həmçinin, qeyd edilən torpaq sahəsinin üçüncü şəxsə satılması ilə bağlı Bələdiyyə qərarı və yerləşmə cizgisi mövcuddur. Beləliklə, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmadığından, müvafiq Sərəncamla ayrılmış torpaq sahəsinin dəqiq yeri müəyyən olmadığından, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən torpaq sahəsinin məhz məhkəməyə göstərdiyi torpaq sahəsi olduğuna dair hər hansı sübut təqdim edilmədiyindən, göstərilən torpaq sahəsi isə 3-cü şəxs olan X5 faktiki istifadəsində olduğundan və həmin torpaq sahəsində ona məxsus qeyri-yaşayış sahəsi olan tikililər mövcud olduğundan, həmin torpaq sahəsinə dair 3-cü şəxs barədə bələdiyyə tərəfindən torpaq ayrımaya dair qərar və yerləşmə cizgisi olduğundan iddiaçının tələbi qanuni və əsaslı hesab edilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X9) Bakı şəhəri Cavabdeh başçısının 24 may 1995-ci il tarixli 1579 saylı Sərəncamına əsasən, iddiaçıya Badamdar qəsəbəsi ərazisində ayrılmış 600 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin Cavabdeh üzərinə vəzifə kimi qoyulmasına dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev