Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2953/2024 23.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Bakı Baş Səhiyyə İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı Bakı Baş Səhiyyə İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə inzibati işə 23 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə əlilliyə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il təvəllüdlüdür, Leytenant hərbi rütbəlidir, xx.xx.2011-ci ildən Azərbaycan Respublikası Silahlı qüvvələrində motoatıcı ixtisası üzrə xidmət etmişdir. xx.xx.2017-ci il tarixində postda xidmət zamanı düşmən tərəfindən atılmış atəş nəticəsində qarın boşluğunun odlu-silah güllə yaralanması xəsarəti almışdır. Silahlı qüvvələrin Baş Klinik Hospitalı Torakoabdominal Cərrahiyə bölməsi tərəfindən verilmiş 2519 №-li xəstəlik tarixindən çıxarış epikrizinə və 12 mart 2018-ci il tarixli 668 №-li xəstəlik haqqında şəhadətnaməyə əsasən diaqnoz və xəsarətin xəstəliyin səbəbli əlaqəsi ilə müəyyən edilir. Qarın boşluğunun odlu silahdan dəlib-keçən güllə yaralanması (xx.xx.2017) nəticəsində nazik və köndələn çənbər bağırsağın çoxsaylı zədələnməsinə görə Laportamiya (xx.xx.2017), nazik bağırsağın reaksiyası (20 sm), yan-yana entero-entero anastomozun qoyulması, köndələn çəmbər bağırsağın rezaksiyası (22 sm), kolostomanın çıxarılması, yaraların birincili-cərrahi işləməsi, funksiya edən kolostomaya görə relaportamiya (xx.xx.2018), kolostomanın ləğvi, yan-yana kolo-kolo nastomozun qoyulması, qarın boşluğunun sanksiyası və drenajı cərrahiyə əməliyyatından sonrakı vəziyyət, həzm funksiyasının mülayim dərəcədə pozulması ilə, Hərbi travmadır, hərbi xidməti vəziflərini yerinə yetirərəkən alınmışdır. “Xəstəliklər cədvəli”nin 83 B maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Qeyd olunan diaqnozla əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Lakin 2023-cü il mart ayından pensiyası kəsilərək, əlillik ilə bağlı TSEK-dən imtina edilərək diaqnozu əlillik əlaməti təyin etmədiyi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 14936/2023 saylı qərardadı ilə Bakı Baş Səhiyyə İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi təklif olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh Agentlik tərəfindən “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Bir neçə qarın boşluğu orqanının travması, Nazik və köndələn çənbər bağırsağın odlu silah yaralanması nəticəsində travması. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Nazik bağırsağın rezeksiyası (20 sm), yan-yana entero-entero anastomozun qoyulması, köndələn çənbər bağırsağın rezeksiyası (22 sm), yan-yana kolo-kolo anastomozun qoyulması əməliyyatından sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1993cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respubikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 668 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Qarın boşluğunun odlu silahdan dəlibkeçən güllə yaralanması (xx.xx.2017) nəticəsində nazik və köndələn çənbər bağırsağın çoxsaylı zədələnməsinə görə laparotomiva (xx.xx.2017), nazik bağırsağın rezeksiyası (20 sm), yan-yana entero-entero anastomozun qovulması, köndələn çəmbər bağırsağın rezeksiyası (22 sm), kolostomanın çıxarılması, yaraların birincili-cərrahi işlənməsi, funksiya edən kolostomava görə relaparotomiva (xx.xx.2018). kolostomanın ləğvi, yanvana kolo-kolo anastomozun qovulması, qarın boşluqunun sanasivası və drenajı cərrahiyyə əməliyyatlarından sonrakı vəziyyət, həzm funksiyasının mülayim dərəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qəbizlikdən, ayaqlarda keyimədən, qanlı ishaldan şikayətlənmişdir. Baxış zamanı dəri və selikli qişalar təmiz, rəngi adi, qarının hər iki tərəfində çapıqlar, total laparotomiya, sağ tərəfdə stomanın ləğvindən sonrakı çapıqlar izlənmiş, palpasiyada qarnı yumşaq, çəkisi 82 kq, boyu 173 sm, BÇİ-27 müəyyən edilmişdir. Anemiya əlamətləri müşahidə edilməmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışda diaqnoz “Cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu. Cərrahi əməliyyatdan sonrakı bitişmə xəstəliyi. Hissəvi bağırsaq keçməziliyi. Hb-15.9 g/Tkimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdı rılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Bakı Baş Səhiyyə İdarəsinin iddiaya dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlmədiklərindən və səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Agentliyin nümayəndəsi X7 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 668 №-li, xx.xx.2018-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı xx.xx.2011-ci ildən Silahlı Qüvvələrdədir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 69 nömrəli göndərişi ilə SQ BKH cərrahiyə profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamənin 12-ci bəndində qeyd olunmuşdur- Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında hospital hhknın qərarı: Qarın boşluğunun odlu silahdan dəlib-keçən güllə yaralanması (xx.xx.2017) nəticəsində nazik və köndələn çənbər bağırsağın çoxsaylı zədələnməsinə görə lapartoriya (xx.xx.2017), nazik bağırsağın rezeksiyası ( 20 sm), yan-yana entero-entero anastomozun qoyulması, köndələn çəmbər bağırsağın rezeksiyası (22 sm), kolostomanın çıxarılması, yaraların birincili-cərrahi işlənməsi, funksiya edən kolosomoya görə relapartomiya (xx.xx.2018), kolostomanın ləğvi, yan-yana kolo-kolo anastomozun qoyulması, qarın boşluğunun sanasiyası və drenajı cərrahiyə əməliyyatlarından sonrakı vəziyyət, həzm funksiyasının mülayim dərəcədə pozulması ilə.. Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirərəkən alınmışdır…. HHK-nın hərbi xidətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 83 B maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır qeyd edilmişdir ( 13-cü bənd). X4 aid aşağıdakı; - xx.xx.2018-ci il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar=>Y36-Hərbi əməliyyatlar =>Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu….. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Qarın boşluğunu odlu silahdan dəlib keçən güllə yaralanması, nazik, köndələn, çəmbər, bağırsağın çoxsaylı zədələnməsi ilə, Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Lapartomiya, nazik bağırsağın rezeksiyası ( 20 sm), yan-yana entero-entero anastomozun qoyulması, köndələn=çəmbər bağırsağın rezeksiyası (22 sm), kolostomanın çıxarılması. Relaparotomiya funksiya edən kolostomanın ləğvi, yan-yana kolo-kolo anastomozun qoyulması, həzm funksiyasının pzoulması ilə bağlı, Bağırsaq bitişmələri, keçməməzlik ilə, Qarın boşluğunun bitişmə xəstəliyi ağrı sindiromu ilə hissəvi bağırsaq keməməzliyi, Miopiya, OU-zəif dərəcəli miopiya. Digər neqativ pozuntular, Vegetativ damar distoniyası.Dəmir Defsitli anemiya, İşemik kardiomiopatiya….Meyar: 2.2.İkinci dərəcə əlillik => 2.2.5 ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəliklərin ( üm….) xx.xx.2022-ci il tarixli xxxxxxx0007 akt №-li Avtomobil müayinələrinin nəticəsində qeyd olunmuşdur: Diaqnozun mətni: Relapartomiya funksiya edən kolostomanın ləğvi, yan-yana kolo-kolo anastomozun qoyulması, həzm funksiyasının pozulması ilə..Bağırsaq bitişmələri, keçməməzlik ilə, Qarın boşluğunun bitişmə xəstəliyi ağrı sindromu ilə, hissəvi bağırsaq keçməməzliyi..Miopiya, OU-Zəif dərəcəli miopiya..Digər neqativ pozuntular, Vegetativ damar distoniyası. Dəmir defsitli anemiya, İşemik kardiomiopatiya, TSEK-in əlavə diaqnozu: Relapartomiya funksiya edən kolostomanın ləğvi, yan-yana kolo-kolo anastomozun qoyulması, həzm funksiyasının pozulması ilə. Bağırsaq bitişmələri, keçməməzlik ilə. Qarım boşluğununun bitişmə xəstəliyi ağrı sindromu ilə hissəvi bağırsaq keçiməməzliyi..Miopiya, OU-Zəif dərəcəli miopiya. Digər neqativ pozuntular, Vegetativ dammar distomiyası. Dəmir defsitli anemiya, İşemik kardiomiopatiya,…Əlavə müayinələrin nəticələri: Relapartomiya funksiya edən kolostomanın ləğvi, yan-yana kolo-kolo anastomozun qoyulması, həzm funskiyasının pozulması ilə, Bağırsaq bitişmələri, keçməməzlik ilə, Qarın boşluğunun bitişmə xəstəliyi ağrı sindromu ilə, hissəvi bağırsaq keçiməməzliyi, Miopiya, OU-Zəif dərəcəli miopiya.Digər neqativ pozuntular, Vegetativ damar distoniyası.Dəmir defsitli anemiya, İşemik kardiomiopatiya……Avtomobil və motorlu arabanın verilməsi üçün əsas: Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslər……Reabilitasiya vasitəsi: avtomobil….. 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı: imtina edilir….. 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər-əks göstəriş yoxdur. xx.xx.2018-ci il tarixli, xxxxxxx0008 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Bir neçə qarın boşluğu orqanının travması, Nazik və köndələn çənbər bağırsağın odlu silah yaralanması nəticəsində travması. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Nazik bağırsağın rezeksiyası (20 sm), yan-yana enteroentero anastomozun qoyulması, köndələn çənbər bağırsağın rezeksiyası (22 sm), yanyana kolo-kolo nastomozun qoyulması əməliyyatından sonrakı vəziyyət.. İmtina edilmənin səbəbi: Diaqnov əlillik əlaməti təyin etməməsi-səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-3- 16454/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın 24-cü bəndində qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1993-cü ii təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respubikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 668 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Qarın boşluğunun odlu silahdan dəlib-kecən güllə yaralanması (xx.xx.2017) nəticəsində nazik və köndələn çənbər bağırsağın çoxsaylı zədələnməsinə görə Laparotomiya (xx.xx.2017), nazik bağırsağın rezeksivası (20 sm), yan-yana enteroentero anastomozun qovulması, köndələn çəmbər bağırsağın rezeksivası (22 sm), kolostomanın çıxarılması, yaraların birincili-cərrahi işlənməsi. funksiya edən kolostomava görə relaparotomiya (xx.xx.2018), kolostomanın ləğvi, yan-yana kolo-kolo anastomozun qovulması, qarın boşluqunun sanasivası və drenajı cərrahiyyə əməliyyatlarından sonrakı vəziyyət, həzm funksiyasının mülayim dərəcədə pozulması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qəbizlikdən, ayaqlarda keyimədən, qanlı ishaldan şikayətlənmişdir. Baxış zamanı dəri və selikli qişalar təmiz, rəngi adi, qarının hər iki tərəfində çapıqlar, total İaparotomiya, sağ tərəfdə stomanın ləğvindən sonrakı çapıqlar izlənmiş, palpasiyada qarnı yumşaq, çəkisi 82 kq, boyu 173 sm, BÇİ-27 müəyyən edilmişdir. Anemiya əlamətləri müşahidə edilməmişdir. Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli ******* nömrəli Çıxarışda diaqnoz “Cərrahi əməliyyatdan sonra əmələ gələn sorulma pozğunluğu. Cərrahi əməliyyatdan sonrakı bitişmə xəstəliyi. Hissəvi bağırsaq kecməzliyi. Hb-15.9 q/T kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən hazırki mübahisənin həlli ilə bağlı iş üzrə üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinə tapşırılmış və ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı xx.xx.1993-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla: - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 12 mart 2018-ci il tarixli, 668 nömrəli qərarında əks olunmuş diaqnozdakı xəsarətlər onda müəyyən olunurmu? - Onda aşkar olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli (2022-ci il iyulun 1-dək qüvvədə olmuş) № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə müəyyən olunurmu? - Onda aşkar olunan xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”də müəyyən olunurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş T361/2024 saylı ekspert rəyindən (ekspertizanın başlanma tarixi 17 may 2024-cü il başa çatma tarixi 21 iyun 2024-cü il) görünür ki, 1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən sullara uyğun komissiya nəticəyə gəlir: 1,3. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından İddiaçı hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin iş materiallarında olan xx.xx.2018-ci il tarixli 668 saylı xəstəlik şəhadətnaməsində qeyd edilmiş “Qarın boşluğunun odlu silahdan dəlib keçən güllə yaralanması (xx.xx.2017) nəticəsində nazik və köndələn çənbər bağırsağın çoxsaylı zədələnməsinə görə laparotomiva (xx.xx.2017), nazik bağırsağın rezeksiyası (20 sm), yan-yana entro-entro anastomanın qovulması, köndələn çəmbər bağırsağın rezeksiyası (22 sm) kolostomozun çıxarılması, yaraların birincili-cərrahi işlənməsi, funkisya edən kolostomava görə relaparotomiva (xx.xx.2018). kolostomanın ləğvi, yan-yana kolo-kolo anastomozun qovulması, qarın boşluqunun sanasivası və drenajı cərrahiyyə əməliyyatlarından sonrakı vəziyyət, həzm funkisyasının mülayim dərəcədə pozulması ilə “ diaqnozundakı xəstəliklərdən əziyyət çəkməsinini də inkar etmək olmaz. Belə ki, diaqnoz ona satsionarda qoyumuş, üzərində əməliyyatlar aparaılmış, əyani müyauinədə qarının hər iki tərəfində çapıqlar, total laporotamiya, sağ tərəfdə stomanın ləğvindən sonrakı çapıqlar izlənmiş, palpasiyada qarnı yumşaq, çəkisi-82kq, boyu-173 sm, boyu-173 sm, BÇİ-27 müəyyən edilmiş, anamiya əlamətləri müşahidə edilməmiş, anamnestik və klinik olaraq əlillik təyinatına əsas verən xroniki həzm pozğunluğu əlamətləri aşkar edilməmişdir. Odur ki, diaqnoz nəzərə alınmaqla, əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respubilkası Nazirlət Kabinentinin xx.xx.2015-ci il tarixli, №-li 413 qərarı ilə təsdiq edilmiş “Əliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsanamə”nin istərsə də Azərbaycan Respubilkası Nazirlər Kabinentinin xx.xx.2022-ci il tarixli, №-li 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının bəndlərindən birini aid etmək mümkün olmadı. Tətbiq edilən hüquq. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ...
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. ...
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı- ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə də cavabdeh inzibati orqan tərəfindən müəyyən olunmuş nəticə bir daha təsdiqlənmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz.
NƏTİCƏVİ HİSSƏ
İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev