Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2954/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Sədərək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/69-21 nömrəli arayışda qeyd edilmişdir ki, X6 xx.xx.1981-ci ildə Naxçıvan MR, Şərur rayon Sədərək kəndinə anadan olmuşdur. Bu barədə xx.xx.1982-ci il tarixdə Sədərək rayonunun Sədərək icra nümayəndəliyində 23 №-li doğum haqqında akt qeydi tərtib edilmişdir. Seriya AZE № ******** şəxsiyyət vəsisəqinə əsasən İddiaçı xx.xx.1980-cı il tarixdə Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuşdur. “Elektron notariat” X1 vasitəsi ilə “X5” AQİS-dən Nikah haqqında akt qeydindən Çıxarışa əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə, Şərur rayonu Sədərək kəndinə anadan olmuşdur. C00482879 nömrəli vətəndaşlıq pasportundan görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. xx.xx.2005-ci il tarixli, 13 №-li nikah akt qeydindən müəyyən edilir ki, X4 ilə X3 nikahı qeydə alınmış, nikahdan sonra arvada “Ələkbərova” soyadı verilmişdir. Həmin akt qeydində İddiaçı doğum tarixi xx.xx.1980-ci il göstərilmişdir. X2 xx.xx.2007-ci il tarixli 101 №-li doğum akt qeydindən görünür ki, o, xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Ana qrafasında İddiaçı göstərilmiş, anasının doğum tarixi xx.xx.1980-ci il tarix qeyd edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək Sədərək rayonu, Sədərək icra nümayəndəliyi tərəfindən qeydə alınmış 23 saylı doğum akt qeydində doğum tarixinin xx.xx.1981-ci il tarixdən, xx.xx.1980-ci il tarixə düzəliş edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...doğum akt qeydində dəyişiklik edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslar müəyyən olunmadığına görə məsələnin həlli qeydiyyat orqanında mümkün deyil”. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1980-ci il Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuş Ələkbərova (Həsənova) Balaxanım Cəfər qızının doğum haqqında Sədərək rayonunun Sədərək İcra Nümayəndəliyi tərəfindən xx.xx.1982-ci il tarixdə tərtib edilmiş 23 №-li doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi və doğum akt qeydləri kitabında dəyişiklik edərək doğulduğu tarixin xx.xx.1981-ci il əvəzinə xx.xx.1980-ci il qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bütün sənədlərdə doğum tarixi xx.xx.1980-ci il tarixdir. Cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə yazılı mülahizə göndərmişdir. Yazılı mülahizədə imtina məktubunun dəlilləri təkrarlanmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. X5nın qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X5nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. X5nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X5nın qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. X5nın qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «X5nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» 1-ci bənd. X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bənd. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bənd. X5nın qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: X5nın qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bənd. X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bənd. X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bənd. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bənd. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bənd. X5nın qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: Yuxarıda sadalanan qanunvericilik aktlarının mənasından göründüyü kimi, akt qeydində düzəlişlər edilməsi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin idarələr tərəfindən düzəliş edilməsindən imtina edildiyi halda ərizəçi məhkəməyə müraciət etmək hüququ vardır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçının bütün sənədlərində, şəxsiyyət vəsiqəsində, vətəndaşlıq pasportunda, övladının doğum akt qeydində və nikah akt qeydində onun doğum tarixi xx.xx.1980-ci il tarix göstərilmişdir. Yalnız Sədərək icra nümayəndəliyi tərəfindən qeydə alınmış 23 saylı doğum akt qeydində doğum tarixinin xx.xx.1981-ci il göstərilmişdir ki, məhkəmə bunu iddiaçının digər sənədlərinə əsasən düzgün olmayan hesab edir. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və iddiaçının doğum akt qeydindəki yanlışlıq aradan qaldırılaraq onun doğum tarixi digər sənədlərinə uyğunlaşdırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. xx.xx.1980-ci il Naxçıvan MR, Şərur rayonu, Sədərək kəndində anadan olmuş Ələkbərova (Həsənova) Balaxanım Cəfər qızının doğum haqqında Sədərək rayonunun Sədərək İcra Nümayəndəliyi tərəfindən xx.xx.1982-ci il tarixdə tərtib edilmiş 23 № li doğum akt qeydinin düzgün olmamasının müəyyən edilməsi və doğum akt qeydləri kitabında dəyişiklik edərək doğulduğu tarixin xx.xx.1981-ci il əvəzinə xx.xx.1980-ci il qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-2954/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2954/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver