Məhkəmə qərarları › İş №2-1(112)-2957/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2957/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2957/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: X7 Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh 06 sentyabr 2022-ci il tarixli, 01/4767 saylı məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Həyat yoldaşı Qanuni nümayəndə qeydiyyatı ünvan 1 ünvanında olduğu üçün istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Bundan sonra iddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-ci il təvəllüdlü İddiaçı2, xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 vəxx.xx.2013-cü il təvəllüdlü İddiaçı3 “məcburi köçkün statusu"nu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçılar qismində İddiaçı2, İddiaçı1 və İddiaçı3 qəbul olunmaqla, övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2, xx.xx.2011- ci il təvəllüdlü İddiaçı1, xx.xx.2013-cü il təvəllüdlü İddiaçı3 “məcburi köçkün statusu”nu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və iş üzrə əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 ilə əvəz edilmişdir. II. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Qanuni nümayəndə 15 dekabr 2005-ci il oğlu ilə rəsmi nikaha daxil olmuşdur. X4 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür ( AA seriyalı 324430№-li vəsiqə). Bu nikahdan üç övladı dünyaya gəlmişdir- xx xxxxxxx 2006-cı il təvəllüdlü İddiaçı2, xx xxxxxx 2011-ci il təvəllüdlü İddiaçı1 və xx xxxx 2013-cü il təvəllüdlü İddiaçı3. Həyat yoldaşı X5 məcburi köçkün statusu verilsə də, övladlarına məcburi köçkün statusu verilməmişdir. Bununla bağlı həyat yoldaşı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə rəsmi qaydada müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan 01/4767 nömrəli xx.xx.2022-ci il tarixli məktub ilə cavab verərək bildirmişdir ki, Qanuni nümayəndə qeydiyyatı ünvan 2 ünvanında olduğu üçün istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı2, İddiaçı1 və İddiaçı3 X3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir. X1 rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı2, İddiaçı1 və İddiaçı3 anası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir. Qanuni nümayəndə ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı2, İddiaçı1 və İddiaçı3 anası Qanuni nümayəndə yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Bakı şəhərinin Nizami rayonu” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün’’ statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, onlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçılar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh imtina etdikdən sonra məhkəməyə müraciət etmişlər. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan AZE seriyalı, 06446537 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1973-cü il tarixdə Füzuli rayonu, Əbdürrəhmanlı kəndində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 3ində qeydiyyatdadır. AA seriyalı 324430 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X1 rayonunu 1993-cü ildə tərk etmiş, cavabdeh tərəfindən ona xx.xx.2014-cü il tarixdə məcburi köçkün statusu verilmişdir. AZ-İ № 213318 nömrəli, xx.xx.2002-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və Qanuni nümayəndə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1980-ci il tarixdə Özbəkistan Respublikası, Kokand şəhərində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır. AZ-İ №861308 nömrəli, xx.xx.2006-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası Qanuni nümayəndədır. AZ-İİ №936107 nömrəli, xx.xx.2012-ci il tarixli doğum haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası Qanuni nümayəndədır. AZ-İİİ №571827 nömrəli, xx.xx.2015-ci il tarixli doğum haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. X3, anası Qanuni nümayəndədır. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli 02/3055 nömrəli məktubundan görünür ki, X7 məcburi köçkündür. Komitənin Regional idarəetmə və status şöbəsinin 26 noyabr 2014-cü il tarixli protokolu ilə ona AA seriyalı, 324430 nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Qanuni nümayəndə məcburi köçkün statusuna malik deyildir. Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-43- 10/2-889/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X2 Əbdürrəhmanlı kəndindən məcburi köçkündür və məcburi köçkün kimi vahid aylıq müavinət alır. Cavid İbrahimovun arvadı xx.xx.1980-ci il təvəllüdlü Qanuni nümayəndə Bakı şəhər sakini olduğu üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarının (valdeyinlərindən biri “məcburi köçkün” statusuna malik olmuyan uşaqlara) 2.6-cı bəndinə uyğun olaraq oğlu xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2, oğlu xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 və qızı xx.xx.2013-cü il təvəllüdlü İddiaçı3, ümumiyyətlə, vahid aylıq müavinət almamışlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-31216-1222 nömrəli məktubuna əsasən xx.xx.1973cü il təvəllüdlü X7 xx.xx.1992-ci il, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 xx.xx.2016-cı il, xx.xx.2011-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2016-cı il, xx.xx.2013-cü il təvəllüdlü İddiaçı3 xx.xx.2019-cu il tarixdən ünvan 3ində qeydiyyatdadırlar. xx.xx.1980-ci il təvəllüdlü Qanuni nümayəndə xx.xx.1996-cı il tarixdən ünvan 6 ünvanda, xx.xx.2005-ci il tarixdən ünvan 7atdadır. Beləliklə, iddiaçıların atasının məcburi köçkün statusuna malik olması, ünvan 3ində qeydiyyatda olması, anası Qanuni nümayəndə isə məcburi köçkün statusuna malik olmaması və ünvan 7atda olması işin mübahisəsiz hallarını təşkil edir. İddiaçılar hazırda atalarının məcburi köçkün statusuna malik olmasına istinad edərək onlara məcburi köçkün statusunun verilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a (bundan sonra – Qaydalar) əsasən: - Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. - Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. - Bənd 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. - Bənd 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. - Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: - 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; İşin yuxarıda sadalanan hallarından görünür ki, hazırkı iş üzrə iddiaçıların anasının daimi yaşayış yeri işğal olunmuş rayon deyil, Bakı şəhəri, N.Abdullayev küçəsi, ev 4/25Q ünvanında olmuş, cavabdeh də məhz bu halı əsas götürməklə Qaydaların 4.1.6-cı bəndinə istinad edərək iddiaçıların tələbini təmin etmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin tələbi konkret olmaqla həmin Qaydalar qüvvəyə mindiyi tarixdən uşaqlara məcburi köçkün statusunun verilməsi üçün valideynlərindən atasının “məcburi köçkün” statusuna malik olmasını və hər iki valideyninin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasını tələb edir. İddiaçı3 xx.xx.2013-cü il tarixdə doğulmuş, həmin tarixdə bu Qaydalar qüvvədə olmuşdur. İddiaçılar xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 və xx.xx.2011-ci il təvəllüdlü İsmayılov X6 qəbul edilməsindən əvvəl doğulsalar da, onların müvafiq hüququ xx.xx.2014cü il tarixdən, yəni atası Cavid İsmayılova məcburi köçkün statusu verildiyi tarixdən yaranmışdır. O da qeyd edilməlidir ki, iddiaçıların doğulduğu vaxt qüvvədə olan Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara. İstinad edilən normadan görünür ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydaların müəyyən edilməsini nəzərdə tutumamış, həmin dövrdə qüvvədə olan aktlar yemək xərci alan şəxsi məcburi köçkün statusu almış şəxs kimi qəbul etmişdir. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. İşdən müəyyən olunur ki, iddiaçılar hazırkı tarixədək hər hansı bir müavinət almamış, qanunvericiliklə məcburi köçkün statusuna malik şəxslərə şamil olunan güzəştlər onlara şamil olunmamışdır. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İddiaçılara məcburi köçkünlər üçün nəzərdə tutulan təminatın verilmə əsasını aradan qaldıran halların olması, buna görə də hazırkı tarixədək həmin təminatlardan istifadə etməmələri onların həmin statusa qanuni gözlənti hüququnun olmadığını da deməyə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların hüququnun yarandığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən məcburi köçkün hesab edilmələri müəyyən edilmədiyindən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar