Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2962/2021 17.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinin plan-ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının 2251 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin plan və ölçü sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanda yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qaraçuxur qəsəbəsi nümayəndəsi tərəfindən 48 saylı, xx.xx.2004-cü il tarixli cizgisi tərtib olunmuşdur. Lakin, həmin cizgidə torpağın yerləşmə sxemi səhv tərtib olunmuşdur. Cavabdehnə ərizə ilə müraciət edərək, Cavabdeh Başçısının 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin plan və ölçü sxeminin verilməsini xahiş etmişdir. Lakin, Cavabdeh müraciətindən imtina etmişdir. Cavabdeh müraciətindən imtina etməsi qanunsuz və əsassızdır. İddia tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4cü, 5-ci, 10.4-cü, 10.5-ci, 43.3-cü, 43.5-ci, 48.2-ci, 48.4-cü, 48.5-ci, 50-ci, 55-ci, 65.2-ci, 65.5-65.8-ci Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 60-cı, 71-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci, 33.1-ci, 34.1-ci maddələrinə istinad edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Cavabdeh Başçısının Aparatı tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 10-İ-92-091 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının nümayəndəsinin torpaq sahəsinə dair cizginin verilməsinə icazə verilməsi barədə Cavabdehnə ünvanladığı İ-92-091 saylı, xx.xx.2020-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair Cavabdeh başçısının 2551 saylı, xx.xx.1994-cü il tarixli sərəncamı və onun tərkib hissələri (sxem və s.) Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx xxxxxx 2021-ci il tarixli, BA-00504-2021 nömrəli məktubla təqdim edilmiş Cavabdeh başçısının 2551 nömrəli, xx xxxxxx 1994-cü il tarixli “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” Sərəncamından arxiv çıxarışının surətindən görünür ki, Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün ... İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama İddiaçı barəsində heç bir sənəd əlavə edilməmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Cavabdeh Başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən təsdiq edilmiş 48 nömrəli, xx xxxx 2004-cü il tarixli torpaq sahəsinin yerləşmə cizgisinin surətindən görünür ki, Cavabdeh Başçısının 2551 nömrəli, xx xxxxxx 1994-cü il tarixli sərəncam ilə İddiaçı ayrılmış, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 4-cü döngə, 671 nömrəli torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmiş, yerləşmə cizgisi tərtib edilərkən, cizgidə ayrıca göstərilən, 671 nömrəli torpaq sahəsinin konfiqurasiyası ümumi cizgidə düzgün göstərilməmişdir ki, bunu da, cizgidən açıq-aydın müəyyən etmək olar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Cavabdeh Başçısının 2551 nömrəli, xx xxxxxx 1994-cü il tarixli, “Fərdi yaşayış evinin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” sərəncamı ilə Badamdar qəsəbəsində fərdi ev tikmək üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sözügedən sərəncam hazırda qüvvədə olmaqla, bir nüsxəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Həmin sərəncama əsasən Cavabdeh Başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən xx xxxx 2004-cü il tarixdə yerləşmə cizgisi verilmiş, lakin, yerləşmə cizgisi verilərkən yanlışlığa yol verilmiş, İddiaçı ayrılmış torpaq sahəsi cizgidə ümumi hissədə ox vasitəsilə düzgün göstərilməmiş, nəticədə iddiaçı ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması zamanı çətinliklərlə üzləşmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə, qərardan irəli gələn məsələlərin həlli ilə bağlı hərəkətlərin edilməsinə dair cavabdehə müraciətlər etsə də, sonuncu tərəfindən bugünədək torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilməmişdir. İmtinaya əsas kimi, sözügedən sərəncama əsasən iddiaçıya ayrılmış torpaq sahəsinə aid Rayon İcra Hakimiyyətində heç bir arxiv sənədi olmadığına istinad edilmişdir. Halbuki, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması barədə sərəncam Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcud olmuşdur. Lakin, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, sonuncunun qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Halbuki, iddiaçıya torpaq ayrılan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, istər Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılan zaman qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılması zaman ayrılmış torpaq sahasinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair plan-ölçü sxeminin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan-ölçü sxeminin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Lakin, cavabdeh iddiaçıya ayırdığı torpaq sahəsinə dair düzgün plan-ölçünün təsdiq edilmiş surətini verməmişdir, bu hal isə həmin torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hazırki iş üzrə hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin müddəalarına əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludu; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh Başçısının xx xxxxxx 1994-cü il tarixli, 2551 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin plan-ölçü sxeminin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2962/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2962/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver