Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2963/2020 07.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınaqarşı «güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə“ iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməsi tələb edilmişdir. Cavabdehin nümayəndəsi X1 məhkəməyə vəsatət təqdim edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qanunvericiliyə əsasən cavabdeh idarənin iddiaçıdan müvafiq sənədlərin əsllərini tələb etmək hüququ olmuş, pensiya təyinatı orqanı iddiaçıdan müvafiq sənədləri tələb etmiş, iddiaçı müvafiq sənədlərin əsllərini tam şəkildə cavabdehə təqdim etməmiş, bu səbəbdən iddiaçının cavabdehə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. İddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası 07 oktyabr 2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə verdiyi izahatında bildirdi ki, cavabdeh pensiya təyinatı orqanına güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məqsədilə ona məxsus əmək kitabçasının və şəxsiyyət vəsiqəsinin surətlərini, sosial sığorta şəhadətnaməsini təqdim etmişdir. İzahatının sonunda iddiaçı mövcud vəziyyətdə ona qanunvericiliyin tələbləri çərçivəsində köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Təyin edilmiş məhkəmə iclasında cavabdeh tərəf iştirak etmədiyinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıdakı səbəblərə görə mümkünsüz sayılmalıdır. Belə ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. İş materiallarına əlavə edilmiş, cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********6 saylı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Sonda qeyd olunanları nəzərə alaraq iddiaçıya bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsində mahiyyət etibarilə güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etsə də, məhkəməyədək pensiya təyinatı orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq tələb edilmiş sənədləri tam şəkildə təqdim etməmişdir. İnzibati Prosessual Məcəllənin 13 və 48-ci maddəsinin tələblərindən çıxış edərək, iddianın mümkün sayılmamasına səbəb olan qeyd edilən halların zəruri hüquqi yardım göstərməklə aradan qaldırılması mümkün hesab edilmir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 8.5-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilən əsaslara görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, ilk növbədə əmək fəaliyyətini təsdiq edən sənədləri (əmək kitabçasını və ya müvafiq qaydada təsdiq edilmiş surətini, güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını, 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajını təsdiq edən dövlət arxivinin arayışlarını, hərbi biletini və ya müvafiq qaydada təsdiq edilmiş surətini, texniki peşə məktəblərində, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil almasını təsdiq edən sənədlərini və s.) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etməli, xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3AKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-2963/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2963/2020
07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver