Məhkəmə qərarları › İş №2-1(112)-2965/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2965/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2965/2020 02.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsində böyük məsləhətçihüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat İdarəsinə qarşı “iddiaçının mərhum ərinin təminat xərcliyinin (sonrakı artımlar da nəzərə alınmaqla) 80 faiz miqdarında pensiyanın yenidən hesablanması və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat İdarəsinə qarşı “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklikər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 –VQD nömrəli Azərbaycan Respublikası Qanuna əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin iddiaçıya münasibətdə tətbiq edilməsi və iddiaçının mərhum ərinin təminat xərcliyinin (sonrakı artımlar da nəzərə alınmaqla) 80 faiz miqdarında pensiyanın yenidən hesablanması və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi barədə iddia ərizəsi iləməhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə mərhum həyat yoldaşının təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 - VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklərin ona münasibətdə tətbiq edilməsini, təminat xərcliyinin 80 faizi miqdarında pensiyanın yenidən hesablanmasını və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin ödənilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz hesab edən iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və müvafiq formada əmək pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədilə şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar müvafiq orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” qanunun 20.17.2-ci maddəsinə əsasən mərhum həyat yoldaşının təminat xərcliyinin (sonrakı artımlarda nəzərə alınmaqla) 35 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi “Əmək pensiyaları haqqında” qanuna xx.xx.2017-ci il tarixli dəyişiklik xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ qanundan əvvəlki dövrü əhatə etdiyindən və qanunda edilmiş dəyişikliklər qüvvəsini aldığı tarixdən sonra hüquq qazanmış vətəndaşlara şamil edildiyindən iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 20.17.1-ci və 20.17.2-ci maddələrinə əsasən 2017-ci ilin 01 iyul tarixindən qüvvəyə minmiş dəyişikliklərlə ailə başçısını itirməyə görə əmək pensiyasının təminat xərcliyinin müvafiq olaraq 35 və ya 50 faizdən 80 faizə artırılması nəzərdə tutulmuşdur. Həmin Qanunda başqa hal nəzərdə tutulmadığından qüvvəyə mindiyi tarixdən sonrakı münasibətlərə şamil edilir. xx.xx.2017-ci il tarixdən əvvəl əmək pensiyası hüququ yaranmış və (və ya) təyin edilmiş şəxslərə ailə başçısını itirməyə görə əmək pensiyasının müvafiq 35 (50) faizdən 80-ə qaldırılması Konstitusiyada göstərilən hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirilə bilməz. Çünki, şəxsin pensiya hüququ göstərilən tarixdən əvvəl də mövcud olmuş və bu hüququn reallaşdırılmasında hər hansı dəyişiklik baş verməmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, öz nümаyəndəsini göndərməmiş, bunun səbəbini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.2016-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli iddiaçıya ünvanlanmış məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, iddiaçıya idarə tərəfindən 01 avqust 2014-cü il tarixində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun həmin vaxt qüvvədə olan 20.17.2-ci maddəsinə uyğun olaraq ailə başçısının itirməyə görə mərhum həyat yoldaşının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının 35 faizi miqdarıda əmək pensiyası təyin edilmişdir. Mərhum həyat yoldaşının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 470 manat, rütbə maaşı - 130 manat, xidmət illərinə görə 20 faiz əlavə - 120 manat və ərzaq payı əvəzinə kompensasiya - 64 manat, cəmi 784 manat təşkil etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanuna edilmiş 2017-ci il 10 mart tarixli dəyişikliyə uyğun olaraq, hərbi qulluqçuların ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasına əlavənin ailəyə düşən ümumi məbləği ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla müəyyən edilir. İddiaçının pensiya hüququ qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 01 iyul 2017-ci il tarixindən əvvəl yarandığından sözügedən dəyişikliyin iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün olmamışdır. İddiaçıya aid 12/818-025399 saylı pensiyaçının uçot vərəqindən görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçının əri xüsusi rütbəli şəxs olmuş, 2014-ci ildə vəfat etmişdir, iddiaçıya ailə başçısının itirilməsinə görə mərhum ərinin təminat xərcliyinin 35%-i məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdən əmək pensiyasının ailə başçısının təminat xərcliyinin 80%-i miqdarında müəyyən edilməsi və həmin tarixdən yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Həmin Qanunun 20.17-ci maddəsində göstərilmişdir ki, bu qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.17.1. Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə əlilləri sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla); 20.17.2. hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur, 17.2-ci maddəsinə əsasən hərbi qulluqçuların, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərin (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir. Bu zaman ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, amma xidmət etdiyi dövrdə aldığı xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində vəfat edibsə təyin olunur. Həmin hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə isə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 5 il keçənədək vəfat edibsə təyin olunur. Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. Məhkəmə cavabdehin iddiaya dair etirazının dəlilləri ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Cavabdeh tərəfindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə edilmiş xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyin ailə başçısının itirilməyə görə əmək pensiyası iddiaçıya xx.xx.2017-ci il tarixdən əvvəl təyin edildiyindən tətbiq edilməməsi, iddiaçının sosial təminat almaq hüququnun məhdudlaşdırılmasına səbəb olmuş, iddiaçının konstitusion hüququ pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Həmin Məcəllənin 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1.-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklikər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 –VQD nömrəli Azərbaycan Respublikası Qanuna əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin iddiaçıya münasibətdə tətbiq edilməli, və iddiaçıya mərhum ərinin təminat xərcliyinin (sonrakı artımlar da nəzərə alınmaqla) 80 faiz miqdarında pensiyanın yenidən hesablanması və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiа tələbi təmin еdilsin. İddiaçı münasibətdə “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklikər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543 –VQD nömrəli Azərbaycan Respublikası Qanuna əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin tətbiq edilməsi, ona mərhum ərinin təminat xərcliyinin (sonrakı artımlar da nəzərə alınmaqla) 80 faizi miqdarında pensiyanın yenidən hesablanması və 01 iyul 2017-ci il tarixdən yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində (Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən) Bаkı Аpеllyаsiyа Məhkəməsinin İnzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar