Məhkəmə qərarları › İş №2-1(112)-2966/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2966/2020

18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2966/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (icra məmuru X2) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə(icra məmuru X2) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh icra məmuru X1 iddiaçıdan "xxxxxxxxxxxxxxx" açıq səhmdar cəmiyyətinin xeyirinə 34.794,07 manat məbləğin tutulması barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 11 saylı Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən vaxtında ödənilməmiş 34.794,07 manat məbləğin İddiaçı (bundan sonra "İddiaçı" adlanır) tutularaq "xxxxxxxxxxxxxxx" ASC-nin xeyirinə ödənilməsi barədə 8İ-88 nömrəli, xx.xx.2020-ci il tarixli icra qeydi (bundan sonra "İcra Qeydi" adlanır) verilmişdir. İcra qeydinə əsasən Bakı şəhəri Cavabdeh icra məmuru X2 (bundan sonra "Cavabdeh" adlanır) tərəfindən ondan "xxxxxxxxxxxxxxx" ASC-nin xeyirinə 34.794,07 manat məbləğin tutulması barədə xx.xx.2020-ci il tarixli qərar çıxarılmış və tələbin könüllü icrası haqqında ona xx.xx.2020-ci il tarixli 8199/2020-15-7 nömrəli bildiriş göndərmişdir. Lakin, iddiaçının yalnız bir yaşayış mənzili vardır və ondan məhrum olduğu halda başqa yaşayış yeri olmayacaq. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəməyə cavabdeh Bakı şəhəri Cavabdeh (icra məmuru X2)iddiaya dair etirazı daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından müəyyən edilir ki; xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsi, bağ 573 ünvanda qeydiyyatdadır (AZE seriyalı 16912234 saylı şəxsiyyət vəsiqəsi). DƏDRX-in MH seriyalı ******* saylı Çıxarışına əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 6 ünvanında yerləşən 13 saylı mənzil xx.xx.2007-ci ildə “xxxxxxxxxxxxxxx” ASC-də ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri 11 saylı Notariat Kontorunun xüsusi notariusu X3 tərəfindən vaxtında ödənilməmiş 34.794,07 manat məbləğin İddiaçı tutularaq, "xxxxxxxxxxxxxxx" ASC-nin xeyirinə ödənilməsi barədə 8İ-88 nömrəli, xx.xx.2020-ci il tarixli icra qeydi icra olunması üçün Bakı şəhəri Cavabdehnə göndərilmişir. İcra qeydinə əsasən Bakı şəhəri Cavabdeh icra məmuru X2 tərəfindən iddiaçıdan "xxxxxxxxxxxxxxx" ASC-nin xeyirinə 34.794,07 manat məbləğin tutulması barədə xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar çıxarılmış, qeyd olunan qərar və tələbin könüllü icrası haqqında sonuncuya xx.xx.2020-ci il tarixli 8199/2020-15-7 nömrəli bildiriş göndərmişdir. Qərarda borclu tərəfindən icranın könüllü surətdə təmin edilməyəcəyi təqdirdə, borclu barəsində məcburi icra tədbirlərinin görülməsi, o cümlədən icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakların üzərinə həbs qoyulması nəzərdə tutulmuşdur. Hazırda iddiaçı Bakı şəhəri Cavabdeh icra məmuru X1 iddiaçıdan "xxxxxxxxxxxxxxx" açıq səhmdar cəmiyyətinin xeyirinə 34.794.07 manat məbləğin tutulmasına dair icra sənədi üzrə “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərarının ləğv olunmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 2.2.1-ci madəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən icra sənədində aşağıdakılar göstərilir: 7.1.1. məhkəmənin və ya icra sənədini verən digər orqanın adı; 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.3. icra edilməli olan qərarın qəbul edildiyi vaxt; 7.1.4. tələbkar və borclunun soyadı, adı, atasının adı, onların yaşayış yeri, borclunun doğulduğu yer və tarix, onun iş yeri; tələbkar və borclu hüquqi şəxsin adı, ünvanı; 7.1.5. məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi; 7.1.6. məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt; 7.1.7. icra sənədinin verildiyi vaxt və onun icraya yönəldilməsi müddəti. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Həmin Qanunun 8.3-cü bəndində əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.4-cü bəndinə əsasən əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru borclunun əmlakını siyahıya alır və bu barədə icraata başlamaq haqqında qərarda müvafiq qeyd aparır. Həmin Qanunun 8.5-cü bəndinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. İşin mübahisələndirilməyən hallarından da göründüyü kimi, icra sənədi xx.xx.2020ci il tarixdə şöbənin icraatına daxil olmuş və icra məmuru tərəfindən hazırki mübahisəli xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli qərar cavabdeh inzibati orqan Bakı şəhəri Cavabdeh tərəfindən müvafiq icra icraatı çərçivəsində, icra sənədi üzrə icraatın başlanılması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunu “icraata başlamaq haqqında” qərarın qəbulunun mümkünlüyünü yalnız icra sənədinin həmin Qanunun 7-ci maddəsinin tələbləri ilə şərtləndirir və qanunvericiliyə görə həmin maddədə göstərilən tələblərin pozulduğu (həmin maddənin tələblərinə münasibətdə uyğunsuzluq olduğu) halda, icra məmuru həmin Qanunun 9.1-ci maddəsinə uyğun qərar qəbul etməlidir. Lakin hazırkı iş üzrə iddiaçı (müvafiq icra işi üzrə borclu) icra sənədinin qeyd olunan maddəyə uyğun tərtib edilməməsi ilə bağlı heç bir dəlil bildirməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi dəlilə gəldikdə isə məhkəmə qeyd edir ki, ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin siyahısı”nın Qeyd hissəsində göstərilmişdir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə girov və ipoteka ilə yüklü edilmiş əmlaka şamil edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar