Məhkəmə qərarları › İş №2-1(112)-2966/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2966/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2966/2022 06.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X12 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin ləğvinə dair qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əfqanıstan İslam Respublikası vətəndaşı X12 xx.xx.2020-ci il tarixindən etibarən Azərbaycan Respublikasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi ilə Əfqanıstan İslam Respublikası vətəndaşı X11 xx.xx.2021-xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. X1 Edris Sadiqi İran İslam Respublikasından Azərbaycan Respublikasına geri dönüş etmək istədiyi zaman, ölkəyə girişi məhdudlaşdırılmış, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün verilmiş icazə vəsiqəsinin ləğv edildiyi bildirilmişdir. X12 özünün və oğlunun müvəqqəti yaşamaq üçün icazəsinin məhdudlaşdırıldığından yalnız bu hadisədən sonra məlumatı olmuşdur. Miqrasiya orqanlarından bu barədə ona heç bir məlumat verilməmiş, məhdudlaşdırılmanın səbəbləri izah edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, H.H.S.Sadiqi sonuncu dəfə xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri qismində Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı Xidmətə müraciət etmişdir. Müraciətin icrası ilə əlaqədar MMC-nin və əcnəbinin fəaliyyətinin araşdırılması zamanı təqdim olunmuş sənədlərə əsasən şirkətin ünvan 1 ünvanında sahəsi 130 kv/m olan anbar və 30 kv/m olan ofis sahəsi icarə etdiyi, lakin işçisinin olmadığı, şirkətin plastik malların xammalı, mərmər idxalı və satışı sahəsində fəaliyyət göstərdiyi aşkar edilmişdir. H.H.S.Sadiqiyə xx.xx.2022-ci il tarixədək etibarlılıq müddəti olan MYİ seriyalı 519226 nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. H.H.S.Sadiqiyə verilmiş müvafiq icazə ilə əlaqədar əcnəbinin fəaliyyətinin olub-olmaması xx.xx.2021-ci il tarixdə təkrar araşdırılmışdır. Araşdırma zamanı əcnəbinin ofis ünvanını dəyişdiyi, xx.xx.2021-ci il tarixdən ünvan 2nında yeni ofis və anbar sahəsi icarəyə götürdüyü məlum olmuşdur. H.H.S.Sadiqi ilə aparılmış söhbət zamanı o, anbarda qida məhsullarının saxlanıldığını, həmin məhsulların artıq Əfqanıstana göndərildiyini bildirsə də, bununla bağlı "xxxx" MMCnin hər hansı sənədləşməsinin olmadığını qeyd etmişdir. Bundan əlavə, təqdim edilmiş xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsində ölkəyə mərmər idxal edildiyi göstərilsə də, şəxs qeyd edilən malların dəniz limanında olduğunu bildirmiş, lakin bununla bağlı heç bir sənəd təqdim etməmişdir. Ofisə və anbara baxış keçirilmiş, vizual müşahidə zamanı şirkət tərəfindən icarəyə götürülmüş anbarın ümumiyyətlə boş olduğu müəyyən edilmişdir. H.H.S.Sadiqi şirkətin fəaliyyətinin dayandırıldığını, hazırda heç bir fəaliyyətinin olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış araşdırma zamanı da şirkətin işçisinin olmadığı məlum olmuşdur. Şəxs tərəfindən təqdim edilmiş bank hesabından çıxarışda şirkətin adından sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin hesabına köçürmə edildiyi aşkar edilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli, 7949794-L nömrəli qərarı ilə X13 Sadiqiyə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7949794-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971264-L nömrəli, xx.xx.2021-ci il tarixli, 79471271-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971250-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971261-L nömrəli, xx.xx.2021-ci il tarixli, 7971253-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7949794-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı X X11 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir; Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7971264-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı Xə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir; Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 79471271-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı X4 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir; Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7971250-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı X5 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir; Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7971261-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı X6 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir; Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin ləğv edilməsi haqqında” 7971253-L nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə, Əfqanıstan İslam Respublikasının vətəndaşı Xə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazə ləğv edilmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2020-ci il tarixində uçota alınmış, xx.xx.2021-ci il tarixə olan uçot baza məlumatlarına əsasən fəaliyyətin və digər vergi tutulan əməliyyatların dayandırılması barədə məlumat müəyyən edilməmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. Vergi ödəyicisinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyə məbləği 109500,0 manat təşkil etmişdir: yanvar 2020 – 0,0 manat, fevral 2020 – 0,0 manat, mart 2020 – 0,0 manat, aprel 2020 – 0,0 manat, may 2020 – 0,0 manat, iyun 2020 – 0,0 manat, iyul 2020 – 0,0 manat, avqust 2020 – 0,0 manat, sentyabr 2020 – 0,0 manat, oktyabr 2020 – 30500,0 manat, noyabr 2020 – 30700,0 manat, dekabr 2020 – 32800,0 manat, yanvar 2021 – 0,0 manat, fevral 2021 – 0,0 manat, mart 2021 – 15500,0 manat, aprel 2021 – 0,0 manat, may 2021 – 0,0 manat, iyun 2021 – 0,0 manat. Məhkəmə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikasının Mİqrasiya Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar; 44.2-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3-cü maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 44.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. 50.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: ... 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; ... 79.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir: 79.1.1. vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə; ... 79.8-ci maddəsinə əsasən, kənara çıxarma haqqında qərardan məhkəməyə şikayət verilə bilər. Şikayətin verilməsi kənara çıxarma haqqında qərarın icrasını dayandırmır; 79.9-cu maddəsinə əsasən, kənara çıxarma haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 8 iyul 2013-cü il tarixli 938 nömrəli Fərmanının 5.4-cü bəndinə əsasən həmin Məcəllənin .....44.2, 79.1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. Göstərilən normalardan müəyyən olunur ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün əvvəl verilmiş icazə ləğv edilir və həmin şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edilir. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması əsası ilə ona və ailə üzvlərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmiş, Azərbaycan Respublikasının Mİqrasiya Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən ona və ailə üzvlərinə verilmiş icazə ləğv edilmişdir. Qəbul edilmiş qərarların əsasında iddiaçının rəhbəri olduğu MMC-nin fəaliyyətinin olmaması, yəni Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş halın aradan qalxması dayanır. Məhkəmə qeyd edir ki, Miqrasiya Məcəlləsi əcnəbi və vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq haqqında icazənin verilməsini inzibati orqanın qiymətləndirmə azadlığına və diskresion səlahiyyətinə aid etmiş, lakin şəxsə verilmiş icazənin ləğvini, ölkə ərazisindən çıxarılmasını isə Məcəllənin 50 və 79-cu maddələrində sadalanan konkret hüquqi faktlarla əlaqələndirmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının rəhbəri olduğu MMC-nin 2020-2021-ci illər ərzində 18 ayın 14 ayı üzrə dövriyyə məbləği 0,0 manat olmuşdur. İddiaçı tərəf həmin hüquqi şəxsin fəaliyyətinin olmasına dair hər hansı dəlil irəli sürməmiş, cavabdehin əsaslandığı halları təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, cavabdeh inzibati orqanın iddiaçının ölkədən çıxarılması ilə bağlı apardığı icraat zamanı qanunla müəyyən edilmiş səlahiyyətini aşması, səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları müəyyən edilmədiyindən iddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı X10 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar