Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2966/2023 16.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X20, X23, X24 və X14 məhkəmə icraatına zəruri olaraq üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 3 üzrə X10 adına tərtib edilmiş **********90 reyestr nömrəli, AA 046000 nömrəli xx.xx.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilərək ilkin hüquq sahibi X8 mülkiyyətində olduğu zaman mövcud olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları əsasında yeni torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və alqı-satqı zamanı torpaq sahəsinin ölçülərinin dəyişdirilməsi barədə xüsusi qərardadın qəbul edilməsi - Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən müvafiq hüquq mühafizə orqanlarına sənədlərin göndərilməsi və bu hərəkətlərdə cinayət tərkibi aşkar olunduqda müvafiq şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,16 ha-dan ibarət 221 saylı bağ sahəsinin mülkiyyətçisidir. Ara hasar olmadan, qonşuluqda yerləşən 0,12 ha-dan ibarət 222 saylı torpaq sahəsi 2013-cü ilədək oğlu X6 adına olmuşdur. Həmin ildə Emil Mirzəyev 222 saylı bağ sahəsini X1 sonuncuya xx.xx.2013-cü il tarixli ******* seriyalı ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir. Lakin bu sənədlərin tərkibində olan sahənin sxemində (planında) satılmış ərazinin ölçüləri xeyli dərəcədə fərqli olmuş və hesablanarkən həmin sahə 0,12 ha yox, daha artıq bilavasitə 0,14 ha-dan çox olmuşdur. Bildirir ki, oğlu X32 Həsənova arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra, torpaq sahəsi yenə də iddiaçının sərəncamında olmuş və aralarında 2021-ci ilin iyun ayının axırlarınadək hasar tikilməmişdir. Emil Mirzəyevin adına olmuş 0,12 ha-dan ibarət olan torpaq sahəsinin sxemində yola çıxan divarın uzunluğu 52,00 metr göstərildiyi halda, həmin torpaq sahəsi Aytən Həsənovanın adına rəsmiləşdirildikdən sonra qeyd olunan divarın uzunluğu 53,56 metr kimi göstərilmiş, bundan başqa, həmin divarla üzbəüz olan divarın uzunluğu əvvəlki sənədlərə əsasən 49,80 metr kimi göstərilsə də, torpaq sahəsi Aytən Həsənovanın adına rəsmiləşdirildikdən sonra, qeyd olunan divarın uzunluğu 52,93 metr kimi göstərilmişdir. Bu məsələ ilə baglı iddiaçı dəfələrlə cavabdehə müraciət etmiş, lakin verilən imtina cavabları məntiqsiz və mahiyyəti üzrə olmamışdır. Hesab edir ki, cavabdehin müraciətlərini təmin etməkdən imtinası qanunsuz və əsassızdır. Məhkəmənin qərardadları ilə X20, X23, X24 və X14 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər (zəruri cəlb etmə). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə və 3-cü şəxsə göndərilmiş, cavabdehdən və 3-cü şəxsdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, 3-cü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, proses iştirakçısına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Cavabdehin etirazında bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 221, 221K, 222 saylı torpaq sahələrinin ölçülərində olan uyğunsuzluqların araşdırılması ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, sözügedən ünvanda olan bağ sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “Torpaq sahəsinin planı və ölçüsü”ndə (kadastr planı) göstərilən ölçü və koordinatlar əsasında tərtib edilərək qanunamüvafiq qaydada icra edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********09 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Həmçinin məlumat üçün bildirilmişdir ki, X10 adına verilmiş **********90 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli torpaq sahəsinin plan-ölçü sənədində torpaq sahəsinin faktiki və sənəd üzrə sahəsi 0.12 ha kimi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya göndərilmiş **********57 nömrəli xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, adıçəkilən bağ sahəsi üzərində mülkiyyət hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmış və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında 0,12 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. Hal-hazırda sözügedən bağ sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən İddiaçı verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 221 saylı bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququ 30/1404 nömrə ilə xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı, 125254 nömrəli, xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan bağ massivində İddiaçı Bakı şəhəri İKnin bağ sahələrinin verilməsi üzrə komissiyasının 1966-cı il tarixli 20 saylı protokolu ilə ayrılmış 1600 kv. metr sahəsi olan 221 saylı torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları göstərilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışına əsasən ünvan 2 və 0,16 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. - İddiaçı məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 221 nömrəli bağ evinə dair xx.xx.2009-cu ildə tərtib edilmiş Torpaq sahəsinin planına əsasən sənəd üzrə torpaq sahəsi 0.16 ha təşkil edir, faktiki sahəsi isə 0.1696 ha təşkil edir. - 25 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.16 ha olan torpaq sahəsinin ona məxsus 0,06 ha hissəsini X11 hədiyyə etmişdir. - Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 221 saylı bağ torpaq sahəsinin bölgü sxeminə əsasən X11 məxsus torpaq sahəsi 600.0 kv. metr, İddiaçı məxsus torpaq sahəsi 1000.0 kv. Metr qalmaqla bölünmüşdür. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X11 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 221 K saylı bağ sahəsinə dair xx.xx.2018-ci ildə tərtib edilmiş plan və ölçü sənəd üzrə torpaq sahəsinin ölçüsü 0.06 ha təşkil edir, faktiki sahəsi də 0.06 ha təşkil edir. - ünvan 2nə dair İddiaçı adına xx.xx.2018-ci il tarixli Torpaq sahəsinin planına əsasən sənəd üzrə torpaq sahəsi 0.1 ha, faktiki sahə 0.1 ha təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 221 saylı 145.4 kv.m bağ evi və 0,1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə baglanmış 34318 saylı, 23 fevral 2005-ci il tarixli müqaviləyə əsasən X11 Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 0.12 hektar olan 222 saylı bağ sahəsi istifadəsinə verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş A seriyalı, 125255 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan bağ massivində X11 Bakı şəhəri İH-nin BTİ və İB-nin xx.xx.2004-cü il tarixli 319 saylı protokolu ilə ayrılmış 1200 kv. metr sahəsi olan 222 saylı bağ torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları göstərilmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 222 saylı 0,12 ha sahəsi olan bağ sahəsi üzərində X8 mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X11 məxsus ünvan 3nə dair xx.xx.2009-cu il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı (cizgisi)” sənədinə əsasən bağ sahəsi 0.12 ha-dan ibarətdir. - 19 sentyabr 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X16 ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini X2. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat tarixli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 üzərində X10 mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X12 məxsus ünvan 3nə dair xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AA seriyalı, 046000 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən bağ sahəsinin sahəsi 0.12 ha-dan ibarətdir. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmişdir. - 09 dekabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X20 ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini X4. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 X17 mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X21 məxsus ünvan 3nə dair xx.xx.2020-ci ildə Torpaq sahəsinin planı tərtib edilmiş, faktiki 0.12 ha təşkil edir. - 25 may 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X24 ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini X3. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X18 məxsus ünvan 3nə xx.xx.2021-ci ildə tərtib edilmiş “Torpaq sahəsinin planı”na əsasən torpaq sahəsi sənəd üzrə və faktiki 0.12 ha təşkil edir, torpaq sahənin koordinatları: X: 429067.8700, 429030.2200, 429012.7400, 429048.1500, 429048.3400 və 429060.7200; Y: 4481057.9897, 4481019.8997, 4481047.5997, 4481063.7397, 4481063.3697 və 4481068.9697. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 X13 mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-14285/2013 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, göstərilən (Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 222 saylı bağ sahəsi **********90 reyestr nömrəsi ilə X13 xüsusi mülkiyyətindədir) torpaq sahəsi sənəd üzrə 1200,0 kv.m olsa da, faktiki olaraq 1465,0 kv.m təşkil edir. 265,0 kv.m torpaq sahəsi əlavə olaraq istifadə olunur. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına uyğun qeydiyyata alınmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddələr 8.0.-8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Torpaq Məcəlləsi. Maddə 4. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Maddə 58.1. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativhüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1 Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Hazırki mübahisə üçüncü şəxs X10 adına tərtib edilmiş **********90 reyestr nömrəli, AA 046000 nömrəli xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğvi ilə bağlıdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya göndərilmiş **********57 nömrəli xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, adıçəkilən bağ sahəsi üzərində mülkiyyət hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulan hüquqmüəyyənedici sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmış və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında 0,12 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib olunmuşdur. Hal-hazırda sözügedən bağ sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən İddiaçı verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1600 kv. metr sahəsi olan 221 saylı bağ evi üzərində ilkin olaraq xüsusi mülkiyyət hüququ 30/1404 nömrə ilə xx.xx.1998ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı, 125254 nömrəli, xx.xx.2009-cu il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçıya məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 221 nömrəli bağ evinə dair xx.xx.2009-cu ildə tərtib edilmiş Torpaq sahəsinin planına əsasən sənəd üzrə torpaq sahəsinin 0.16 ha, faktiki sahənin isə 0.1696 ha təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışına əsasən ünvan 2 və 0,16 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ yenidən qeydiyyata alınmışdır. 25 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən iddiaçı 221 saylı bağ evi ünvanında yerləşən ümumi sahəsi 0.16 ha olan torpaq sahəsinin ona məxsus hissəsindən 0.06 ha olan torpaq sahəsini oglu X11 bagışlamışdır. Daha sonra 221 saylı bağ evinə dair iddiaçının adına xx.xx.2018-ci il tarixli torpaq sahəsinin planı təsdiq edilərək sənəd üzrə torpaq sahəsinin 0.1 ha, faktiki sahənin 0.1 ha təşkil etdiyi göstərilmişdir. Hazırda daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 221 saylı 145.4 kv.m bağ evi və 0,1 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Digər tərəfdən isə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və X9 ərazisindəki 222 nömrəli bağın istifadəyə verilməsi haqqında 34318 saylı, 23 fevral 2005ci il tarixli müqaviləyə əsasən iddiaçının oglu X11 Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, 0.12 hektar olan 222 saylı bağ sahəsi ayrılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən seriya MH, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 222 saylı 0,12 ha sahəsi olan bağ sahəsi üzərində iddiaçının oğlunun mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş A seriyalı, 125255 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən 1200 kv. metr sahəsi olan 222 saylı bağ torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. 25 may 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X11 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 221 K saylı bağ sahəsinə dair xx.xx.2018-ci ildə plan və ölçü sənədi tərtib edilmişdir. Sonradan iddiaçının oglu X16 19 sentyabr 2012-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini 3-cü şəxs X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 üzərində X10 mülkiyyət hüququ qeydiyyata alınmış və bağ sahəsinə dair xx.xx.2013-cü il tarixdə AA seriyalı, 046000 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Daha sonra 09 dekabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 3-cü şəxs X20 ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini X4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 X17 xüsusi mülkiyyətinə keçmişdir. 25 may 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X24 ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsini X3. Hazırda da Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 3 X13 xüsusi mülkiyyətindədir. İddiaçının dəlillərinə görə oglu tərəfindən X12 “satılmış sənədlərin tərkibində olan sahənin sxemində (planında) satılmış ərazinin ölçüləri xeyli dərəcədə fərqli olmuş və hesablanarkən həmin sahə 0,12 ha yox, daha artıq bilavasitə 0,14 ha-dan çox olmuşdur. Bildirir ki, oğlu X32 Həsənova arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra, torpaq sahəsi yenə də iddiaçının sərəncamında olmuş və aralarında 2021-ci ilin iyun ayının axırlarınadək hasar tikilməmişdir. Emil Mirzəyevin adına olmuş 0,12 ha-dan ibarət olan torpaq sahəsinin sxemində yola çıxan divarın uzunluğu 52,00 metr göstərildiyi halda, həmin torpaq sahəsi Aytən Həsənovanın adına rəsmiləşdirildikdən sonra qeyd olunan divarın uzunluğu 53,56 metr kimi göstərilmiş, bundan başqa, həmin divarla üzbəüz olan divarın uzunluğu əvvəlki sənədlərə əsasən 49,80 metr kimi göstərilsə də, torpaq sahəsi Aytən Həsənovanın adına rəsmiləşdirildikdən sonra, qeyd olunan divarın uzunluğu 52,93 metr kimi göstərilmişdir.” Lakin iddiaçının bu dəlilləri işdə olan sənədlərlə, cavabdehin və 3-cü şəxsin izahatları və iş üzrə alınmış mütəxəssis rəyi ilə təkzib edilir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X12 məxsus ünvan 3nə dair xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AA seriyalı, 046000 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən bağ sahəsinin sahəsi 0.12 ha-dan ibarətdir. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları: X: 429067.87, Y: 4481057.99, 1-2 nöqtələr üzrə məsafə 53.56 metr X: 429030.22, Y: 4481019.9, 2-3 nöqtələr üzrə məsafə 32.75 metr X: 429012.74, Y: 4481047.6, 3-4 nöqtələr üzrə məsafə 38.92 metr X: 429048.15, Y: 4481063.74, 4-5 nöqtələr üzrə məsafə 0.42 metr X: 429048.34, Y: 4481063.37, 5-6 nöqtələr üzrə məsafə 13.59 metr X: 429060.72, Y: 4481068.97, 6-1 nöqtələr üzrə məsafə 13.1 metr təşkil edir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş 12710 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan bağ massivində X11 ayrılmış 1200 kv. metr sahəsi olan 222 saylı bağ torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları: X: 429060.72, Y: 4481068.97, 6-1 nöqtələr üzrə məsafə 13.59 metr X: 429067.87, Y: 4481057.99, 1-2 nöqtələr üzrə məsafə 13.09 metr X – 429030.21, Y – 4481019.89, 2-3 nöqtələr üzrə məsafə 53.56 metr X – 429012.73, Y – 4481047.59, 3-4 nöqtələr üzrə məsafə 32.75 metr X – 429048.15, Y – 4481063.74, 4-5 nöqtələr üzrə məsafə 38.92 metr X – 429048.33, Y – 4481063.37, 5-6 nöqtələr üzrə məsafə 0,41 metr təşkil edir. Göründüyü kimi iddiaçının iddia etdiyi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib edilmiş 12710 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan bağ massivində X11 ayrılmış 1200 kv. metr sahəsi olan 222 saylı bağ torpaq sahəsinin “yola çıxan divarın uzunluğu” X: 429030.21, Y: 4481019.89, 2-3 nöqtələr üzrə məsafədə 53.56 metr olması barədə döngə nöqtələri X12 məxsus ünvan 3nə dair xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AA seriyalı, 046000 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində X: 429067.87, Y: 4481057.99, 1-2 nöqtələr üzrə məsafə 53.56 metr olmaqla işlənmişdir. İddiaçının iddia etdiyi digər hal - “həmin divarla üzbəüz olan divarın uzunluğu əvvəlki sənədlərə əsasən 49,80 metr kimi göstərilsə də, torpaq sahəsi Aytən Həsənovanın adına rəsmiləşdirildikdən sonra, qeyd olunan divarın uzunluğu 52,93 metr kimi göstərilmişdir.” isə mübahisələndirilən sənədlərdə ümumiyyətlə olmamışdır. Əlavə olaraq iş üzrə alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-14285/2013 nömrəli mütəxəssis rəyinə əsasən bildirilmişdir ki, göstərilən (Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 222 saylı bağ sahəsi **********90 reyestr nömrəsi ilə X13 xüsusi mülkiyyətindədir) torpaq sahəsi sənəd üzrə 1200,0 kv.m olsa da, faktiki olaraq 1465,0 kv.m təşkil edir. 265,0 kv.m torpaq sahəsi əlavə olaraq istifadə olunur. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planına uyğun qeydiyyata alınmışdır. Hazırkı məhkəmə araşdırması zamanı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə rəyi mötəbər sübut kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, üçüncü şəxsin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin iddiaçının istifadəsində olan torpaq sahəsinin üzərinə işlənildiyi mübahisəyə dair işin müəyyən olunmuş halları ilə təsdiq olunmur. Burada 3-cü şəxs X23 tərəfindən 265,0 kv.m torpaq sahəsinin əlavə olaraq istifadə olundugu hal ortaya çıxır ki, bununla baglı da məhkəmə iddiaçıya hüquqi yardım göstərərək şəxslərin zəbt etdikləri torpaq sahəsindən çıxarılması ilə baglı mübahisəyə xüsusi hüquq sahəsi sayılan mülki qanunvericiliyinin tələbləri tətbiq edilməklə ümumi yurisdiksiyalı məhkəmədə müvafiq cavabdehə qarşı iddia irəli sürmək hüququnu izah edir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Bu baxımdan, məhkəmə hesab edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları nəzərə alındıqda, iddiaçı inzibati icraat qaydasında üçüncü şəxsin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin ləğv edilməsini tələb etməkdə haqlı sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin xx.xx.2008-ci il tarixədək qüvvədə olan 3-cü bəndinə görə torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 176 saylı 4 avqust 1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə görə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəlki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) həyata keçirir. Beləliklə torpaq sahəsi seçildikdən sonra onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilir, torpaq sahəsinin plan və ölçüsünün hazırlanması vəzifəsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmişdir. Qanunun tələbinə görə belə sənədin təsdiq olunması əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, hazırda isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən həyata keçirilir. Göründüyü kimi, torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan qanunvericilik normalarına görə, torpaq sahəsinin qanuni əsaslarla ayrılması onun naturada (yerində) hüdudlarının müəyyən edilməsini, həmin sahənin digər sahələrdən mərzlə və ya başqa sərhəd nişanları ilə ayrılmasını tələb edirdi. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından da görünür ki, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına münasibətdə torpaq sahəsinin ayrılması proseduru qanunvericiliyin tələbi baxımından tam başa çatdırılmış, həmin torpaq sahəsinin naturada (yerində) hüdudları müəyyən edilmiş və bu barədə ona müvafiq hüquqmüəyyənedici sənəd verilmişdir. Bundan başqa, torpaq sahəsinin plan və ölçüsünə dair sənəd torpaq sahəsinin ayrılması barədə yuxarıda qeyd olunan sənədlər əsasında hazırlanmışdır. Hazırkı mübahisə üzrə üçüncü şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin tərtib olunması zamanı qanunvericiliyin tələblərinə əməl olunmuş, qeydiyyat qanunla müəyyən olunmuş qaydalara uyğun aparılmış, prosedurdan kənar şəkildə həyata keçirilməmişdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Bu baxımdan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayılmalı və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməməlidir. İddiaçının “alqı-satqı zamanı torpaq sahəsinin ölçülərinin dəyişdirilməsi barədə xüsusi qərardadın qəbul edilməsi - Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən müvafiq hüquq mühafizə orqanlarına sənədlərin göndərilməsi və bu hərəkətlərdə cinayət tərkibi aşkar olunduqda müvafiq şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunması” iddia tələbinin hissəsi vəsatət kimi qiymətləndirilərək iş üzrə cinayət tərkibinin yaranması üçün əsaslar müəyyən edilmədiyindən təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X20, X23, X24 və X14 məhkəmə icraatına zəruri olaraq üçüncü şəxs qismində cəlb olunmaqla “torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi” barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6
Hakim Mehriban Qarayeva