Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2967/2020 03.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6, 3-cü şəxsin nümayəndəsi X8 iştirakları ilə, İddiaçıcavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs "xxxx" QSC iş cəlb edilməklə əlavə kompensasiyanın ödənilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs "xxxx" QSC işə cəlb edilməklə Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin çəkilişi ilə əlaqdar Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə bağlı onun Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən fərdi yaşayış evinin (sənədlərdə “A” tikilisi, ümumi sahəsi 141.76. kv.m) və hüquqi varisi olduğu mərhum anası X3 məxsus olan evin (sənədlərdə “C” tikilisi, ümumi sahəsi 78.30 kv.m qanunla müəyyən edilmiş qaydada dövlət ehtiyaclarına görə alınması üçün: kompensasiya məbləğinin müəyyən edilməsi ilə əlaqədar qiymətləndirilmə meyarı müəyyən edilərkən iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən qiymətləndirmə obyektinin analoquna uyğun olaraq yaşayış evinin hər kv.m-i 850 manat məbləğində müəyyən edilməsi; 15 kv.m zirzəmiyə görə (15 kv.m ₓ 200 manat = 3000) 3000 (üç min) manat, 20 ədəd ağaca görə (biri 60 manatdan) 1200 (min iki yüz) manat, sökülən 16 kv.m hasara görə (16 kv.m ₓ 50 manat= 800 manat) 800 manat, sənədlərdə “A” tikilisi kimi qeyd olunan yaşayış evinin dəyərinin (141.76 kv.m ₓ 850 manat = 120.496 manat + 20 faiz) 144595 manat, sənədlərdə “C” tikilisi kimi qeyd olunan yaşayış evinin dəyərinin (78.30 kv.m ₓ 850= 66.555 manat + 20 faizi) 79.866 manat, sənədlərdə “A” və “C” tikilisi kimi qeyd olunan hər iki tikilinin, zirzəminin, 20 ədəd ağacın, sökülən 16 kv.m hasarın cəmi dəyərinin (79.866+120.496+3000+1200+800) 205.428 (iki yüz beş min dörd yüz iyirmi səkkiz) manat olduğu nəzərə alınaraq yaşayış evinin ödənilməyən hissəsi olan (205.428 manat - 154.710 manat) 50.718 (əlli min yeddi yüz on səkkiz) manat məbləğində pulun cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətindən məcbur alınaraq ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmışdır. İş üzrə mümkünlük iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1993-cü ildə ermənilər Ağdam rayonunu işğal etdikdən sonra o və ailə üzvləri məcburi köçkün olaraq Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış sahəsində məskunlaşmışlar. Qonşuluqlarında isə Ağdam rayonundan məcburi köçkün X12 ailəsi ilə birlikdə yaşayır. Mərhum anası X5 da onların qonşuluqlarında yaşayıb. “Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli, 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteni Xətlərinin X13” və “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nda İİİ Yeni (Bənövşəyi) xəttin “Xocəsən” elektrik deposu, “Avtovağzal”, B-2, B-3, B-4 stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Bununla bağlı, Bakı şəhər İcra Hakimiyyəti Baçısının xx.xx.2015-ci il tarixli Sərəncamı ilə Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposuna çəkilməsi nəzərdə tutulan dəmiryol xəttinin layihələndirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamla 23.7 ha torpaq sahəsinə bitişik 2466 ha torpaq sahəsi "xxxx" QSC-nin daimi istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikası Baş Nazirlinin müavinin xx.xx.2016-cı il tarixli, 17/3800 – 12 saylı məktubuna əsasən köçürülməsi nəzərdə tutulan evlərin sahiblərinə kompensasiya ödənilməsi məqsədi ilə Binəqədi rayon İcra Hakimiyyətinin bank hesabına 4368758.0 (dörd milyon üç yüz altmış səkkiz min yeddi yüz əlli səkkiz) manat vəsait keçirilmişdir. Binəqədi rayonu Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən və mərhum anası X3 məxsus olan fərdi yaşayış evinin (sənədlərdə “C” tikilisi) Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar X5 ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən alınıb və hazırda sökülüb. Mərhum anası X5 ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti arasında bağlanmış 06 dekabr 2016-cı il tarixli, 16 saylı müqaviləyə əsasən 318.43 kv.m sahəyə görə 154710 (yüz əlli dörd min yeddi yüz on) manat pul kompensasiya kimi ona ödənilib. X1 müqavilə imzalandıqdan və kompensasiya məbləğini aldıqdan bir müddət sonra, xx.xx.2017-ci il tarixdə vəfat edib. X9 məxsus ev də (sənədlərdə “B” tikilisi) Zərifə Allahverdiyevaya məxsus köməkçi sahə kimi göstərilərək söküləcək evlərin siyahısına salınıb, amma həmin ev sökülməyib. Çünki, həmin ev tikilən tuneldən təhlükəsiz məsafədə yerləşir. 1 saylı Bakı İnznibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-1(81)-3886/2018 saylı qərarına əsasən X9 məxsus ev Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılıb. Həmin qərar qanuni qüvvəsini alıb. Ona məxsus “A” tikilisinin bir hissəsi hazırda sökülüb. Müqavilə ilə əlaqədar danışıqlar və yerində baxış keçirilən zaman məsul şəxslər tərəfindən ona deyilirdi ki, ona və X9 məxsus evlər sökülməyəcək. Lakin, müqavilə imzalandıqdan sonra onlara bildirildi ki, müqavilədə yalnız X3 və onunla bir evdə yaşayan qardaşına məxsus ev deyil, ona və X9 məxsus evlər də qeyd olunub, ona görə də, evləri sökülməlidir. Onlar birinci vitse-prezident müraciət etdikdən sonra söküntü dayandırılmışdır. Lakin, yenə də evləri sökəcəkləri ilə, yaşadıqları evin işığını, suyunu, qazını kəsəcəkləri ilə onları hədələməkdə davam edir və hər dəfə mərhum anası ilə bağlanan müqaviləyə istinad edirlər. Halbuki, həmin müqavilədə qeyd olunanları o, indi də oxuya bilmir. Hərflər o qədər xırda yazılıb ki, orada yazılanları böyüdücü olmadan oxumaq mümkün deyildir. "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanan K/111 saylı, xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq “Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlak üçün kompensasiya məbləğinin hesablanması” ilə bağlı tərtib olunan hesabatda Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin “Xocəsən- Avtovağzal” sahəsi ünvanda yerləşən və sənədlərdə yalnız onun mərhum anası X3 məxsus olan yaşayış evi kimi təqdim olunan obyektin bazar dəyərinin 128925.00 manat məbləğində müəyyən edilib. Həmin bazar dəyərinin hansı meyara əsasən müəyyən olunduğu hesabatdan məlum olmur. Belə ki, hesabatda qeyd olunub ki, “qiymətləndirici qiymətləndirilən obyektə uyğun olan obyektlərin satışlar bazarında faktiki baş tutumuş alğı-satqılar haqqında məlumat toplaya bilmədi”. Buna baxmayaraq qiymətləndirici “bu tipli evlərin satış qiymətlərini” təhlil edərək X3 aid yaşayış evinin 1 kv.m 500 manat, həyət tikililərinin 1 kv.m 300 manat qiymətləndirilib. Bu qiymətləndirmə yanlışdır və kompensasiyanın ödənilməsi zamanı əsas kimi qəbul edilə bilməz. Eyni məqsədlə, eyni obyekt barəsində və təxminən eyni vaxtda "xxxx" MMC tərəfindən hazırlanan analoji hesabatda tam fərqli qiymətləndirmə müəyyən edilib. Belə ki, həmin hesabatda əsasən ona məxsus evin (sənədlərdə “A” tikilisi kimi qeyd olunub) ümumi sahəsi 141.76 kv.m, X9 məxsus evin (sənədlərdə “B” tikilisi) sahəsi 98.73 kv.m mərhum anası X3 məxsus evin (sənədlərdə “C” tikilisi) sahəsi isə 78.3 kv.m-dir. Bu halda, həmin üç evin ümumi sahəsi sənədlərdə 318.43 kv.m kimi qeyd olunub. "xxxx" MMC tərəfindən hazırlanan analoji hesabatda X3 məxsus olan yaşayış evi kimi təqdim olunan obyektin bazar dəyərinin 307200 (üç yüz yeddi min iki yüz) manat məbləğində olduğu müəyyən edilib. Bu məbləğin üstünə 20 faiz əlavə edilsə (61.440 manat) bu halda, həmin obyektə görə yuxarıa qeyd olunduğu kimi 154710 əvəzinə 368.640 manat kompensasiya ödənilməlidir. Lakin, cavabdeh tərəf onu aldadaraq, X11 məxsus evi də daxil etməklə ona müqavivlə imzalatdırıblar ki, guya o, təkcə anasına məxsus evi deyil, özünə və qonşu X9 məxsus evi buna heç bir hüququ olmadan satmışdır. Halbuki, X9 məxsus ev ümumiyyətlə sökülməli deyildir. Hesabatın saxtakarlığını sübut edən məqamlardan biri də odur ki, Sevinc Məmmədovanın evi sənədlərdə həyat tikilisi kimi qeyd olunub, lakin bu ayrıca girişi olan yaşayış evidir. Bu ev sökülmədiyi üçün yerində baxış keçirməklə onun həyət tikilisi olmadığını, hesabatın isə saxtakarlıqla tərtib edildiyini sübut etmək çox rahatdır. Mərhum anası X4 məxsus ev də (sənədlərdə “C” tikilisi) sənədlərdə həyət tikilisi kimi qeyd olunub. Lakin, o da yaşayış evi olub və bu xüsusat qarşı tərəfi təmsil edən ekspertlərdən ibarət komisisya üzvlərinin çəkdikləri fotoşəkillərlə təsdiq olunur. 2016-cı ilin iyul ayında dəvət olunmuş ekspert qrupunun nümayəndələrinin iştirakı ilə həqiqətən onun evinə baxış keçirilib, evin eskizi tərtib edilərək müvafiq akt yazılıb və evin şəkilləri çəkilərək işə əlavə olunub. Lakin, o zaman tərtib olunan sənədlərin surətləri ona təqdim edilməmişdir. O zaman o, evi barədə tərtib edilmiş bütün sənədlərin surətlərini tələb etməsinə baxmayaraq, həmin sənədlərin surətlərini ona verməkdən imtina etmişlər. Həmin vaxtı onunla qanunla nəzərdə tutulan qaydada müqavilə bağlanmamışdır. İndi Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri iddia edir ki, guya o, qaçqın kimi hökumətdən ev almaq məqsədi ilə öz evini də anasına məxsus ev kimi təqdim etmişdir. Bu absurd iddiadır. Yerində baxış keçirən komissiya üzvləri bu evlərin girişlərinin ayrı olduğunu, hər evdə yaşayış olduğunu müşahidə etsələr də, sənədləriməni düzgün aparmayıblar. Digər tərəfdən, yaşayış ola evin guya həyət tikilisi kimi təqdim edilməsində onların heç bir maraqları ola bilməzdi. Onun evinə görə verilən kompensasiyanın məbləği evin faktiki qiymətindən və qanunla müəyyən edilmiş məbləğdən az olduğu üçün evinin dövlət ehtiyacı üçün alınması üçün əlavə kompensasiya verilməsi vacibdir. Hesab edir ki, qiymətləndirmə düzgün meyarlar əsasında müəyyən edilməlidir. Qiymətləndirilən əmlakın bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə obyektinin analoqu kimi oxşar şəraitdə sövdələşmə qiyməti məlum olan və qiymətləndirmə obyekti ilə iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən başqa bir obyektlə müqayisə bu halda məqsədəmüvafiq olardı. Oxşar şəraitdə sövdələşmə qiyməti məlum olan 2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Böyük Şor qəsəbəsində inşa olunan olimpiya stadionunun ətrafında yolların, tunellərin və piyada keçidlərinin tikintisi altına düşən maneələrin hər biri üçün (hüquqi və fiziki şəxslərə məxsus yaşayış və qeyri-yaşayış obyektləri və torpaq sahələri) dövlət ehtiyacı üçün plana düşməsi ilə əlaqədar qiymətləndirməni əsas kimi götürməklə iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən obyektləri Xocəsəndəki obyektlərin analoqu kimi götürməklə kompensasiyanın verilməsi üçün daha düzgün meyarlara əsaslanmaq mümkündür. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1830/2014 saylı, xx.xx.2014-cü il tarixli hazırda qanuni qüvvədə olan Qərarına əsasən müəyyən olunur ki, Böyük Şor qəsəbəsində inşa olunan olimpiya stadionunun ətrafında yolların, tunellərin və piyada keçidlərinin tikintisi altına düşən maneələrin hər biri üçün dövlət ehtiyacı üçün plana düşməsi ilə əlaqədar qiymətləndirmə aparılarkən yaşayış evlərinin 1 kv.m sahəsinə 850 manatdan, xidməti tikililər üçün hər kv.m 600 manat, zirzəmi hər kv.m 200 manatdan, daş hasar üçün hər kv.m 50 manatdan hesablanıb. Bu halda, qiymətləndirilmə iqtisadi, maddi, texniki və digər xarakteristikaları üzrə oxşarlıq təşkil edən qiymətləndirmə obyektinin analoquna uyğun aparıldıqda ona məxsus evin (sənədlərdə “A” tikilisi kimi qeyd olunub) dəyəri (141.76 kv.m ₓ 850 manat = 120.496 manat + 20 faiz) 144.595 manatdır. Mərhum anası X3 məxsus evin (sənədlərdə “C” tikilisi) dəyəri isə (78.30 kv.m ₓ 850= 66.555 manat = 20 faiz) 79.866 manatdır. Bundan əlavə, “A” tikilisində yerləşən 15 kv.m zirzəmiyə görə (15 kv.m ₓ 200 manat = 3000 manat) 3000 manat, 20 ədəd ağaca görə (biri 60 manatdan) 1200 manat, sökülən 16 kv.m hsasara görə (16 ₓ 50 manat) 800 manat kompensasiya ödənilməlidir. Bu halda, o, (79.866+120.496=200.428-154.710) əlavə olaraq 50.718 (əlli min yeddi yüz on səkkiz) manat məbləğində əlavə kompensasiya almalıdır. Kompensasiyanın ödəniməsi ilə bağlı tərəfindən cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli pretenziya məktubuna 40N-K/5- 145 saylı, 02 may 2019-cu il tarixli imtina məktubu almışdır. Həmin imtina məkubuna əsasən cavabdeh bildirir ki, kompensasiya məbləğinin hesablanması və artırılması onun səlahiyyətlərinə aid deyil. Bununla əlaqədar "xxxx" QSC cavabdeh kimi müəyyən edilərək tərəfindən məhkəmədə iddia qaldırılıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi cavabdehi dəyişərək əsl cavabdehlə əvəz etmək barədə tövsiyə versə də, onlar bu təklifi qəbul etməyərək torpağı alan orqan kimi "xxxx" QSC-nin cavabdeh kimi tanınmasında israrlı olsa da, apelyasiya instansiya məhkəməsində qəbul edilən 09 dekabr 2019-cu il tarixli, 2-1(103)- 2740/2019 sayıl qərardada əsasən iddia mümkün sayılmayıb. Həmin qərardadın mətnindən çıxan mənaya görə bu iş üzrə cavabdeh müqavilə bağlayan tərəf olmalıdır. Həmin məhkəmə aktları göstərilən məhkəmə prosesində üçüncü tərəf kimi iştirak edən Binəqədi rayon İcra Hakimiyyətinə təqdim edilib. Bundan sonra xx.xx.2020-ci il tarixli məktubla yenidən cavabdehə müraciət etmişdir. Binəqədi rayon İcra hakimiyyətinin 27 yanvar 2020-ci il tarixli, 02/03/11- 11/09-16-152 saylı imtina məktubuna əsasən əlavə kompensasiyanın ödənilməsi ilə bağlı ona aidiyyəti üzrə "xxxx" QSC-nə müraciət olunması tövsiyyə olunub. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaya uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edərək, əlavə olaraq izahatında bildirdi ki, mübahisəli sahəyə görə iddiaçıya pul verilib və bununla bağlı aralarında müqavilə bağlanılmışdır. Əgər iddiaçının əlavə tələbi varsa müqaviləni mübahisələndirsin. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edərək, əlavə olaraq izahatında bildirdi ki, iddiaçı tərəfindən mübahisəli mənzillə bağlı hüquqları müqaviləyə əsasən artıq kompensasiya məbləği müqabilində satılmışdır. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli, 1408 saylı “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteni Xətlərinin Konseptual inkişaf Sxemi” ilə “Bakı Metropoliteninin inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər Planı”na uyğun olaraq, İİİ yeni (Bənövşəyi) xəttinə aid, Ceyhun Səlimov küçəsində inşa edilən “B-3” stansiyası 2017-ci ilin buraxılış obyektləri siyahısına daxil olmuşdur. Stansiyanın istismara verilməsi və qatarların normal hərəkətinin təmin olunması üçün isə “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi tələb olunmuş, hər iki obyekt üzrə tikinti işlərinin aparılması orada inşa edilmiş məcburi köçkünlərə, yerli sakinlərə məxsus fərdi yaşayış evləri və bir obyekt mane olmuşdur. “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə təzminatın ödənilməsi Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Abid Şərifovun xx.xx.2016-cı il tarixli, 17/2625-12 nömrəli tapşırığına uyğun olaraq cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən müəyyən olunmuş aşağıda göstərilən kompensasiya məbləğləri Maliyyə Nazirliyi ilə razılaşdırılmışdır. Mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi üçün hesablanmış ümumi kompensasiya məbləği – 3 6000 801.0 (üç milyon altı yüz min səkkiz yüz bir) manat, o cümlədən, məcburi köçkünlərə məxsus 33 ədəd fərdi yaşayış evləri üçün – 2 014 851.0 (iki milyon on dörd min səkkiz yüz əlli bir) manat, yerli sakinlərə məxsus 28 ədəd fərdi yaşayış evləri üçün – 1 585 950.0 (bir milyon beş yüz əksən beş min doqquz yüz əlli manat) təşkil etmişdir. “Xocəsən” elektrik deposuna çəkiləcək dəmir yolu xəttinin layihəsi altına düşən fərdi yaşayış evləri və bir obyekt ("xxxx" MMC)-də, müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş, kompensasiya məbləği Maliyyə Nazirliyi ilə razılaşdırılmışdır. Dəmir yolu xəttinin layihəsi altına düşən fərdi yaşayış evləri və bir obyekt üçün hesablanmış ümumi kompensasiya məbləği 767 957.0 (yeddi yüz altmış min doqquz yüz əlli yeddi) manat, o cümlədən, məcburi köçkünlərə məxsus 2 ədəd fərdi yaşayış evləri üçün – 189 125.0 (yüz səksən doqquz min yüz iyirmi beş) manat, yerli sakinlərə məxsus 2 ədəd fərdi yaşayış evləri üçün -216 398.09 (iki yüz on altı min üç yüz doxsan səkkiz) manat, bir obyekt ("xxxx" MMC) üçün – 362 434.0 (üç yüz altmış iki min dörd yüz otuz dörd) manat təşkil etmişdir. Fərdi yaşayış evlərinə hesablanmış kompensasiyaların ödənilərək, ərazidən köçürülməsi Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 212 nömrəli, xx.xx.2016-cı il tarixli “Bakı Metropoliteninin “Xocəsən- Avtovağzal” mənzil tunelləri və Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi ilə əlaqədar tunellərin üzərində yerləşən fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektinin sənədləşdirilməsi barədə” Sərəncamına əsasən Binəqədi rayonu, “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposunun dəmir yolu xəttinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə Sərəncama əlavə olunmuş adları göstərilən şəxslərin fərdi yaşayış evləri mövcud vəziyyətdə hüquqi qeydiyyata alınmış və cizgiləri təsdiqlənmişdir. Fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektinin sökülməsi məqsədilə müəyyən edilmiş kompensasiya məbləğinin fərdi qaydada ödənilməsinin təmin edilməsi RİH başçısı Aparatının sektor müdiri (baş mühasib) Hicran Dadaşovaya həvalə edilmişdir. "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində inşa edilən Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin “Xocəsən- Avtovağzal” sahəsi ünvanda yerləşən, X3 aid daşınmaz əmlakın bazar dəyərinin qiymətləndirilməsi 26 iyul 2016-cı il tarixinə aparılmışdır və qiymətləndirmə tarixi ilə üst-üstə düşmüşdür. MMC-nin sərəncamında olan məlumatların təhlilinin nəticəsinə əsasən qiymətləndirilən daşınmaz əmlakın bazar dəyəri məhdudlaşdırıcı şərtlər və edilmiş ehtimallar, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (20 aprel 2010) tələbləri və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarilxi, 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyin olunmuş bazar dəyərinə 20 % əlavə olunmaqla layihənin tikinti sahəsinə düşən daşınmaz əmlak üçün kompensasiya məbləği – 154710.00 (yüz əlli dörd min yeddi yüz on) manat təyin olunmuşdur. xx.xx.2016-cı il tarixdə birinci tərəf X5, ikinci tərəf Binəqədi rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinin 158 saylı, xx.xx.2013-cü il tarixli qərarının icrasının təmin edilməsi məqsədi ilə uzun müddətdir istifadəsində olan xx.xx.2016-cı il tarixdə, 212 saylı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncama əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda yerləşən ümumi sahəsi 318.43 k.m-dən ibarət fərdi yaşayış evindən Xocəsən Avtovağzal arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə ikinci tərəfindən xeyrinə imtina etmişdi. Yaşayış sahəsi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncama əsasən birinci tərəfindən istifadəsində olmuş, müqavilə bağlananadək yaşayış sahəsi məhkəmə və digər mübahisə predmeti olmamışdır. Birinci tərəf 154 710 (bir yüz əlli dövr min yeddi yüz on) manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən ikinci tərəfindən xeyrinə imtina etmişdir. İkinci tərəf həmin müqavilədə göstərilən məbləğdə kompensasiyanın "xxxx" ASC-nin Binəqədi rayon filialında açılmış tranzit hesab vasitəsilə birinci tərəfə ödəmiş, bununla bağlı birinci tərəf ödəniş tapşırığını təqbul etmişdir. Müqaviləni birinci tərəf, yəni X5 adınan İddiaçı (hazırki iş üzrə iddiaçı) imzalamış, ikinci tərəf, yəni Binəqədi rayon İcra Hakimiyyəti adından isə X14 imzalamışdır. Kompensasiya məbləği - 154710.00 AZN "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən xx.xx.2016-cı il tarixdə, TT2779835 nömrəli kassa məxaric orderinə əsasən İddiaçı ödənilmişdir. İddiaçı onlara məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq əlavə olaraq kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti 02/09-11-11/A-16-152 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubu ilə iddiaçıya bildirmişdir ki, əlavə kompensasiya məbləğinin ödənilməsi ilə bağlı aidiyyəti üzrə "xxxx" QSC-ə müraciət etsinlər. Məhkəmə qeyd edir ki, iddiaçı anasına məxsus olan yaşayış evi ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə arasında Mülki Məcəlləyə əsasən 27 dekabr 2016-cı il tarixli alğısatqı müqaviləsi bağlamış və yaşayış evinin dəyəri tələb-təklif əsasında formalaşmışdır. Həmin müqavilənin şərtlərinə görə iddiaçı anası X2 adından Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivində yerləşən 318.43 kv.m ölçüdə (ona məxsus hissədə daxil olmaqla) yaşayış evinin köçürülməsi ilə əlaqədar aldığı kompensasiyaya (154710 (yüz əlli dörd min yeddi yüz on) manat) görə alıcı Binəqədi rayon İcra Hakimiyyətinin xeyrinə imtina etmiş, yaşayış evini Binəqədi rayon İcra Hakimiyyətinə satmışdır. İddiaçı tərəfindən alqı-satqı müqaviləsi və orada göstərilən məbləğ mübahisələndirilməmişdir. Müqavilə bağlandığı andan qüvvəsini almış, müddəaları tərəflər üçün məcburi olmuşdur. Göründüyü kimi, iddiaçı anasına məxsus yaşayış sahəsini və həmin sahəyə görə ona ödənilmiş pul məbləğini mübahisələndirməmiş, yaşayış sahəsinin alınması ilə bağlı ona təklif edilən məbləği qəbul etmiş, bunu müvafiq qaydada rəsmiləşdirərək öz iradəsini ifadə etmişdir. Belə olan halda sözügedən yaşayış sahəsi üçün təkrarən əlavə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsi mülki qanunvericiliyin tələblərinin, həmçinin sözügedən əmlakın alınması barədə razılıq əqdinin şərtlərinin pozulması halı hesab olunmalıdır. Eləcə də, iddiaçı anasına məxsus evdən başqa özünün ayrıca evinin olduğunu iddia etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmiş, əksinə iş materialları və onun ifadəsi ilə təsdiq olunur ki, iddiaçının bir ailə üzvü kimi yaşadığı anasına məxsus mübahisəli evin ümumi sahəsi 318.43 kv.m olub, həmin 318.43 kv.m evin də alğı-satqı müqaviləsini iddiaçı anasının adından nümayəndəsi kimi bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.3-cü maddəsinin tələbinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 390.5-ci maddəsinin tələbinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Odur ki, iddiaçı həmin müqavilənin şərtlərinə əsasən ona ödənilmiş məbləğ ilə razı olmadığından, hazırki mübahisə sözügedən əmlakın alınması barədə razılıq əqdinin şərtlərinin pozulması barədə olduğundan, sözgedən müqavilə hazırda qüvvədə olduğundan, hazırki mübahisəyə inzibati qaydada baxıla bilmədiyindən iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2967/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2967/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver