Məhkəmə qərarları › İş №2-1(112)-2968/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2968/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2968/2020 10.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X10 üzrə Mərkəzi Filialının nümayəndəsi X8 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X10 üzrə Mərkəzi Filialına qarşı “ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X10 İdarəsinə (hazırki X10 üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2014-cü il tarixdən təyin edilməsi və yaranmış fərqin hesablanaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X3 xx.xx.2008-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası alırdı. O, xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı isə 2008-ci ildən yaşa görə əmək pensiyası almağa başlamışdır. 2019-cu ilin sentyabr ayında iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Ərizəyə əsasən iddiaçıa xx.xx.2019-cu il tarixdən cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildi. Lakin, iddiaçı hesab edir ki, iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ xx.xx.2014-cü il tarixdən yəni həyat yoldaşı vəfat etdiyi vaxtan yaranmışdır. Buna görə də iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2014-cü il tarixdən təyin edilməsi və yaranmış fərqin hesablanaraq iddiaçıya ödənilməsi üçün qərar qəbul edilməsini xahiş etmiş, lakin ərizə bu günədək cavabsız və nəticəsiz qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X10 üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki,hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçıların pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xəcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Belə ki, ailə başçsını itirməyə görə pensiya hüququ olan ailə üzvləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə uyğun olaraq tənzimlənir. Belə ki, qanunun 14.1.1- vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları, 14.1.1.1-18 yaşına çatmamış, 14.1.1.2-18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil, 14.1.1.3-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxslərin əmək qabiliyyətsiz övladlarının və valideyinlərinin, habelə təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüquq vardır. Lakin həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən, “ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud 1-ci və 2-ci qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranır. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzusu ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.17.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 35.2-ci maddəsinə əsasən – ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonraki ayın 1-dən ayrılır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X10 üzrə Mərkəzi Filialının nümayəndəsi X11 təmsil etdiyi qurumun etiraz ərizəsinin əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: -0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1957-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. -Xəzər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ №668605 nömrəli ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cu il tarixdə mədə altı vəzi xərçəngi səbəbi ilə vəfat etmiş və bu barədə olüm haqqında akt qeydləri kitabında 2014-cü ilin 02 ayının 27 günündə 191 saylı qeyd edilmişdir. -Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin noyabr ayının 18 günündə 1103 ilə qeyd edilmişdir. Məhkəmə gedişatı zamanı təqdim olunmuş pensiya işindən görünür ki, İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdə Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X10 İdarəsinə ərizə ilə müraciət edərək, ona ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş və Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli, 029763 saylı qərarı ilə iddiaçıya xx.xx.2019-cu il tarixdən 658,20 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı pensiya məbləği yenidən hesablanaraq 678,20 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1957-cı ildir, iddiaçı xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti rəsmi olaraq cavabdeh tərəfindən cavablandırılmamışdır. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı odur ki, İddiaçı ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin olunması ilə bağlı xx xxxxxxxx 2019-cu il tarixdə Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X10 İdarəsinə müraciət etmişdir. Bu səbəbdən də iddiaçının pensiya hüququ məhz xx.xx.2019-cu il tarixdən yaranmışdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşın, yəni hazırki iddiaçının ümumiyyətlə ailə başçısını itirdiyinə görə əmək pensiyası hüququnun hansı tarixdən yarandığı müəyyən edilməlidir. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X10 İdarəsinə ərizə ilə müraciət edərək, ona ailə başçısını itirdiyinə görə əmək pensiyasının xx.xx.2014-cü il tarixdən təyin olunması və fərq məbləğinin ödənilməsini xahiş etmiş və həmin ərizəni xx xxxxxx 2019-cu il tarixdə cavabdeh inzibati orqana göndərmişdir. (SS623725344AZ) Lakin, cavabdeh tərəfindən iddiaçının müraciəti rəsmi olaraq cavablandırılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən iddianın mümkünlüyü və iddiaçının müraciətinin daxil olub-olmaması mübahisələndirilməmişdir. İnzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, iddiaçının müraciəti əsasında cavabdeh orqan tərəfindən rəsmi cavab verilmədiyi halda, iddiaçı haqlı olaraq xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Odur ki, iddia mümkün iddiadır. İddianın mahiyyəti: Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçı xx xxxxxx 1957-ci ildə doğulmuşdur. Əvvəllər ona yaşa görə əmək pensiyası təyin edilməsi mübahisə doğurmur. İddiaçı 2008-ci ildən yaşa görə pensiya təyin edilməsini bildirsə də, onun yaşa görə 2007-ci ildən pensiya alması işdə olan hər hansı sübutla təsdiq edilmir. İşin faktiki hallarından görünür ki, iddiaçının əri xx xxxxxx 2014-cü il tarixdə vəfat etdiyi halda, iddiaçıya 01.oktyabr 2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinin mənasına görə vəfat etmiş ailə başçısının öhdəsində olan arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qeyd olunan normaların tələblərindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 14-18-ci maddələrinin tələblərinə əsasən ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmək üçün şərtlər tələb olunur: 1) Pensiya təyin ediləcək şəxs vəfat etmiş ailə başçısının öhdəsində olan ailə üzvü olmalı; 2) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 3)Ailə başçısının qanunla tələb edilən sığorta stajı olmalısıdır. İddiaçı tərəfindən təqdim olunmuş nikah haqqında şəhadətnamənin surətindən, həmçinin, cavabdeh tərəfindən təqdim olunmuş pensiya işindən görünür ki, İddiaçı mərhum X1 həyat yoldaşı olmuş və ona əri vəfat etdiyindən sonra 01.oktyabr 2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya 2019-cu ildə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ailə başçısının ölüm gününədək bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olmasını təsdiq edir. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinin normasını şərh etdikdə isə bildirir ki, vəfat etmiş ailə başçısının öhdəsində olan arvada ailə başçısını itirməyə görə əmək pensiyası o zaman təyin olunur ki, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmış olsun. Belə olan halda, ilkin olaraq iddiaçının əri 2014-cü ildə vəfat edən zaman iddiaçının Qanunun 7-ci maddəsində nəzərdə tutulan pensiya yaşına çatması anı müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində (əvvəlki redaksiyada) pensiya yaşına çatmış qadınların yaşı 57 müəyyən edilmişdir. Maddənin Qeyd hissəsində isə qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1dək hər il altı ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində (hazırki redaksiyada) pensiya yaşına çatmış qadınların yaşı 60 müəyyən edilmişdir. Maddənin Qeyd hissəsində isə qadınların 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində (hazırki redaksiyada) və Qeyd hissəsinə görə məhz xx.xx.2018-ci il tarixdən, yəni 60 yaş yarımdan (60 il 6 ay) yaranmış olur. Odur ki, iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ ərinin vəfat etdiyi xx xxxxxx 2014-cü il tarixdən deyil, özünün yaşa görə pensiya hüququnun yarandığı xx xxxx 2018-ci ildən yaranmış olacaqdır. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ yaranan zaman 2017-ci ildə qüvvədə olmuş 32.3-cü maddəsində qeyd edilirdi ki, ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Beləliklə, iddiaçının pensiya hüququ yarandığı xx xxxx 2018-ci il tarixdən yarandığı təqdirdə, cavabdeh tərəfindən ailə başçısının itirməyə görə əmək pensiyasının iddiaçının hüququ yarandığı tarixdən deyil də, ərizə ilə müraciət etdiyi tarixdən təyin edilməsi qanusuz, əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya pensiya hüququ yarandığı xx xxxx 2018-ci il tarixdən ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X10 üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı pensiya hüququ yarandığı xx xxxx 2018-ci il tarixdən ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi və fərq məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X10 üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar