Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2969/2025 05.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X21 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluğa dair arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 24a saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsini üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Keçmiş X10 və İstismarı Birliyi tərəfindən bağ sahəsinin icrayəyə verilməsi barədə 4 avqust 1997-cı il tarixli 21165 saylı icarə müqaviləsinə əsasən onların ailəsinin istifadəsinə Bakı şəhərı Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən 24 a saylı bağ verilmişdir. Bağ müqaviləsi anası X1 adında olub. Müqavilədə atası Məmmədov Rahil və onun adı qeyd olunmuşdur. Anasının vəfatından sonra həmin bağ Bakı şəhər İcra Hakimiyyətinin 02 dekabr 2006-cı il tarixli 22 nömrəli protokoluna əsasən atası X5 adına keçmişdir. Atası 19 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. O, onun qanuni vərəsəsidir və hal-hazırda həmin bağ onun istifadəsindədir. Sözügedən bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarışın verilməsini ilə əlaqədar cavabdeh təşkilata müraciət etdi. Lakın ona verilmiş cavab məktubda uydurma əsasları gətirərək xahişi təmin olunmamışdır. Cavabdeh tərəfindən göstərildiyi əsaslar torpağın onun adına rəsmiləşdirilməsi üçün mane olmamalıdır. Sözügedən bağ bu günə kimi onların ailəsinin qanuni istifadəsindədir. Bağ sahəsi faktiki olaraq mövcuddur, həmin sahəyə dair heç bir mübahisə yoxdur və kiminsə tərəfindən buraxılmış səhvə görə onun bağ sahəsi ilə bağlı sənədləşdirmə işlərinin yubandırılmasına səbəb olmamalıdır. Qanunvericiliyə uyğun olaraq bağ sahəsi mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, idarənin arxivində saxlanılan məlumatlara əsasən X1 vəfatından sonra X6 adına xx.xx.2006-cı il tarixli, sahəsi 600 kv.m olmaqla keçmiş "BŞİH-nin X10 və istismarı Birliyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, "24a" saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında 21165 saylı müqavilə tərtib edilmiş, lakin səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqlədirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qsəbəsi ünvanında yerləşən ümumi sahəsi 600 kv.m olan 24a saylı bağ sahəsinə mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Bakı Şəhəri 7 satlı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 944 nömrəli məktubunda da göstərilmişdir ki, ünvan 2 ünvanında yaşayan vətəndaş X14 müraciəti əsasında mərhum anası X1 və atası X6 varisi olduğu barədə məlumat verilir. xx.xx.2015-ci il tarixdə xx.xx.2004-cü tarixdə vəfat etmiş mərhum X8 barədə tərəflərindən vərəsəlik işi açılmışdır. -“Bağın icarəyə verilməsi haqqında” xx.xx.1977-ci il tarixli 21165 nömrəli Müqaviləyə əsasən, Bakı şəhər İcra Hakimiyyəti X10 və X31 qəsəbəsində 0.06 ha bağ sahəsini icarədar X2 istifadəsinə vermişdir. -AZ-İ seriyalı 089186 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X9 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 229 nömrəsi ilə qeyd edilmişdir. -AZ-İİ seriyalı 219611 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 76 nömrəsi ilə qeyd edilmişdir. -AZ-İİ seriyalı 067540 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, X25 xx.xx.1991-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 69 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********23 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia edilən torpaq sahəsinin ətrafında 23 və 30 saylı bağ sahələri yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 3-52/2-3650/2024 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri İcra hakimiyyəti başçısının 1997-ci ilə dair sərəncamları arasında xx.xx.1997-ci il tarixli, 16 nömrəli sərəncam, 2006-cı ilə dair sərəncamları arasında xx.xx.2006-cı il tarixli, 22 nömrəli protokol aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cüil tarixli **********77 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 24a saylı bağ-torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 600.0 kv.m, faktiki sahəsi 639.0 kv.m təşkil edir. Bağ sahəsində 25.1kv.m yarıçmçıq tikili var. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-2085/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhər İH-nin 1997, 2006-cı illərə dair arxiv sənədləri, xx.xx.11997-ci il tarixli 16 saylı sərəncamı, və xx.xx.2006-cı il tarixli 22 saylı protokolu Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-47222/2024 nömrəli məktubunda göstərilmişdir ki, idarənin arxivində "24a" saylı bağa dair X6 adına xx.xx.2006-cı il tarixli, 21165 saylı müqavilə bağlanmışdır. Lakın müqavilənin hər iki nüsxəsində imza və möhür yoxdur. Eyni nömrə təkrarlanır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən koordinatlarla verilmiş sahə 24 saylı bağın bir hissəsinə uyğun gəlir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə "24a" saylı bağın qərb hissəsində **********96-11301 reyestr nömrəsi ilə X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-27125/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi ilə 24a saylı özəl bağ sahəsinin yerləşir və sahələr arasında üst-üstə düşmə halı müəyyən olunmur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-27103/2025 nömrəli məktu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -RX seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi və üzərində inşa olunmuş 76.83 kv.m olan **********90-11301 reyestr nömrəli bağ evi xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə X22 adına daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 12663 nömrəli vərəqində qeydiyyata alınmışdır. -“Bağın icarəyə verilməsi haqqında” 04.8.1997-ci il tarixli 3667 nömrəli Müqaviləyə əsasən, X10 və İsismarı Birliyi Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 0.06 ha 24 saylı bağ sahəsini X15 istifadəsinə vermişdir. -Bakı Şəhər Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli Sərəncamına əsasən Zirə qəsəbəsi, 24 saylı bağ sahəsində vətəndaş X12 tikdiyi 1 mərtəbəli 2 yaşayış otağı-41.84 kv.m, köməkçi sahəsi 14.09 kv.m, torpaq sahəsində ayaqyolu 1.96 kv.m, cəmi torpaq sahəsi 600.0 kv.m olan yaşayış evi və torpaq sahəsinin qeydiyyata alınması qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********40 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.1997-ci il tarixli 21165 nömrəli “24a saylı bağın icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən, X10 və X31 qəsəbəsindəki 0.06 ha bağ sahəsini X1 istifadəsinə vermişdir. -xx.xx.2006-cı il tarixli Ərizəsində X13 X10 və İstismarı Birliyinə müraciət edərək, həyat yoldaşı X1 vəfatı ilə əlaqədar onun adına olan Zirə bağındakı 21165 nömrəli müqaviləni onun adına keçirilməsini xahiş etmişdir. -X10 və İstismarı Birliyinin xx.xx.2006-cı il tarixli 21165 nömrəli “Zirə ərazisindəki 24a nömrəli bağın istifadəyə verilməsi haqqında” Müqaviləyə əsasən X10 və X20 rayonunun Zirə ərazisində 0.06 ha torpaq sahəsi olan 24a saylı bağ sahəsini icarədar X5 istifadəsinə verir. -MA seriyalı “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, bağ 24a ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və üzərində inşa olunmuş **********96-11301 reyestr nömrəli bağ evi xx.xx.2010-cu il tarixdə X7 adına daşınmaz əmalkın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 5546 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən, X16 ünvan 5 ünvanda olan 1 otaqlı, ümumi sahəsi 50.04 kv.m olan bağ evini və mülkiyyətində olan 0.12 ha torpaq sahəsini oğlu X17 bağışlamışdır. -MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, bağ 24a ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və üzərində inşa olunmuş **********96-11301 reyestr nömrəli bağ evi xx.xx.2010-cu il tarixdə X11 adına daşınmaz əmalkın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 5546 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********58 nömrəli imtina məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən miras qoyan X1 istifadəsində olmuş "24a" saylı torpaq sahəsi X6 adına keçirilərək müqavilə tərtib edilmiş, lakin imza və möhürlə təsdiq edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən "24a" saylı torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin tərəfinizdən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin ərazisinə uyğun gəlir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, mərhum X4 X10 və İstismarı Birliyi tərəfindən xx.xx.1997-ci il tarixli 21165 nömrəli icarə müqaviləsi əsasında Zirə qəsəbəsində 0.06 ha sahəsi olan 24a saylı bağ sahəsi ayrılmışdır. X1 vəfatından sonra həyat yoldaşı X13 xx.xx.2006-cı il tarixli ərizə ilə Birliyə müraciət edərək, həmin bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. xx.xx.2006-cı il tarixli 21165 nömrəli müqaviləyə əsasən sözügedən 24a saylı bağ sahəsi ilə bağlı onun adına müqavilə bağlanılmışdır. İddiaçı hər iki valideyninin vəfatından sonra xx.xx.2024-cü il tarixdə mərhum anası X2 vərəsəsi olmaqla, həmin bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan torpaq sahəsinə dair müqavilənini imza və möhürlə təsdiq edilməmiş olmasını, 24a saylı torpaq sahəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsinin ərazisinə uyğun gəlməsini əsas gətirərək, müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin ilkin torpaqayırma sənədi, hüquqmüəyyənedici sənəd qismində xx.xx.1997-ci il tarixli 21165 nömrəli “24a saylı bağın icarəyə verilməsi haqqında” Müqavilə çıxış edir. Bu müqavilə ilə sözügedən bağ sahəsi X10 və İstismarı Birliyi tərəfindən ilkin olaraq X3 ayrılmışdır. X2 vəfatından sonra sözügedən bağ sahəsinin əri X5 adına keçirilməsi barədə arxiv sənədlərində müqavilə tərtib olunmuş, lakin həmin müqavilə tərəflərin imza və möhürü ilə təsdiq edilməmiş olsa da bağ sahəsi faktiki olaraq idiaçının valideyni X5 istifadəsində olmuş və hazırkı iddiaçı bağın ilkin qanuni istifadəçisinin olan X2 vərəsəsi qismində çıxış edir. Başqa sözlə, bağ sahəsinin X5 adına rəsmiləşməməsi hazırkı iddia üzrə bağ sahəsinə mülkiyyət hüququnun X3 məxsus olmasına dair arayışın verilməsinə mane olmur. xx.xx.2006-cı il tarixli müqavilə ilə keçirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, həmin müqavilələr Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcuddur. Bundan əlavə, işin hallarından görünür ki, iddiaçı tərəfindən iddia olunan və naturada göstərilən bağ sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmişdir. Həmçinin qeyd etmək zəruruidir ki, yerli müayinə aktında sözügedən torpaq sahəsinin imtinada qeyd edilmiş əsasını təkzibi olaraq, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 24a saylı bağla üst-üstə düşmədiyi qeyd edilmişdir. Eyni zamanda naturada göstərilən bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq, cavabdeh orqan tərəfindən təqdim edilmiş ortofoto görüntüyə əsasən iddia olunan bağ sahəsinin qonşuluğunda 23, 24a və 30 nömrəli bağ sahələrinin yerləşməsi, həmçinin təqdim edilmiş sxematik xəritəyə əsasən, iddia olunan bağ sahəsinin 24 saylı bağın bir hissəsinə uyğun gəlməklə, qonşuluğunda 22, 23, 25, 30 nömrəli bağ sahələri yerləşmişdir ki, bu hal da mübahisə predmeti olan bağ sahəsinin bağların nömrə ardıcıllığına uyğun yerləşdiyini deməyə əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 600 kv.m olan 24a saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 600 kv.m olan 24a saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2969/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2969/2025
05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver