Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-297/2023 18.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı2, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz və əsassız sayılması, ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsininə dair xx.xx.2021-ci il tarixdə rəsmi ərizə ilə birbaşa cavabdeh orqana müraciət etmişdir. Cavabdeh onun müraciətini xx.xx.2021-ci il tarixdə qəbul etsə də, bu gunə kimi heç bir cavab verməmişdir. Bu da onun Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, cavadeh orqan onun ərizəsini xx.xx.2021-ci il tarixində almış, lakin üstündən 35 gündən çox vaxt keçsə də heç bir cavab verməmişdir. Ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o tələb olunan 10 il xüsusi, 20 il ümumi stajı xx.xx.2017-ci il tarixinədək qazanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respyblikası Qanununun 9.1-ci maddəsində (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlarin: kişilər - 57 yaşına çatdıqda, azı 25 ili sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 ili sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunda edilmiş dəyişikliyədək 20 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 10 ildən çox əmək şəraiti zərərli olan işlərdə işlədiyinə görə ona 52 yaşında pensiya təyin edilməlidir. İndi isə onun tələb olunan həmin sığorta stajına nəzər salaq. O, xx.xx.1961-ci ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Quba quşçuluqda quşa baxan fəhlə işləmişdir (6 ay, 9 gün ümumi staj). xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Azərtexstapın bazasında anbarçı işləmişdir (1 il, 6 ay ümumi staj). xx.xx.1981 -ci ildən xx.xx.1987-ci ilədək Bakı Komvol Kombinatında kontroller işləmişdir (6 il güzəştli staj). xx.xx.1988-ci ildən xx.xx.1999-cu ilədək Natavan (Samira, Güney, ŞFB) X4 trikotaj toxucu işləmişdir (11 il, 8 ay, 2 gün güzəştli staj). xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək Xətai rayonu 91 saylı MKİS-də lift bələdçisi işləmişdir (5 ay, 28 gün ümumi staj). xx.xx.2012-ci ildən xx.xx.2017ci ilədək "xxxx" MMC-də mətbəx işçisi işləmişdir (52 yaşının tamam olduğu xx.xx.2013-cü ilədək 1 il, 1 ay, 3 gün ümumi staj). xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək ,”Yunis Servis” MMC-də xidməti müqavilə ilə fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. xx.xx.2021-ci ildən hal-hazıra kimi "xxxx" MMC-də mətbəx işçisi işləmişdir. xx.xx.2013-cü ilə kimi ümumi stajı 21 il, 1 ay, 12, güzəştli iş stajı isə 17 il, 8 ay, 2 gün təşkil edir. Onun işlədiyi həmin iş yerləri ləğv olunduğuna, onlar barədə heç bir məlumat əldə edə bilmədiyinə görə iş yerlərindən güzəştli arayış almağı mümkün olmamışdır. Beləliklə, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan ona 52 yaşından pensiya təyin edilməlidir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh orqana müraciət etsə də müraciətinə cavab verilməmişdir. Lakin adıçəkilən şəxsin iddia tələbində qeyd edilənlərlə bağlı Mərkəzi Filiala hər hansı bir müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Lakin baxılan halda biz cavabdeh kimi cəlb edildiyimiz məsələdə nə inzibati aktı qəbul etməkdən imtina edirik, nə də hərəkətsizliyə yol veririk. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı2 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair iddiasının mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixindən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddiaçının iş yerindən güzəştli arayışının təqdim edilmədiyini bildirərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı2 xx.xx.1961-ci ildə Quba rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 25 iyul 1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı2 xx.xx.1979-cu ildə Quba inqubator quşçuluq stansiyasına quşabaxan fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1979-cu ildə Bazaya anbarçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1981-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1981-ci ildə Kontroller qəbul edilmişdir. xx.xx.1981-ci ildə 2-ci dərəcəli kontroller vəzifəsinə verilmişdir. xx.xx.1987-ci ildə öz razılığına əsasən işdən azad edilmişdir. xx.xx.1988-ci ildə toxucu vəzifəsinə götürülmüşdür (“Brayzer 25”). xx.xx.1990-cı ildə İstehsalar sahəsi “Natavan”nın icarə şərtli işə keçirilməsi ilə bağlı “Samira” adı verilmişdir. xx.xx.1992-ci ildə xx.xx.1992-ci il tarixli 2 saylı əmrə əsasən “Natavan” fabrikinə keçirilmişdir. xx.xx.1992-ci ildə “Natavan” toxuma və təmir fabriki “Natavan” fabrikinin emalatxanasına toxucu vəzifəsinə götürülmüşdür. xx.xx.1992-ci ildə öz razılığına əsasən Azərbaycan SSR ƏM 37 maddəsinə əsasən işdən azad edilmişdir (“həqiqi hesab edilmir” qeydi müəssisə rəhbərinin imzası və möhürü ilə təsdiq edilmişdir) xx.xx.1999-cu ildə öz razılığına əsasən Azərbaycan SSR ƏM 37 maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2007-ci ildə Xətai rayon 91 saylı MKİS-ə lift bələdçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2012-ci ildə Yeni Servis MMC-yə mətbəx işçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci ildə vəzifədən azad edilmiş, xx.xx.2021-ci ildə Yeni Servis MMC-yə mətbəx işçisi vəzifəsinə təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubu ilə göndərilmiş inzibati icraat materiallarından görünür ki, İddiaçı2 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış ərizədən görünür ki, iddiaçı ona 52 yaşından gözəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və bildirmişdir ki, xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilə kimi və xx.xx.1988-ci ildən xx.xx.1999-cu ilə kimi zərərli peşə və sahələrdə işləmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 51 nömrəli məktubunda bildirilmişdir ki, kontroler və toxucu peşələrinə aşağıdakı vəzifə təlimatları daxildir: 1) Kontroler- hazır məhsulların keyfiyyət standartlarına uyğun biçilməsinə, tikilməsinə, toxunmasına eyni zamanda tikiş xəttinin düzgünlüyünə nəzarət etməli, tikiş və toxunma zamanı buraxılmış boş tikiş məsafələrini müəyənləşdirməli, ölçülərin düzgünlüyünə nəzarət etməlidir. 2)Toxucu—Sap babinlərini toxucu dəzgahlarına yerləşdirir, ölçüləri yığır, məhsulun toxunması əməliyyatına nəzarət edir. Toxunma zamanı sap babindən acıldiqcan toz əmələ gəlir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 59 nömrəli məktubunda qeyd olunmuşdur ki, peşəyə uyğun güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nda nəzərdə tutulan hansı peşəyə uyğun gəlməsi (uyğun gəldiyi sahə və vəzifə kodları ) barədə məlumatlar rayon Sosial Təminat Mərkəzlərində olur. Belə hallarda müəssisəmiz həmişə rayon Sosial Təminat Mərkəzinə müraciət etmişdir. Ona görədə xahiş edirik ki, X3 yaşadığı ərazidəki Sosial Təminat Mərkəzinə müraciət edəsiniz. İş materiallarına əlavə edilmiş Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli № BA-01731-2021 nömrəli məktubunda bildirilmişdir ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vətəndaş Xaməmmədova (Duruskari) Zöhrə Mirzağa qızının xx.xx.1981-ci il tarixli, 112 saylı əmrlə xx.xx.1981-ci il tarixdən TBO-ya nəzarətçi şagirdi kimi işə qəbul olunması, xx.xx.1987-ci il tarixli, 115 saylı əmrlə xx.xx.1987-ci il tarixdən öz xahişi ilə işdən azad olunması, 1981,1982, 1983, 1984, 1985-ci illər, 1986-cı ilin mart, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1987-ci ilin yanvar, fevral, avqust aylarına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışında 1981, 1982, 1983, 1984, 1985, 1986 və 1987-ci illərin əmək haqqı cədvəli təqdim olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********94 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ünvan 2 ünvanında yerləşən ləğv edilmiş “Xidmət” Dövlət Konserninin Respublika X9 Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 642 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil təsərrüfat subyekti olduğuna görə ərizənizdə qeyd edilən məsələ ilə bağlı cəmiyyətin idarəetmə orqanlarına müraciət etməyiniz məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********899100 nömrəli məktubunda bildirilmişdir ki, dövlət reyestrində “X8 Fabriki" adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Vətəndaş İddiaçı2 əmək kitabçasında adı qeyd edilmiş "xxxx" Şirkəti (VÖEN **********) xx.xx.1999-cu il tarixdə 617 nömrə ilə dövlət qeydiyyatından keçmişdir və xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatından keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir. Həmçinin bildiririk ki, "xxxx" Şirkəti təsisçilərinin qərarına əsasən xx.xx.2016-cı il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli, 07/2-5 nömrəli məktubunda bildirilmişdir ki, X5 “İnternational Standard classification of occupations” təsnifatı əsasında hazırlanaraq ölkəmizdə milli standart kimi qəbul edilmiş və özündə əmək fəaliyyəti növlərinin sistemləşdirilmiş siyahısını cəmləşdirən “Məşğulluq Təsnifatı”nda (AZT041-2010) iqtisadiyyatın digər sahələrində olduğu kimi, sənaye qurğularının və maşınlarının operatorları və quraşdırıcıları sahəsində də məşğulluq növləri təsnifləşdirilir. “Məşğulluq Təsnifatı”nda toxuculuq və toxuma maşınlarının operatorlarının vəzifələri material və parçaların istehsalı üçün toxuculuq maşınlarının və oxşar avadanlıqların işinin idarə edilməsi və yoxlanılması kimi qeyd edilir və bu fəaliyyət (məşğulluq) sözügedən təsnifatın “Toxuculuq və toxuma maşınlarının operatorları” (kodu - 8152) qrupuna daxildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”-na uyğun olaraq, ləğv edilmiş ’’Xidmət” Dövlət Konserninin tabeçiliyində olmuş ünvan 3 ünvanında yerləşən Respublika X9 Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 642 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.1997ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçiləri dəyişmişdir. Məlumat üçün bildiririk ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Respublika X1 işçilərin siyahısında İddiaçı2 toxucu vəzifəsində (iş stajı 9 il) işlədiyi qeyd edilmişdir. Sorğunuzda qeyd olunan digər məlumatların əldə edilməsi ilə bağlı aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarəetmə orqanlarına müraciət etməyiniz məqsədəuyğundur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial müdafiə Fondunun Sosial Siğorta və X13 Mərkəzi Filialinın xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubu ilə göndərilmiş sığortaolunanın hesabına əsasən iddiaçı 2007-ci ilin aprel ayından oktyabr ayına kimi, 2012-ci ilin iyun-dekabr, 2013-cü ilin yanvar-dekabr, 2014-cü ilin yanvar-dekabr, 2015-ci ilin yanvar-dekabr, 2016-cı ilin yanvar-dekabr, 2017-ci ilin yanvar-mart, 2021-ci ilin yanvar-sentyabr, 2017-ci ilin iyul-dekabr, 2018-ci ilin yanvar-dekabr, 2019-cu ilin yanvardekabr, 2020-ci ilin yanvar- sentyabr aylarında məcburi dövlət sosial sığorta ödənişləri edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********460100 nömrəli məktubda qeyd olunmuşdur ki, qurumun qeydiyyat qovluğuna əsasən xx.xx.1997-ci ildə D-16 nömrə ilə dövlət qeydiyyatına alınmış “Güney Trikotaj" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi xx.xx.1999-cu il tarixdə 617 nömrə ilə dövlət qeydiyyatına alınmış, xx.xx.2016-cı il tarixdə isə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmış "xxxx" Şirkəti olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq “Bakı Əyirici-Toxucu” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 51 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı2 Mirağa qızı müxtəlif vaxtlarda «kontroller» və «toxucu» vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli siyahısının 22100000- Yüngül sənayeyə (toxuculuq sənayesi) aid olan vəzifəlilərdə «kontroller», «toxucu» vəzifələri nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, 22002000-16167 kod üzrə «darama-toxuma avadanlıqlarının operatoru» vəzifəsi nəzərdə tutulmuşdur. Bundan başqa, toxuculuq istehsalatı, dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin siyahısında «toxucular-metal və sintetik tor toxuyan toxucular»nəzərdə tutulur. Beləliklə, İddiaçı2 Mirağa qızının əmək kitabçasındakı qeydlərə əsasən 21 avqust 1981 -ci il tarixdən 21 avqust 1987-ci il tarixədək «kontroller» vəifəsində fəaliyyəti təsdiq edilsə də, həmin vəzifə zərərli işlər kateqoriyasına aid deyil. İddiaçı2 sorğusunda qeyd etdiyiniz vaxtlarda «Brayzer» 25 maşınında toxucu kimi fəaliyyətinin zərərli işlərə aid olub-olmaması barədə "xxxx" ASC-də qeyd olunan «Brayzer» 25 maşınları olmadığına görə güzəştli arayışı və zərərli işlərə aid olub-olmaması barədə məlumatı verə bilmirik. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli sorğusu "xxxx" ASC-yə 28 sentyabr 2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 116 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC 2012-ci ildən istehsal fəaliyyətini tam dayandırmışdır. Sorğuda qeyd edilən müəssisələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı hansı növ toxuculuq fəaliyyəti ilə məşğul olması barədə heç bir məlumatımız olmadığına görə sorğunu cavablandırmağı mümkünsüz hesab edirik. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 45 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC-də “Brauzer 25 tipli maşınlar və “darama- toxuma avadanlıqlarının operatoru" vəzifəsi yoxdur. Ona görə də sorğunuza dəqiq cavab verə bilmirik. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 06 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC hal-hazırda həmin sahə üzrə fəaliyyət göstərmədiyinə görə həmin vəzifələrdə işləyən şəxslərə əmək şəraiti zərərli olan işdə işləməsi ilə əlaqədar qısaldılmış iş vaxtının tətbiq edilməsi, əlavə məzuniyyətlərin verilməsi, əmək haqqına əlavələrin ödənilib-ödənilməməsi və sair barədə məlumatların və həmin peşələrin zərərli işə aid edilməsi ilə bağlı güzəştli arayışı məhkəməyə təqdim edə bilmirik. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı iddia formalaşmış məhkəmə təcrübəsinə əsasən öhdəliyin icrası haqqında iddia növünə aid edilir. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ərizəsini təqdim etsə də ərizəyə müvafiq cavab verilməmiş, iddiaçı cavabdehə təqdim olunduğu vaxtdan 35 gün keçdikdən sonra hazırkı iddia ərizəsini xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etirazında iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə cavabdeh orqana müraciət etmədiyi, ununla da iddianın mümkün sayılmaması əsası ilə razılaşmır. Belə ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı etdiyi müraciət və müraciətə əlavə etdiyi sənədlərin surətini məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə hazırkı iş üzrə cavabdehin iddia tələbinin mümkünsüzlüyü ilə bağlı etiraz dəlilini əsassız hesab edərək iddianın mahiyyəti üzrə qiymətləndirilməsinə keçir. İddia tələbi mahiyyəti üzrə əsaslıdır. Belə ki, hüquq münasibətlərinin yarandığı dövr (iddiaçının pensiya təyinatı üçün müraciət etdiyi vaxt) qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçının pensiya təyinatı üçün cavabdehə orqana müraciət etdiyi dövr qanunvericiliyə əsasən qadınlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 55 yaşın tamam olması; 2. azı 20 il sığorta stajına malik olması; 3. 20 il sığorta stajının azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən görünür ki, iddiaçı ona 55 yaşdan deyil, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qadınlara 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsində nəzərdə tutulurdu. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmasa da (bunun üçün iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən az olmayan ümumi staja malik olması tələb olunsa da, onun həmin tarixə cəmi 19 il 08 ay 14 gün ümumi sığorta stajı olmuşdur), “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2017-ci il tarixədək 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini ayını zərərli işlərdə işləməli, həmçinin 52 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 52 yaşını xx.xx.2013-cü il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı xx.xx.1979- xx.xx.1979-cu ilədək 06 ay 10 gün, xx.xx.1979-xx.xx.1981-ci ilədək 01 il 06 ay, xx.xx.1981-xx.xx.1987-ci ilədək 06 il 01 gün, xx.xx.1988-xx.xx.1999-cu ilədək 11 il 08 ay 03 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti dövrünün yoxlanılması zamanı məhkəmənin sorğusu ilə əldə edilmiş sığortaolunanın fərdi şəxsi hesabı haqqında məlumatlardan müəyyən olunur ki, xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2007xx.xx.2007-ci il tarixədək və xx.xx.2012-ci il tarixdən xx.xx.2013 cü il tarixədək olan dövr üzrə 2007-ci ilin aprel ayından oktyabr ayına kimi, 2012-ci ilin iyun-dekabr, 2013-cü ilin yanvar-dekabr aylar üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra 52 yaşının tamam olduğu xx.xx.2013-cü ilədək məcburi dövlət sosial sığorta haqları ödənilmiş illəri ümumi sığorta stajına hesablanmalıdır. Belə olan halda, iddiaçının sığorta stajı xx.xx.2007-xx.xx.2007-ci il tarixədək 05 ay 28 gün və xx.xx.2012-ci il tarixdən xx.xx.2013cü il tarixədək 01 il 01 ay 04 gün təşkil edir. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixədək 21 il 03 ay 16 gün (xx.xx.1979xx.xx.1979-cu ilədək 06 ay 10 gün, xx.xx.1979-xx.xx.1981-ci ilədək 01 il 06 ay, xx.xx.1981-xx.xx.1987-ci ilədək 06 il 01 gün, xx.xx.1988-xx.xx.1999-cu ilədək 11 il 08 ay 03 gün, xx.xx.2007-xx.xx.2007-ci ilədək 05 ay 28 gün, xx.xx.2012- xx.xx.2013-cü ilədək 01 il 01 ay 04 gün olmaqla) ümumi sığorta stajı toplamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydalara 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş üzrə müəyyən olunur ki, iddiaçının zərərli iş şəraitində işləməsi ilə bağlı iş yerindən arayış iş materiallarına əlavə edilməmişdir. Lakin məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının işlədiyi yerdən zərərli işlərdə işləməsinə dair güzəştli arayışı təqdim edə bilməməsi onun işlədiyi dövrün güzəştli iş stajı kimi nəzərə alınmamasına mane təşkil etməməlidir. Belə ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1987ci ilədək və xx.xx.1988-ci ildən xx.xx.1999-cu ilədək olan dövrdə zərərli işdə işlədiyini iddia etmişdir. İddiaçıya məxsus əmək kitabçası qeydlərində iddiaçının xx.xx.1981-ci ildə kontroller vəzifəsinə qəbul edildiyi, xx.xx.1987-ci ildə həmin vəzifədən azad edildiyi, xx.xx.1988-ci ildə toxucu vəzifəsinə (“Brayzer 25”) qəbul edildiyi, xx.xx.1992-ci ildə emalatxanaya toxucu vəzifəsinə götürüldüyü və xx.xx.1999-cu ildə işdən azad edildiyi göstərilmişdir. Məhkəmə sorğularına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Vergi Xidmətindən əldə edilmiş cavab məktublarından müəyyən olunur ki, iddiaçının işləmiş olduğu müəssisə Respublika X2muş, həmin birliyin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 642 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.1997-ci il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi xx.xx.1999-cu il tarixdə 617 nömrə ilə dövlət qeydiyyatından keçmiş "xxxx" Şirkəti olmuş və "xxxx" Şirkəti təsisçilərinin qərarına əsasən xx.xx.2016-cı il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. ...Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər”. Beləliklə, iddiaçının işləmiş olduğu nə Respublika X9 Birliyi, nə də onun hüquqi varisi olan "xxxx", "xxxx" Şirkəti mövcud olmadığından iddiaçının işləmiş olduğu vəzifələrlə bağlı güzəştli arayışın əldə edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilən icmal məktubdakı hüquqi mövqeyə uyğun olaraq məhkəmə iddiaçının işlədiyi vəzifələrin zərərli işlərə aid olub-olmaması barədə güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisələrdən əldə edilməsi ilə bağlı sorğular vermiş, lakin Respublika X9 Birliyi (Samira, Natavan),"xxxx", "xxxx" Şirkətləri ilə oxşar sahədə (toxuculuq, trikotaj) fəaliyyət göstərən "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC müəssisələrindən iddiaçının işləmiş olduğu vəzifələrin bilavasitə zərərli iş hesab edilməsinə dair arayışın əldə edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iddiaçının zərərli iş hesab etdiyi dövrlə bağlı güzəştli arayışa istinad olmadan, işin faktiki halları və qanunun tələblərinə uyğun olaraq iddia olunan vəzifələrin güzəştli pensiya təyinatına əsas verib-verməməsi baxımından mahiyyəti üzrə qiymətləndirməyə keçmişdir. İddiaçıya aid əmək kitabçasındakı xx.xx.1981-xx.xx.1987-ci il tarixədək işlədiyi kontroller vəzifəsi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hər hansı vəzifə koduna uyğun gəldiyi müəyyən olunmur. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əldə edilmiş sorğuya cavab məktubuna əsasən kontroller vəzifəsinin funksiyası bilavasitə hazır məhsulların keyfiyyət standartlarına uyğun biçilməsinə, tikilməsinə, toxunmasına eyni zamanda tikiş xəttinin düzgünlüyünə nəzarət etmək, tikiş və toxunma zamanı buraxılmış boş tikiş məsafələrini müəyənləşdirməli, ölçülərin düzgünlüyünə nəzarət etmək olduğu müəyyən olunur. Göründüyü kimi tikiş, toxuma müəssisələrində kontroller vəzifəsinin əmək funksiyalarının icrası zamanı insan səhhəti üçün zərərli hesab edilə bilən və ya sağlamlıq üçün təhlükə yaradan hər hansı xüsusiyyət aşkar olunmur. Belə olan halda həmin vəzifənin həm Siyahıda adının bilavasitə olmaması, həm də yerinə yetirdiyi işin xüsusiyyəti həmin vəzifənin funksional təyinat baxımından Siyahıda hər hansı zərərli peşə ilə uyğunlaşıdırılaraq pensiya təminatına imkan vermir. Bundan əlavə nəzərə alınsa ki, "xxxx" ASC «kontroller» vəzifəsinin zərərli işlər kateqoriyasına aid olmadığını bilavasitə bildirmişdir, bu halda da iddiaçının 21 avqust 1981-ci il tarixdən 21 avqust 1987-ci il tarixədək «kontroller» vəifəsindəki fəaliyyətinin güzəştli iş stajı kimi hesablanmasına da əsas qalmır. Eyni zamanda iddiaçının işlədiyi xx.xx.1988-xx.xx.1999-cu il tarixədək olan dövrün qiymətləndirməsi zamanı müəyyən olunmuşdur ki, iddiaçı həmin illərdə toxucu, xüsusən də «Brayzer» 25 maşınında toxucu vəzifəsində işləmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş məlumatda toxucu vəzifəsinin funksiyaları, eləcə də zərərli xüsusiyyətləri sadalanmışdır. Belə ki, toxucu—sap babinlərini toxucu dəzgahlarına yerləşdirir, ölçüləri yığır, məhsulun toxunması əməliyyatına nəzarət edir. Toxunma zamanı sap babindən açıldıqdan toz əmələ gəlir. Beləliklə, toxunma zamanı sap babindən açılmış tozun bu vəzifədə çalışanların sağlamlıqları üçün zərərli hesab edildiyi, dolayısı ilə peşənin zərərli iş olduğu aşkardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıs”nın sonuncu bəndinin əvvəlki bəndində olan “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”da “Kağız-pambıq, pambıq, kətan, yun, ipək, kəndircut, trikotaj, toxuculuq-qalanteriya, keçə istehsalatları; süni və sintetik istehsalatlarında toxuculuq sexlərində (sahə, bölmə) zərərli hesab edilən vəzifələrin adları sadalanır. İddiaçının toxucu peşəsini işlədiyi müəsissənin fəaliyyəti profili, eləcə də toxucu vəzifəsinin bilavasitə yuxarıda adı çəkilən zərərli xüsusiyyətindən irəli gələrək qeyd edilən bölmədə “Toxucular metal və sintetik tor toxuyan toxucular” peşəsinə uyğun hesab etmək mümkündür. Məhkəmə o halı da nəzərə alır ki, həmin hissədə “Toxucular metal və sintetik tor toxuyan toxucular” peşələrin adlarında toxucular sözündən sonra “-” (defis) işarəsi qoyulmadığından bu qənaətə gəlmək mümkündür ki, “toxucular” peşəsi ayrı, “metal və sintetik tor toxuyan toxucular” peşələri ayrı-ayrılıqda sadalanır. Başqa sözlə, iddiaçının işlədiyi toxucu vəzifəsini eyni adlı “Toxucular metal və sintetik tor toxuyan toxucular” peşələrinə aid edilməsini istisna edən hal mövcud deyildir. Eyni zamanda məhkəmə iddiaçının məhz «Brayzer» 25 maşınında toxucu işlədiyini də nəzərə alaraq hesab edir ki, toxuculuq istehsalatında dəzgah və maşınlarda çalışanların vəzifəsi həm də yenə həmin bölmədə-“Kağız-pambıq, pambıq, kətan, yun, ipək, kəndir-cut, trikotaj, toxuculuq-qalanteriya, keçə istehsalatları; süni və sintetik istehsalatlarında toxuculuq sexlərində (sahə, bölmə)” “Darama avadanlığının operatorları, o cümlədən qeyri-toxunma materialların istehsalında çalışan operatorlar” vəzifəsinə də uyğun hesab etmək olar. Beləliklə, İddiaçı2 Mirağa qızının əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1988-xx.xx.1999-cu il tarixədək işlədiyi dövr 11 il 08 ay 03 gün zərərli iş stajı hesab edilməklə güzəştli şərtlərlə yaşa görə pensiya təminatına imkan verir. Beləliklə, iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixədək tələb olunan 20 il ümumi iş stajını, 10 il güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı2 Mirağa qızına 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı2 Mirağa qızına 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova