Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2971/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçılar İddiaçı5 və İddiaçı3 iştirakları ilə, iddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı5, İddiaçı3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal massivi 5 ünvanında yerləşən yaşayış sahəsi üzrə onların yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar birgə Bakı şəhəri, Binəqədi rayonu, Şimal massivi 5 ünvanında qeydiyyatsız yaşayırlar. Bundan əvvəl ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışlar. Lakin sonra həmin ev söküntü ərazisinə düşmüş, bununla əlaqədar onlara kompensasiya verilmişdir. Bundan sonra Biləcəri qəsəbəsində ev almağa qərara gəlmişlər. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 12.02.2019cu il tarixli 15 nömrəli qərarı ilə vətəndaş X1 adına Biləcəri Bələdiyyəsinin 439 nömrəli 07.07.2006-cı il tarixli qərarı ilə addan-ada keçirilmiş 300,0 kv.metr torpaq sahəsi onun adından notrial qaydada qarşılıqlı razılaşmaya görə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı5 adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin vaxtdan etibarən yaşayış sahəsi onun sahibliyinə keçmiş, müvafiq rüsum və vergiləri ödəməyə başlamışdır. Həmin fərdi yaşayış evi 2009-cu ildən qazlaşdırılmış, buna dair texniki şərt alınmışdır. 26.12.2018-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı barədə müqavilə, “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısının birtipli” Müqaviləsi və “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” Müqavilə onunla - İddiaçı5 ilə bağlanmışdır. Evə dair kommunal xidmətlərin haqqı da tərəflərindən ödənilir. Bütün bunlara baxmayaraq xeyli müddətdir daimi yaşadıqları və sahibliklərində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal massivi 5 ünvanına qeydiyyat düşə bilməmişdirlər. Belə ki, yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarış verilməmişdir. Pandemiyadan əvvəl həmin ərazidə evlərin qeydiyyata alınaraq çıxarışların verilməsi işlərinə başlanılaraq siyahıya alınma ilə müəyyən işlər görülmüş, daha sonra pandemiya ilə dayandırılmışdır. Bu yaxınlarda Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək qeyd olunan ünvana qeydiyyata alınmalarını xahiş etsələr də ona 14.09.2021-ci il tarixli imtina məktubu verilmiş, bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 20.10.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmədə iddiaçılar İddiaçı5 və İddiaçı3 ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçılara məxsus AZE ******** və AZE ******** şəxsiyyət vəsiqələrinin surətində olan məlumatlara əsasən xx.xx.1964-cü ildə Göyçay rayonunda doğulmuş İddiaçı5 və xx.xx.1964-cü ildə Bərdə şəhərində doğulmuş İddiaçı3 ünvan 5 ünvanında qeydiyyatdadırlar. AZE seriyalı ******** nömrəli və AA******* saylı şəxsiyyət vəsiqələrinin surətlərindən (şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan) müəyyən olunur ki, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı2 və xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı4 ünvan 6 ünvanında qeydiyyatdadırlar. AA******* saylı şəxsiyyət vəsiqəsinin və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı1 ünvan 7 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 07 iyul 2006-cı il tarixli 439 saylı Qərarının surətindən müəyyən olunur ki, ünvan 9 ünvanda yaşayan vətəndaş X1 müraciətini nəzərə alaraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq və Biləcəri bələdiyyə üzvlərinin ümumi iclasının 08 saylı 07.07.2006-cı il tarixli protokoluna əsaslanaraq, ona Biləcəri bələdiyyəsi hüdudları daxilində hasara aldığı 300,0 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqısatqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılması məqsədilə Biləcəri bələdiyyəsi tərəfindən aşağıdakılar qərara almışdır: Biləcəri bələdiyyəsi hüdudları daxilində hasara aldığı 300,0 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün ünvan 10 ünvanında yaşayan X2 ayrılsın. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 12.02.2019-cu il tarixli 15 nömrəli qərarının surətindən müəyyən olunur ki, Biləcəri bələdiyyəsinin 439 saylı 07.07.2006-ci il tarixli qərarı ilə vətəndaş X1 adma fərdi yaşayış evinin tikintisi üçün addan-ada keçirilmiş 300,0 kv.metr torpaq sahəsinin onun adından notarial qaydada qarşılıqlı razılaşmaya görə fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı5 adına keçirilməsi məqsədilə Biləcəri bələdiyyə üzvlərinin ümumi iclasının 01 saylı 29.01.2019-ci il tarixli protokoluna əsaslanaraq Biləcəri bələdiyyəsi aşağıdakıları qərara almışdır: Biləcəri bələdiyyəsinin 439 saylı 07.07.2006-ci il tarixli qərarı ilə vətəndaş X1 adına fərdi yaşayış evinin tikintisi üçün addan- ada keçirilmiş 300,0 kv.metr torpaq sahəsi onun adından notarial qaydada qarşılıqlı razılaşmaya görə fərdi yaşayış evinin tikintisi üçün S.Tağızadə küç, dal 3, ev 12 ünvanında vətəndaş İddiaçı5 adına sənədləşdirilsin. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 11.03.2022-ci il tarixli **********1 №li məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal massivi, 5 saylı evin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 14.02.2022-ci il tarixli 0182926-1222 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal massivi 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 11.02.2022-ci il tarixli 059-4858-1222 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcən qəsəbəsi, Şimal massivi 5 ünvanında kimlərin nə vaxt və hansı əsaslarla qeydiyyata alınması barədə vətəndaşların soyadı, adı, atasının adı və təvəllüdü göstərilmədiyi üçün hər hansı yoxlama aparmaq mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının X5 ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.02.2022-ci il tarixli 14-15-14-18/37 saylı məktubda qeyd olunmuşdur ki, məktubda qeyd olunan ünvan qeyri-dəqiq olduğundan adıçəkilən şəxslərin hansı ünvanda yaşadıqlarını müəyən edə bilmədiklərinə görə tərəflərindən araşdırma aparılması mümkün olmamışdır. Hazırkı tələblə bağlı iddiaçıların müraciətinə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş 14.09.2021-ci il tarixli 059-337337 №li cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun tələblərinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Şimal Massivi 5 ünvanına qeydiyyata alınmaları üçün müvafiq sənədlər təqdim olunmadığından həmin ünvana qeydiyyata alınmaları qanuna müvafiqdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qaunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. Həmin Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Qanunvericilik normasının tələbindən də göründüyü kimi iddiaçıların qeydiyyata düşmək istədiklər Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal massivi 5 ünvanında yerləşən yaşayış ünvanına dair heç bir hüquqmüəyyənedici sənədi olmadığına görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı5, X3, İddiaçı4, İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal massivi 5 ünvanında yerləşən yaşayış evinə qeydiyyata alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2971/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2971/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver