Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2972/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “iddiaçının 57 yaşının tamam olduğu 15 sentyabr 2013-cü il tarixindən “X6” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin həmin tarixdə qüvvədə olan redaksiyasının tələbləri əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 06 avqust 2021-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “iddiaçıya 01 noyabr 2015-ci ildən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 01 noyabr 2021-ci il və 01 noyabr 2023-cü il tarixindən “X6” Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması və ötən bütün dövr üçün ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “iddiaçının 57 yaşının tamam olduğu 15 sentyabr 2013-cü il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi və 06 avqust 2021-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “iddiaçının 57 yaşının tamam olduğu 15 sentyabr 2013-cü il tarixindən “X6” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin həmin tarixdə qüvvədə olan redaksiyasının tələbləri əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 06 avqust 2021-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 09 oktyabr 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının „ X6” Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan, 15 sentyabr 2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 15 sentyabr 2019-cu və 21 sentyabr 2021-ci il tarixindən „ X6” Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması və ötən bütün dövr üçün ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənişlə ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün 27 avqust 2024-cü il tarixli, 3-17-1/2-Y-204611/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı natamam orta təhsilini başa vurduqdan sonra Bakı şəhəri Qaradağ rayonunun Əhaliyə Məişət Xidməti Kontorunda bərbər şagirdi işinə qəbul edilmişəm. 01 aprel 1973-cü ildə usta bərbər keçirilmiş, 24 noyabr 1975-ci ildə işdən çıxmış, 04 dekabr 1975- 25 noyabr 1977-ci ildə həqiqi hərbi xidmətdə olmuş, 01 fevral 1978-ci ildə Bakı şəhəri Qaradağ rayonunun Əhaliyə Məişət Xidməti Kontorunda bərbər peşəsinə işə qəbul edilmiş, 01 sentyabr 1981ci ildə köçürmə yolu ilə işdən çıxmış, 01 sentyabr 1981-ci ildə köçürmə yolu ilə Bahar kombinatına bərbər peşəsinə işə qəbul edilmiş, 31 mart 1989-cu ildə işdən çıxmışdır. 01 aprel 1989-cu ildə köçürmə yolu ilə Qaradağ rayonunun Əhaliyə Məişət Xidməti İdarəsində bərbər peşəsinə işə qəbul edilmiş, 04 may 1992-ci ildə işdən çıxmış, 20 may 1992-ci il tarixində Körpü müəssisəsində elektrik vəzifəsinə qəbul edilmiş, 17 mart 1994-cü ildə işdən çıxmışdır. 12 aprel 1994-cü ildə “İntiqam- H.C.” kiçik müəssisəsinə xəzinədar vəzifəsinə işə qəbul edilmiş, 01 iyul 1995-ci ildə işdən çıxmışdır. 12 iyul 1995-ci il tarixində Azərbaycan Dəmir Yollarının X7 Vaqon Deposunda çilingər vəzifəsinə işə qəbul edilmiş, 17 oktyabr 1995-ci il tarixində refrijerator seksiyasının mexaniki vəzifəsinə keçirilmiş, 30 yanvar 2002-ci ildə refrijerator seksiyasının rəhbər mexaniki keçirilmiş, 05 fevral 2018-ci ildə işdən çıxmışdır. 05 fevral 2018-ci il tarixində X9 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmişdir. 26 sentyabr 2018-ci il tarixində işdən çıxmışdır. 15 oktyabr 2018-ci il tarixində Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X9 Xidməti Baxış və Cari Təmir Sexində rəhbər mexanik vəzifəsinə qəbul edilmiş, 07 yanvar 2019-cu ildə işdən çıxmışdır. 07 yanvar 2019-cu il tarixində Azərbaycan Dəmir Yolları Ekspress MMCdə X9 Xidməti Baxış və Cari Təmir Sexində refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmişdir. 25 senyabr 2019-cu il tarixində Azərbaycan Dəmir Yolları Ekspress MMC-də X9 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik keçirilmişdir. 21 sentyabr 2021-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir, mexanik vəzifəsinə işə qəbul edilmiş, 06 noyabr 2023-cü il tarixində işdən çıxmışdır. İddiaçı əmək fəaliyyəti dövründə 57 yaşının tamam olduğu tarixə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajı var. 57 yaşının tamam olduğu tarixdə „ X6 “ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin qüvvədə olan redaksiyası belə bir hüququ iddiaçıya verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş „ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv brig adalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarım bölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsiilə eynilik təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyası 33- 19 nömrəli 22 oktyabr 1997-ci tarixli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyndə 20 noyabr 1997-ci il tarixində qeydiyyata alınmış və qeydiyyat nömrəsi 70 olan Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçasında (hissə 56-1) (sonradan-Kitabça) giriş hissədə deyilir: Vahid Tarif-ixtisas Sorğu kitabçasının bu bölməsi özündə ancaq dəmiryolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən vahid normativ sənəddir və onun tətbiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlarda məcburi xarakter daşıyır. Hər hansı bir sahə uçun spesifik xarakter daşımayan digər fəhlə peşələri və işləri üzrə tarif-ixtisas xüsusiyyətləri VTİSK-nın "Bütün sahələr uçun ümumi olan fəhlə peşələri" hissəsinə (VTİSK-1) daxil edilmişdir. VTİSK-nın "Bütün sahələr uçun ümumi olan fəhlə peşələri və işləri” bölməsinin "Ümumi müddəalar"ında qeyd edilir ki, Kitabçada verilən tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyqun olaraq müəyyənləşdirilir. Bu mənada, X4 X1 Yolu Nəqliyyat üzrə Şurasının „ X2, Latviya Respublikası, Litva Respublikası, Estoniya Respublikası arasında refrijerator hərəkət tərkiblərinin beynəlxalq daşımalarda istismar Təlimatı”nın (sonradan- Təlimat) 3.1-ci maddəsində deyilir; Ümumi müddəalar 3.7.7 Seksiyalara.... bir qayda olaraq, iki mexanikdən ibarət olan briqada tərəfindən xidmət edilir, hansı ki, onlardan birinin üzərinə (sonradan mətndə - seksiyanın işinə məsul olan mexanik adlanacaq) depo seksiyanın işinə və texnoloji və istehsalat intizamının təmin edilməsinə rəhbərlik etmək öhdəliyini qoyur. Yenə də Təlimatda; 3.2.3 Seksiyanın işinə məsul olan mexanik, seksiyanın istismarı, həmçinin tez xarab olan yüklərin keyfiyyətsiz daşınması hallarında ortaya çıxan məsələlərin həllində təhkim olunduğu deponun nümayəndəsidir. 3.2.4 Seksiyanın işinə məsul olan mexanik borcludur; 1) seksiyanın xidmət edilməsi işlərinə rəhbərliyi həyata keçirməyə; 2) depo tərəfindən verilmiş növbətçilik qrafıkinin yerinə yetirilməsinin təmin edilməsinə; 3) texniki sənədləşmənin dəqiq aparılmasını təmin etmək və nəzarət etməyə; 4) ehtiyat hissələrin, materialların, yanacağın, sürtgülərin və xladonun sərfıyyat uçotunu aparmağa; 5) seksiyanın avadanlığının təmirinin və texniki xidmətinin vaxth-vaxtında keçirilməsinə; 6) seksiyanın təchizatı üçün tədbirlər görməyə; 7) stansiya növbətçisini (manevr dispetçerini) seksiyanın təchizat və təmirdən sonra göndərilməyə hazır olması barədə vaxtında informasiya verməyə; 8) stansiya işçilərindən vaqonların boşaldıqdan sonra yük blmələrinin təmizlənməsini tələb etməyə, keyfiyyətsiz təmizlənmə zamanı stansiya rəisinə tədbirlər görməsi üçün yazılı məruzə etməyə, 432-5 nömrəli „baytar-Sanitar işlənməsi Təlimatf’na uyğun yuyulmasını tələb etməyə (briqada bu zaman yuyulmaya görə məsuliyyət daşımır. 9) ... 10) Seksiyanın işi barədə telefon və teleqrafla yolların müvafiq şöbələrini və idarələrini, eləcə də, yolların xətti müəssisələrini və təhkim olduğu deponu məlumatlandırmağa; 11) seksiyanın planı təmir növlərinə vaxtında göndərilməsin tədbirlər görmək; 12)Vaqonların və onların avadanlıqlarının təmirdən təhvil alınmasında iştirak etməyə və təmir işlərinin keyfiyyətli həyata keçirilməsini tələb etməyə; 13) təhkim olduğu deponun rəhbərliyini briqadanın dəyişdirilməsi barədə seksiyanın yerləşdiyi konkret məntəqəni və tarixi göstərməklə məlumatlandırmağa. Həmin Təlimatın 3.2.5 və 3.2.6-cı bəndlərində növbətçi mexanikin vəzifələri sadalanır. Yuxanda 3.1.1-ci bəndd qeyd edildiyi kimi, seksiyada iki mexanik olur. Bu onu təsdiq edir ki, mexaniklər eyni işi yerinə yetirirlər və onların hər biri - istər sadəcə mexanik, istərsə də üzərinə briqadaya rəhbərlik funksiyaları qoyulmuş digər mexanik növbətçilik əsasında seksiyanın xidməti (istismarı) ilə bağlı eyni vəzifə funksiyalarını yerinə yetirirlər. Hər iki mexanik qra fik əsasında (sutkanın saat bölgüsünə əsasən) növbətçi mexanik olur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, İddiaçı 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 29 il 8 ay 9 gün (xx.xx.1972xx.xx.1975-ci il, xx.xx.1978-xx.xx.1989-cu, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1994-cü il, xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı- ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-Y-1157/1-42/2024 nömrəli arayışında xx.xx.1995- xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində İddiaçı Yeni-Ələt refrijerator vaqon deposunda, X9, "xxxx" MMC-nin X9 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (8 il 2 ay 19 gün (xx.xx.1995- xx.xx.2002-ci il, xx.xx.2019-xx.xx.2021ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçı güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmədə Azərbaycan Respublikası İPM- in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “X6” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş,iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-204611/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin sizə dair xx.xx.2024- cü il tarixli 13-1/2-Y-1157/1-42/2024 nömrəli arayışında xx.xx.2002-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X9, ADY Ekspress” MMC-nin X9 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan vəzifəyə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (8 il 2 ay 19 gün (xx.xx.1995-xx.xx.2002-ci il, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1/2-Y-1157/1-42/2024 nömrəli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” Arayışında qeyd olunmuşdur ki, İddiaçı işlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 25 il 10 ay 16 gün təşkil edir, işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. H3 ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 04 dekabr 1975-ci ildən 25 noyabr 1977-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçı məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1972-ci ildən xx.xx.1975-ci ilədək Bakı şəhəri Qaradağ rayonu ƏMXK-də bərbər vəzifəsində çalışıb, xx.xx.1978-ci ildən xx.xx.1989-cu ilədək Qaradağ rayonu əhaliyə məişət xidməti kombinatında Ələt qəsəbəsində bərbər vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Qaradağ rayonu ƏMXİİ də bərbər işləmiş, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək müstəqil k/t körpü müəssisəsində elektrikçi vəzifəsində çalışmış, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək İntiqm HÇ kiçik müəssisəsində xəzinədar işləmiş, xx.xx.1995-ci ildən Azərbaycan Dəmir Yollarının X7 Vaqon Deposunda çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə refrijerator seksiyasının mexaniki vəzifəsinə keçirilmiş xx.xx.2002-ci ildə refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək Şərq vaqon deposu refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsində çalışmış, xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC-də mexanik vəzifəsində çalışmışdır. "xxxx" QSC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 13-1/2-3062/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı ADY-nin X7 və Şərq vaqon depolarında xx.xx.2002-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək (ümumilikdə 17 il 7 ay 6 gün olmaqla) işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi üzrə icra etdiyi işlərin əsas xüsusiyyətləri refrijerator seksiyalarına məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarətdir. Əlavə olaraq İddiaçı işlədiyi refrikerator seksiyaların rəhbər mexaniki vəzifə təlimatının surəti məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq. “X6” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədəək qüvvədə olan redaksiyası:” Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”na əsasən 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na əsasən: (…) 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: (…) Abzas 26. refrijerator qatarlarının (seksiyaların) mexanikləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısına əsasən: (…) XXVİİİ. Nəqliyyat: (…) Abzas 24. refrijerator qatarların (seksiyaların) mexanikləri Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə əvvəla qeyd edir ki, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasında pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. X6 qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin gücləndirilməsində, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. X6 Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinin məzmunundan göründüyü kimi, əmək pensiyası sığortaolunanın pensiya təyin edilməzdən əvvəl aldığı əmək haqqı və digər gəlirlərinin kompensasiyası məqsədi ilə verilən pul ödənişidir İlk növbədə qeyd edilməlidir ki, iddiaçıya hüququ yarandığı tarixdən yəni X6 Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır: 25 il ümumi sığorta stajının olması, bu müddətin azı 12 il 6 ayını güzəştli iş stajı. Mübahisə ilə bağlı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən isə müraciətin təmin edilməsindən imtina edilərək, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatının aparılması üçün onun güzəştli iş stajının 12 il 6 aydan az, 8 il 2 ay 19 gün təşkil etdiyini bildirilmişdir. Belə ki, iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajına əlavə edilməyən dövr xx.xx.2002-xx.xx.2017-ci ilədək olan dövrdür. Məhkəmə hesab edir ki, iddiaçıya yuxarıda göstərilən dövr üzrə xx.xx.2004-cü il tarixdən 23 yanvar 2007-ci il tarixədək güzəştli iş stajının müəyyən olunub-olunmaması üçün Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” tətbiq edilməlidir. İddiaçının həmin dövr ərzində işlədiyi və sosial sığorta ödənişləri etdiyi zaman Nazirlər Kabinetinin yuxarıda adıçəkilən qərarı ilə təsdiq edilmiş siyahısı qüvvədə idi. İş materiallarında olan "xxxx" QSC-nin 2.04.2024-cü il tarixli 13-1/2-Y-1157/1- 42/2024 nömrəli “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışında da qeyd edilmişdir ki, İddiaçı işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısının XXVİİİ bölməsinin 24-cü yarımbölməsi, refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsi zərərli iş kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının refrijerator seksiyaların rəhbər mexaniki peşəsində işlədiyi 30.1.2002 – xx.xx.2017 iddiaçının güzəştli iş stajına əlavə edilməlidir. Belə olan halda iddiaçının güzəşli iş stajı 12 il 6 aydan çox təşkil edir. İddiaçıya məxsus əmək kitabçasına və "xxxx" QSC-nin arayışına əsasən iddiaçının güzəştli iş stajı xx.xx.2017-ci il tarixədək 12 il 6 aydan çox 21 il 11 ay 20 gündür (xx.xx.1995-xx.xx.2017). İddiaçının güzəştli stajları əmək kitabçası ilə təsdiq olunur. Beləliklə işin faktiki halları ilə təsdiq edilir ki, iddiaçının 57 yaşı xx.xx.2013-cü ildə tamam olmuşdur və ümumi iş stajı 25 ildən çoxdur, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə iş stajı isə 12 il 6 aydan çoxdur, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur, halbuki cavabdeh qeyd edilən halları nəzərə almayaraq iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə xx.xx.2024-cü ildə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir, belə olan halda iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ 57 yaşının tamam olduğu tarixdən yaransa da “X6” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2021-ci ildən təyin edilərək ödənilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, əmək kitabçası pensiya hüququ və pensiyaya çıxma prosesi haqqında məlumatları özündə əks etdirən və şəxslə işəgötürən arasında təhlükəsizlik prosedurları kimi işə aid məlumatları ehtiva edən sənəddir. İşəgötürənin gözləntilərini aydın şəkildə müəyyənləşdirərək işçilərə yol göstərir. Bu, işçilərin fəaliyyətini istiqamətləndirə və onların iş yerindəki gözləntilərə uyğunluğunu təmin edir. İşçilər əmək kitabçası vasitəsilə iş yerində təhlükəsizlik siyasətini və fövqəladə hallar prosedurlarını öyrənirlər. Bu, iş yerlərində riskləri azaltmağa və işçilərin təhlükəsizliyini təmin etməyə kömək edir. İşəgötürənlər əmək kitabçası vasitəsilə onların qanuni tələblərə cavab verməsini təmin edir və işçilərin hüquqlarını qoruyurlar. Bu, qanuna uyğunluğu təmin etməyə kömək edir. Həm işçilər, həm də işəgötürənlər üçün iş yerində effektiv ünsiyyət və əməkdaşlığı təmin etmək üçün bu resursların dəqiq və müasir olması vacibdir. İddiaçıya məxsus əmək kitabçasında və ya iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışlarda olan qeydlərin (mübahisəli dövr üzrə) saxta olması cavabdeh tərəfindən və məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, əmək kitabçasında və arayışlarda olan qeydlərin həqiqətə uyğun olması və bunun əksini təkzib edən halların cavabdeh tərəfindən təsdiq olunmadığı halda, cavabdehin iddiaçının müraciətindən imtina etməsi qanunsuz hərəkət kimi qiymətləndirilməlidir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “X6” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 57 yaşdan 15 sentyabr 2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 34, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2013-cü ildən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməklə xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2972/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2972/2025
09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver