Məhkəmə qərarları › İş №2-1(112)-2973/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2973/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2973/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Ümidvar oğluna müharibə əlili kimi orqanizmin funksiyalarının 61- 80 % pozulmasına görə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2025-cü il tarixli qərardadına əsasən iddia tələbi “xx.xx.2024-cü il tarixdən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə 65-80% pozulması səbəbindən əlilliyin təyin edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, 15 dekabr 2023-cü il tarixli arayışa əsasən, xx.xx.1991 -ci il təvəllüdlü, İddiaçı Ümidvar oğlu həqiqətən də xx.xx.2023-cü il tarixdə “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin çağırışçı həkim tərəfindən müayinə olunmuş və müayinə zamanı vətəndaşda “Dəqiqləşdirilmiş nevrotik pozuntular” diaqnozu aşkar edilmişdir. Həkim Psixiatr Komissiyasının 4581 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən, Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli “Vətən müharibəsi iştirakçısının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Ümidvar oğlu X1 nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq, Üzvi (İİ Qaraağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intiar fikirləri, kəkələmə ilə F 07.0) diaqnozu qoyulmuşdur. Həkim Psixiatr Komissiyasının 2442 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli “Vətən müharibəsi iştirakçısının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Ümidvar oğlu X1 nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunaraq, Üzvi (İİ Qaraağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intiar fikirləri, kəkələmə ilə F 07.0) diaqnozu qoyulmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, İddiaçı Ümidvar oğlu sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlıdır. Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ tərədindən xx.xx.2022-ci il tarixdə müayinə olunaraq İddiaçı Ümidvar oğluna Üzvi emosional-labil pozuntu F06.6 və Posttramvatik stress pozuntusu, depressiv əlamətlər F 43.1 diaqnozu qoyulmuşdur. xx.xx.2022-ci il tarixli, 449 saylı “Travma haqqında arayış”-a əsasən, xx.xx.2020-ci il tarixlərdə Ağ uçuq istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan odlu silah gülləsinin və artilleriya mərminin partlaması nəticəsində “Partlayış travması. Keçirilmiş qapalı kəllə beeyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcəli üzvi mənşəlli emosional labil pozuntu. Sağ dirsək sinirinin postravmatik neyropatiyasından sanrakı hissi pozulmalar. Sol qasıq nahiyəsinin odlu silah yaralanması, hər iki budun yuxarı 1/3-nin sağ saidin və sol əlin kor qəlpə yaralanması” diaqnozu ilə xəsarət almışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə, sadalanmış diaqnozun hərbi xidmət dövründə alınmış xəstəlik alınması əks olunmuş və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinkası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 7112 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli imtina məktubu göndərilmişdir, sözügedən məktuba əsasən, əlillik vəziyyəti ilə bağlı dövlət tibb müəssisəsinin göndərişləri və müraciətiniz əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşuq. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən xx.xx.2024-cü il tarixində barəmizdə diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, aşağıda göstərilən qanunvericilik normalarından görünür ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçıya orqanizmin funksiyalarının 61-80 % pozulmasına görə müddətsiz olaraq əlilliyin təyin edilməlidir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, dövlət tibb müəssisəsinin göndərişləri və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən xx.xx.2024-cü il tarixində barəsində diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.

5. Cavabdeh qurumun etirazında qeyd edilmişdir ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 433 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Sağ dirsək sinirinin posttravmatik (xx.xx.2020) neyropatiyasının hissi pozulmalar şəklində nəticəsi. Sol qasıq nahiyəsinin odlu silah yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, hər iki budun yuxarı 1/3-də yumşaq toxumaların yad cismləri (metal qəlpələr). Sağ saidin odlu qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Nadir hallarda residivləşən diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Sağ böyrəyin kiçik ölçülü angiomiolipoması (5 mm. L5-S1 fəqərəarası diskin protruziyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11701272 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2442 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 6289/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4581 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısı, sağ əlində keyimə, hərəkət məhdudluğu, bel-oma nahiyəsində ağrı, əsəbilik, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Anamnezində qollarını kəsmək istədiyini, həyat yoldaşının qoymadığını bildirmişdir. Mühasirədə qalmağının gözünün önünə gəldiyini söyləmiş, yaddaşsızlığı əsas gətirərək intihar fikirlərini izah edə bilməmişdir. Müayinə zamanı adekvat olmuş, sağ əlini, ayağını əsdirmişdir. Hazırda yüngül primitiv şəxs kimi qiymətləndirilmişdir. Tənqidi və bələdliyi qorunmuş, mühakimə qabiliyyəti stabil olmuşdur. Ailəli, 1 və 6 yaşında 2 övladının olduğunu bildirmişdir. X9 tərəfindən çilingər işi təklif edilmiş, lakin işi özünə layiq bilmədiyi üçün getməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “MSS üzvi zədələnmə sənədlərlə və instrumental müayinələrlə öz təsdiqini tapmır. Nevrasteniya primitiv şəxsdə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. TSEK Müayinələri: -xx.xx.2022-ci il tarixində baş beynin travmatik ödemi, keçirilmiş qapalı beyin travması, bş silkələnməsindən sonrakı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, kəllə daxili hipertenziya əlamələri, üzvü travma mənşəli emosional labil pozuntu, sağ böyrəyin kiçik ölçülü angiomlipoması, residivləşən diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya məhələsində, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törəilmiş zədələnmələr, sol qasıq nahiyəsində odlu silah yaralanması hər iki budun yuxarı 1/3-nin sağ saidin və sol əlin kor əlpə yaralanmasından onrakı bərkimiş dəri çapığı, sağ dirsək sinirinin posttravmatik neyropatiyasının hissi pozulmalar şəklində qalıq əlaməti diaqnoz mətni ilə əlilliyin təyinatından (Səbəb: diaqnoz əlillik əlaməti təyin etmir) imtina edilmişdir. -xx.xx.2022-ci il tarixində üzvi mənşəli emosional labil (astentik) pozuntu, posttravmatik stres pozuntusu diaqnoz mətni ilə əlilliyin təyinatından (Səbəb: diaqnoz əlillik təyin etmir) imtina edilmişdir. -xx.xx.2023-cü il tarixində hərbi əməliyyatlar nəticəsində odlu islahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, üzvi emosional labil pozuntusu, pottravmtik stress pozuntusu, depressiv əlamətlərlə, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, vertebrogen lumbalgiya diaqnoz mətni ilə əlilliyin təyinatından (Səbəb: diaqnoz əlillik təyin etmir) imtina edilmişdir. -xx.xx.2023-cü il tarixində hərbi əməliyyatlar nəticəsində odlu islahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, baş beynin üzvi xəstəliyi (2-ci Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət pozuntusu, kobud davrnış pozuntuları ilə, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulpatiya ilə işiasla gedən lumbalqo diaqnoz mətni ilə əlilliyin təyinatından (Səbəb: diaqnoz əlillik təyin etmir) imtina edilmişdir. -xx.xx.2024-cü il tarixində Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, kəkələmə ilə diaqnoz mətni ilə əlilliyin təyinatından (Səbəb: diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir) imtina edilmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert Komissiyası tərəfindən qəbul edilmiş qərarlar: - 22420270043 nömrəli, xx.xx.2022-ci il tarixli qərar: “Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Umudvar oğlunun (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 7112 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə- beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional labil pozuntu. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Sağ qasıq nahiyyəsinin odlu silah yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı.’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Nadir hallarda residivləşən diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissive mərhələsində. Sağ böyrəyin kiçik ölçülü angiomiolipoması.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2021-ci il tarixli 11786 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli emosional-labil pozuntu.” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 11.03- xx.xx.2022-ci il tarixli 2917/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (travma mənşəli) emosional- labil pozuntu.’’ kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, zəif eşitmədən, baş ağrısından, baş gicəllənmədən, əsəbilikdən, gecə yuxusunun pozulmasından şikayətlənmiş, medikamentoz preparatları qəbul etmədiyini bildirmişdir. Ünsiyyət əsnasında suallara sakit adekvat cavab vermiş, əhvalı enmiş, emosional labillik və astenik- qıcıqlı əlamətlər qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntusu” kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” - 22420380496 nömrəli, xx.xx.2022-ci il tarixli qərar: “Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0268003AAP4R nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 7112 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə- beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional labil pozuntu. Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Sağ qasıq nahiyəsinin odlu silah yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Nadir hallarda residivləşən diskoqen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Sağ böyrəyin kiçik ölçülü angiomiolipoması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 5790/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi emosional labil pozuntu’ ’ kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022-ci il tarixli 8413 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi emosional labil pozuntu. Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 PHŞ xx.xx.2022-ci il tarixli 1/2935 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi emosional labil pozuntu. Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, zəif eşitmədən, baş ağrısından, baş gicəllənmədən, əsəbilikdən, gecə yuxusunun pozulmasından şikayətlənmişdir. Ünsiyyət əsnasında suallara sakit adekvat cavab vermiş, əhvalı enmiş, emosional labillik və astenik- qıcıqlı əlamətlər qeyd olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional labil pozuntu’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, nevroloji ağırlaşmalar aşkar edilməmiş, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir”. - 3-17-4/3-3-2257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərar: “Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 7112 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional labil pozuntu. Keçirilmiş qapalı beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Sağ dirsək sinirinin posttravmatik neyropatiyasının hissi pozulmalar şəklində qalıq əlaməti. Sol qasıq nahiyəsinin odlu silah yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı.’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Nadir hallarda residivləşən diskoqen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Sağ böyrəyin kiçik ölçülü angiomiolipoması.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 9466/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “ Üzvi emosional-labil pozuntu. Posttravmatik stress pozuntusu, depressiv əlamətlərlə. ’’ kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, zəif eşitmədən, baş ağrısından, baş gicəllənmədən, əsəbilikdən, gecə yuxusunun pozulmasından şikayətlənmişdir. Ünsiyyət zamanı suallara əsəbi cavab vermiş, emosional labillik, gərginlik izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.” - 3-17-4/3-3-17686/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı: “Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 7112 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə- beyin travması, baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi mənşəli emosional- labil pozuntu. Keçirilmiş qapalı beyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Sağ dirsək sinirinin posttravmatik neyropatiyasının hissi pozulmalar şəklində qalıq əlaməti. Sol qasıq nahiyəsinin odlu silah yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Nadir hallarda residivləşən diskoqen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Sağ böyrəyin kiçik ölçülü anqiomiolipoması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 4746/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə’’ kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmədən, zəif eşitmədən, baş ağrısından, baş gicəllənmədən, əsəbilikdən, gecə yuxusunun pozulmasından şikayətlənmişdir. Ünsiyyət zamanı suallara normal cavab vermiş, zahirən sakit olmuş, emosional labillik və astenik qıcıqlı əlamətlər izlənilmişdir. Maraq dairəsi öz şəxsiyyətinə bağlı olmuş, bələdliyi bütün növlər üzrə saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya. (Üzvi patoloqiya təsdiqlənmədi)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.” -3-17-4/3-3-6026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı: “Bakı şəhər sakini xx.xx.1991-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 433 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Sağ dirsək sinirinin posttravmatik (xx.xx.2020) neyropatiyasının hissi pozulmalar şəklində nəticəsi. Sol qasıq nahiyəsinin odlu silah yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, hər iki budun yuxarı 1/3-də yumşaq toxumaların yad cismləri (metal qəlpələr). Sağ saidin odlu qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Nadir hallarda residivləşən diskoqen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Sağ böyrəyin kiçik ölçülü angiomiolipoması (5 mm. L5-S1 fəqərəarası diskin protruziyası’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli 11701272 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu’ ’ kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2442 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla" kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024- xx.xx.2024-cü il tarixli 6289/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, kəkələmə ilə’’ kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4581 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısı, sağ əlində keyimə, hərəkət məhdudluğu, bel-oma nahiyəsində ağrı, əsəbilik, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Anamnezində qollarını kəsmək istədiyini, həyat yoldaşının qoymadığını bildirmişdir. Mühasirədə qalmağının gözünün önünə gəldiyini söyləmiş, yaddaşsızlığı əsas gətirərək intihar fikirlərini izah edə bilməmişdir. Müayinə zamanı adekvat olmuş, sağ əlini, ayağını əsdirmişdir. Hazırda yüngül primitiv şəxs kimi qiymətləndirilmişdir. Tənqidi və bələdliyi qorunmuş, mühakimə qabiliyyəti stabil olmuşdur. Ailəli, 1 və 6 yaşında 2 övladının olduğunu bildirmişdir. X9 tərəfindən çilingər işi təklif edilmiş, lakin işi özünə layiq bilmədiyi üçün getməmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “MSS üzvi zədələnmə sənədlərlə və instrumental müayinələrlə öz təsdiqini tapmır. Nevrasteniya primitiv şəxsdə’’ kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.”

8. Xəstəliyə görə ambulator müraciətlər (Göndərişin tarixi: xx.xx.2024): XBT10 Xəstəliyin adı Müraciət tarixi Kodu F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2024 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2024 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu xx.xx.2024

9. Stasionar müalicə aldığı müəssisələr: Klinik Daxil olma Çıxma Gün diaqnoz Müəssisənin adı Klinik diaqnoz mətni tarixi tarixi sayı XBT kodu Bakı Kliniki Tibbi xx.xx.2024 xx.xx.2024 9 G44.3 Xroniki posttravmatik baş ağrısı Mərkəz Bakı 1 saylı Respublika xx.xx.2024 xx.xx.2024 18 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Psixiatriya Xəstəxanası

Bakı 1 saylı Respublika xx.xx.2024 xx.xx.2024 0 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Psixiatriya Xəstəxanası Bakı 1 saylı Respublika xx.xx.2023 xx.xx.2023 16 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Psixiatriya Xəstəxanası Bakı 1 saylı Respublika xx.xx.2023 xx.xx.2023 0 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Psixiatriya Xəstəxanası 2 nömrəli X7 xx.xx.2023 xx.xx.2023 21 F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Üzvi mənşəli emosional labil (astentik) 2 nömrəli X7 xx.xx.2022 xx.xx.2022 17 F06.6 pozğunluq Üzvi mənşəli emosional labil (astentik) 2 nömrəli X7 xx.xx.2022 xx.xx.2022 0 F06.6 pozğunluq Üzvi mənşəli emosional labil (astentik) 2 nömrəli X7 xx.xx.2022 xx.xx.2022 21 F06.6 pozğunluq Bakı 1 saylı Respublika Üzvi mənşəli emosional labil (astentik) xx.xx.2022 xx.xx.2022 15 F06.6 Psixiatriya pozğunluq Xəstəxanası Bakı Psixi Üzvi mənşəli emosional labil (astentik) xx.xx.2022 xx.xx.2022 0 F06.6 Sağlamlıq Mərkəzi pozğunluq Hərbi əməliyyatlar nəticəsində odlu silah və X12 xx.xx.2020 xx.xx.2020 27 Y36.4 digər adi silah növləri ilə törədilmiş zədələnmələr N nömrəli hərbi xx.xx.2020 xx.xx.2020 16 M54.4 İşiasla gedən lümbaqo hissə N nömrəli hərbi xx.xx.2020 xx.xx.2020 18 M54.4 İşiasla gedən lümbaqo hissə Hərbi əməliyyatlar nəticəsində odlu silah və N nömrəli hərbi xx.xx.2021 xx.xx.2021 25 Y36.4 digər adi silah növləri ilə törədilmiş hissə zədələnmələr Hərbi əməliyyatlar nəticəsində odlu silah və N nömrəli hərbi xx.xx.2021 xx.xx.2021 20 Y36.4 digər adi silah növləri ilə törədilmiş hissə zədələnmələr

10. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 701 nömrəli xx.xx.2022-ci il tarixli 49 nömrəli travma haqqında arayışına əsasən MAHHXHQ çavuş İddiaçı Umudvar oğlu xx.xx.1991-ci il təvəllüdlü xx.xx.2020-ci il tarixində Ağ uçuq istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan odlu silah gülləsinin və artilleriya mərminin partlaması nəticəsində "Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması. baş beyin silkələnməsindən sonrakı mülayim dərəcəli özvi mənşəli emosional labil pozuntu. Sağ dirsək sinirinin postravmatik neyropatiyasından sonrakı hissi pozulmalar.Sol qasıq nahiyəsinin odlu silah yaralanması,hər iki budun yuxarı 1\3-nin, sağ saidin və sol əlin kor qəlpə yaralanması” diaqnozu ilə xəsarət almışdır.

11. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 433 nömrəli İddiaçı aid xəstəlik haqqında şəhadətnaməyə dair xəstəliklərin səbəb-əlaqəsi haqqında qərarına əsasən: DİAQNOZ: “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Sağ dirsək sinirinin posttravmatik (xx.xx.2020) neyropatiyasının hissi pozulmalar şəklində nəticəsi. Sol qasıq nahiyəsinin odlu silah yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, hər iki budun yuxarı 1/3-də yumşaq toxumaların yad cismləri (metal qəlpələr). Sağ saidin odlu qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı”. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” Diaqnoz” Nadir hallarda residivləşən diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Sağ böyrəyin kiçik ölçülü angiomiolipoması (5 mm). L5-1 fəqərəarası disqin protruziyası". “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə “təsdiq olunur” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 7112 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin.

12. Azərbaycan Republikası Səhiyyə Nazirliyi “Respublika Psixiariya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli 4581 nömrəli həkim psixiatrik komissiyasının rəyinə əsasən üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, kəkələm ilə F07.0 diaqnozu qoyulmuşdur.

13. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən hazırkı iş üzrə kompleks məhkəmə tibbi və məhkəmə psixiatrik ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - 24 avqust 1991-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? - 24 avqust 1991-ci il tarixdə doğulmuş İddiaçı sağlamlıq vəziyyəti onun barəsində tərtib edilmiş tibbi sənədlərə və tibbi tibbi göndərişə (Z00206640EİD, xx.xx.2024-cü il tarixli) uyğundurmu?Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 19 nömrəli Şəhər Poliklinikası tərəfindən təqdim edilən müvafiq məlumat təqdim edilmişdir.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 T 75/2025 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyi: 1.2.Vətəndaş İddiaçı “Respublika Psixiatriya Xəstəxanası” phş-da tərtib edilmiş 121468 (17982/22) saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi xəstəxanada müalicədə olmuşdur. Xəstə diaqnostik müayinələrdən keçirilmiş XBT-10 kodu üzrə “Əsas xəstəlik: “F07.0-Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması, baş beyin silkələnməsi nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, kəkələmə ilə-F07.0” diaqnozu qoyulub lazımi dərman müalicəsi təyin edilmişdir. -“Bakı 2 №-li X8”ndan Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, Z00206640EİD (Forma TQS №-088) saylı göndərişdə və digər tibbi sənədlərdə olan diaqnozlar yuxarıda qeyd olunun diaqnozla uyğunluq təşkil edir.

15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli 329 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi: Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı Ümidvar oğlunda hal- hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU DEPRESSİV DAXİLOLMALARLA” (F07.0) aşkar edilir. Bunu iş materialları, anamnestik məlumatlar (xidməti vəzifəsini yerinə yetirən zaman kəllə-beyin travması alması, bundan sonra yaddaşının zəifləməsi, baş ağrılarının olması, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘Respublika Psixiatriya Xəstəxanası” da “Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar. İntihar fikirləri. Kəkələmə ilə” diaqnozu təyin olunması,) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 24 avqust 1991-ci il tarixdə doğulmuş İddiaçı Ümidvar oğlunun müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X2 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla F07.0 aşkar olunur. 2-ci sual: 24 avqust 1991-ci il tarixdə doğulmuş İddiaçı sağlamlıq vəziyyəti onun barəsində tərtib edilmiş tibbi sənədlərə və tibbi göndərişə (Z00206640EİD, xx.xx.2024-cü il tarixli) uyğundurmu? Cavab: Yoxlanılan şəxs İddiaçı sağlamlıq vəziyyəti onun barəsində tərtib edilmiş tibbi sənədlərə və tibbi göndərişə (Z00206640EİD, xx.xx.2024-cü il tarixli) uyğundur.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

18. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

19. İddiaçı xx.xx.2024-cü il tarixindən əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

20. İddiaçı Bakı 2 nömrəli X8 göndərişi əsasında xx.xx.2024-cü il tarixində müraciət edilmiş, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert Komissiyasının 3-17-4/3-3-6026/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə əlillik təyinindən imtina edilmişdir.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

22. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

23. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

24. Hazırki iddia məcburetməyə dair iddiadır.

25. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

26. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

28. TSEK Müayinələrə əsasən: -xx.xx.2022-ci il tarixində baş beynin travmatik ödemi, keçirilmiş qapalı beyin travması, bş silkələnməsindən sonrakı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, kəllə daxili hipertenziya əlamələri, üzvü travma mənşəli emosional labil pozuntu, sağ böyrəyin kiçik ölçülü angiomlipoması, residivləşən diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya məhələsində, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törəilmiş zədələnmələr, sol qasıq nahiyəsində odlu silah yaralanması hər iki budun yuxarı 1/3-nin sağ saidin və sol əlin kor qəlpə yaralanmasından onrakı bərkimiş dəri çapığı, sağ dirsək sinirinin posttravmatik neyropatiyasının hissi pozulmalar şəklində qalıq əlaməti diaqnoz mətni ilə əlilliyin təyinatından (Səbəb: diaqnoz əlillik əlaməti təyin etmir) imtina edilmişdir. -xx.xx.2022-ci il tarixində üzvi mənşəli emosional labil (astentik) pozuntu, posttravmatik stres pozuntusu diaqnoz mətni ilə əlilliyin təyinatından (Səbəb: diaqnoz əlillik təyin etmir) imtina edilmişdir. -xx.xx.2023-cü il tarixində hərbi əməliyyatlar nəticəsində odlu islahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, üzvi emosional labil pozuntusu, pottravmtik stress pozuntusu, depressiv əlamətlərlə, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, vertebrogen lumbalgiya diaqnoz mətni ilə əlilliyin təyinatından (Səbəb: diaqnoz əlillik təyin etmir) imtina edilmişdir. -xx.xx.2023-cü il tarixində hərbi əməliyyatlar nəticəsində odlu islahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, baş beynin üzvi xəstəliyi (2-ci Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət pozuntusu, kobud davrnış pozuntuları ilə, bel və digər şöbələrin fəqərəarası disklərinin radikulpatiya ilə işiasla gedən lumbalqo diaqnoz mətni ilə əlilliyin təyinatından (Səbəb: diaqnoz əlillik təyin etmir) imtina edilmişdir. -xx.xx.2024-cü il tarixində Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, kəkələmə ilə diaqnoz mətni ilə əlilliyin təyinatından (Səbəb: diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir) imtina edilmişdir.

29. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2024-cü il tarixli) : - (status localis) A.R-nın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı “Sol qasıq nahiyəsinin odlu silah yaralanması, hər iki budun yuxarı 1/3-nin, sağ saidin və sol əlin kor qəlpə yaralanması" diaqnozu ilə xəsarət almışdır PSİXİ STATUS: Düşüncəsi pozulmayıb. Ünsiyyətə həvəssiz daxil olur, suallara qısa, birmənalı cavablar verir. Əhval-ruhiyyə fonu aşağı ifadəlidir. Emosional labildir. Qıcığa həssasdır. Təfəkkürünün tempi ləngdir. Diqqəti dağınıqdır. Fikrini toparlamaqda çətinlik çəkir. Tənqidi münasibəti formaldır. Davranışı qeyri-adekvatdır. Müşayiətçiyə zərurət var (1 nəfər). - Əsas diaqnoz. F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depresiv daxilolmalar, intihar fikirləri, kəkələmə ilə

30. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 701 nömrəli xx.xx.2022-ci il tarixli 49 nömrəli travma haqqında arayışına əsasən MAHHXHQ çavuş İddiaçı Umudvar oğlu xx.xx.1991-ci il təvəllüdlü xx.xx.2020-ci il tarixində Ağ uçuq istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan odlu silah gülləsinin və artilleriya mərminin partlaması nəticəsində "Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması. baş beyin silkələnməsindən sonrakı mülayim dərəcəli özvi mənşəli emosional labil pozuntu. Sağ dirsək sinirinin postravmatik neyropatiyasından sonrakı hissi pozulmalar.Sol qasıq nahiyəsinin odlu silah yaralanması,hər iki budun yuxarı 1\3-nin, sağ saidin və sol əlin kor qəlpə yaralanması” diaqnozu ilə xəsarət almışdır.

31. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 433 nömrəli İddiaçı aid xəstəlik haqqında şəhadətnaməyə dair xəstəliklərin səbəb-əlaqəsi haqqında qərarına əsasən: DİAQNOZ: “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı posttravmatik ensefalopatiya. Sağ dirsək sinirinin posttravmatik (xx.xx.2020) neyropatiyasının hissi pozulmalar şəklində nəticəsi. Sol qasıq nahiyəsinin odlu silah yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, hər iki budun yuxarı 1/3-də yumşaq toxumaların yad cismləri (metal qəlpələr). Sağ saidin odlu qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı”. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” Diaqnoz” Nadir hallarda residivləşən diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. Sağ böyrəyin kiçik ölçülü angiomiolipoması (5 mm). L5-1 fəqərəarası disqin protruziyası". “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsi ilə “təsdiq olunur” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 7112 nömrəli xəstəlik haqqında şəhadətnamə qüvvədən düşmüş hesab edilsin.

32. Azərbaycan Republikası Səhiyyə Nazirliyi “Respublika Psixiariya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli 4581 nömrəli həkim psixiatrik komissiyasının rəyinə əsasən üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, kəkələmə ilə F07.0 diaqnozu qoyulmuşdur.

33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 T 75/2025 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyi: 1.2.Vətəndaş İddiaçı “Respublika Psixiatriya Xəstəxanası” phş-da tərtib edilmiş 121468 (17982/22) saylı ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi xəstəxanada müalicədə olmuşdur. Xəstə diaqnostik müayinələrdən keçirilmiş XBT-10 kodu üzrə “Əsas xəstəlik: “F07.0-Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması, baş beyin silkələnməsi nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri, kəkələmə ilə-F07.0” diaqnozu qoyulub lazımi dərman müalicəsi təyin edilmişdir. -“Bakı 2 №-li X8”ndan Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, Z00206640EİD (Forma TQS №-088) saylı göndərişdə və digər tibbi sənədlərdə olan diaqnozlar yuxarıda qeyd olunun diaqnozla uyğunluq təşkil edir.

34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli 329 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi: Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı Ümidvar oğlunda hal- hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU DEPRESSİV DAXİLOLMALARLA” (F07.0) aşkar edilir. Bunu iş materialları, anamnestik məlumatlar (xidməti vəzifəsini yerinə yetirən zaman kəllə-beyin travması alması, bundan sonra yaddaşının zəifləməsi, baş ağrılarının olması, əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘Respublika Psixiatriya Xəstəxanası” da “Baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar. İntihar fikirləri. Kəkələmə ilə” diaqnozu təyin olunması,) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla F07.0 aşkar olunur. Yoxlanılan şəxs İddiaçı sağlamlıq vəziyyəti onun barəsində tərtib edilmiş tibbi sənədlərə və tibbi göndərişə (Z00206640EİD, xx.xx.2024-cü il tarixli) uyğundur.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb 7.6.2.2. olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 36.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) və ekspert rəyi ilə təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2020-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası, 2 nömrəli X7) təsdiqlənmişdir. İddiaçının həmin xəstəlikdən 4 ildən artıqdır ki, əziyyət çəkməsi işin mübahisəsiz halıdır. Belə ki, xx.xx.2020-ci il tarixində Ağ uçuq istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan odlu silah gülləsinin və artilleriya mərminin partlaması nəticəsində "Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması. baş beyin silkələnməsindən sonrakı mülayim dərəcəli üzvi mənşəli emosional labil pozuntu. Sağ dirsək sinirinin postravmatik neyropatiyasından sonrakı hissi pozulmalar.Sol qasıq nahiyəsinin odlu silah yaralanması, hər iki budun yuxarı 1\3-nin, sağ saidin və sol əlin kor qəlpə yaralanması”nın nəticəsidir. 37.Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə və ekspertiza rəylərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2020-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Bakı 1 saylı Respublika Psixiatriya Xəstəxanası, 2 nömrəli X7) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 38.Məhkəmə nəzərə alır ki, İddiaçı əlillik təyin edilməsi üçün əsas olan xəstəlikdən (üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) 4 ildən artıq müddətdir (2020-cü ildən bəri olan müayinə sənədləri ilə təsdiq olunur) əziyyət çəkir və daimi müşahidə zərurəti var. 39.Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.2.2.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə əlillik təyin edilməlidir.

40. Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 7.6.2.2.-ci bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilməlidir. 41.“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 42.Göründüyü kimi iddiaçıya münasibətdə göndəriş xx.xx.2024-cü il tarixli müvafiq dərəcə əlillik təyinatı məhz göndərişin verildiyi tarixdən aparılmalıdır. 43.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 44.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

45. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

46. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.

47. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

48. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).

49. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

50. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

51. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.

52. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

53. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

54. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı orqanizmin funksiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024-cü il tarixdən 2 il müddətinə (səbəbli əlaqəsinin: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

55. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı orqanizmin funksiyalarının 65-80% pozulmasının göndərişin verildiyi xx.xx.2024cü il tarixdən 2 il müddətinə (səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla) təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar