Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2974/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə (vəkillik fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Daş karxanası, ev 775 qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X7 (ünvan 1 ünvanda qeydiyyatda olan), Üçüncü şəxsin nümayəndəsi X3 (ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı (3-cü şəxs X10) “müəyyən etmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı (3-cü şəxs X10) İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya Nazirliyi Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə məsləhətçi vəzifəsində, xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya Nazirliyi Meşələrin İnkişafı Departamentində kadrlar üzrə baş məsləhətçi vəzifəsində, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya Nazirliyi Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat insan resursları və sənədlərlə iş şöbəsində kadrlar üzrə baş məsləhətçi vəzifəsində, inzibati vəzifələr üzrə 13 il, 1 ay dövlət qulluq stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi və onu dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ekologiya Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir hüquq münasibətinin mövcud olubolmamasının müəyyən olunması müəyyən etmə və tanınma haqqında iddia növünə aid olmaqla öhdəliyin icrası haqqında iddia növünə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə hazırkı iddia növü üçün nəzərdə tutulan xüsusi mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında yaranan mübahisənin əsasını inzibati qanunvericilikdə nəzərdə tutulan müddəalar təşkil etdiyindən, İddiaçı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında yaranan münasibət də publik-hüquqi münasibətdir. İddiaçı hazırkı idida ilə etibarlı dövlət qulluğu münasibətlərinin qısa müddət ərzində mövcud olmasının müəyyən edilməsində marağı hüquqi və iqtisadi xarakterlidir. Belə ki, iddiaçı etibarlı dövlət qulluğu münasibətlərinin mövcud olmasını müəyyən etməklə müvafiq əsasla dövlət qulluqçusu kimi işinə xitam verilməməsini təmin etmiş olur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın növünü və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Gəncə Elm Təhsil Mərkəzi Azərbaycan Aqrar Ekologiya İnstutunu bitirərək, xx.xx.2005-ci il tarixli, 177/k nömrəli əmr ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkişafı Departamentinin Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondunun kompüter operatoru vəzifəsinə, xx.xx.2005-ci il tarixli, 537/k nömrəli əmrlə Meşələrin İnkişafı Departamenti X2 Mühafizəsinin və Meşə bərpa Tədbirlərinin Təşkili şöbəsinə mütəxəssisi vəzifəsinə, xx.xx.2007-ci il tarixli 345/k nömrəli əmrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə məsləhətçi vəzifəsinə, xx.xx.2008-ci il tarixli 408-K nömrəli əmrlə kadrlar üzrə məsləhətçi vəzifəsinə, 18.05.11-ci il tarixli 284/ü nömrəli əmrlə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, 23.05.14-cü il tarixli 269/Ü nömrəli əmrlə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2015-ci il tarixli 932/k nömrəli əmrlə departamentə kadrlar üzrə baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. 23.05.17-ci il tarixli, 360/ü nömrəli əmrlə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixli, 249/k nömrəli əmr ilə struktur dəyişikliyi ilə əlaqədar Meşələrin inşikafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinə kadrlar üzrə baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci ildə 407/ü nömrəli əmrlə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2021-ci il tarixli 676/k nömrəli əmrlə verdiyi ərizə əsasında “X8” Azərbaycan Respublikası qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. Daha sonra yenidən ərizə ilə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, 684/k nömrəli əmrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin kadrlar üzrə baş məsləhətçi vəzifəsinə müvəqqəti olaraq təyin edilmişdir. Deməli, xx.xx.2008-ci il tarixdən - xx.xx.2021 ci il tarixədək İddiaçı tutduğu vəzifə daimi dövlət qulluğu sayılmaqla, dövlət qulluqçuları üçün qanunvericiliklə nəzərdə tutulan bütün hüquq və vəzifələr ona da aid olunmuşdur. İddiaçı Ekologiya Nazirliyinin Meşələrin İnkişafı Departamentində dövləl qulluğu vəzifələrində stajı 13 il təşkil etmiş, bu dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. İddiaçının adının dövlət qulluğunun reyestrinə daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya Nazirliyinə müraciət etmişdir. Lakin tələbi təmin edilməmiş, xx.xx.2021 -ci il tarixli, 5/M-571-12 saylı məktubla bildirilmişdir ki, Nazirliyin 2008-ci il tarixli 408/k nömrəli əmri ilə “X8” Azərbaycan Respublikası qanunun tələbləri gözlənilmədən inzibati vəzifələrin 7-ci təsnifatına daxil olan Meşələrin İnkifaşı Departamentinin kadrlar üzrə məsləhətçi vəzifəsinə təyin edilmiş, 2015-ci ildə isə Departamentin kadrlar üzrə baş məsləhətçi vəzifəsinə təyin edilmiş, 2015-ci ildə Departamentin kadrlar üzrə baş məsləhətçi vəzifəsinə keçirilmişdir. Həmçjnin, 2011, 2014 və 2017-ci illərdə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarına əsasən ona inzibati vəzifələrin 7-ci təsnifatı üçün müəyyən edilmiş kiçik dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və 2 -ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcələri verilmişdir. Nazirliyin yanında Xidmətlərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2020-ci il 30 mart tarixli 218/ü nömrəli əmrinin 2.1 və 2.2 bəndlərinin icrası ilə əlaqədar Meşələrin inkişafı Xidmətinin müvafiq kadrlarlarla komplekləşdirilməsi zamanı Xidmətin hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin kadrlar üzrə baş məsləhətçi vəzifəsinə təyin edilmiş və cari ilin 21 may tarixində İddiaçı 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Qeyd olunan illərdə dövlət qulluğunda stajı 13 il 15 gün təşkil etmiş, ona dövlət qulluğunda qulluq stajına və ixtisas dərəcəsinə görə vəzifə maaşına əlavələr ödənilmiş və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Cari ilə X10 tərəfindən Dövlət Qulluqçularının Reyestri İnformasya sistemində olan məlumatlar araşdırılan zaman İddiaçı dövlət qulluğuna qəbul olunmasının “X8” Azərbaycan Respublikası Qanunun tələbləri gözlənilmədən müsabiqədən kənar aparıldığı müəyyən olunmuş və bu səbəbdən ərizəsi əsasında dövlət qulluğuna xitam verilmişdir. Qeyd olunanlarla əlaqədar ərizədə qeyd edilmiş məsələlərin təmin edilməsi imkan xaricindədir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası tam qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Nazirliyin 2008-ci il tarixli, 408/k nömrəli Əmri ilə “X8” Azərbaycan Respublikası Qanunun tələbləri gözlənilmədən inzibati vəzifələrin 7-ci təsnifatına daxil olan Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə məsləhətçi vəzifəsinə təyin edilmiş, 2015-ci ildə isə Departamentin kadrlar üzrə baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. Həmçinin 2011, 2014, 2017-ci illərdə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarına əsasən ona inzibati vəzifələrin 7-ci təsnifatı üçün müəyyən edilmiş kiçik dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcələri verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 yanvar tarixli, 476 nömrəli fərmanına əsasən Meşələrin İnkişafı Departamentinin və X9 İnstitutunun əsasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti yaradılmışdır. Nazirliyin yanında Xidmətlərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2020-ci il 30 mart tarixli 218/ü nömrəli əmrinin 2.1-ci və 2.2-ci bəndlərinin icrası ilə əlaqədar Meşələrin İnkişafı Xidmətinin müvafiq kadrlarla komplekləşdirilməsi zamanı Xidmətin hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin kadrlar üzrə baş məsləhətçi vəzifəsinə təyin edilmiş və cari ilin 21 may tarixində İddiaçı 1 -ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Qeyd olunan illərdə dövlət qulluğunda iş stajı 13 il 15 gün təşkil etmiş, ona dövlət qulluğunda qulluq stajına və ixtisas dərəcəsinə görə vəzifə maaşına əlavələr ödənilmiş və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Cari ilə X10 tərəfindən X1 informasiya sistemində olan məlumatlar araşdırılan zaman İddiaçı dövlət qulluğuna qəbul olunmasının “X8” Azərbaycan Respublikası Qanunun tələbləri gözlənilmədən müsabiqədənkənar aparıldığı müəyyən olunmuş və bu səbəbdən ərizəsi əsasında dövlət qulluğuna xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını, etiraz etmədiyini və iddiaçının nümunəvi işçi olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İddia ərizəsindən göründüyü kimi hazırkı iş üzrə iddia tələbi iki hissədən ibarətdir: - İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya Nazirliyi Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə məsləhətçi vəzifəsində, xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya Nazirliyi Meşələrin İnkişafı Departamentində kadrlar üzrə baş məsləhətçi vəzifəsində, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya Nazirliyi Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat insan resursları və sənədlərlə iş şöbəsində kadrlar üzrə baş məsləhətçi vəzifəsində, inzibati vəzifələr üzrə 13 il, 1 ay dövlət qulluq stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi - İddiaçı dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2008-ci il tarixli 408/K nömrəli əmri ilə İddiaçı xx.xx.2008-ci il tarixdə həmin Nazirliyin Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə məsləhətçi vəzifəsinə, xx.xx.2015-ci il tarixli 932/k nömrəli əmri ilə Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə baş məsləhətçi vəzifəsinə, xx.xx.2020-ci il tarixli 249/k nömrəli əmri ilə Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinə kdrlar üzrə baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2021-ci il tarixli 676/K nömrəli əmri ilə İddiaçı xx.xx.2021-ci il tarixdən “X8” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. İş materiallarından görünür ki, İddiaçı həmin vəzifələrdə çalışarkən xx.xx.2011-ci il tarixli 284/ü nömrəli əmrlə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2014-cü il tarixli 269/Ü nömrəli əmrlə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2017-ci il tarixli, 360/ü nömrəli əmrlə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2021-ci ildə 407/ü nömrəli əmrlə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir: “Siz, Nazirliyin 2008-ci il 18 iyul tarixli 408/k nömrəli Əmrilə "X8 Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən inzibati vəzifələrin 7-ci təsnifatına daxil olan Meşələrin inkişafı Departamentinin kadrlar üzrə məsləhətçisi vəzifəsinə təyin edilmiş, 2015-ci ildə isə Departamentin kadrlar üzrə baş məsləhətçisi vəzifəsinə keçirilmişsiniz. Həmçinin, 2011, 2014 və 2017-ci illərdə “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları”na əsasən Sizə inzibati vəzifələrin 7-ci təsnifatı üçün müəyyən edilmiş kiçik dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcələri verilmişdir. "Nazirliyin yanında Xidmətlərin fəaliyyətinin təmin edilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2020-ci il 30 mart tarixli 218/ü nömrəli Əmrinin 2.1 və 2.2-ci bəndlərinin icrası ilə əlaqədar Meşələrin inkişafı Xidmətinin müvafiq kadrların komplektləşdirilməsi zamanı Xidmətin hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin kadrlar üzrə baş məsləhətçisi vəzifəsinə təyin edilmiş və cari ilin 21 may tarixində Sizə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Qeyd olunan illərdə dövlə qulluğunda stajınız 13 il 15 gün təşkil etmiş, Sizə dövlət qulluğunda qulluq stajına və ixtisas dərəcəsinə görə vəzifə maaşına əlavələr ödənilmiş və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişsiniz. Cari ildə X10 tərəfindən Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemində olan məlumatlar araşdırılan zaman Sizin dövlət qulluğuna qəbul olunmanızın "X8" Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən müsabiqədən kənar aparıldığı müəyyən olunmuş və bu səbəbdən ərizəniz əsasında dövlət qulluğunuza xitam verilmişdir. Qeyd olunanlarla əlaqədar ərizənizdə qeyd etdiyiniz məsələlərin təmin edilməsi imkanlarımız xaricindədir.” İş materiallarından görünür ki, İddiaçı cavabdeh orqana xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, dövlət qulluğuna xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2021-ci il tarixli 676/K nömrəli əmrində İddiaçı dövlət qulluğuna xx.xx.2021-ci il tarixdən «X8» Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, cavabdeh orqan iddiaçının dövlət qulluğuna xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş “dövlət qulluqçusunun öz arzusu ilə” əsasını göstərmişdir. Belə ki, “X8” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmin Qanunun 67.11-ci maddəsinə əsasən maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Həmin Qanunun 67.12-ci madddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı 2008-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunmasına dair qəbul edilmiş inzibati akt, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 408/K nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində qeyd edildiyi kimi iddiaçının rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olması barədə işdə hər hansı sübut yoxdur və bu halla bağlı cavabdeh mübahisə açmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni 2008-ci ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmişdir, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə qeyd edir ki, iddiaçı uzun müddət ərzində Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanında dövlət qulluqçusu kimi çalışdığından, onun maliyyələşdirilməsi də dövlətin bu məqsədə ayrıdığı maliyyə vəsaiti hesabına cavabdeh təşkilat tərəfindən həyata keçirilmişdir. Mövcud büdcə qanunvericiliyinin tələblərinə görə aidiyyəti orqanlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və digər dövlət orqanları maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitindən qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlər görməlidirlər. Məhkəmə qeyd edir ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qulluğu vəzifələrində 13 il 01 ay çalışmışdır və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir, bu isə İddiaçı ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymərləndirilməlidir. “X8” Azərbaycan Respublikası Qanunun 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Həmin Qanunun 17.3-cü maddəsinin 4-cü cümləsinə əsasən ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə məsləhətçi, xx.xx.2015-ci ildən xx.xx.2020ci ilə qədər Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə baş məsləhətçi, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat insan resursları və sənədlərlə iş şöbəsində kadrlar üzrə baş məsləhətçi inzibati vəzifələr üzrə iş stajı nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ikinci “dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin birinci hissəsi əsaslı olduğundan, iddia tələbinin ikinci hissəsidə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir: “Nazirlik tərəfindən dövlət qulluqçuları barəsində məlumatlar dövlət qulluqçusu inzibati və ya yardımçı vəzifəyə təyin edildikdən sonra 15 gün ərzində Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə elektron formada daxil edilir və X4 sorğusu olduğu təqdirdə kağız daşıyıcılarda təqdim olunur. Bir daha nəzərinizə çatdırırıq ki, İddiaçı barəsində müvafiq məlumatların Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə ilk dəfə nə vaxt göndərilməsi ilə bağlı sorğunuza dair dəqiq infomasiya olmadığından həmin məlumatların təqdim edilməsi imkanlarımız xaricindədir.” İş materiallarından görünür ki, Azərbaycan Respublikası X10 məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir: “Sorğunuzla bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 5-ci hissəsinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X10 tərəfindən birgə aparılır. Dövlət Reyestrinə dövlət qulluqçusu barədə məlumatlar isə onun qulluq keçdiyi dövlət orqanı tərəfindən daxil edilir və Dövlət Reyestrində dövlət qulluqçusu haqqında məlumatların həmin Reyestrə ilk dəfə daxil edildiyi tarix deyil, məlumatlarda edilmiş son dəyişiklik tarixi göstərilir. Bundan əlavə nəzərinizə çatdırırıq ki, adı çəkilən Qaydaların 12-ci hissəsinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim edilir. Həmin normanın tələbinə görə cavabdeh orqan iddiaçı haqqında məlumatları onun dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edilməsindən sonra ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiyaya rəsmən təqdim etməli idi. Qeyd edilənlərə əsasən, İddiaçı dövlət qulluğu vəzifəsinə təyinatı və onun barəsində məlumatların cavabdeh orqan tərəfindən Dövlət Reyestrinə ilk dəfə daxil edilməsi haqqında həmin orqanın müvafiq məktubunun ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə Komissiyaya göndərilməsi ilə bağlı cavabdeh orqandan məlumatın əldə edilməsi mümkündür.” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının X10 tərəfindən aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müvafiq tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi ilə bağlı tələbi əsaslı olduğundan, həmçinin mövcud qanunvericiliyə uyğun olaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçı haqqında müvafiq məlumatların Dövlət Reyestrini aparan dövlət qurumuna, yəni X6 təqdim edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi “İddiaçı haqqında məlumatların dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi üçün Dövlət Reyestrini aparan dövlət qurumuna təqdim edilməsi” hissəsində tə əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPMin 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə məsləhətçi vəzifəsində, xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentində kadrlar üzrə baş məsləhətçi vəzifəsində, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat insan resursları və sənədlərlə iş şöbəsində kadrlar üzrə baş məsləhətçi vəzifəsində, inzibati vəzifələr üzrə 13 il, 1 ay dövlət qulluq stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən (təsdiq) edilməli və İddiaçı haqqında məlumatların dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi üçün Dövlət Reyestrini aparan dövlət qurumuna təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə məsləhətçi vəzifəsində, xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentində kadrlar üzrə baş məsləhətçi vəzifəsində, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin Hüquqi təminat insan resursları və sənədlərlə iş şöbəsində kadrlar üzrə baş məsləhətçi vəzifəsində, inzibati vəzifələr üzrə 13 il, 1 ay dövlət qulluq stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən (təsdiq) edilsin və onu dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2974/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2974/2022
31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver