Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2974/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, Üçüncü şəxs X34 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “birliyin təsisçi tərkibinin və hüquqi ünvanının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı ümumi yığıncağının qərarına əsasən yeni sədrin seçilməsi, birliyin təsisçi tərkibinin və hüquqi ünvanının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, vətənpərvərliyin təbliği və təşviqinə dəstək vermək məqsədilə X60, X49 və X15 tərəfindən 2021-ci ildə İddiaçı təsis edilmişdir. Həmin ictimai birlik 30 iyun 2021-ci il tarixində qeyri-hökumət təşkilatı olaraq Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, idarə heyətinin tərkibi 3 nəfərdən ibarət olmaqla formalaşdırılmış və icra orqanlarının səlahiyyət müddəti 30 iyun 2023-cü il tarixinədək müəyyən olunmuşdur. Sonradan məlum olmuşdur ki, icra orqanlarının səlahiyyət müddəti qeyd olunan tarixdə başa çatmasına baxmayaraq, üçüncücü təsisçi X15 ümumi yığıncağını keçirmiş və özünü yenidən sədr seçdiyini əks etdirən sənədləri Ədliyyə Nazirliyinə təqdim etmişdir. Həmin sənədlərdə idarə heyətinin yeni tərkibi əsasən ictimai birliyin üzvü olmayan şəxslərdən X15, X50, X61, X67, X60 və X32 ibarət şəkildə göstərilmişdir. Təsisçilərdən biri olan X35 guya həmin ümumi yığıncaqda iştirak etdiyi və idarə heyətinin üzvü kimi təsdiqləndiyi göstərilərək, həqiqətə uyğun olmayan məlumatlar əsasında sənədlər tərtib edilmiş və bu sənədlər əsasında Ədliyyə Nazirliyində dəyişikliklərin dövlət qeydiyyatına alınmasına nail olunmuşdur. İddiaçı üzvü X36 20 iyul 2024-cü il tarixində X71 X7 vəfat etməsindən sui-istifadə edərək, heç bir hüquqi əsas olmadan özünü idarə heyətinin sədri elan etmişdir. Daha sonra, o, vətəndaşları – xüsusilə şəhid ailələrini, qaziləri və veteranları aldadaraq cəlb etmiş, onlara saxta vəsiqələr təqdim etmişdir. Qeyd edək ki, İdarə Heyətinin sədr müavini rəsmi olaraq X37r və qanunvericiliyə uyğun olaraq verilən vəsiqələrin təsdiqlənməsi üçün Birliyin möhürü üzvlərin iştirakı ilə ona təhvil verilmişdir. Hazırda da Birliyin rəsmi möhürü onun nəzarətindədir. Bütün bu hallara baxmayaraq, Birliyin digər üzvləri – X36, X50, X61 və X24 əlbir olaraq Birliyin hüquqi sənədlərini gizli şəkildə ələ keçirmiş, saxta möhür hazırlatdırmış və həmin saxta möhürdən istifadə edərək Birliyin sənədlərini saxtalaşdırmaqla yanaşı, vətəndaşlara saxta vəsiqələr təqdim etmişlər. Hətta onlar bu saxta sənədlərlə ümumi yığıncaq keçirməyə cəhd göstərmişlər. Göründüyü kimi, X36 öz səlahiyyət həddini aşaraq sədrin səlahiyyətlərini mənimsəmiş, adıçəkilən şəxslərlə birlikdə saxta sənədlər əsasında vətəndaşların etibarından sui-istifadə etməklə qanunsuz gəlir əldə etməyə və əsassız zənginləşməyə cəhd etmiş, hazırda da bu qanunsuz fəaliyyətlərini davam etdirməkdədir. Yuxarıda qeyd olunan qanunsuz əməllərlə əlaqədar, adıçəkilən şəxslərin məsuliyyətə cəlb olunması və barələrində qanunvericiliyə uyğun tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət orqanlarına rəsmi müraciətlər edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, 29 iyul 2024-cü il tarifdə təsisçilər X60, X49 iclas keçirərək, digər təsisçi X10 vəfatı ilə əlaqədar birliğin nizamnaməsində dəyişiklik edilməsi barədə qərar qəbul etmişlər. Həmin qərara əsasən birliyin qanuni təmsilçiliyi X38 həvalə edilmiş və birliğin hüquqi ünvanı ünvan 1 avqust 2024-cü il tarifdə X3 X44 keçirilmiş. Həmin yığıncağın qərarı ilə 29 iyul 2024-cü il tarifli icazın qərarı təsdiq edilmiş. X3 Birliyinin sədr vəzifəsinə X66 seçilmiş və birliğin idarə heyətinə üzvlər seçilmişdir. Bütün bunlar nəzərə alınaraq, tam qanuni əsaslarla təsisçilərin tərkibində dəyişiklik edilməsi, yeni sədrin və idarə heyətinin seçilməsi, nizamnamədə dəyişiklik edilərək birliğin hüquqi ünvanının təsdiq edilməsi bağlı sənədlər. Hüquqların dövlət qeydiyyatına alınması üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim edilmiş, lakin qeydiyyat orqanı tərəfindən imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-13773/2024 nömrəli qərardadı ilə X62 İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “birliyin təsisçi tərkibinin və hüquqi ünvanının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs X62 iddiaya yazılı münasibəti təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə "X4 Birliyi 1121-Q76-3931 Qeydiyyat nömrəsi ilə Azərbaycan Respubilkasının Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Qiydiyyata alındıqdan sonra Nazirliyin Qeyri-kommersiya qurumlarının X20 təqdim edilmişdir. İdarə heyətinin üzvüləri siyahsında X16 (sədir), X60 (sədir müavini), X49 (üzv) kimi göstərilmişdir. "Vətənpərvərlər" X21 qeyri-hökümət təşkilatının icra orqanlarının hazırkı tərkibi isə Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli Ümumi yığıncağın pratokol və digər sənədləri və Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixdə etdiyi dəyişikliyin qeydiyyatı əsasında Qeyri-kommerssiya qurumlarının X22 aşağıdakı kimi müyəyənləşdirilmişdir. İdarə heyətinin üzvləri: X16(sədr), X39(sədr müavini), X61(sədr müavini), X62, X60, X17 (üzv) Qeyri-hökümət təşkilatırın icra orqanlarının səlahiyyət müddəti xx.xx.2025-ci il tarıxınə qədər müəyyən edilmişdir. Bu müddət ərzində İddiaçı Bakı şəhərində və respubilkanin müxtəlif bölgələrində öz fəaliyyətini davam etdirmişdir. 20 iyul 2024-cü il tarixində İctimayi Birliyin sədri və təsisçisi X16 qəflətən vəfat etmişdir. İB böş qalmasın deyə 30 iyul 2024-cü il tarixində İctimai Birliyin 50 nəfərdən artıq olan üzvülərinin iştirakı ilə qanunun bütün tələblərinə uyğun olaraq ümumi yığıncaq küçirilmişdir. Ümumi yığıncaqda səs çoxluğu ilə Nazim Məmmədov İB-in sədiri secilmiş və idarə heyətinin yeni tərkibi ümumu yığıncağın razılığı ilə təsdiq edilmişdir. Onu da qeyid etmək istəyirik ki, X71 X1 olan çətinlikləri və Məmmədov Nazimin iş aparmaq bacaracağımı nəzərə alaraq İB-in işlərinidə çətinliklər yaranmasın deyə ona etibarnamə də vemişdir. Etibarnamə 4 saylı Bakı Asan xidmət mərkəzinin notariat ofisi tərəfindən 7E-17290 reyestir nömrəsi ilə verilməklə Respubilkanızın bütün qurumlarında faailiyyət göstərilməsini özündə əks etdirmişdir. Məmmədov Nazim X3 Birliyinin sədri seçiləndən sonra Azərbaycan Respubilkasının Ədliyyə Nazurliyinə yenidən qeydiyyatdan keçmək üçün bütün qayda və qanunlara uyğun olaraq Ümumi yığıncağın protokolu və digər sənədləri hazırlayaraq Ədliyyə Nazirliyinə təqdim etmişdir. Müəyyən vaxtan sonra yəni xx.xx.2024-ci il tarvxında Ədliyyə Nazirliyindən bizim ünvanımıza göndərilən məktubda qeyd edilmişdir ki. xx.xx.2024cü il tarixində Nazirliyə X35 adı çəkilən İB-in qanuni təmsilçisi seçilməsi faktı Dövlət qeydiyatına alınması barədə müraciəti daxıl olmuş xx.xx.2024-cü il tarixində sənədlər qanun vericiliyə uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır. Eyni zamanda adı çəkilən məktubda qeyd edilmişdir ki, Qeyri hökümət təşkilatının üzvüləri və təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Nəzərinizə çatdırmaq istəyirəm ki, məhrum X2 qəsəbəsində olan evində vəfat edərkən onun yanında Aynur İsayeva olmuş və o vəziyyətdən istifadə edərək İctimai birliyə aid olan möhrü götürmüşdür. Halhazırda da özündə saxlayaraq təhfil verməkdən imtina edir. Ədliyyə Nazirliyindən bizə ünvanlanan məktubda qeyd edilmişdir ki, Möhürün alınması üçün hüquq mühafizə orqanlarına müraciət edə bilərsiniz. Mənə aydın deyildir ki, İctimai Birliyin bütün üzvüləri 30 iyul 2024-cü il tarıxındə keçirdiyimiz Ümumi yığıncağında iştirak etdilər, lakin əfsuslar olsun ki, Aynur İsayeva iclasın vaxtını və yerini bildiyi halda iştirak etmədi. Üzvülər kimi öz vikir və məqsədini bildirməkdən yayınmışdır. İB-in möhürünü əlində saxlamaq və ondan saxtakarlıqda istifadə etmək məqsədini güdmüşdür. Qeyd etmək istəyirik ki, Qeyri hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respubilkasının qanunu Azərbaycan Respubilkasının Ümummilli Lideri ölməz prezidentimiz Heydər Əliyev tərəfindən 12 iyun 2000-ci il tarıxındə təsdiq edilmişdir. Bu qanun tələblərinə uyğun olaraq təsis etdiyimiz İddiaçı əsas məqsədi ölkə daxilində Vətənpərvərliyin və Maarifləndirmənin təbliğinə dəstək verməkdir. Bildirmək istəyirəm ki, cavabdehin vaxtı ilə təsis edilmiş bu İctimai Birlik üzvlərdən hec bir hüquqi əsası olmadan yeni qondarma sənədlər təqdim etməklə yeni İctimai Birlik yaratmaq cəhdi bizim işimizə əngəl törətməklə görəcəyimiz layihələrin gecikməsinə səbəb olur. Birlik üzvüləri arasında gərginliyə və nifaqa səbəb olur. Odur ki, cənab hakim, Etiraz ərizəmizdə qeyid etdiyimiz təkzibedilməz halları və laktları nəzərə alaraq X60 tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan işə baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, qurumun adı-; İddiaçı, qeydiyyat tarixi-xx.xx.2021-ci il, qeydiyyat nömrəsi-1121-Q76-3931, maliyyə ili-01 yanvar-31 dekabr, təşkilati hüquqi formasıictimai birlik, hüquqi ünvanı- ünvan 2 Fəaliyyət ərazisi-Azərbaycan Respublikası, Fəaliyyət məqsədi-vətənpərvərliyin təbliğinə dəstək vermək, qeyri-hökumət təşkilatının icra orqanıidarə heyəti, qeyri-hökumət təşkilatının icra orqanlarının əvvəlki tərkibi-X16(sədr), X60(sədr müavini), X49(üzv); Qeyri hökumət təşkilatının icra orqanlarının hazırki tərkibi- X25(sədr), X50(sədr müavini), X61(sədr müavini), X62, X60, X26(üzv); qeyri-hökumət təşkilatının icra orqanlarının səlahiyyət müddəti-xx.xx.2025-ci il tarixədək, ictimai birliyin üzvlərinin sayı-32 nəfər, qanuni təmsilçi- X16, qeydiyyata alınmanın hüquqi əsasları- xx.xx.2023-cü il tarixli ümumi yığıncağın protokolu və digər sənədlər, dəyişikliyin qeydiyyat tarixi-xx.xx.2023-cü il tarixdir. İş materiallarına əlavə edilmiş İddiaçı Nizamnaməsindən görünür ki, Nizamnamə ; İddiaçı təsis yığıncağının xx.xx.2021-ci il tarixli qərarı ilə qəbul edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2021-ci il tarixdə 1121-076-3931 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı təsisçilərinin xx.xx.2024-cü il tarixli yığıncağının protokolundan çıxarışdan görünür ki, iclasda 2 nəfər: təsisçi X60 və təsisçi X49 iştirak etmişdir. Gündəlikdə duran məsələlər: İddiaçı təsisşilərindən olan X8 dünyasını dəyişməsi ilə əlaqədar olaraq Nizamnamədə dəyişikliklər barədə; İddiaçı yeni sədrinin seçilməsi; ; İddiaçı hüquqi ünvanının dəyişdirilməsi ilə əlaqədar məsələlər durur. Yığıncağın yekununda qərara alınmışdır: İddiaçı təsisçiləri: X60, X49 olmaqla Nizamnamədə dəyişiklik olunsun. İddiaçı sədri X60 təyin edilsin. İddiaçı hüquqi ünvanı: ünvan 3 edilmiş İddiaçı xx.xx.2024-cü il tarixli ümumi yığıncağının protokolundan çıxarışdan çıxarışına əsasən iclasda 24 nəfər iştirak edir. İclasın sədri X60, iclasın katibi X51r. Yığıncağın gündəliyində duran məsələlər İddiaçı təsisçilərindən olan X8 vəfatı ilə əlaqədar olaraq təsisçilərin 29 iyul 2024-cü il tarixli yığıncağının qərarının təsdiqi ilə əlaqədar, yeni idarə heyətinin tərkibinin seçilməsi, İddiaçı hüquqi ünvanın dəyişdirilməsi ilə əlaqədar, İddiaçınə, İctimai birliyinin hüquqi sənədlərinin oğurlanması, İctimai birliyin "saxta" möhürünü hazırlatdıraraq, saxta üzvlük vəsiqəsi təqdim etmiş, şəhid analarını aldadaraq heç bir hüquqi əsası olmayan yığıncaq keçirərək, özün X71 elan edən Məmmədov Nazim və X61 haqqında və onlara bu qanunsuzluğu həyata keçirtməkdə dəstək olan "Korrupsiya və Qanun" qəzetinin əməkdaşı Cəbiyev Həsənağa və digərləri haqqında uyğun tədbirlərin görülməsi ilə əlaqədar olan məsələlərdir. Yığıncağın yekununda qərara alınmışdır: İddiaçı 29 iyul 2024-cü il tarixli yığıncağının qərarları təsdiq edilsin. İddiaçı sədri-təsisçi X6. İddiaçırı idarə heyəti aşağıdakı tərkibdə təsdiq edilsin: 1. X60 - təsisçi, idarə heyətinin sədri; 2. X49 - təsisçi, idarə heyətinin üzvü; 3. X68 - idarə heyətinin üzvü; 4. X63 - idarə heyətinin üzvü.; 5. X40 - idarə heyətinin üzvü; 6. X52 - idarə heyətinin üzvü; 7.X64 - idarə heyətinin üzvü. İddiaçı hüquqi ünvanı: ünvan 4 X27 və həyat yoldaşı X35 razılıq ərizəsi.). İddiaçı hüquqi sənədlərini oğurlanması, İctimai birliyin "saxta" möhürünü hazırlatdıraraq, saxta üzvlük vəsiqəsi təqdim etmiş, şəhid analarını aldadaraq heç bir hüquqi əsası olmayan yığıncaq keçirərək, özün X71 elan edən Məmmədov Nazim və X61 haqqında və onlara bu qanunsuzluğu həyata keçirtməkdə dəstək olan "Korrupsiya və Qanun" qəzetinin əməkdaşı Cəbiyev Həsənağa və digər dələduzlar barədə qanuna uyğun tədbirlərin görülməsi üçün aidiyyatı sənədlərin hazırlanması Baş Prokurora və Ədliyyə Nazirinə təqdim olunması İçtimai birliyin vəkili X13 tapşırılsın. İş materiallarına əlavə olunmuş İddiaçı xx.xx.2025-ci il tarixli növbədənkənar ümumi yığıncağının 06 nömrəli protokoluna əsasən yığıncağda idarə heyətinin üzvləri və 35 nəfər iştirak etmişdir. İştirak edən idarə heyətinin üzvləri X61, X53, X62, X11r. Gündəlikdə duran məsələlər: X60, X12 müəmmalı ölümündə iştirakının üzə çıxarılması, İctimai Birliyin möhürünün oğurlayaraq özündə saxlaması hallarının araşdırılması və onun ətrafında olan şəxslərin bu qeyri-qanuni işlərdə Aynur İsayevaya etdikləri köməyə görə məsuliyyətə alınmaları barədədir. Yığıncağın yekununda X35 İctimai Birliyin keçmiş sədri mərhum X8 müəmmalı ölümündə iştirakının üzə çıxarılması, hallarının araşdırılması və onun ətrafında olmaqla ona havadarlıq edən X33 və soyadını bilmədiyimiz Vaqif adlı şəxslərin məsuliyyətə cəlb edilmələri, haqqlarında ciddi tədbirlər görülməsi üçün prokurorluq orqanlarına müraciət edilməsi, Protokolun bir surətinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 316-5/2-11-83/2/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Ədliyyə Nazirliyi tərəfindən X41 ünvanlanan məktubda göstərilmişdir ki, İddiaçı yeni sədrinin seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinizə baxılmışdır. xx.xx.2024-cü il tarixdə nazirliyə X35 adı çəkilən ictimai birliyin qanuni təmsilçisi seçilməsi faktının dövlət qeydiyyatına alınması barədə müraciəti daxil olmuş, xx.xx.2024-cü il tarixdə sənədlər qanunvericiliyə uyğun tərtib olunmadığından geri qaytarılmışdır. Eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə biri-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq sənədlər geri qaytarılır. Həmçinin təqdim etdiyiniz sənədlər qurumun əvvəlki möhüründən fərqli möhürlə təsdiq edildiyindən məsələyə aydınlıq gətirilməsi zəruridir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Qanunun 10.5-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının üzvləri və təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasınlda həll olunur. -Azərbaycan Respublikası İddiaçı Növbədənkənar ümumi yığıncağının xx.xx.2024-cü il tarixli 12 nömrəli protokolundan görünür ki,yığıncaqda 50 nəfər iştirak etmişdir. Yığıncağın yekununda qərara alınmışdır: Azərbaycan Respublikası Vətənpərvərlər X23 dörd ilki fəalliyəti qənaətbəxş qiymətləndirilsin; X62, X28, X61, X29, X42 və X18 Azərbaycan Respublikası X3 X48 üzvləri seçilsinlər; X62 Azərbaycan Respublikası X3 X48 sədri seçilsin; X17 Azərbaycan Respublikası Vətənpərvərlər Maarifləndirmə!ctimai X48 sədr müavini seçilsin; X61, Azərbaycan Respublikası Vətənpərvərlər Maarifləndirməİctimai X48 sədr müavini seçilsin; X29, X42 və X18 Azərbaycan Respublikası Vətənpərvərlər Maarifləndirməİctimai X48 üzv seçilsinlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə lazımı sənədləri təqdim etmək üçün Məmmədov Nazim səlahiyyətli nümayəndə seçilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X38 ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/2-13-6209/9/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı yeni sədrinin seçilməsi, təsisçi tərkibinin və hüquqi ünvanının dəyişdirilməsi faktlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. xx.xx.2024-cü il tarixdə X34 adı çəkilən X71 seçilməsi faktının dövlət qydiyyatına alınması ilə bağlı müraciəti daxil olmuş, lakin eynihüquqlu şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğu nəzərə alaraq sənədlər geri qaytarılmışdır. Nəzərinizə çatdırırıq ki, “Qeyri-hökumət təşkilatları(ictimai birliklər və fondlar) haqqında” Qanunun 10.5-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının üzvləri və təşkilat arasında yaranana mübahisələr məhkəmə qaydasında həll olunur. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır - 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda - Maddə 12.1. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyrikommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən aparılır. - Maddə 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.1. qurumun adı (firma); 14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); 14.1.3. qurumun təşkilati-hüquqi forması; 14.1.4. maliyyə ili; 14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; 14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar; 14.1.8-1. qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat; 14.1.9. qurumun ləğvetmə prosesində olması barədə məlumat; 14.1.9-1. məhkəmənin qərarı ilə hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar; 14.1.10. qurumun ləğv edilməsi barədə məlumat İstinad olunan normalardan məlum olur ki, hüquqi şəxs, dövlət qeydiyyatına alındıqdan sonra reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik olduqda, həmin dəyişikliyə dair sənədlər təqdim edilməli və dəyişiklik qeydə alınmalıdır. İş materiallarından görünür ki, İddiaçı sonuncu qeydiyyat məlumatlarından görünür ki, birliyin xx.xx.2025-ci il tarixədək qüvvədə olan reyestr məlumatlarına əsasən idarə heyətinin sədri və birliyin qanuni təmsilçisi X16 olmaqla 32 nəfər üzvdən ibarət sayda ümumi yığıncağın xx.xx.2023-ci il tarixli protokolu ilə xx.xx.2023-cü il tarixdən reyestrdəki dəyişikliklər qeydiyyata alınmışdır. Həmin reyestr məlumatlarının qüvvədə olduğu vaxtda ümumi yığıncağın iclasının X5 vəfat etmişdir. İddiaçı tərəf birliyin yeni sədrinin seçilməsi, təsisçi tərkibinin və hüquqi ünvanının dəyişdirilməsinə dair reyestr məlumatlarının qeydiyyatı ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabeh qurum xx.xx.2024-cü il tarixdə X34 adı çəkilən X71 seçilməsi faktının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olduğunu, ziddiyyətli müraciətlərin daxil olduğunu əsas götürərək müraciətin təminindən imtina etmişdir. Göründüyü kimi ictimai birliyin üzvləri arasında biriyin idarə heyətinin tərkibi, sədr və üzvlərinin seçilməsi ilə bağlı məsələ mübahisəlidir. İş materiallarrından görünür ki, idarə heyətnin üzvlərindən X49, X60 cavabdeh X14 qarşı Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Birliyin adından qəbul olunmuş xx.xx.2023-cü il tarixli protokolun etibarsız hesab edilməsi və verilmiş xx.xx.2023cü il tarixdən reyestrdən çıxarışın etibarsız sayılaraq ləğv edilməsi barədə qərar qəbul ediilməsini xahiş etmişlər. Göründüyü kimi hazırkı halda ilkin olaraq hüquqi qüvvəsi xx.xx.2025-ci il tarixədək olan xx.xx.2023-cü il reyestr dəyişikliyinin qeydə alınmasına əsas olmuş birliyin xx.xx.2023cü il tarixli protokolu mülki məhkəmə icraatında mübahisələndirilmişdir. Göründüyü kimi, birliyin üzvlərinin bir qismi xx.xx.2023-cü il tarixli protokolun nəticələrinin yanlış olduğunu, həqiqəti əks etdirmədiyini iddia edir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, İctimai birliyin xx.xx.2023-cü il tarixdə keçirilmiş ümumi yığıncağının nəticələri, mübahisələndirilir, deməli, həmin qərarın nəticələri üzrə reyestr qeydləri əsasında keçirilmiş ümumi yığıncağın qəbul etdiyi qərarın nəticələri üzrə də qeydiyyat aparıla bilməz. Belə ki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda və ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda, dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır Məhkəmə onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixli ümumi yığıncağın protokolunun mübahisələndirilməsi ilə bağlı yekun məhkəmə qərarı qəbul edildikdən sonra iddiaçı dəyişikliyin qeydə alınması üçün yenidən cavabdehə müraciət edə bilər və bu iş üzrə qərar, iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyəninzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2974/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2974/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver