Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2975/2020 18.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə qarşı avtomobillə bağlı qeydiyyat hərəkətlərinin aparılmasının cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 2014-cü il buraxılışlı, “Mercedes Benz E200” minik markalı, ban nömrəsi VİN: WDD2120341B006421 olan, **********4887 mühərrik nömrəli qara metallik rəngli **-TX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı qeydiyyat hərəkətlərinin aparılması və avtomaşın üzərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2014-cü il buraxılışlı, “Mercedes Benz E200” minik markalı, ban nömrəsi VİN: WDD2120341B006421 olan, mühərrik nömrəsi **********4887 olan qara metallik rəngli, **- TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26 fevral 2020ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz E200” minik markalı **- TX-*** dövlət qexdiyyat nişanlı avtomobili 23500 ABŞ dolları müqabilində almışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə avtomobili öz adına qeydiyyata aldırmaq istəyərkən BDYPİ Qİİ-dən bildirmişlər ki, avtomobil Rusiya Federasiyasında axtarışdadır. Buna görə qeydiyyat hərəkətlərini aparmaqdan imtina etmişlər. İddiaçının bu barədə əvvəlcədən məlumatı olmamışdır. Odur ki, polisdə araşdırma aparılmış və xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, qeydiyyat hərəkətlərinin aparılması üçün məhkəməyə müraciət etməlidir. Odur ki, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin hərəkətlərini qanunsuz və əsassız hesab edir. Belə ki, ən pis halda vicdanlı sahib olduğunu düşünür. Həmin qərardan müəyyən edilir ki, axtarışla bağlı məlumatı xx.xx.2020-ci ildə alqı-satqı üçün müraciət olunan zaman olmuşdur. Beləliklə, nəqliyyat vasitəsini etibarnamə ilə alan olaraq hərəkətlərində bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə etmə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, nəqliyyat vasitəsi ona verilmiş, nəqliyyat vasitəsinin aşkar olunması barədə axtarışın təşəbbüskarı olan ölkənin müvafiq daxili işlər orqanına Azərbaycan Respublikası DİN-nin İnterpolun Milli Mərkəzi Bürosu vasitəsi ilə məlumatlandırılmışdır. Hesab edir ki, “Mercedes-Benz E 200” minik markalı, 2014-cü il buraxılışlı VİN:WDD2120341 B006421 olan **********4887 mühərrik nömrəli qara metalİik rəngli, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun faktiki mülkiyyətinə keçdiyindən, faktiki mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqlarını həyata keçirdiyindən, habelə avtomaşının axtarışda olması ona əvvəllər məlum olmadığından və avtomobil Azərbaycan Respublikasına xx.xx.2015-ci ildə gətirildikdən və gömrükdə rəsmiləşdirildikdən sonra xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasında oğurlanması barədə məlumat obyektiv həqiqəti əks etdirmədiyindən cavabdehin imtinası əsassız olmuşdur. Mübahisəli avtomobil qanuni sahibliyinə verilmişdir. O, avtomobilin vicdansız sahibi olmamışdır və hazırda da avtomobilin ona məxsus olmasına dair hər hansı bir mötəbər məlumat əldə etməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AD seriyalı 172190 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E200” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 2014-cü il buraxılışlı, qara metallik rəngli, ban nömrəsi WDD2120341B006421 olan avtomobil X1 adına qeydiyyata alınmışdır. Avtomobilin köhnə dövlət qeydiyyat nişanı **-ME-*** olmuşdur. İşdə olan ƏN-Vİ № 983672 saylı etibarnamənin surətindən görünür ki, X3 “Mercedes Benz E200” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, ban nömrəsi WDD2120341B006421 olan avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatda çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər etmək səlahiyyətini 01 il müddətinə, 07 noyabr 2020-ci il tarixədək İddiaçı vermişdir. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, nəqliyyat vasitəsi İddiaçı qaytarılmış, ölkədən çıxarılmaması və qeydiyyat hərəkətlərinin aparılması üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarın surəti “Mercedes Benz E200” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı, 2014-cü il buraxılışlı, ban nömrəsi WDD2120341B006421 olan avtomobillə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına baxılması üçün BDYPİ-nin Qİİ-nə göndərilmişdir. Həmin qərarla müəyyən edilənlərdən görünür ki, Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli 012-1329-1220 nömrəli məktubundan məlum olur ki, “Mercedes Benz E200” markalı, VİN: WDD2120341B006421 və mühərrik nömrəsi **********4887 olan avtonəqliyyat vasitəsi Rusiya Federasiyasının Sverdlovski vilayətinin Daxili İşlər Nazirliyinin Mısertskiy şəhərlərarası idarəsi tərəfindən xx.xx.2019-cu ildən axtarışdadır. İnterpolun Milli Mərkəzi bürosundan alınmış xx.xx.2020-ci il tarixli 021-938-1220 nömrəli məktubundan məlum olur ki, VİN: WDD2120341B006421, mühərrik nömrəsi 30174887 olan B298CH196 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobil xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasında oğurlanmış, İNTERPOL-un Baş Katibliyinin «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Eyni zamanda qeyd edirik ki, **********4887 nömrəli mühərrikin axtarışda olması barədə İNTERPOL-un Baş Katibliyinin «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində məlumat yoxdur. DİN KTİ-dən daxil olmuş 20 yanvar 2020-ci il tarixli 20/56a №-li arayışdan məlum olur ki, “Mercedes Benz E200” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulmuş hissədə və qabaq ön şüşəsinin alt hissəsində ban nömrəsi vurulması nəzərdə tutulmuş hissədə həkk edilmiş «WDD2120341B006421» hərf və rəqəmləri zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəciyi üzərində avtomobilin ban nömrəsi «WDD2120341B006421» hərf və rəqəmləri çap üsulu ilə vurulmuşdur. Mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş «274920*30174887*» rəqəmləri zavod üsulu ilə vurulmuş standart rəqəmlərə xarakterikdir. Beləliklə işin araşdırılan hallarından aydın olur ki, “Mercedes Benz E200” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasına X1 adına qeydiyyata alınmış və buna dair AD seriyalı 172190 saylı qeydiyyat şəhadətnaməsi verilmişdir. Sonuncu mülkiyyətində olan avtomobilə dair 07 noyabr 2019-cu il tarixdə 01 il müddətinə sərəncam vermək hüququ da daxil olmaqla iddiaçıya etibarnamə verilmişdir. İddiaçı etibarnamə üzrə ona verilmiş səlahiyyətlərindən istifadə edərək, avtomobil üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq istəsə də, lakin cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Avtomobilin iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsinə əsas olaraq nəqliyyat vasitəsinin Rusiya Federasiyasının Sverdlovski vilayətinin Daxili İşlər Nazirliyinin Mısertskiy şəhərlərarası idarəsi tərəfindən xx.xx.2019-cu ildən axtarışda olması göstərilmişdir. Həmin məsələyə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmişdir. Göstərilən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla müəyyən edilmişdir ki, “Mercedes Benz E200” minik markalı, 2014-cü il buraxılışlı WDD2120341B006421 ban nömrəli qara metallik rəngli avtomobil xx.xx.2015-ci il tarixdə BDYPİ QİŞ-də gömrük vəsiqəsi -550862 ABGİ Fİ/a-685397 Elvin 2007 əsasında Şərur rayonu Kərimbəyli kəndində qeydiyyatda olan X8 adına qeydiyyata alınaraq avtomobilə AC351436 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmiş və avtomobilə **-XC-*** nömrə nişanları təhkim edilmişdir. “Mercedes Benz E200” minik markalı, **-XC- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə BDYPİ QİŞ-də alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 28A, mənzil 18-də qeydiyyatda olan X6 adına qeydiyyata alınaraq avtomobilə AC501011 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmiş və avtomobilə **-ZB-*** nömrə nişanları təhkim edilmişdir. “Mercedes Benz E200” minik markalı, **-ZB-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixdə BDYPİ Qİİ-də alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 162, mənzil 66-da qeydiyyatda olan X4 adına qeydiyyata alınaraq avtomobilə AC495284 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. “Mercedes Benz E200” minik markalı, **-ZB-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdə BDYPİ Qİİ-də nömrə və qeydiyyat şəhadətnaməsinin dəyişilməsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 162, mənzil 66-da qeydiyyatda olan X4 adına qeydiyyata alınaraq avtomobilə AC495284 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmiş və avtomobilə **-ME-*** nömrə nişanları təhkim edilmişdir. “Mercedes Benz E200” minik markalı, **-ME- *** qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə BDYPİ Qİİ-də alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, məhəllə 2934, ev 2A, mənzil 6-da qeydiyyatda olan X1 adına qeydiyyata alınaraq avtomobilə AC 172190 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmiş və avtomobilə **-TX-*** nömrə nişanları təhkim edilmişdir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, həmin avtomobilin oğurlanmış avtomobil kimi Rusiya Federasiyasında axtarışa verilməsi ilə İddiaçı və qeyrilərinin hərəkətləri arasında hər hansı əlaqə yoxdur, yəni İddiaçı və qeyriləri vicdanlı alıcı hesab edilməklə əməllərində oğurluq və ya digər cinayətin tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi avtomobilin hazırki mülkiyyətçisi olan X1 vicdanlı alıcı olması, sonuncunun mülkiyyətində olan avtomobilə dair öz mülahizəsinə uyğun olaraq iddiaçıya etibarnamə verməsi, avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsinə olması iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə avtomobilin hazırki mülkiyyətçisinin vicdanlı alıcı olması ilə bağlı qeyd edir ki, S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi axtarışın ləğvi ilə bağlı olmamaqla, həmin avtomobilin axtarışı üzrə məlumatlara toxunmadan həmin avtomobillə bağlı hüquqi qeydiyyat hərəkətlərinin aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi mümkündür. Belə ki, avtomobilin axtarışda olması avtomobilin mülkiyyətçisi X2 həmin avtomobili alarkən məlum olmamış və onun avtomobilə dair xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra avtomobil xx.xx.2019-cu il tarixdə axtarışa verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsində əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi əşyanın sahibliyə verilməsinin qanuni əsaslarından biri kimi göstərilmişdir. Göründüyü kimi, mübahisəli avtomobilX1 mülkiyyətinə, mülkiyyətçi tərəfindən isə iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən «Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır». Həmin Məcəllənin 182.2-ci maddəsinin birinci cümləsinə əsasən «Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, qiymətli kağızlara və əşyalara tətbiq olunmur». İddiaçının mübahisəli avtomobili vicdanlı əldə etməməsi faktı, həmin avtomobilin mülkiyyətçisi tərəfindən itməsi, ondan oğurlanması və ya iradəsinin ziddinə olaraq başqasının sahibliyindən çıxması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarında olan 27 yanvar 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və digər sənədlərlə sözügedən avtomobilin oğurlanmış avtomobil kimi Rusiya Federasiyasında axtarışa verilməsi ilə İddiaçı hərəkətləri arasında hər hansı əlaqə olmaması, yəni avtomobilin mülkiyyətçisinin vicdanlı alıcı hesab edilməklə onun əməlində oğurluq və ya digər cinayətin tərkibi olmadığı, mülkiyyətçisinin öz əmlakı üzərində sərəncam vermək hüququndan istifadə edərək, həmin avtomobili iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilməsi, həmçinin avtomobilə dair sərəncam vermək hüququnu sonuncuya verməsi iş materialları ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1ci və 2-ci hissələrinin mənasına əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan və mühərrikinin işçi həcmi 50 kub sm və daha çox, konsrutktiv maksimal surəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modeli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilərək uçota alınırlar, qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 564 №-li Fərmanı ilə təsdiq edilmiq «Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları»na əsasən adıçəkilən nəqliyyat vasitələrinin dövlət reyestrini aparan orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati və iqtisadi məhkəmə vasitəsi ilə verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli,2014-cü il buraxılışlı, “Mercedes Benz E200” minik markalı, ban nömrəsi VİN: WDD2120341B006421 olan, mühərrik nömrəsi **********4887 olan, qara metallik rəngli, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi cavabdehhəvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 2014-cü il buraxılışlı, “Mercedes Benz E200” minik markalı, ban nömrəsi VİN: WDD2120341B006421 olan, mühərrik nömrəsi **********4887 olan qara metallik rəngli, **- TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2975/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2975/2020
18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver