Məhkəmə qərarları › İş №2-1(112)-2976/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2976/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2976/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «iddiaçının işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «iddiaçının işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, AR Daxili İşlər Nazirliyinin Polis Akademiyasını 2004-cü ildə bitirmişdir. xx xxxx 1994-cü ildən Masallı rayon Polis şöbəsinin post patrul xidmətinin polis nəfəri vəzifəsinə işə qəbul olunmuşdur. x xxxxxx 2003-cü il tarixdən Bakı şəhəri Yasamal RPİ-nin Əlahiddə polis bölüyünün polis nəfəri, polis baş serjantı vəzifəsinə, xx xxxx 2005-ci il tarixdə DİN-nin əmri ilə Bakı şəhəri Yasamal RPİ-nin Əlahiddə polis bölüyünün polis nəfəri vəzifəsindən azad edilib, Masallı RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuş və polis leytenantı xüsüsi rütbəsi verilib. xx xxxx 2006-ci il tarixdə DİN-in əmri ilə Masallı RPŞ-nin NMQ əməliyyat müvəkkili vəzifəsindən azad edilib, həmin şöbənin kadr və peşə hazırlığı üzrə baş inspektoru vəzifəsinə təyin olunmuşdur. xx xxxx 2008-ci il tarixli DİN-nin əmri ilə Lənkəran ŞRPŞ-in İTB-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru vəzifəsinə təyin olunmuş, xx xxxxxxx 2009-cu il tarixli DİN-in əmri ilə Lənkəran ŞRPŞ-in İTB-nin YYÇPİTQ-nun inspektoru vəzifəsindən azad edilərək, həmin şöbənin Liman şəhər Polis Bölməsinin polis sahə rəisi vəzifəsinə təyin olunmuş, xx xxxxxx 2010 il tarixli DİN-in əmri ilə Lənkəran ŞRPŞ-in Liman şəhər PB-nin polis sahə rəisi vəzifəsindən azad edilərək, Masallı RPŞ-nin İTB-nin rəisi vəzifəsinə təyin olunmuşdur. xx xxx 2012-ci il tarixdə Masallı RPŞ-nm İTB-nin rəisi vəzifəsindən azad olunaraq Astara RPŞ-nin İTB-nin baş inspektoru vəzifəsinə təyin olunmuş, xx xxxxxxx 2013-ci tarixdən DİN-in əmri ilə Astara RPŞ-nin İTB baş inspektoru vəzifəsindən azad edilərək, Masallı RPŞ-in İTB-nin YYÇİTQ baş inspektoru vəzifəsinə təyin olunmuş, xx xxxxxx 2014-cü il tarixli DİN-in əmri ilə Masallı RPŞ-in İTB-in YYÇİTQ baş inspektoru vəzifəsindən azad edilərək həmin şöbənin İTB-nin polis sahə rəisi vəzifəsinə təyin olunmuş, x xxxxxx 2016-ci il tarixli DİN-in əmri ilə Masallı RPŞ-in İTB polis sahə rəisi vəzifəsindən azad olunaraq həmin şöbənin qeydiyyat və şəxsiyyət vəsiqələr bölməsinin inspektor vəzifəsinə təyin olunmuş və x xxxxx 2017-ci il tarixli DİN-in əmri ilə Masallı RPŞ-in Q və ŞVB-nin inspektor vəzifəsindən azad olunaraq, xx xxx 2017-ci il tarixdə həmin şöbənin Təşkilati inspektor qrupun baş inspektor vəzifəsinə təyin olunmuşdur. 24 il 4 ay, imtiyazlı 26 il 10 ay xidmət etmişdir. İşlədiyi müddət ərzində xidməti işlə bağlı DİN-nin əmri ilə Xidmətdə əldə etdiyi yüksək nəticələrə görə, cinayətkarlığa qarşı mübarizədə və qarşıya qoyulmuş tapşırıqların icrasında xüsusilə fərqləndiyinə, ictimai qaydanın, vətəndaşların qanuni mənafelərinin, insan hüquq və azadlıqlarının qorunması funksiyalarını layiqincə yerinə yetirdiyinə, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı asayişin və təhlükəsizliyin təmin edilməsində peşakarlıq göstərdiyinə görə təltif olunmuş və DİN-nin əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 2-ci dərəcəli medallarla təltif olunmuşam. Həmçinin xidmət zamanı vətəndaşlara dəymiş ziyanı aşkar edib, cinayətkarlığa qarşı mübarizədə isti izlərlə baş vermiş oğurluq hadisələri açılması, müxalifətin qanunsuz mitinqlərin qarşısının alınması və radikalları aşkar edərkən həyatını təhlükəyə ataraq yaxşı xidmətlərinə görə DİN-nin 1-ci müavi və idarə, şöbə rəisləri tərəfindən mükafatlanmışdır. Bir intizam cəzası almış və tam ona aid olmayan səbəbdən x xxxxxx 2019-cu ildə isə DİN-nin əmri ilə işdən azad olmuşdur. Masallı RPŞ QŞVB-nin inspektoru vəzifəsinə yeni yəni bir ay müddətində təyin olunduğu üçün sənədlərin qəbuluna həmin dövrdə QŞVB-nin sabiq rəisi tərəfindən qəbul olunurdu və məzuniyyət xəstəlik pullan almaq üçün xx xxxxxx 2017-ci il tarixdə 9 gün müddətinə növbəti məzuniyyətə çıxdığı üçün sənədlərin təsdiqi onun (iddiaçının) adına yazılırdı. Əslində isə bütün sənədləri özü qəbul edirdi. Məzuniyyət dövründə olmağına baxmayaraq rəsi ona möhür və ştapı təhvil verməmişdi. Qazax rayonun Ağköynək kənd sakini X10 x xxxxxx 2017-ci il tarixdə Masallı rayon Köhnə Alvadı kəndinə qeydiyyata düşmək üçün həmin kənd sakini X12 ərizə ilə Masallı rayonun Köhnə Alvadı kənd ərazi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi tərəfindən təsdiq olunmuş ərizə ilə Masallı RPŞ-nə müraciət etdikdən sonra vətəndaş İradə Eyubovaya şəxsiyyət vəsiqəsi verilməsi üçün Masallı RPŞnin Q və ŞVB-nin sabiq rəisi tərəfindən qəbul edib vəsiqəsinin üzərində öz imzası ilə təsdiq etdikdən sonra və İ.Eyubovaya verilmiş və sonra onun azyaşlı oğlu Elşən Eyubovu özü ilə birlikdə Köhnə Alvadı kəndinə qeydiyyata salmaq üçün Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2016-ci il tarixdə A7-İİİ 739049 nömrəli xx xxxxxx 2001-ci il təvəllüdlü X6 qeyd olunaraq verilmiş şəhadətnamə əsasında İ.Eyubovaya və ya onun qanun nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlər əsasında QŞVB-nin sabiq rəisi tərəfindən verilmiş və şəxsiyyət vəsiqələri fərdi uçot kartoçkaları onujn (iddiaçının) tərəfindən doldurulmamış lakin imzasına oxşar imza etməklə uçot katoçkalarının yazılışı və X12 tərəfindən təqdim olunmuş ərizə əsasında və yekunda toplanmış materialların x xxxxxx 2017-ci il tarixdə işə tikməklə yekun sənədlər QŞVB sabiq rəisi tərəfindən qəbul olunaraq onun adından sənədləşdirərək imzasına oxşatmaqla işə alınmışdır. Masallı RPŞ QŞVB-nin sabiq rəisi DİN-nin 13 iyuı 2009-cu il tarixli əmrindən irəli gələn polis orqanlarında işin təşkili haqqında təlimatın və rəhbərliyi arasında nümunəvi vəzifə bölgüsünün tələblərini və onun xidmətinə nəzarət hansısa səbəbdən çox zəif olmuşdur. Belə ki, Masallı RPŞ QŞVB-nin sabiq rəisi əvvəllər yuxarıda qeyd olunan buna oxşar faktlarla bağlı olaraq xidmətin icrası zamanı nöqsanlara yol verdiyi üçün DİN-nin müvafiq əmri ilə dəfələrlə cəzalandırılıb və sonra DİO-dan xidmətdən xaric olunaraq və onun razılığı əsasında təqaüdə göndərilmişdir. Sonra məlum olunmuşdur ki, xx xxxx 1998-ci il təvəllüdlü X8 ilkin olaraq yaşadığı ünvanda şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu almış və Rövşən Eyubov güləş üzrə yeniyetmələr arasında iştirak etmək üçün güləş müəllimi olan atası Müşviq Eyubovun vasitəsilə təkrar Şəmkir rayon Qeydiyyat Şöbəsində əldə etdiyi saxta şəhadətnaməsində adi və soyadı, həmçinin təvəllüdü təhrif olunaraq yaşı saxtalaşdıraraq X6 qeyd olunan saxta şəhadətnamə aşkarlanaraq DİN-nin Daxili Təhqiqatlar İdarəsi tərəfindən araşdırmalar aparılmış, bununla bağlı DİN-nin DTİ-nin sabiq rəisi tərəfindən qəbul edilərək yuxarıda qeyd olanları onun tam şifahi və yazılı şəkildə nəzərinə çatdırmağına baxmayaraq DTİ tərəfindən onun barəsində tərtib olunmuş rəylə tanış olarkən tam qərəzli və əsassız olduğu üçün etirazını bildirməklə tərtib olunmuş rəyin üzərinə narazı olduğunu bildirmişdir. Aparılan araşdırma zamanı DİN-nin DTİ-nin tələb və maraqlarına uyğun təmin etmədiyi üçün barəsində tərtib etdikləri rəy DİN-nin xx xxxxxxx 2010-ci il tarixli əmrinə zidd olmağına baxmayaraq qeyd olunan xidməti yoxlamaların aparılması qaydaları haqqında təlimatın tələbləri pozulmuş və DİN-in müvafiq əmri ilə x xxxxxx 2019-cu il tarixdə onun DİO-dan xaric olunmağına nail olublar. xx xxxxxx 2020-ci il tarixdə sabiq Daxili işlər nazirinin qəbulunda olarkən onun barəsində DİN-nin Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisinin rəhbərliyi altında aparılan araşdırma zamanı faktlar əsasında sənədlərin surətlərini təqdim etməklə yazılı izahatı və şifahi olaraq şəxsən sabiq rəisə bildirmişdir. Lakin heç məhəl qoymadığı və barəsində tərtib olunmuş əsassız rəylə onu tanış edərkən rəsmi imzası ilə tərtib olunmuş rəylə razı olmadığı üçün etmişdir. Qəbulda dinlədikdən sonra ona bildirilmişdir ki, barəsində qəbul olunmuş qərar düzgün deyil və yüngül intizam tənbehinin verilməsinə (dəyişdirilməsinə) kömək olunacaqdır, ərizə aidiyyatı üzrə göndəriləcəkdir. DİN-nin x xxxxxxxx 2005-ci il tarixli 130 nömrəli əmri DİO əməkdaşlarının etik davranış koteksin tələblərinə zidd olaraq və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq deyildir. Belə ki, həmin Əsasnamədə DİN-nin polis əməkdaşları barədə intizam tənbehi 7 bənddən ibarətdir. Onun barəsində sonuncunu tətbiq etməklə qərəzli qərar qəbul olunmuş, lakin hüquqları tam pozularaq tələblərdən maksimum biri görülə bilərdi (mərhəmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, DİO-dan xaric edilmə). Göründüyü kimi, DİN tərəfindən əsasnaməyə müvafiq yuxarıda qeyd edilən tələblərdən heç biri onun barəsində hətta fakt üzrə nöqsanlara yol verilsə də belə, maksimum töhmət və şiddətli töhmət görülmədiyi halda tam əsassız olaraq son tədbir olaraq işdən azad olunmuşdur. Ona görə də DİN DTİ tərəfindən aparılan araşdırma zamanı DİN-in x xxxxx 2005-ci il tarixli 130 nömrəli əmrin X7 etik davranış kodeksinin tələbi və DİN-nin x xxxxxxx 2010-ci il tarixli 637 nömrəli əmrinin tələblərindən irəli gələn hüquqlarının pozulması aşkar olunub. Bu isə həm də AR ƏM-nin 300-cü maddəsinin tələblərinə uyğun deyildir. Belə ki, həmin maddədə göstərilir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74, 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozaraq və ya 71, 76-ci maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin 2-ci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə Qərardad çıxarır. Göstərilənlərə əsaslanaraq, məhkəmədən onun (iddiaçının) Masallı RPŞ-nin X4 baş inspektoru vəzifəsinə bərpa olunmağı və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakıları bildirir: - İddiaçı AR Daxili İşlər Nazirliyinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə əlaqədar iddia ərizəsi ilə müraciət etmişdir. Müəyyən edilmişdir ki, xx xxxx 1998-ci il təvəllüdlü Qazax rayonunun Ağköynək kənd sakini Rövşən Eyubov xx xxxxxx 2013-cü il tarixdə Qazax RPŞ tərəfindən AZE 10608597 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş, xx xxxx 2015-ci il tarixdə isə Nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Pasport İdarəsində C 00626596 nömrəli ümumvətəndaş pasportu almışdır. X13 yeniyetmələr arasında yarışlarda iştirak etmək üçün güləş müəllimi olan atası Müşviq Eyubovun vasitəsilə qanunsuz yolla əldə etdiyi Şəmkir Rayon Qeydiyyat Şöbəsinin xx xxxxx 2016-cı il tarixli AZ-İİİ 739049 nömrəli doğum haqqında saxta şəhadətnaməsini, eləcə də anası X9 rayonu Köhnə Alvadı kəndində yaşamasına dair həmin kənd nümayəndəliyinin x xxxxxx 2017-ci il tarixli saxta arayışını 2017-ci ilin fevral ayında Masallı Rayon Polis Şöbəsinə təqdim etmişdir. Həmin ərəfədə bölmə rəisi vəzifəsini müvəqqəti icra edən Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin sabiq inspektoru İddiaçı müvafiq yoxlama və müəyyənləşdirmə aparmadan vətəndaş İradə Eyubovanın “yaşayış yeri üzrə qeydiyyata alınması” və xx xxxxxx 2001-ci il təvəllüdlü X3 “16 yaşına çatmamış vətəndaşın” haqqında ərizə-anketlərini möhür və imzası ilə təsdiqləyərək sonuncunun adına x xxxxxx 2017-ci il tarixli AZE 11985552 nömrəli saxta şəxsiyyət vəsiqəsi hazırlamışdır. X13 x xxxxxx 2017-ci il tarixdə valideynləri ilə birlikdə DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Cənub bölgəsində regional şöbəsinə müraciət etmiş, həmin şöbənin kiçik inspektoru Elvar Məmmədov tərəfindən əlavə araşdırma aparılmadan yuxarıda qeyd olunan saxta şəxsiyyət vəsiqəsi əsasında 16 yaşına çatmayan Elşən Eyubzadənin adına x xxxxxx 2017ci il tarixli C01368308 nömrəli ümumvətəndaş pasportu hazırlanmış və o, x xxxx 2017-ci il tarixdə həmin pasportdan istifadə etməklə Gürcüstana gedib növbəti gün geri qayıtmışdır. Masallı RPŞ Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru vəzifəsində xidmət edərkən qeyd olunan nöqsanlara yol verdiyinə görə Masallı RPŞ-nin Təşkilati-inspektor qrupunun baş inspektoru, polis mayoru İddiaçı Nazirliyin x xxxxxx 2019-cu il tarixli Ə110- 001-19 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Digər aidiyyəti əməkdaşlar isə intizam məsuliyyətinə cəlb olunmuşdur. Faktla bağlı Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsində aparılan araşdırmanın davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tapşırılmışdır. DİN-in BMCMİ-nin İstinatq və Təhqiqat İdarəsində araşdırma aparılaraq hazırlanmış şəxsiyyət vəsiqəsinin saxta olması və onun hazırlanmasına əsas olmuş ərizə-anketdəki məlumatları həmin bölmənin inspektoru İddiaçı tərəfindən yoxlanması, sonuncu tərəfin dərı müvafiq möhürlətəsdiqlənməsi müəyyən edilmişdir. Lakin AR Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət hadisəsinin törədilməsindən 2 ildən artıq müddət keçməsi nəzərə alınaraq, eləcə də araşdırma zamanı adıçəkilən sənədlərin əsilləri əldə edilmədiyi üçün həmin sənədlər üzrə müvafiq ekspertizalar keçirilməsi mümkün olmadığından toplanmış material üzrə xx xxxx 2019-cu il tarixdə AR Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və 39.1.3-cü maddələrinə əsasən cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul edilmişdir. X1 əsaslı olaraq daxili işlər orqanlarında xidmətdən xaric olması məlum olur. Onun yol verdiyi intizam pozuntuları aparılmış xidməti təhqiqatla tam sübutayetirilmişdir. Bu baxımdan İddiaçı intizam məsuliyyətinə cəlb olunmasına dair qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə hər hansı əsas yoxdur. Həmçinin o da qeyd olunmalıdır ki, İddiaçı 2006-cı ildə Masallı RPŞ-nin kadr və peşə hazırlığı üzrə baş inspektor vəzifəsini icra etdiyi vaxtda DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin Əməliyyat sorğu və kriminal məlumatlar mərkəzinin operatoru vasitəsi ilə vətəndaşa saxta sənədlər əsasında məhkumluğun olmaması barədə müvafiq arayışın verilməsində vasitəçilik etdiyinə görə də DİN-in x xxxx 2006-cı il tarixli Ə288 nömrəli əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Bundan əlavə xx xxxxxx 2010-cu il tarixdən xx xxxx 2012-ci il tarixədək dövr ərzində Masallı RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsini icra edərkən idarəçilik və təşkilatçılıq sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmədiyinə, rəhbərlik etdiyi xidmət sahəsinin fəaliyyətini Nazirliyin normativ sənədlərinin tələbləri səviyyəsində təşkil etmədiyinə, tabelikdəki olan əməkdaşların xidməti və icra intizamına nəzarəti zəiflətdiyinə görə Nazirliyin xx xxxx 2012-ci il tarixli Ə160-001-12 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Bütövlükdə İddiaçı xidmət etdiyi dövr ərzində 5 dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. Göstərilənlərə baxmayaraq, İddiaçı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi ilə əlaqədar iddia ərizəsində yalnız bir dəfə intizam məsuliyyətinə cəlb edilməsini qeyd edərək bir daha qeyri-səmimi mövqe nümayiş etdirmişdir. Yuxarıda qeyd olunanlara, eləcə də İPM-in 48.2-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə olunmasını məqsədəuyğun saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. O, bildirdi ki, cavabdehin x xxxxxx 2019-cu il tarixli müvafiq əmrinin surəti ona təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkıməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını xahiş etdi. O, bildirdi ki, x xxxxxx 2019-cu il tarixli əmrlə bağlı iddiaçı iddia müddətini buraxmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı tələbini “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” kimi göstərsə də, o, mahiyyətcə cavabdehin iddiaçının DİO-dan xaric edilməsi barədə x xxxxxx 2019-cu il tarixli əmrini mübahisələndirir. Belə olan halda, onun iddiası mahiyyətinə görə “mübahisələndirmə haqqında” iddiaya aid edilməlidir. Nəzərə alınmalıdır ki, İPM-in 24-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik məhkəmədə “mübahisələndirmə haqqında” iddianın mübahisələndirilən inzibati aktın təqdim (elan) olunmasından 1 aylıq iddia müddəti ərzində qaldırılmasını nəzərdə tutur. Hazırkı iddia ərizəsi isə məhkəməyə iddiaçı tərəfindən inzibati aktın qəbulundan və elan olunmasından 1 il aydan artıq vaxt keçdikdən sonra təqdim olunmuşdur. Məhkəmə vurğulayır ki, mübahisə predmeti olan inzibati akt (əmr) xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Bu qənaət həm də ondan irəli gəlir ki, o, sonuncu vəzifəsini icra etmədiyi halda, xidməti münasibətlərdə digər nəticələrin (o cümlədən, xidmət yerinə gəlməməyə görə, lazımi qaydada icra etməməyə görə intizam məsuliyyəti) yaranma ehtimalı böyük olmuşdur. Halbuki, belə nəticələrdən heç biri olmamışdır. İPM-in 13, 24-cü maddələrinin tələbləri baxmından “buraxılmış prosessual müddətin bərpası”na gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı “əmrin surətini almadığını bildirməklə” iddia müddətini buraxılmış saymadığından və bu səbəbdən də müddət buraxılmasının səbəbləri üzrə hər hansı dəlil gətirmədiyindən, müddətin bərpasına dair ərizənin verilməsinin iddiaçıya tövsiyə olunması məqsədəuyğun deyil. İddiaçının tələbi və məqsədi mahiyyətcə aydın olduğundan, İPM-in 13 və 54-cü maddələrinin tələbləri baxımından iddianın dəqiqləşdirilməsi barədə iddiaçıya tövsiyə olunması da zəruri bilinməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı “iddia müddəti” buraxılmaqla qaldırdığından və iddianın mahiyyəti əmrin mübahisələndirilməsi olduğundan, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar