Məhkəmə qərarları › İş №2-1(112)-2976/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2976/2022

05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2976/2022 05.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Universiteti tərəfindən adına verilmiş xx.xx.2019-cu il tarixli, CİU №000085 saylı bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, cavabdeh tərəfindən iddia tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını yoxlayaraq hesab edir ki, ərizə təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). İddia ərizəsindən görünür ki, iddiaçının tələbi X4 Universiteti tərəfindən ona verilmiş xx.xx.2019-cu il tarixli, CİU №000085 saylı bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 Universiteti tərəfindən İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli CİU №000085 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması ilə əlaqədar İddiaçı müraciətinə yenidən baxılması üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 1 (bir) ay müddət təyin edilmiş, qərardad icra olunması üçün cavabdeh orqana göndərilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi məktubda bildirmişdir ki, İddiaçı X5 Universiteti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli CİU 000085 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və ona ixtisasın tanınması ilə bağlı müvafiq şəhadətnamələr verilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş T028304 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Qafqaz Beynəlxalq Universiteti tərəfindən verilmiş ali təhsil haqqında CİU 000085 nömrəli diplomun Azərbaycan Respublikasında 050903 Stomatologiya ixtisas/istiqamətinin həkim-stomatoloq bakalavr ixtisas dərəcəsi üzrə verilən diploma ekvivalent olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş İ027649 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı adına xx.xx.2019-cu il tarixdə Qafqaz Beynəlxalq Universiteti tərəfindən verilmiş CİU 000085 nömrəli diplom Azərbaycan Respublikasında tanınmışdır və keçilmiş fənlərin müvəffəqiyyətə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verilmişdir. Göründüyü kimi, məhkəmənin müəyyən etdiyi müddətdə artıq iddiaçının tələbi təmin olunmuş, onun iddia tələbinə uyğun diplomunun ekvivalentliyi müəyyən edilərək ixtisası tanınmış və müvafiq şəhadətnamə verilmişdir. Belə olan halda aydın olur ki, artıq işin mahiyyəti üzrə mübahisə mövcud deyil. Buna görə də məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin olunsun. İddiaçı cavabdeh Təhsildə X2rşı “diplom üzrə ixtisasın tanınması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar