Məhkəmə qərarları › İş №2-1(112)-2977/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2977/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2977/2022 04.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, NN oktyabr N-ci il tarixdə Suraxanı rayon Hərbi komisssarlığına gedərək, könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması üçün ordu sırasına yazılmışdır. N2 oktyabrdan 08 dekabr N-ci ildə Bibiheybət qəsəbəsində yerləşən N (indiki 70N) saylı hərbi hissədə təlim keçdikdən sonra Şuşa şəhərinə getmiş və Şuşanın Malibəyli kəndi müdafiəsində iştirak etmişdir. N0 yanvar N992-ci il tarixdə N saylı hərbi hissəyə qayıtmışdır. Sonra N yanvar Daşaltı əməliyyatında iştirak etmiş və orada sağ ayağından yaralanmışdır. Müalicə alandan sonra o, yenidən Şuşa şəhərinə qayıdıb Kərgicahan kəndi uğrunda gedən döyüşdə iştirak etmişdir. Sonradan o, N saylı hərbi hissədə hərbi qulluğunu davam etmişdir. Laçının Kirs dağı ətrafı uğrunda döyüşmüşdür. Füzuli rayonunun Araxanlı, Seyid Əhmədli, Qaraxanlı kəndləri müdafiəsi üçün döyüşlərdə iştirak etmişlər. Sonra o, hərbi hissəyə qayıtmış və hərbi biletini səfərbərlik şöbəsindən tələb etmiş, ona orada demişlər ki, müharibə qurtarıb, hərbi bileti özləri göndərəcəklər. Lakin hərbi biletini heç kəs göndərməmişdir və o, məcbur olub özü hərbi hissəyə getmiş və oradan hərbi biletini götürmüşdür. O, veteran adı və vəsiqəsini almaq üçün dəfələrlə hərbi komissarlığa indiki Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Suraxanı rayon şöbəsinə müraciət etmiş, amma heç bir nəticə əldə edə bilməmişdir. Bununla belə o, Arxiv İdarəsinə və Müdafiə Nazirliyinin nəzdində olan Veteran adı və müvafiq vəsiqələrin verilməsi komissiyasına müraciət etmişdir. Sonradan bilmişdir ki, Mərkəzi Arxiv İdarəsinin cavabında göstərilmişdir ki, guya o, hərbi hissəni özbaşına tərk etmişdir. Hərbi hissədən hərbi biletini tələb edəndə ona bu barədə heç nə deyilməmişdir, Mərkəzi Arxiv İdarəsindən sorğu aldıqdan sonra bilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin NN may 20N6-cı il tarixli 9/2-4035 saylı arayışına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçularının qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N996-cı il tarixli 433 nömrəli Fərmanından sonra başlamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar N996-cı il tarixli əmrin N-ci bəndində qeyd edilmişdir ki, N0 fevral N996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılsınlar. Həmin əmrin 2-ci bəndində qeyd edilmişdir ki, 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilsin. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-in N2.N-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası İPM-in 47.2-ci maddəsini rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddiasının rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.N963-cü il təvəllüdlü İddiaçı ünvan N ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.20N6-cı il tarixli, N87 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir, ünvan 2 ünvanda yaşayan N963-cü il təvəllüdlü, vətəndaş İddiaçı, ondan ötəri ki, o həqiqətən xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək ETTOİ-də stasionar müalicə almışdır. D-z: Sağ baldırın orta N/3-nin güllə yarası, açıq qəlpəli sınığı, yumşaq toxumaların didilmiş, dağılmış yarası. Arayış ETTOİ-nun N992-ci ilə aid yaralı xəstələrin stasionar qeydiyyat jurnalına əsasən verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-4035 nömrəli arxiv arayışında göstərilmişdir ki, verilir N-ci tabor 2-ci bölüyün əsgəri İddiaçı ondan ötrü ki, N () №-li hərbi hissə komandirinin N fevral N992-ci il tarixli 39 №-li əmrilə (əsas: § N, səh. 8, sıra 53, əmrdə adı Nizami yazılmışdır, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edilir ki, 70N №-li hərbi hissə komandirinin noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və yaralanmağı barədə məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.20N8-ci il tarixli, M-N853 nömrəli arayışında qeyd olunmuşdur ki, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx xxxxxx N963-cü ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş İddiaçı məhkumluğu barədə məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.20N8-ci il tarixli, 2N7 nömrəli arayışında göstərilmişdir ki, verilir N963-cü il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.N-ci il tarixdən xx.xx.N992-ci il tarixədək N () saylı hərbi hissə, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Qarabağ könüllü müdafiə batalyonunda hərbi xidmət keçmişdir. Gəncə Hərbi Prokurorluğunda cinayət işi və ya araşdırma materialı yoxdur (Gənci HP-nun xx.xx.20N8ci il tarixli HPN5/296 nömrəli məktubu). Əsas: Hərbi bilet NZ № 4474932. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 9/2-3865 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir, İddiaçı ondan ötrü ki, N №-li hərbi hissə komandirinin N aprel N994-cü il tarixli 82 №-li əmrində (əsas: §2, sıra-N23; qeyd: əmrdə soyadı “Mehtiyev”, adı “Nizami”, atasının adı “Seid” yazılmışdır) döyüş əməliyyatları bölgəsini və hərbi hissəni özbaşına tərk etdiyinə görə sıravi X4 qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N8 oktyabr N994-cü il tarixli N №-li əmrində (əsas: §6, sıra-222; qeyd: əmrdə soyadı “Mehtiyev”, adı “Nizami”, atasının adı “Sədi” yazılmışdır) hərbi hissəni özbaşına tərk etdiyinə görə sıravi X5 Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyat sənədlərinin Perekeşkül ŞHQM-nə göndərilməsi barədə məlumat vardır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin noyabr-dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı barədə xx.xx.20N6-cı il tarixli 9/2-4035 №-li və xx.xx.20N6-cı il tarixli 9/2-N0N39 №-li məktublarla vətəndaşın ünvanına, xx.xx.202N-ci il tarixli 9/2-3053 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya cavab göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.202N-ci il tarixli, 4/2-N405 nömrəli məktubunda bildirilmişdir ki, N () №-li hərbi hissə komandirinin N fevral N992-ci il tarixli 39 №-li əmrində İddiaçı Seydi oğlunun (əsas: § N, sıra 53, əmrdə adı Nizami yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq vəzifəsindən azad edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N aprel N994-cü il tarixli 82 №-li əmrində döyüş əməliyyatları bölgəsini və hərbi hissəni özbaşına tərk etdiyinə görə sıravi X4 (əsas: § 2, sıra N23, əmrdə soyadı Mehtiyev, adı Nizami və atasının adı Seid yazılmışdır, vəzifəsi göstərilməyib) qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N8 oktyabr N994-cü il tarixli N №-li əmrində hərbi hissəni özbaşına tərk etdiyinə görə sıravi X5 Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən (əsas: § 6, sıra 222, əmrdə soyadı Mehtiyev, adı Nizami və atasının adı Sədi yazılmışdır, vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyat sənədləri Pereküşkül qəsəbəsinə Ş.H.Q.M-nə göndərilməsi barədə məlumat vardır. Qeyd edilir ki, N () №-li hərbi hissə komandirinin noyabr N-yanvar N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin noyabr-dekabr N993-cü il, yanvar-mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və Azərbaycan Respublikası Müdafiə Nazirinin N992-ci il tarixli əmrlər kitabında olan “Azərbaycan Qarabağ” dəstəsinin şəxsi heyətinin siyahısında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və Azərbaycan Qarabağı Özünümüdafiə dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.202N-ci il tarixli, N775 nömrəli məktubunda bildirilmişdir ki, N963-cü il təvəllüdlü İddiaçı uçot kartasının əsasında xx.xx.N-ci il tarixdən xx.xx.N992-ci il tarixədək 70N saylı hərbi hissədə, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Azərbaycan Qarabağ könüllü Müdafiə batalyonunda, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək N saylı hərbi hissədə gedən döyüşlərdə hərbi xidmət keçmişdir. Tərəflərindən xx.xx.20N8-ci il tarixdə Gəncə Hərbi Prokurorluğuna İddiaçı barəsində göndərilən sorğu, cavabında cinayət işi və ya araşdırma materialı olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.202N-ci il tarixli, HPxx/xx-NN436 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı N-ci ilin oktyabr ayından N994-cü ilin may ayına kimi Qarabağ könüllü müdafiə taborunda, sonra isə 70N, N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı onun barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərdiyi xx.xx.202N-ci il tarixli tələbnamə icra edilmiş və xx.xx.202N-ci il tarixli möhürdə “Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2020-ci il tarixli, 532 nömrəli arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı ilə ölkə ərazisində qismən səfərbərlik elan olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş plana uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirləri həyata keçirilməsini təmin etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Mehdiyev X3 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə sürücü qismində şəxsi heyətin daşınması üçün təhkim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 555 nömrəli məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N8-ci il tarixli, 953 nömrəli qərarında göstərilmişdir ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən N-ci ildə hərbi xidmətə çağırılmış, Gəncə hərbi prokurorluğunun xx.xx.20N8-ci il tarixli HP N5/296 nömrəli məktubunda barəsində cinayət işi və ya təqsirləndirici material olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə kimi Elmi-tədqiqat travmatologiya və ortopediya institutunda müayinə və müalicə olunduğu yaralanma diaqnoz: “Sağ baldırın orta N/3-nin güllə yarası, qamış sümüyünün açıq qəlpəli sınığı, yumşaq toxumaların didilmiş, dağılmış yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı rayon idarəsinin xx.xx.20N8-ci il tarixli 33 nömrəli göndərişi, xx.xx.20N8-ci il tarixli 2N7 nömrəli arayışı, Elmi-tədqiqat travmatologiya və ortopediya institutundan verilmiş xx.xx.20N6-cı il tarixli N87 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi. MN MHHK-nın 89N nömrəli xx.xx.20N8-ci il tarixli protokolu. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-2436 nömrəli məktubunda bildirilmişdir ki, N () №-li hərbi hissə komandirinin noyabr N-yanvar, mart-dekabr N992-ci il, N993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin yanvar N992-dekabr N993cü il, yanvar-mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və Azərbaycan Respublikası Müdafiə Nazirinin N992-ci il tarixli əmrlər kitabında olan “Azərbaycan Qarabağ” dəstəsinin şəxsi heyətinin siyahısında İddiaçı xidməti, yaralanması və müalicəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və Azərbaycan Qarabağı Özünümüdafiə dəstəsi komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - N8NN0 №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 39 nömrəli əmrindən çıxarışa əsasən aşağıda adları qeyd olunan hərbi qulluqçular hissənin şəxsi heyətinin siyahısından silinsin, bütün növ təminatdan çıxarılsın və tutduqları vəzifədən azad edilsinlər: 53. İddiaçı Seydi oğlu - N tabor N bölük. - N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 82 nömrəli əmrindən çıxarışa əsasən aşağıda adı çəkilən döyüş əməliyyatları bölgəsini və hərbi hissəni özbaşına tərk etmiş həri qulluqçular qazan təminatından çıxarılsınlar: N23. X6. - N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 225 nömrəli əmrindən çıxarışa əsasən: Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən aşağıda adı çəkilən hərbi hissəni özbaşına tərk etmiş hərbi qulluqçuların şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyat sənədləri Pereküşkül qəsəbəsinə Ş.H.Q.M-nə göndərilsin: 222. X7. Məhkəmənin sorğusuna cavab olaraq Gəncə Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HPN7/2840 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Gəncə hərbi prokurorluğunda məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 648 nömrəli məktubunda bildirilmişdir ki, N963-cü təvəllüdlü İddiaçı XN tərəfindən verilmiş 58N nömrəli xx.xx.20N8-ci il tarixli xəstəxanadan çıxanın statistik kartı və Elmi-tədqiqat travmatologiya və ortopediya İnstitutunun N87 nömrəli xx.xx.20N6cı il tarixli arayışı əsasında SHXÇDX-nin Suraxanı rayon idarəsi tərəfindən xx.xx.20N8-ci il tarixli 33 nömrəli göndəriş verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.202N-ci il tarixli, N/M-N7208 nömrəli məktubda qeyd olunmuşdur ki, sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N6-cı il tarixli 9/2-4035 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində xidmətiniz və qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N0 aprel 20N5-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.N, 3.N və 8.N-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N0 aprel 20N5-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. İstinad olunan normalardan müəyyən edildiyi kimi məcburetmə haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtləri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və inzibati aktın qəbul edilməsindən imtina barədə məlumatın verildiyi vaxtdan 30 gün müddətində məhkəmədə iddia qaldırmasıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.202N-ci il tarixli imtina cavabından sonra iddia ərizəsini xx.xx.202N-ci il tarixdə məhkəməyə təqdim etməklə 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.2ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Sadalanan normalardan göründüyü kimi “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır. Hərbi xidmət keçmə dedikdə yuxarıda qeyd edildiyi kimi hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını ehtiva edir. Hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır. Başqa sözlə, qanunvericilik şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həmin hərbi hissədən qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsini tələb edir. İş üzrə müəyyən olunur ki, iddiaçının hərbi qeydiyyat kartasına əsasən N8NN0 (70N) saylı hərbi hissədə, Azərbaycan Qarabağ könüllü Müdafiə batalyonunda, N saylı və N saylı hərbi hissələrdə hərbi xidmət keçmişdir. Müdafiə Nazirliyinin Mərkəzi arxivindən verilmiş sorğuya cavablarda iddiaçının N () №-li hərbi hissə komandirinin N fevral N992-ci il tarixli 39 №-li əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq vəzifəsindən azad edilməsi barədə məlumatın olması, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərinin və Azərbaycan Qarabağı Özünümüdafiə dəstəsi komandirinin nizami hissə üzrə əmrlərinin Mərkəzi Arxivə təhvil verilmədiyi bildirilmişdir. İddiaçının xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə kimi Elmi-tədqiqat travmatologiya və ortopediya institutunda müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ baldırın orta N/3-nin güllə yarası, qamış sümüyünün açıq qəlpəli sınığı, yumşaq toxumaların didilmiş, dağılmış yarası” na görə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N8-ci il tarixli, 953 nömrəli qərarı ilə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” şəklində şəhadətləndirilsə də yuxarıda adı çəkilən 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələbinə əsasən N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsinin verilməsi mümkün hesab olunur. İddiaçının yaralanması isə N994-cü il N2 may tarixindən əvvəl olmuş, yaralanmadan sonra xidmətini davam etdirmişdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivindən əldə edilmiş əmrlərdən çıxarışların surətindən görünür ki, iddiaçı N №-li hərbi hissə komandirinin N8 oktyabr N994-cü il tarixli N №-li əmrində hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N994-cü il tarixli müvafiq əmrinə əsasən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Beləliklə, iş üzrə iddiaçının sonuncu dəfə xidmət etdiyi hərbi hissədən hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxıldığı müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.N-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar