Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-298/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa olunması”-na dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial Ekspert Komissiyasının həkimləri İlkin Şirinov və Mətanət Məmmədovaya qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun 36 il bundan əvvəl, yəni 1982-1984-cü illərdə həqiqi hərbi xidmətdə aldığı travmaya görə hərbi həkim və tibbi sosial ekspert komissiyası tərəfindən təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, bərpa olunması haqqında öhdəliyin Tibbi Sosial Ekspert Komissiyasının həkimləri İlkin Şirinov və Mətanət Məmmədovanın üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1964-cü ildə doğulmuşdur. 2ci qrup hərbi travmalı əlil, 2-ci Dünya müharibəsi əlillərinə bərabər tutulan şəxsdir və şəhid ailəsi statusu vardır. 1982-1984-cü illərdə Almaniya Demokratik Respublikasının Drezden şəhərində yerləşən Sovet ittifaqı silahlı qüvvələrinə aid olan N saylı motoatıcı hərbi hissədə xidmət etmiş, xidmət etdiyi müddətdə hərbi nizamnaməyə uyğun döyüş tapşırığını yerinə yetirərkən ağır hərbi travma almış, həmin vaxdan bu günə kimi 2-ci dərəcəli hərbi xidməti vəzifəsini yerinə yetirən əlildir. Onun 1982-1984-cü ildə müddətli həqiqi hərbi xidmət keçən zaman aldığı hərbi travmaya görə Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə uyğun olaraq sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 12 mart 2020 ci il tarixdə qanunsuz olaraq onun 2- ci dərəcəli əlilliyini dəyişib 3-cü dərəcə əlillik etmiş bunun səbəbini soruşduqda isə ona heç bir cavab verilməmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun 36 il bundan əvvəl, yəni 1982- 1984cü illərdə həqiqi hərbi xidmətdə aldığı travmaya görə ona Hərbi həkim və tibbi sosial ekspert komissiyası tərəfindən təyin olunmuş 2-ci dərəcəli əlilliyinin müəyyən edilərək, həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya xx.xx.2007-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksyasının pozulması” diaqnozu iiə “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2020-ci il tarixdə nəzarət qaydasında Agentlikdə əyani müayinə olunmuş, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitunun verdiyi “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Bud-çanaq oynağının koksartrozu. yaxınlaşdırıcı açıcı-bükücü kəskin kontrakturası” diaqnozunu və onda olan patofunksional dəyişiklərin ağırlıq dərəcəsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.7. bəndinə müvafiq olaraq “hərbi xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçının hazırkı sağlıq durumu, onda olan patofunksional dəyişiklərin ağırlıq dərəcəsi Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ikinci dərəcə əlilliyin təyininə əsas vermir, üçüncü dərəcə əlilliyin təyini qanunamüvafiqdir. İddiaçıya üçüncü dərəcə əlilliyin təyini zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir.Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə xx.xx.1964-cü ildə Füzuli rayonu, Horadiz kəndndə doğulmuş İddiaçı həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı hərbi travmaya görə 2-ci dərəcəli əlilliyinin bərpa olunmasına dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Sözügedən qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1405/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1251/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Füzuli rayonu, Horadiz kəndində doğulmuş və həmin ünvanda qeydiyyatdadır. - НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 505 saylı arayışından müəyyən edilir ki, 1964-cü il təvəllüdlü İddiaçı xx.xx.1983-cü ildə keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidməti vəzifəsini yerinə yetirərkən hərbi travma almışdır (Əsas: 591 №li Hərbi Hospitalın xx.xx.1984-cü il tarixli 80 № li xəstəlik şəhadətnaməsi (surəti iş materiallarına əlavə olunmuşdur) . - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 3QHM300002 №li müayinənin nəticələrinə dair arayışa əsasən İddiaçı ikinci dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi Hərbi xidmət vəzifəsini yerinə yetiməklə əlaqədar; müayinə tarixi xx.xx.2007; TSEK-in diaqnozu: sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının pozulması. Əlilliyin müəyyən olunması meyarı: İkinci dərəcə əlillik=> Digər Sağ bud sümüyünün və qasığ sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Füzuli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 saylı arayışından görünür ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlil kimi 233,19 manat müddətsiz olaraq pensiya və 230 manat müddətsiz olaraq Prezident təqaüdü alır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmiş, əlilliyin səbəbi kimi Hərbi xidmət vəzifəsini yerinə yetiməklə əlaqədar; qiymətləndirmə tarixi xx.xx.2020; diaqnoz: sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti iddiaçının müraciətinə xx.xx.2020ci il tarixli **********3 saylı məktubla cavab vermiş və bildirmişdir ki, ona xx.xx.2020-ci il tarixli hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz 3-cü dərəcə əllik təyin edilmişdir. Səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib qərar veriləcəkdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirilmə protokoluna əsasən, Füzuli rayonu, Horadiz kəndi ünvanında qeyd olunan, İddiaçı əlillik vəziyyəti xx.xx.2007-ci il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, müddətsiz, İİ (ikinci) dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiə Fonduna daxil olan audit yoxlaması ilə bağlı, iclası ilə bağlı təkrar qiymətləndirilmə keçirilərək bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdə aparılan əyani müayinə zamanı, İddiaçı tibbi sənədlərində qeyd edilmiş (Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Sağ aşağı ətrafın hərəkət məhdudluğu və funksiyasının pozlması.) mövcud sağlamlıq vəziyyəti ilə (Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi. Bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı açıcı-bükücü kəskin kontrakturası.) eynilik təşkil etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.7-ci bəndində uyğun olaraq, İİİ (üçüncü) dərəcə, əlilliyin təyini üçün əsasdır və məqsədəmüvafiqdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 368/2020 saylı (ekspertizanın başlanma tarixi 14 dekabr 2020-ci il, başa çatma tarixi 28 dekabr 2020-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən müayinə üçün Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutuna göndərilmiş və ona “sağ bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, varus və rekurvasiya deformasiyaları, sol oturaq və qasıq sümüklərinin bitişmiş sınığı, sol sirkə kasası ətrafı osteofitləri, bud-çanaq oynağının koksartrozu, yaxınlaşdırıcı, açıcı, bükücü kəskin kontrakturası, (uzaqlaşma 25%, bükmə 145%, açma 10%), sağ oturaq sinirinin zədələnməsi, əzələlərin atrofiyası, hissiyyat zəifliyi, daimi ağrı sindromu və dayaq-hərəkət sisteminin əhəmiyyətli dərəcədə pozulması” diaqnozu qoyulmuşdur, yəni əvvəllər müəyyən edilmiş diaqnoz bir daha təsdiq edilmişdir. Qeyd edilən xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-2.1.15-ci bəndlərində nəzərdə tutulmuş hallardan hər-hansı birinə uyğun olub-olmaması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ekspertlərinin səlahiyyətlərinə aiddir. - Məhkəmənin 2-1(112)-1251/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2022ci il tarixli, **********0 nömrəli məktubdan görünür ki, Füzuli rayon sakini İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi barədə məhkəmənin 24 dekabr 2021-ci il tarixli, 2-1(112)- 1251/2021 nömrəli məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada nəzarət qaydasında əyani müayinə olunmuşdur. Belə ki, İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi” diaqnozu - üçüncü dərəcə əlilliyin təyininə əsas vermişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq İddiaçı “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəməicraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti iddiaçının müraciətinə xx.xx.2020-ci il tarixli **********3 saylı məktubla cavab vermiş və bildirmişdir ki, ona xx.xx.2020-ci il tarixli hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz 3-cü dərəcə əllilik təyin edilmişdir. Səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib qərar veriləcəkdir. Sözügedən məktubda iddiaçıya həmin qərardadan şikayət vermə müddəti və qaydaları izah edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən səhiyyə müəssisəsinin 0221003AAEWM saylı göndərişi əsasında xx.xx.2007-ci il tarixdə iddiaçıya müddətsiz ikinci dərəcə əlillik dərəcəsi təyin edilmiş və xx.xx.2020-ci il tarixdə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Hazırda iddiaçı 2-ci dərəcəli əlillik dərəcəsinin bərpa olunmasını istəyir. İddiaçı məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuş, onun həmin ankı obyektiv vəziyyətinin müayinəsi zamanı tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Sağ bud sümüyünün ortaq və qasıq sümüyünün sınığı. Bud-çanaq oynağının kapsul-bağ aparatının gərilməsi və zədələnməsi” diaqnozu – üçüncü dərəcə əlilliyin təyininə əsas vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq iddiaçının “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbindən müddətsiz üçüncü dərəcə əlilliyi qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iddiaçının mövcud sağlamlıq vəziyyətinin əlillik əlaməti 3-cü dərəcəyə əsas verməsi məhkəmə araşdırması zamanı da, əyani müayinə keçirilməklə, yenidən qiymətləndirilmiş və diaqnozun 3-cü dərəcə əlillik dərəcəsi təyin etməsi bir daha öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi hazırki iş üzrə, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələblərinə əsasən, iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Məhkəmə eləcə də qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak etmiş iddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən ona müddətsiz təyin edilmiş əlillik dərəcəsinin yenidən qiymətləndirilməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə iddiaçının həmin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində yaradılmış Komissiyanın 12 mart 2020-ci il tarixli təkrar qiymətləndirmə protokolundan müəyyən edilmişdir ki, iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsinə əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tapşırığı əsasında Dövlət Sosial Müdafiəsi Fonduna daxil olan audit yoxlaması ilə bağlı təkrar qiymətləndirilmə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya 2-ci qrup müddətsiz təyin edilmiş əlillik dərəcəsinin təyin edildiyi dövrdə də, qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 5.3.2-ci maddəsində də, göstərilmişdir ki, vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyinin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkəsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-298/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-298/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver