Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-298/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X5 işə cəlb edilməklə “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X5 işə cəlb edilməklə “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə “vərəsəlik işi ilə əlaqədar 209 nömrəli Ləhiş bağ-tikinti kooperativi tərəfindən X8 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış 3729 (və ya 3529) saylı bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 209 nömrəli Ləhiş bağ-tikinti kooperativi tərəfindən X8 Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində 3729 (və ya 3529) saylı bağ sahəsi ayrılmışdır. Qeyd olunan hal Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2017-ci il tarixli 3634 saylı arxiv arayışı ilə təsdiq edilir. xx.xx.2011-ci il tarixində ölən X6 vərəsələri (nəvələri) X9, İddiaçı və X3 müraciətləri əsasında xx.xx.2017-ci il tarixində Bakı şəhəri 15 saylı notariat kontoru tərəfindən vərəsəlik işi açılmışdır. Bundan sonra, qanun üzrə vərəsə kimi İddiaçı vərəsəlik işi ilə əlaqədar 209 nömrəli Ləhiş bağ-tikinti kooperativi tərəfindən X8 Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ massivində ayrılmış 3729 (və ya 3529) saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin "31" yanvar 2022-ci il tarixli, **********17 nömrəli məktubu ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtina məktubunu onunla əsaslandırmışdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Lakin nəzərə alınmalıdır, adına bağ sahəsi verilmiş X12 vəfat etdiyi üçün, iddiaçı qeyd olunan sənədləri cavabdehə təqdim edə bilməmişdir. Əvəzinə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2017-ci il tarixli 3634 saylı arxiv arayışı cavabdehə təqdim edilmişdir. Həmin arxiv arayışına əsasən X8 torpaq sahəsi Bakı şəhəri, Xalq deputaları sovetinin İcra Komitəsinin 9 oktyabr 1990-cı il tarixli 6/137 nömrəli qərarı ilə verildiyi göstərilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri və 1.3-cü bənde əsasən şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərdir. Bundan başqa cavabdeh özü məktubda göstərir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə Bakı şəhəri, İcra hakimiyyətinin nəzdində olan bağ təsərrüfat idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilmişdir. Odur ki, cavabdeh tələb etdiyi "bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı” öz sərəncamında olan arxiv məlumatları əsasında müəyyən edə biləcəyi halda, qanunsuz olaraq həmin sənədləri vəfat etmiş şəxsin vərəsəsindən tələb edir. Bundan başqa nəzərə alınmalıdır ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtina əsasları göstərilmişdir. Lakin cavabdehin məktubunda imtina əsaslarının heç biri qanunun 15-ci maddəsi ilə uyğunluq təşkil etmir. Bu isə cavabdeh tərəfindən iddiaçının atasına məxsus əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının əsassız və qanunsuz olaraq imtina edilməsinin göstəricisidir.
3. Məhkəmənin 2-1(112)-11505/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi “209 nömrəli Ləhiş bağ-tikinti kooperativi tərəfindən X8 Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində ayrılmış 3293 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun X8 məxsusluğuna dair arayışın verilməsi” kimi dəyişdirilmişdir.
4. Məhkəmənin 2-1(112)-1548/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 iş üzrə zəruri cəlbetmə qaydasında üçün şəxs qismində cəlb edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş sərəncamın arxiv arayışı natamamdır və arayışda ayrılmış bağın nömrəsi və sahəsi qeyd olunmamışdır. Qeyd olunanlarla yanaşı, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin bir hissəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyi məlum olmuşdur.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmlər, iştirak etməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Cavabdeh tərəfindən iddiaçının müraciətindən təmin edilməsindən xx.xx.2023-cüil tarixli, 3-21-3-30/2-H-0566-8/2023 **********87 nömrəli məktubla imtina edilmişdir.
10. Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 536 nömrəli məktubla bildirilmişdir ki, xx.xx.2011-ci il tarixdə ölən X6 vərəsələri – nəvələri X9, X11 və X7 müraciətləri əsasında xx.xx.2017-ci il tarixində tərəflərindən vərəsəlik işi açılmışdır. Vərəsələrin sözlərinə əsasən miras qoyan X6 istifadəsində olan torpaq sahəsi olmuşdur. X6 adına olan torpaq sahəsinə dair arxivdəolan sənədlərin dublikatının verilməsi xahiş edilmişdir.
11. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2017-ci il tarixli, 3634 nömrəli məktubla keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 6/317 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Həmin Qərara əsasən Ləhiş sahəsində 209 nömrəli kooperativdə X8 bağ sahəsi ayrılmışdır.
12. Bakı şəhəri Nizami rayon VVADQ Şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AZ nömrəli, 101716 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X13 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2001-ci ilin 10-cu ayının 17-si günündə, 701 nömrə ilə qeyd edilmişdir.
13. Cavabdeh tərəfindən təqdim edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən torpaq sahəsinin faktiki ölçüsü 1224.0 kv.m-dir. Vətəndaştərəfindən göstərilən ümumi 1244.0 kv.m sahə hasarla 3 hissəyə ayrılmış vəziyyətdədir. Sahənin 1 hissəsi (615.0 kv.m) digər vətəndaş tərəfindən hasarlanmışdır və faktiki istifadəsindədir. Həmin sahəyə daxil olmaq mümkün olmamış, ölçülər hasara çölündün götürülmüşdür. Həmin hissədə tikililər var. 90 kv.m hissə qonşu sahənin hasarı daxilində göstərilir, qalan 520 kv.m-nin isə 2 tərəfi hasar, 2 tərəfi isə şərtidir. Bağ sahəsinin nömrəsi və sahəsi məlum deyil. Bağların bölgüsünə dair sxematik bölgüyə əsasən göstərilə sahə 3293 saylı bağın ərazisinə uyğun gəlir.
14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-44269/2023 **********69 nömrəli məktubla bildirilmişdir ki, İdarənin arxivində 209 BTK-ya aid yerləşmə sxemi əlavə olundu. Həmin BTK nəzdində 3293 saylı bağ sahəsinin ayrılmasına dair sənəd(order) aşkar olunmamışdır. Vahid elektron kadastr bazasında iddia olunan ərazinin dövlət reyestrində qeydiyyatı və digər fiziki şəxsin müraciəti barədə məlumat yoxdur.
15. İddiaçının nümayəndəsi və vəkili tərəfindən iş materiallarına mübahisəli torpaq sahəsinin fotoşəkilləri əlavə edilmişdir.
16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubla bildirilmişdir ki, sorğu ilə əlaqədar olaraq 209 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş siyahıda kooperativin üzvləri siyahısında X6 adı 15-ci sırada qeyd edilmişdir.
17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********79 nömrəli məktubla bildirilmişdir ki, hazırda istinad edilən mövcud məlumat bazasında (baza məhduddur) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 3293 saylı bağ sahəsinə dair sənəd, həmçinin "3293" bağ nömrə ilə dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair məlumat aşkar olunmamışdır.
18. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3- 21-3-30/2-18048/2023 **********48 nömrəli məktubla bildirilmişdir ki, yerləşmə sxemində qeyd edilən bağ nömrələrindən 449 saylı bağ sahəsi (0.12 ha) 12 nömrəli order və DTXK tərəfindən tərtıb edilmiş xx.xx.2014-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2019-cu il tarixdə 211 saylı BTK üzvlərinin siyahısında adı qeyd edilən X2 adına dövlət reyestrində qeydiyyata alınmışdır və özgəninkiləşdirilmişdir. Arxivdə mövcud olan sənədlərə əsasən yerləşmə sxemində qeyd edilən 457a saylı bağ sahəsi üzvlərin siyahısında adı qeyd edilən X10 ayrılmış, sonradan həmin bağ sahəsi 391a saylı bağ sahəsi ilə əvəz edilsə də, məhkəmə qətnaməsi əsasında onun adına 331a saylı bağ sahəsi qeydiyyata alınmışdır.
19. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 7 dekabr 2022-ci il tarixli, Ba-07949-2022 nömrəli məktubla Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzər xx.xx.1998-ci il tarixli, 6/333 saylı qərarının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir.
20. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 11 mart 2022-ci il tarixli, BA-01386-2022 nömrəli məktubla Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 6/317 saylı qərarının və ona əlavə edilmiş 209 sayl Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
21. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********49 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən göstərilən ümumi 1224,0 kv.m sahə hasarla 3(üç) hissəyə ayrılmış vəziyyətdədir. Sahənin bir hissəsi (615,0 kv.m) digər fiziki şəxs tərəfindən hasarlanmış və faktiki istifadəsindədir (üzərində tikili var). Həmin sahəyə daxil olmaq mümkün olmadığından ölçülər hasarın çölündən götürüldü. Ümumi sahənin 89,0 kv.m hissəsi qonşu sahənin hasarı daxilindən göstərilir, qalan 520,0 :v.m sahə isə iki tərəfi hasarla, iki tərəfi isə şərti olmaqla sərhədlənmişdir. Sözügedən bağ sahəsinin nömrəsi və ölçüsü məlum deyil. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahə 3293 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Göstərilən əraziyə digər fiziki şəxs olan X6 müraciəti mövcuddur.
22. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli, 3-21-3-30/2-3320/2025 nömrəli məktubla bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, iddiaçının nümayəndəsi tərəfindən göstərilən 1224.0 kv.m sahə hasarla üç hissəyə ayrılmışdır. Sözügedən sahənin 615.0 kv.m sahəsi digər şəxs tərəfindən hasarlanmışdır. Eyni zamanda həmin ərazi faktiki istifadəsindədir. Bağ nömrəsi və sahəsi məlum deyil. Həmçinin bağların bölgüsünə dair sxematik bölgüyə əsasən göstərilən sahə 3293 saylı bağın ərazisinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı, BTK-ların ayrıcı olmur. Bu səbəbdən qeyd olunan sualın cavablandırılması tərəfimizdən mümkün olmamışdır. Bundan əlavə 209 saylı BTK-nın bölgü sxeminin surəti məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
23. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
24. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
26. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
27. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
28. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
29. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
32. İşin hallarından göründüyü kimi, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/317 nömrəli qərarına əsasən iddiaçının mərhum babası X8 Ləhiş bağ massivində 209 nömrəli kooperativ nəzdində bağ sahəsi ayrılmışdır. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən hüquqmüyyənedici sənədlərin təqdim edilməməsi, təqdim edilmiş sərəncamın arxiv arayışı natamam olması və arayışda ayrılmış bağın nömrəsi və sahəsi qeyd olunmamasına, həmçinin, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin bir hissəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyinin məlum olmasına istinad edilməklə imtina edilmişdir.
33. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - İddiaçının mərhum babasına ayrılmış bağ sahəsinin ayrılması barədə sərəncamda torpaq sahəsinin ölçüsünün və nömrəsinin göstərilməməsi iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı işdəki sənədlərlə müəyyən olunmuşdur ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/317 nömrəli qərarına əsasən iddiaçının mərhum babasına ayrılmış bağ sahəsinin aid olduğu kooperativdə yerləşən bağ sahələrinin ölçüləri 1200 kv.m təşkil etməklə həmin vaxdan mübahisəsiz olaraq iddiaçının babasının və onun ailəsinin istifadəsindədir. İddiaçının hüquqmüəyyənedici sənəddə göstərilən ölçüdən əlavə istifadəsində olan torpaq sahəsinə dair hər hansı bir iddiası yoxdur. Bundan əlavə iddiaçının iddia etidiyi bağ sahəsi cavabdehin özünün də, təsdiq etidiyi kimi bağların sxematik xəritəsinə əsasən “3293” saylı bağın ərazisinə uyğun gəlir. Sözügedən qərarın arxiv nüsxəsi mövcuddur və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə əsasən həmin sərəncam və order mötəbər qiymətləndirilməlidir. İddiaçının mərhum babasına torpaq sahəsi ayrılması barədə qərarın arxiv nüsxəsi mövcud olduğu təqdirdə, müvafiq torpaqayırma orqanı tərəfindən sonradan prosessual pozuntulara yol verilməklə torpaq sahəsinə dair orderin verilməməsi hazırda iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Bununla da, iddiaçının mərhum babasına mübahisəli torpaq sahəsinin ayrılması barədə qərar (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə, hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Lakin, cavabdeh tərəfindən hüquqların qeydə alınmasını istisna edən imtinanın halları əsaslandırılmamış və bu halların hüquqların dövlət reyestrində qeydiyyatı aparmağa hansı əsasla manəə törtədiyi göstərilməmişdir.
34. Eləcə də, qeyd edilməlidir ki, cavabdeh tərəfindən İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin bir hissəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyinin məlum olması bildirilsə də, sözügedən hissəyə dair həmin şəxslərin hüquqmüəyyənedici sənədlərinin və iddialarının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
35. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır.
36. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum babası X1 torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
39. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X6 vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.
40. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
41. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
42. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
45. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 209 nömrəli Ləhiş bağ-tikinti kooperativi tərəfindən X8 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində ayrılmış 3293 saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X8) məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva