Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2981/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, Üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13 sentyabr 2023-cü il tarixli, **********448300 saylı Qərarının ləğv edilməsi və yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 19 iyul 2022-ci il tarixdə "xxxx" MTK ilə arasında bağlanmış 0399 saylı Payçı Müqaviləsinə əsasən “AVANT PARK” Yaşayış kompleksinin 9cu binasında, 9-cu blok, 8-ci mərtəbə, 1 nömrəli 1 otaqlı mənzil dəyəri 58.848 manat olmaqla iddiaçı tərəfindən əldə edilmişdir. 19 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən 9.000 manat avans ödənilmiş və 49.848 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 21 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən MTK-ya 49.848 manat məbləğində pul ödənilərək MTK-ya mənzilə görə olan borcum tam ödənilmişdir. Bundan sonra ƏDV-nin geri alınması ilə bağlı elektron vergi kabinetimdən müraciət etməyə cəhdlər etsəm də texniki nasazlıq olduğundan bu mümkün olmamışdır. Bununla bağlı Dövlət Vergi Xidmətinə müraciətlərim olmuş və mənə bildirilmişdir ki, mövcud problemlə bağlı araşdırılma aparılmış və texniki nasazlıq aradan qaldırılmışdır. Eyni zamanda bildirilmişdir ki, ərizəni ümumi məlumatlar bölməsində “Qaiməsiz müraciətlər” bölməsindən göndərməyim tövsiyyə olunur. İddiaçı bildirilən cavaba uyğun olaraq yenidən müraciət etdikdən sonra isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13 sentyabr 2023-cü il tarixli, **********448300 saylı Qərarı ilə ƏDVnin geri qaytarılmasının təmin edilməməsi Qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. İddiaçı hesab edir ki, Dövlət Vergi Xidmətinin məsələ ilə bağlı mövqeyi qanunsuz və ədalətsiz olduğundan, 13 sentyabr 2023-cü il tarixli, **********448300 saylı Qərarı ləğv edilməli və ƏDV-nin qaytarılması barədə öhdəlik cavabdeh orqanın üzərinə qoyulmalıdır.
3. Belə ki, inzibati orqanın araşdırmasının nəticəsindən də göründüyü kimi, yaşayış sahəsinin tam məbləği MTK tərəfindən verilmiş elektron qaimə üzrə nağdsız qaydada MTK-nın bank hesabına ödənilmişdir. MTK tərəfindən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılması Şərtləri və Qaydası”nın 4-cü bəndinin tələblərinin pozulması iddiaçının hüquqlarını məhdudlaşdırmamalıdır
4. İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Dövlət Vergi Xidməti “cavabdehin əsl cavabdehlə əvəz edilməsi” barədə vəsatət təqdim edərək cavabdeh İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh İqtisadiyyat Nazirliyi Nazirliyi yanında Dövlət Vergi Xidmətinın Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ərizə təqdim edərək iddia tələbinin “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********384200 saylı qərarının ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən “AVANT Park” yaşayış kompleksinin 9-cu bina, 9-cu blok, 8-ci mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzilə görə İddiaçı qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı, Müştəri Xidmətləri Departamenti) ötürülməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iş üzrə cavabdeh Dövlət Vergi Xidməti əsl olan cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. İddia tələbi “Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********384200 saylı qərarının ləğv edilməsi və ünvan 1 ünvanında yerləşən “AVANT Park” yaşayış kompleksinin 9-cu bina, 9-cu blok, 8-ci mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzilə görə İddiaçı qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı, Müştəri Xidmətləri Departamenti) ötürülməsi öhdəliyinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
7. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********448300 nömrəli qərarın ləğv edilməsi və yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianı dəqiqləşdirmiş və cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********384200 nömrəli qərarın ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən ’’AVANT Park” yaşayış kompleksinin 9-cu bina, 9-cu blok, 8-ci mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzilinə görə İddiaçı qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankına) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədilə ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. İddia ərizəsində qeyd edilənlərə İnzibati Prosessual Məcəllənin 1.2-ci, 47-48-ci maddələrinə və Mülki-Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən etiraz edirik : Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra Qayda) 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. Qaydalardan göründüyü kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi qaytarılması bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsi ilə şərtləndirilmir. Başqa sözlə, bu Qayda qanuni qüvvəyə mindiyi tarixədək əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılar tərəfindən ƏDV məbləği bu Qayda qanuni qüvvəyə mindiyi tarixədək satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilə bilərdi və bu hal ödənilmiş ƏDV-nin qaytarımasına imtina kimi qiymətləndirilə bilməzdi. Ancaq bu Qaydanın 6.1 -ci maddəsinin tələblərindən belə nəticəyə gəlmək olur ki, bu Qayda qanuni qüvvəyə mindikdən sonra ödənişlər bu Qaydanın 5.1.2-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Sənədlərin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 58848.0 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 49848.0 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 9000.0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi müəyyən edilmiş və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********147400 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılması Şərtləri və QaydasTnın 5.1 -ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Belə ki, bu Qaydanın 5.1.2-ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və müvafiq məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədini alıcı ƏDV-nin qaytarılması məqsədilə skan edərək portala göndərir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılması Şərtləri və Qaydası”nın 5.6-cı bəndinə əsasən, operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV- nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Sözügedən iş üzrə də “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********448300 nömrəli qərar qəbul edilmişdir. Odur ki, qeyd edilən qərar mübahisələndirilməli olduğu halda mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 №li Qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati-Prossesual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.
8. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və bildirdi ki, 2022-ci ilin iyul ayında payçı müqaviləsi bağlanmış və ödəniş edilmişdir, mənzil ipoteka əsasında alındığından 9000 manat iddiaçı tərəfindən, qalıq məbləğ isə bank tərəfindən ödənilmişdır. İddiaçı Dövlət Vergi Xidmətinə 2023-cü ilin avqust ayında müraciət etmişdir. Belə ki, sistemdə nasazlıq var idi və məsələnin həllini tapacağı bildirilmişdi, bu səbəbdən də iddiaçı məsələnin kütləvi şəkildə həllini ediləcəyini gözləmişdir.
9. Məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) zamanı iştirakı edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, ilkin olaraq ödəyici (iddiaçı) tərəfindən nağdsız ödəniş qaydası düzgün həyata keçirilməmişdir. Belə ki, mənzilin tam dəyəri 58000 olmasına baxmayaraq, 49.000 manat nağdsız ödəməyə dair qəbz cavabdeh orqana təqdim edilmiş, 9.000 manat nağdsız ödəməyə dair qəbz isə təqdim edilməmişdir. Ona görə də iddiaçının elektron kabinetinə sənədlərdə çatışmazlıqla bağlı bildiriş göndərilmişdir, lakin 9.000 manat nağdsız ödəməyə dair qəbz təqdim edilməmişdir. Digər tərəfdən ödəyicisi 90 gün müddətində müraciət edilmə qaydasına da riayət etməmişdir, 2023-cü ilin aprel ayında "xxxx" MTK-ya proqram təminatında olan texniki nasazlıqların aradan qaldırıldığı bildirilmişdir, lakin vergi orqanına avqust ayında müraciət edilmişdir. İmtinada yalnız 1 əsasın qeyd edilməsi kifayət etdiyindən müddətlə bağlı pozuntu əks olunmamışdır.
II. İddianın növü
10. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılması Şərtləri və Qaydası”: 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
11. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Yaşayış və qeyri-yaşayış sahələrinə görə X3nin qaytarılmasından imtina edilməsi haqqında“ 13 sentyabr 2023-cü il tarixli, **********448300 saylı Qərarın ləğv edilməsini və ƏDV-nin qaytarılacaq məbləği barədə məlumat verilməsini tələb etmişdir. Həmin (verilən) məlumat özündə inzibati aktın bütün elementlərini əks etdirməklə hüquqi nəticə yaradır.
12. Odur ki, iddianın növü məcburetmə haqqında iddiadır.
III.Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
14. 19 iyul 2022-ci il tarixli, 0399 №-li Payçı Müqaviləsinə əsasən: 1.1 “MTK” pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.241 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 8-ci mərtəbə, 1 №-li, 1 otaqlı mənzili tikib və "xxxx"-nın mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.2 "xxxx" bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 4 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 8-ci mərtəbə, 1 №-li, 1 otaqlı mənzili (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək Şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürür. 2.3. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 58848 (əlli səkkiz min səkkiz yüz qırx səkkiz) manat təşkil edir. 2.4. Müqavilənin ilkin ödənşi müqavilənin ümumi dəyərinin 15%-ni təşkil etməklə, "xxxx" müqavilə imzaladıqda dərhal 9000 (doqquz min) manat məbləğində öncədən MTK-ya avans ödəniş edir. 2.5. "xxxx" Müqavilənin ümumi dəyərinin qalıq 49848 (qırx doqquz min səkkiz yüz qırx səkkiz) manat məbləğində pul vəsaitini, "xxxx" “MTK” və "xxxx" "xxxx" ASC arasında bağlanacaq olan müqavilələrə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür.
15. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Maliyyə Arayışında qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən “AVANT PARK” layihəsinin 9-cu binasında, 9-cu blokunda, 8-ci mərtəbə, 1 saylı, 1 otaqlı, 49,04 kv.m. olan mənzil "xxxx" MTK-ya məxsusdur. 19 iyul 2022 tarixli, 0399 saylı Payçı müqaviləsinə əsasən 9-cu bina, 9-cu blok, 8-ci mərtəbə, 1 saylı, 1 otaqlı, 49.04 kv.m. olan mənzilin pay dəyərinin bir hissəsi, 9000 (doqquz min) manat məbləğində ilkin ödəniş şəklində payçı İddiaçı tərəfindən ödənilmişdir. Mənzilin qalıq dəyəri 49848 (qırx doqquz min səkkiz yüz qırx səkkiz ) manat təşkil edir.
16. İddiaçı tərəfindən "xxxx" MTK-ya 9000 manat (xx.xx.2022-ci il tarixdə) və 49848 manat (xx.xx.2022-ci il tarixdə) ödənişin həyata keçirilməsini təsdiqləyən mədaxil qəbzləri məhkəməyə təqdim edilmişdir.
17. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, “Sizin nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X3nin bir hissəsinin qaytarılması barədə xx.xx.2023-cü il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********384200 nömrəli) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Təsdiq edilmiş qaydaların 5.1.2-ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməlidir. Lakin, təqdim edilmiş sənədlərin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 58848.0 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 49848.0 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 9000.0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunan sənədlər 10 (on) iş günü ərzində tam təqdim edildikdən sonra qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.”
18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********448300 saylı “Yaşayış və qeyriyaşayış sahələrinə görə X3nin qaytarılmasından imtina edilməsi haqqında“ Qərarında qeyd edilmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılması ilə bağlı müraciət etmişdir. Alıcı İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə 399 nömrəli müqavilə, maliyyə arayışı və ödəniş sənədi əlavə edilmişdir. Təqdim edilmiş sənədlərin araşdırılması zamanı müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 58848.0 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 49848.0 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 9000.0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi müəyyən edilmiş və sənədlərdə çatışmazlıqlarla bağlı xx.xx.2023-cü il tarixli **********147400 nömrəli bildiriş alıcının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin alıcı İddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqlar aradan qaldırılmamışdır. Bildirişdə qeyd olunan çatışmazlıqlar müəyyən edilmiş müddətdə alıcı tərəfindən aradan qaldırılmadığından “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61 -ci maddələrini rəhbər tutaraq, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir.
19. İyul 2022-ci il üzrə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən təqdim edilmiş X3 Bəyannamələri iş materiallarına əlavə olunmuşdur.
İV. Məhkəmənin mövqeyi
20. Məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
21. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən X3 (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
23. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılması Şərtləri və Qaydası”ndan: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.
24. Məhkəmə işin faktiki hallarına və qanunvericilik normalarının təhlilinə əsasən qeyd edir ki, hazırkı iş üzrə İddiaçı payçı qismində, yəni satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş X3nin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur.
25. Cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə ƏDV-nin qaytarılmasından imtina edilməsi üçün əsas olaraq mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin vergi orqanına təqdim edilmədiyi qeyd olunmuşdur.
26. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılması Şərtləri və Qaydası”na əsasən, alıcının ƏDV-nin qaytarılması məqsədi ilə vergi orqanına müraciət etmək hüququ yaşayış və ya qeyri-yaşayış sahəsinin dəyərini satıcıya məhz nağdsız qaydada tam şəkildə ödədikdə yaranır.
27. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 19 iyul 2022-ci il tarixli, 0399 №-li Payçı Müqaviləsində qeyd edilmişdir ki, müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 58848 (əlli səkkiz min səkkiz yüz qırx səkkiz) manat təşkil edir (bənd 2.3). Müqavilənin ilkin ödənişi müqavilənin ümumi dəyərinin 15%-ni təşkil etməklə, "xxxx" İddiaçı müqavilə imzaladıqda dərhal 9000 (doqquz min) manat məbləğində öncədən MTKya avans ödəniş edir (bənd 2.4). "xxxx" Müqavilənin ümumi dəyərinin qalıq 49848 (qırx doqquz min səkkiz yüz qırx səkkiz) manat məbləğində pul vəsaitini, "xxxx" “MTK” və "xxxx" "xxxx" ASC arasında bağlanacaq olan müqavilələrə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürür (bənd 2.5). - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Maliyyə Arayışında qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən “AVANT PARK” layihəsinin 9-cu binasında, 9-cu blokunda, 8-ci mərtəbə, 1 saylı, 1 otaqlı, 49,04 kv.m. olan mənzil "xxxx" MTK-ya məxsusdur. 19 iyul 2022 tarixli, 0399 saylı Payçı müqaviləsinə əsasən 9-cu bina, 9-cu blok, 8-ci mərtəbə, 1 saylı, 1 otaqlı, 49.04 kv.m. olan mənzilin pay dəyərinin bir hissəsi, 9000 (doqquz min) manat məbləğində ilkin ödəniş şəklində payçı İddiaçı tərəfindən ödənilmişdir. Mənzilin qalıq dəyəri 49848 (qırx doqquz min səkkiz yüz qırx səkkiz ) manat təşkil edir. - Odur ki, iş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı tərəfindən alınmış mənzilin ümumi dəyəri 58848 manat təşkil etmişdir. Mənzilin pay dəyərinin bir hissəsinin – 9000 manatın İddiaçı tərəfindən, qalıq dəyərin – 49848 manatın isə "xxxx" ASC tərəfindən ödənilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir.
28. İddiaçı yaşayış sahəsinin dəyərini satıcıya ödədikdən sonra ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratmış və elektron kabinet vasitəsilə vergi orqanına müraciət etmişdir. İddiaçının ƏDV-nin qaytarılması barədə müraciətinə cavab olaraq cavabdeh vergi orqanı tərəfindən ünvanlanmış bildirişdə təsdiq edilmiş qaydaların 5.1.2-ci bəndinə əsasən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənilməli olduğu, alıcı (iddiaçı) tərəfindən isə müqavilə üzrə mənzilin tam dəyərinin (cəmi 58848.0 manat, o cümlədən nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunan 49848.0 manat, nağdsız qaydada ödənilməsi barədə sənəd təqdim olunmayan 9000.0 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim edilmədiyi qeyd edilmiş və mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin 10 (on) iş günü ərzində vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin alıcı İddiaçı bildirişi aldığı tarixdən 10 (on) iş günü müddətində çatışmazlıqları aradan qaldırmadığından cavabdeh orqan “Yaşayış və qeyriyaşayış sahələrinə görə X3nin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********448300 saylı Qərar qəbul etmişdir.
29. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı tərəfindən yaşayış sahəsinin dəyərinin (58848 manat) tam ödənilməsi ilə bağlı hər hansı şübhə yoxdur. Belə ki, İddiaçı tərəfindən "xxxx" MTK-ya 9000 manat (xx.xx.2022-ci il tarixdə) və 49848 manat (xx.xx.2022-ci il tarixdə) ödənişin həyata keçirilməsini təsdiqləyən mədaxil qəbzləri məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq cavabdeh orqan mənzilin dəyərinin 9000 manat hissəsi ilə bağlı nağdsız ödənişə dair mədaxil qəbzinin vergi orqanına təqdim edilmədiyini bildirmişdir (bildirişdə müvafiq çatışmazlığın 10 gün müddətində aradan qaldırılması üçün vaxt verilməsi baxmayaraq).
30. Odur ki, məhkəmə iddiaçı tərəfindən 9000 manat nağdsız qaydada ödəməyə dair qəbzin cavabdeh orqana təqdim edilməsi barədə sübutun (elektron kabinetdən çıxarışın) məhkəməyə təqdim edilməsi məqsədi ilə iclası təxirə salmışdır. Lakin iddiaçı tərəfindən qeyd edilən halla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
31. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş X3nin qaytarılması Şərtləri və Qaydası”nın 5.4-cü bəndinə əsasən alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur.
32. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV-nin qaytarılması ilə bağlı müraciət olunarkən 10 iş günü müddətində iddiaçı tərəfindən təqdim olunan sənədlər cavabdeh vergi orqanı tərəfindən yoxlanılmış və çatışmazlıqlar barədə müvafiq olaraq iddiaçıya məlumat verilmişdir. Lakin iddiaçı cavabdeh vergi orqanı tərəfindən qeyd olunan çatışmazlıqları aradan qaldırmamış, birbaşa məhkəməyə müraciət etmişdir.
33. Məhkəmə xüsusilə qeyd edir ki, inzibati orqan tərəfindən tələb olunan sənədlərin (hazırki iş üzrə 9000 manat nağdsız ödəməyə dair qəbzin) məhkəmə prosesinin gedişi zamanı təqdim edilməsi (inzibati icraat zamanı inzibati orqana təqdim edilmədən) fiziki şəxsin inzibati icraat zamanı müvafiq sənədləri təqdim etməklə bağlı öhdəliyini yerinə yetirməsi kimi qəbul edilə bilməz və hazırki iş üzrə fiziki şəxsin (iddiaçının) inzibati icraat zamanı yerinə yetirməli olduğu öhdəliklərini lazımi qaydada icra etmədiyini aydın olur. Belə olan təqdirdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya münasibətdə ƏDV məbləğinin qaytarılmasından imtina olunması iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qəbul edilə bilməz.
34. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, sadəcə bir halın mövcud olması imtina üçün yetərli əsas olduğundan qərarda qeyd olunmasa da, qanunvericilikdə nəzərdə tutulan “90 gün müddət” (yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetin yaradılması və elektron kabinet vasitəsilə müraciət edilməsi) tələbinə də İddiaçı tərəfindən riayət olunmamışdır.
35. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı və üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi arasında Payçı Müqaviləsi 19 iyul 2022-ci il tarixdə bağlanmış və yaşayış sahəsinin dəyəri xx.xx.2022-ci il tarixdə satıcıya ödənilmişdir. İddiaçı isə cavabdeh orqana ƏDV məbləğinin qaytarılması ilə bağlı təxminən 1 il 1 ay sonra – xx.xx.2023-cü il tarixdə müraciət etmişdir (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********384200 nömrəli).
36. Məhkəmə nəzərə alır ki, fiziki şəxslər tərəfindən bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahəsinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair analoji işlər üzrə mübahisələrdə üçüncü şəxs "xxxx" MTK tərəfindən 2022-ci ilin noyabr ayından 2023-cü ilin aprel ayına kimi elektron sistemdə problem olduğu, yaranmış nasazlıqla əlaqədar MTK tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət olunduğu qeyd edilmiş və bu halı təsdiqləyən digər şəxslər tərəfindən elektron qaimənin tələb olunması ilə bağlı "xxxx" MTK-ya ünvanlanan ərizələr məhkəməyə təqdim edilmişdir (cavabdeh tərəfindən ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmadığı bildirilsə də).
37. Məhkəmə qeyd edir ki, 2022-ci ilin noyabr ayından 2023-cü ilin aprel ayına kimi elektron sistemdə problem olduğu qəbul edildiyi təqdirdə belə, iddiaçı cavabdeh tərəfindən ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq aradan qalxdıqdan 04 ay sonra cavabdeh orqana müraciət etmiş olur, yəni iddiaçının cavabdeh orqana müraciət tarixi qanunvericilikdə nəzərdə tutulmuş 90 gün müddətini keçmişdir.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva