Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2982/2021 13.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Miminat Tacib qızı Hacıbəyоva İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xəstə olduğu üçün əlillik dərəcəsinin təyin olunması üçün müraciət etmişdir. Onun əvvəllər əlillik dərəcəsi olmuş, sadəce müəyyən səbəblərə görə Rusiyaya getmiş və orda müalicə alırdı. O, yenidən 2014-cü ildən müraciət edir, lakin onun müraciətinə baxan olmamışdır. Onun 5 ildən bir komissiyadan keçmək barədə məlumatı olmamışdır. İddiaçının müraciətinə əsassız imtinalar verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə 30 aprel 2021-ci il tarixdə məhkəmə qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: xx.xx.1979-cu il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? Bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsasdırmı? İddiaçı tərəfindən 03.06.2021-ci ildə və 08.06.2021-ci ldə məhkəməyə daxil olan ərizəsinə əsasən, məhkəmə tibbi ekspertiza və pataloji anatomiyakı ekspertizanın təxirə salınmasını xahiş edərək, özü gələ biləcəyi vaxtı xəbər edəcəyini bildirmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxs tərəfindən məhkəməyə daxil olan 09.08.2021-ci il tarixli məktubu ilə ekspertizanı başa çatdırmaq mümkün olmadığından geri qaytardığını bildirmişdir. Bundan əlavə, İddiaçı tərəfindən 06.09.2021-ci il tarixdə və 08.09.2021-ci il tarixdə məhkəməyə daxil olan ərizələrinə əsasən, o, müalicəsini Rusiyada davam etdirdiyinə görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Çünki, müalicəsini burada həyata keçirə bilmirlər və onun bütün sübutları ola- ola ekspertiza təyin edirlər oda vaxtı uzadır. Əslində işin ekspertizaya yönləndirilməsi düzgün deyildi. Çünki bir dəfə baxmaqla müəyyən etmək oluna bilməz. İddiaçı ağ ciyər institunda uzun müddət müayinə olunduqdan sonra müəyyən olunmuşdur ki, onun hərbi xidmət vaxtında ağ ciyərində və ayağında fəsadları yaranmışdır. İddiaçının nə ağ ciyərini nə də ayağını müalicə edə bilmirlər, heç doğru diaqnoz belə qoya bilmirlər. X1 əlillik almaq üçün lazım olan real vəziyyətinə uyğun kodları yazsada TSEK əlillik vermir, ədalətsizlik edər, hansı ki əlillik dərəcəsi əsasında pensiya ala bilər və onun əsasında dərmanlara pul çatdıra bilərdi. İddiaçı süründürməçiliyə görə və əsası Rusiyaya getdiyinə görə işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İşin gedişatından göründüyü kimi iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun verilməsi və əlllik dərəcəsinin müəyyən olunması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməli və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun verilməsi və əlllik dərəcəsinin müəyyən olunması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilsin və 2-1(112)-2982/2021 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2982/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2982/2021
13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver