Məhkəmə qərarları › İş №2-1(112)-2983/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2983/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2983/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı ərizə və aidiyyəti sənədlərlə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası tamamilə əsassız və qanunsuz olmuşdur. Onunla bağlı əmək kitabçası xx.xx.1982-ci il tarixdə açılmışdır. Həmin vaxtdan əmək fəaliyyəti bu günə kimi davam etmişdir. Belə ki, onun tələb olunan 25 il ümumi iş stajından da, çox əmək stajı var. Eyni zamanda zərərli işlərdə çalışdığı müddət də, 12 il 6 aydan artıqdır. 1994-cü ildən o, neft-qaz sahəsində çalışır. Hal-hazırda da, Heydər Əliyev adına X5 14 nömrəli sahə, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidməti üzrə xidmət sahəsində qaz təchizat qrupunda böyük usta kimi işləyir. İş yerindən lazımi arayışları cavabdeh quruma təqdim etmişdir. Əvvəllər ona imtina verilsə də, son müraciəti zamanı bütün sənədlərin tam formada araşdırıldığı bildirilmişdir, cavabdehin nümayəndəsi hətta şifahi şəkildə ona tez bir zamanda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin ediləcəyini bildirmişdir. Cavabdehin nümayəndəsi hətta onun işlədiyi yerə gəlmiş, işlədiyi müəssisənin əməkdaşları ilə birlikdə onun stajı ilı bağla araşdırma aparılmışdır. İlk dəfə 16 avqust 2023-cü il tarixdə tərtib olunmuş aktda onun zərərli işlərdə tələb olunan iş stajı təsdiq olunmuş və onun özünmə şəxsən DOST mərkəzdən bildirilmişdir ki, pensiyası hesablanıb təyin ediləcəkdir. Lakin, ona məlum olmayan səbəbdən xx.xx.2023-cü il tarixdə onun ziyanına yeni akt tərtib edilmiş və nəticədə həmin akt əsas götürərək cavabdeh orqan ona imtina vermişdir. Həmin aktların surəti ona təqdim edilməmişdir. Baxmayaraq ona da, verilməsini xahiş etmişdir. Buna görə də, məhkəmədən xahiş edir ki, qeyd etdiyi hər iki aktın məhkəmə araşdırılmasına təqdim edilməsi təmin edilsin. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilir ki, “Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin "xxxx" MMC-nin sizə dair xx.xx.2022-ci il tarixli 105/02/1-01-24 nömrəli arayışında xx.xx.1982-xx.xx.1982ci il tarixləri arasındakı dövr ərzində turbin sexində maşinist diarator, “SOCAR Downstresr”-in ona dair xx.xx.2023-cü il tarixli 14-2-27/2-789/2023 nömrəli arayışında isə xx.xx.2008-ci il tarixindən bugünədək buxar və qaz boru kəmərlərinin təmiri və istilik təsərrüfatı sahəsində usta, böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi maşinist diarator vəzifəsi sözügedən istinad olunan və yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahının elektrik stansiyaları, enerji qatarlan, buxar və güç təsərrüfatı bölməsində nəzərdə tutulmamış və “SOCAR Downstream“ müəssisənin fəaliyyət sahəsi elektrik stansiyaları, enerji qatarları, buxar və güç təsərrüfatı sahəsinə aid deyil. Göstərilən səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. O, inzibati orqanın bu qərarı ilə razı deyildir. O, yuxarıda adı çəkilən idarələrdə işləmiş və bu barədə də, əmək kitabçasında müvafiq qeydlər vardır. Bu məsələ cavabdeh tərəfindən tam araşdırılmalı idi.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edilərək ona 60 yaşının tamam olduğu xx.xx.2032-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı 11,08.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə X6 Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17- 1/2-B-213718/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, ‘'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şədlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, Fondun Xüsusi şərtlərlə X6 filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı cavabdehə təqdim etdiyi "xxxx" ASC-nin "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2022-ci il tarixli 105/02/1-01-24 nömrəli arayışında xx.xx.1982-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində turbin sexində maşinist diarator, SOCAR “Downstream”-in iddiaçıya dair xx.xx.2023-cü il tarixli 14- 2-27/2- 789/2023 nömrəli arayışında isə 07.01,2008-ci il tarixindən bugünədək buxar və qaz boru kəmərlərinin təmiri və istilik təsərrüfatı sahəsində usta, böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Bununla bağlı bildirirlər ki, iddiaçının işlədiyi maşinist diarator vəzifəsi sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd etmişlər ki, iddiaçının işlədiyi SOCAR “Downstream” müəssisəsinin fəaliyyət sahəsi elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bu fakt “Heydər Əliyev adına X8 16 avqust 2023-cü il və 06 sentyabr 2023-cü il tarixli birgə Aktları ilə təsdiq edilib. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 10 ay 08 gün (xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Beləliklə, yuxarıda sadalanan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür.

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 15 sentyabr 2023-cü il tarilxi 3-17-1/2-B-213718/2023 nömrəli məktubla imtina edilmişdir.

10. НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən iddiaçı 7 may 1982 -12 may 1984-cü illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.

11. Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş 2175 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən İddiaçı 26 avqust 1978-ci il tarixində 243 saylı əmrlə Bakı Baza Energetika Texnikumuna əyani şöbəsinə qəbul olunmuşdur. 06 mart 1982-ci il tarixində 42 saylı əmrlə “İstilik elektrik stansiyalarının buxar generatoru və turbin qurğuları” ixtisası üzrə əyani şöbədə tam kursu bitirdiyinə görə ona “istilik-texniki” ixtisas dərəcəsi və BT № 053737 saylı diplom verilmişdir.

12. İş materiallarına iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası əlavə edilmişdir.

13. X1 tərəfindən verilmiş 15 may 2023-cü il tarixli 14-2-27/2-789/2023 nömrəli “Zərərli iş şəraiti haqqında arayışa” əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 20 nömrəli (kondensat) sex, 2 nömrəli (buxar və qaz boru kəmərlərinin təmiri) sahəsi, sahə ustası; xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 20 nömrəli (kondensat) sex, 2 nömrəli buxar və qaz boru kəmərlərinin təmiri üzrə xidmət sahəsi, usta; xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 14 nömrəli sahə, buxar və qaz boru kəmərlərinin təmiri üzrə xidmət sahəsi, usta; xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 14 nömrəli sahə, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri üzrə xidmət sahəsi, usta; xx.xx.2017-ci il tarixdən hal-hazıradək 14 nömrəli sahə, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidmət üzrə xidmət sahəsi, qaz təchizat qrupunda, böyük usta peşələrində işləmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü "Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsi”ndə nəzərdə tutulmuşdur. Arayışın qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) bölməsi qazanxana, turbin (qaz turbini) yanacaqsöndürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar Heydər Əliyev adına X5 mövcud ştat cədvəlində olan istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidməti üzrə xidmət sahəsi, qaz təchizat qrupunda, böyük usta vəzifəsi ilə eynilik təşkil edir.

14. "xxxx" MMC tərfindən verilmiş xx.xx.2022-ci il tarilxi 105/02/1-01-24 nömrəli arxiv arayşına əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Turbin sexi-maşinist diarator (Əmr 28k xx.xx.1982-ci il və Ənır 32k xx.xx.1982-ci il) xx.xx.1984cü il tarixdən “Bakı İEM-2”-də Qazan-turbin sexi-qazanxana maşinisti (Əmr 52k xx.xx.1984 il), xx.xx.1985-ci il tarixdən (Əmr 87k xx.xx.1985 il) xx.xx.1989-cu il tarixədək (Əmr 23k xx.xx.1989 il) “Bakı İEM-2”-də Qazan- turbin sexi- böyük maşinist vəzifəsində zərərli iş şəraitində işləyib. Bu iş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı ”nın 24-cü bölməsinin “Elektrik stansiyaları, enerji qatarları buxar və güc təsərrüfatı ” bölməsinə aiddir. xx.xx.2005-ci il tarixdən Bakı 1EM-2 adı dəyişdirilərək "xxxx" MMC olmuşdur ("xxxx"ASC-nin xx.xx.2005 il tarixli, AÜ/134 saylı əmrinə əsasən).

15. Məhkəmənin sorğusuna əsasən Heydər Əliyev adına X10 tərəfindən verilmiş 14-2-27/2-439/2024 nömrəli 19 fevral 2024-cü il tarixli məktuba əsasən İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələr haqqında arayışı məhkəməyə təqdim edilmişdir. Həmin arayışdan müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 20 nömrəli (kondensat) sex, 2 nömrəli (buxar və qaz boru kəmərlərinin təmiri) sahəsi, sahə ustası; xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 20 nömrəli (kondensat) sex, 2 nömrəli buxar və qaz boru kəmərlərinin təmiri üzrə xidmət sahəsi, usta; xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 14 nömrəli sahə, buxar və qaz boru kəmərlərinin təmiri üzrə xidmət sahəsi, usta; xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 14 nömrəli sahə, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri üzrə xidmət sahəsi, usta; xx.xx.2017-ci il tarixdən hal-hazıradək 14 nömrəli sahə, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidmət üzrə xidmət sahəsi, qaz təchizat qrupunda, böyük usta peşələrində işləmişdir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü "Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsi”ndə nəzərdə tutulmuşdur. Arayışın qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) bölməsi qazanxana, turbin (qaz turbini) yanacaqsöndürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar Heydər Əliyev adına X5 mövcud ştat cədvəlində olan istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidməti üzrə xidmət sahəsi, qaz təchizat qrupunda, böyük usta vəzifəsi ilə eynilik təşkil edir. İstilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidmət üzrə xidmət sahəsinin qaz təchizat qrupunun böyük ustası əmək funksiyalarını zavodun texnoloji qurğularında icra edir.

16. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli 13-9/105/02/1-01-11 nömrəli arayış təqdim edilmişdir. Həmin arayışa əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Bakı İEM-2”-də Turbin sexində deaerator maşinisti (Əmr № 28k, xx.xx.1982 il, Əmr № 32k xx.xx.1982) vəzifəsində, xx.xx.1984-cü il tarixdən Qazan turbin sexində qazanxana maşinisti (Əmr № 52k, xx.xx.1984 il), xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Qazan turbin sexində böyük maşinist (Əmr № 87k , xx.xx.1985 il, Əmr № 23k, xx.xx.1989) vəzifəsində zərərli iş şəraitində işləyib. xx.xx.2005-ci il tarixdən Bakı İEM-2 adı dəyişdirilərək "xxxx" MMC olmuşdur ("xxxx"ASC-nin xx.xx.2005 il tarixli, AÜ/134 saylı əmrə əsasən) Bu iş İddiaçı hüquq verir ki güzəştlə pensiyaya çıxsın. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007 il tarixli Qərarın 24-cü bəndinin “a” yarımbəndi.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

23. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüddür. İddiaçının xx.xx.2023-cü il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.2023-cü il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı vardır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

24. İddiaçıya məxsus əmək kitabçasına əsasən onun ümumi iş stajı 25 ildən artıqdır.

25. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəşli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisələr tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktublarında iddiaçının SOCAR-da işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24 nömrəli bölməsində “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustalar qeydi Heydər Əliyev adına X7 ştat cədvəlində olan istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidmət üzrə xidmət sahəsinin qaz təchizat qrupunda böyük usta vəzifəsi ilə eynilik təşkil etməsi, istilik təsərrüfatı və qaz boru kəmərlərinin təmiri və xidməti üzrə xidmət sahəsinin qaz təchizat qrupunun böyük ustası əmək funksiyalarını zavodun texnoloji qurğularında icra etməsi bildirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş arayışla da iddiaçının “Bakı İEM-2”-də Turbin və Qazan Turbin sexində işlədiyi peşələrin Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24 nömrəli bölməsində nəzərdə tutulmuş peşələrə aid olması bir daha təsdiq edilmişdir.

26. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıqdır (cavabdeh tərəfindən mübahisələndirilməyən müddəti 4 il 10 ay 08 gün olmuş, məhkəmə araşdırması zamanı öz təsdiqini tapan müddət - xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.2008-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017-ci il tarixdən hal-hazıradək).

27. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssiələr tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir.

28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2023-cü il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

30. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

31. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

32. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

33. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

34. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

36. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

39. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşından, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X6 Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar