Məhkəmə qərarları › İş №2-1(112)-2984/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2984/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2984/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Eminzadə Emin Etibar oğlunun katibliyi İlk iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X4 iştirakı ilə, ilkin iddia üzrə iddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə daşınmaz əmlakın boşaldılması barədə” və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri İddiaçınə qarşı “Yasamal rayonu ərazisində iddiaçının mülkiyyətində olan sökülmüş mənzilinin yerləşdiyi ərazidə birotaqlı mənzilin cavabdehdən alınaraq iddiaçıya verilməsi, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların dəyərinin nağd pul şəklində cavabdehdən tutularaq iddiaçıya verilməsi və xx xxxxxx 2018-ci il tarixindən hər ay üçün 300 manat pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkə-mənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar cavabdehə 20471 manat məbləğdə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, hazırlıq icraatının gedişində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(81)-1762/2019 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Cavabdeh ünvan 2-də yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. Həmin əmlak Nazirlər Kabinetinin qeyd olunan 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun mülkiyyətində olan daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 20471 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9, 246.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 70-ci maddəsinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 4.1, 5, 6.1-ci maddələrinə istinad etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1762/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan ilkin iddia üzrə cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddiaçının üzərinə onun xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın sökülməsi ilə bağlı təklif olunan 20.471 manat məbləğində kompensasiya məbləğinin artırılması və mövcud bazar qiymətlərinə uyğun olaraq ədalətli kompensasiya verilməsi yaxud həmin ərazidə onun bir otaqlı mənzillə təmin olunması vəzifəsinin qoyulması barədə qərar çıxarılması xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2609/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1762/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərardan kassasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini almış, yenidən baxılması üçün geri qaytarılmış, iş materialları xx xxxxxx 2020-ci il tarixə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2609/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, cavabdeh apellyasiya şikayətində faktiki olaraq qarşılıqlı tələb irəli sürmüşdür ki, həmin tələb üzrə də apellyasiya instansiyası məhkəməsində araşdırma aparılması Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi Cavabdeh hazırkı iddia ilə bilavasitə əlaqəli olan qarşılıqlı tələbinin mövcud olduğunu bildirmişdir. İş icraatıma daxil olduqdan sonra yuxarı instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınaraq, cavabdeh tərəfə müvafiq hüquqi yardım göstərilmişdir. xx xxxx 2020-ci il tarixdə keçirilmiş hazırlıq icraatı üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 Bakı şəhəri İddiaçınə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İddiaçı ilkin iddia tələbinin rədd edilməsi, Yasamal rayonu ərazisində onun mülkiyyətində olan sökülmüş mənzilinin yerləşdiyi ərazidə birotaqlı mənzilin Bakı şəhəri İddiaçındən alınaraq ona verilməsi, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların dəyərinin nağd pul şəklində Bakı şəhəri İddiaçındən tutularaq ona verilməsi və xx xxxxxx 2018-ci il tarixindən hər ay üçün 300 manat pul vəsaitinin Bakı şəhəri İddiaçı tərəfindən ona ödənilməsi barədə öhdəliyin sonuncuya həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İddiaçı məhkəməyə müraciət edərək, Yasamal rayonu, S.Rüstəmov küçəsi, 20 saylı evin 1 saylı 1 otaqlı mənzilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən dövlət ehtiyacları üçün alınaraq sökülməsini məlum etmişdir. Adıçəkilən qərardan irəli gələn qaydalara əməl olunmadan, yəni qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh ilə razılaşmadan, əmlaka dair alqı-satqı müqaviləsi bağlanmadan özbaşınalıq edərək, mənzili ağır texnikanın vasitəsilə dağıtmış, bu zaman qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən mənzildə yerləşən əmlakları məhv etmiş, xx xxxxxx 2018-ci il tarixdən hazırkı vaxta qədər hər ay 300 manat pul vəsaiti ödəməklə kirayəşin kimi yaşamaq məcburiyyətindədir. İlkin olaraq Bakı şəhəri İddiaçı rəhbərliyi qarşılıqlı iddia üzrə iddiaçının qısa zaman daxilində azyaşlı övladı ilə birlikdə 2 otaqlı mənzillə təmin edəcəyinə söz vermis, bir neçə dəfə rəhbərliyin qəbulu baş tutmuş, son olaraq Bakı şəhəri İddiaçı məhkəməyə müraciət etmiş, 20471 manat pul vəsaitinin kompensasiya ödənilməsi təklif edilmişdir. Məlum məhkəmə qərarı ləğv edilmiş, yenidən məhkəmə baxışına göndərilmişdir. Bakı şəhəri İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh qarşı cinayət xarakterli əməl törətmiş, onun mülkiyyətinə qəsd etmişdir. Belə ki, Bakı şəhəri İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh ilə heç bir razılaşma və bu barədə məhkəmə qətnaməsi olmadan həmin əməli törətmişdir. Mübahisəni sülh yolu ilə həll etmək məqsədilə Bakı şəhəri İddiaçı başçısına müraciət ünvanlanmış, müraciətdə Yasamal rayonunda sökülmüş mənzilinə yaxın yerdə 1-otaqlı mənzilin Bakı şəhəri İddiaçı tərəfindən alınaraq qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh mülkiyyətinə verilməsi, ərizəyə əlavə edilmiş siyahıda göstərilən əşyaların alınaraq onun istifadəsinə verilməsi, xx xxxxxx 2019-cu il tarixdən hazırkı dövrə qədər 300 manat pul vəsaitinin kirayə haqqı olaraq ödənilməsi xahiş edilmiş, Bakı şəhəri İddiaçı bu təklifin müzakirə edilməsi ilə bağlı hərəkətsizlik göstərmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda əşyalar və onların qiymətləri aşağıdakı şəkildə göstərilmişdir: “1. Duş kabinəsi – 2000 AZN, 2. Qaz kolonka – 270 AZN, 3. Xırda hamam aksessuarları (hamam qapısı (plastik)) – 150 AZN, 4. Ev qapısı (dəmir) – 850 AZN, 5. Soyuducu “Siemens” – 1200 AZN, 6. Paltaryuyan “Samsung” – 750 AZN, 7. Qaz plitəsi (dörd göz) – 515 AZN, 7. Mətbəx şkafı (asılma) – 450 AZN, 9. Üç ədəd şkaf (şifoner) – 600 AZN, 10.Qorka pəncərə (qazılmış şkaf) – 300 AZN, 11. Lyustra (xrustal, 12 şamlı) – 3000 AZN, 12. Stol (açılma və yığılma) – 170 AZN, 13. 6 ədəd stul – 200 AZN, 14. 2 ədəd çarpayı (Polşa) – 300 AZN, 15. LED TV (nazik – 82 sm) - 850 AZN, 16. Xrustal svetilnik (divardan asılma) 2 ədəd – 100 AZN. Pəncərənin altındakı şkafda qutular içərisində saxlanılan əşyaların siyahısı : 1. 12 ədəd podstakançik (gümüşü rəngdə, böyük stəkan) – 90 AZN, 2. 12 ədəd podstakançik (gümüşü rəngdə, armudu stəkan) – 60 AZN, 3. 12 ədəd çay qaşığı (pozoloçnıy) – 50 AZN, 4. 12 ədəd çaynik servis (Çexiya) – 150 AZN, 5. 12 ədəd xörək qaşığı (gümüşü rəng) – 60 AZN, 6. 24 ədəd xörək servisi – (Çexiya) – 350 AZN, 7. 24 ədəd xrustal bakal (Çexiya) – 250 AZN, 24 ədəd balaca rumka (Çexiya) – 200 AZN, 2 ədəd balaca konfet korzin (Çexiya) – 80 AZN, 2 ədəd böyük konfet korzin (Çexiya) – 120 AZN. Bufetin içində olan əşyalar: 1. 4 ədəd böyük meyvə vaza (Çexiya) – 120 AZN, 2. 1 ədəd böyük xrustal lotka (Çexiya) – 70 AZN, 3. 2 ədəd balaca xrustal lodka (Çexiya) – 45 AZN, 4. 4 ədəd xrustal vareniya qabı (Çexiya) – 45 AZN. Digər əşyalar: 1. Yun döşək 2 ədəd – 220 AZN, 2. Yorğan 4 ədəd – 320 AZN, 3. Balınc 4 ədəd – 160 AZN, 4. Pokrıval 3 ədəd – 45 AZN, 5. Çemodan – 75 AZN, 6. Tefal ütü – 110 AZN, 7. Tefal çaydan – 70 AZN, 8. Ətçəkən tefal – 90 AZN, 9. Tefal mikser – 50 AZN, 10. Mikrovolnovıy Siemens – 160 AZN, 11. Tozsoran Samsung – 110 AZN, 12. Notbuk – 780 AZN, 13. Kosmetika nabor – 450 AZN, 14. Qədimi podnos (1850-ci il) – 450 AZN”. Siyahıda əşyaların cəmi dəyəri 16035 manat göstərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2984/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə iddiaçınıın nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirmişdir ki, «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri İddiaçınə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. ünvan 2 yuxarıda qeyd olunan qərarın təsiri altına düşmüşdür. Cavabdehə danışıq (könüllü alqı-satqı) yolu ilə onun mülkiyyətində olan daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmiş, Qanununun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 20471 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğu bildirilmişdir. Lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. Bakı Apelyasiya Məhkəməsində iddiaçının nümayəndəsinin kompensasiyanın məbləginin artırılaraq 40000 manat təklif olunması barədə fikri bir ehtimal olmuş, yəni büdcədə artıq vəsait olarsa nəzərdən keçirilərək müzakirə predmeti baxımından söylənilmiş, lakin hazırki durumda bu məbləgdən artıq pulun ödənilməsi üçün artıq vəsait olmadıgından mümkün deyil. Həmçinin qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İşdə olan qiymətləndirmə hesabatından görünür ki, iddiaçıya məxsus tikilinin dəyəri müəyyən edilərək həmin məbləğin 20%-i nəzərə alınmaqla, cəmi 19.471 manat iddiaçıya təklif edilmişdir. Yəni, iddiaçiya daşınmaz əmlakının dəyəri hesablanarkən hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq də nəzərə alınmışdır. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, sökülmüş evin ümumi sahəsi 13-14 kv metr göstərilmişdir, hamam ölçülməmişdir. Sahə düzgün hesablanmamışdır. Ümumiyyətlə iddiaçının hərəkətləri qanunsuz olmuşdur, cavabdeh gəlib görmüşdür ki, onun razılığı olmadan evi sökülüb, bütün əşyalar dagıdılıb, həmin əşyalara dair sənədlər də məhv edilib, bu cinayətdir, evin sahəsi kiçik olsa da ana-bala orada yaşamışdır, iddiaçının təklif etdiyi məbləğə heç bir yerdə mənzil almaq mümkün deyildir, söküblərsə onun əvəzinə cavabdeh mənzillə təmin edilməlidir. Nümayəndə izahatının sonunda qarşılıqlı iddia tələbinin tam şəkildə təmin edilməsini, ilkin iddianın isə rədd edilməsini məhkəmə xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmə-si-nə baxmayaraq, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri təd-qiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia tam, qarşılıqlı iddia isə qismən, yəni “qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların dəyərinin qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri İddiaçındən tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi” hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov,20 ünvanda yerləşən, ümumi sahəsi 10,2 kv metr, yaşayış sahəsi 8,0 kv metr olan 1 nömrəli mənzil Cavabdeh mülkiyyəti kimi qeydə alınmışdır; - Cavabdeh məxsus ünvan 6 ünvanda yerləşən daşınmaz əmlak üçün “xxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli “Qiymətləndirmə hesabatından çıxarış”a əsasən iddiaçıya məxsus ünvan 7, mənzil 1 ünvanda yerləşən yaşayış sahəsinin əsas sahəsi 9,23 kv metr, köməkçi sahə 2,94 kv metr, sanitariya qovşağı 1,52 kv metr təşkil etmişdir, qiyməti 19471 manat müəyyən edilmiş, 2 aylıq kirayə və köçmək xərci 1000 manat müəyyən edilmiş, ümumilikdə cəmi 20471 manat məbləği müəyyən edilmişdir; - Cavabdeh ünvan 6- in cizgisinə əsasən mənzil sahəsi 9,23 kv metr olan 1 otaqdan, 2,94 kv metr sahəsi olan mətbəxdən,1,52 kv metr sahəsi olan sanitariya qovşağından ibarətdir; - 2033/2 nömrəli, xx.xx.2018-ci il tarixli arayışa əsasən Cavabdeh oğlu X7 ilə birlikdə ünvan 7, mənzil 1-də qeydiyyatdadır; - xx xxxxxx 2019-cu il tarixli akta əsasən cavabdeh ona məxsus yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçının təşkil etdiyi komissiyaya dəvət edilmiş və xx xxxxxx 2019-cu ildə Komissiya tərəfindən qəbul edilmişdir. Qəbul zamanı ünvan 7, mənzil 1 ünvanda cavabdehə məxsus yaşayış sahəsinə görə 20471 manat məbləğində kompensasiya ona təklif edilmiş, lakin vətəndaş könüllü razılaşmadan imtin etmişdir. Beləliklə, iş materiallarından məhkəmə müəyyən etdi ki, ünvan 7 ünvanda yerləşən 1 nömrəli mənzil cavabdehin mülkiyyətindədir, qiymətləndirici «xxxxxxxxxxx» MMC-nin «Qiymətləndirmə hesabatından çıxarış»a əsasən qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh mülkiyyətində olan daşınmaz əmlaka görə ödənilməli kompensasiya məbləği 20471 manat məbləğində müəyyən edilmiş və iddiaçı cavabdehə yuxarıda qeyd edilən kompensasiyanı ödəməyə hazır olduğunu bildirmişdir. Bu məbləğdən artıq pulun ödənilməsi üçün artıq vəsait olmadığından mümkün deyil. Lakin, cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etdiyi üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbini əsaslı hesab edir. Belə ki, «Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Bakı şəhəri İddiaçınə tapşırılmışdır ki, göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, ünvan 2 yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşür. İddiaçının istinad etdiyi “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş rəy xx xxxxxx 2019-cu il tarixə mənzil hələ sökülməzdən əvvəl baxış keçirilməklə verilmiş və mübahisəli əmlakın bütün texniki göstəricilərini əks etdirmişdir. Odur ki, mötəbər sübut kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İşdə olan qiymətləndirmə hesabatından görünür ki, iddiaçıya məxsus tikilinin dəyəri müəyyən edilərək həmin məbləğin 20%-i nəzərə alınmaqla, cəmi 19.471 manat iddiaçıya təklif edilmişdir. Yəni, iddiaçiya daşınmaz əmlakının dəyəri hesablanarkən hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq də nəzərə alınmışdır. Beləliklə də, alınan əmlakın əvəzinə cavabdehə son illərin formalaşmış məhkəmə təcrübəsinə uyğun ağlabatan məbləğdə kompensasiya təklif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Məhkəmə, mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində «Mülkiyyət» adı altında birləşdirməsini, odur ki, hazırki iş üzrə mənzilin dövlət ehtiyacları üçün alınma prosedurlarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı, yəni - alan orqan İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Eyni zamanda, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsində isə alan orqanın alınan əmlakla bağlı sahibliyin əldə edilməsinə dair məhkəmə qərarının icrası ilə bağlı müddəa nəzərdə tutulmuşdur. Belə ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafıq müddəaları tətbiq olunur. Məhkəmə qeyd edir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki vəziyyətdə qarşılıqlı iddia tələbi ilə bağlı məhkəməyədək İddiaçınə müraciət edilməsə də, həmin tələb ilkin tələbdən törəmə tələb kimi çıxış etdiyi üçün qarşılıqlı iddia tələbi ilə bağlı mahiyyəti üzrə işə baxılması mümkün hesab edilmişdir. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qarşılıqlı iddianın “qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş əşyaların dəyərinin qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsinin qarşılıqlı iddia üzrə cavabdehə həvalə edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, dəyəri ədalətli olaraq ödənilmədən mülkiyyətin əldən alınması adətən ictimaiyyətin ümumi maraq tələbləri ilə şəxsin fundamental hüquqlarının müdafiəsinə dair tələbləri arasında ədalətli tarazlığın (balansın) yaranmasını qeyrimümkün edəcək və şəxsin üzərinə qeyri-mütənasib yük salacaq (bax X2rşı, x xxxxxx 1994, § 71, A Seriyaları, no. 301-A, və Yunanıstanın əvvəlki Kralı və qeyriləri Yunanıstana qarşı (GC), no. 25701/94, § 89, AİHM 2000-Xİİ). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, xx xxxxxx 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır. Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§ 118 və 180) Məhkəmə nəzərə aldı ki, ərizəçi torpaq sahəsini çox ucuz qiymətə əldə etmişdir və dövlət orqanları prinsip etibarı ilə həmin sahənin tam bazar qiymətinin kompensasiya olaraq ödənilməməsi barədə qərar verərkən haqlı olmuşlar. Lakin Məhkəmə hesab etdi ki, 122 Lit məbləğində kompensasiyanın ödənilməsi ərizəçinin əmlakından məhrum olması ilə bağlı neqativ (mənfi) nəticələri kifayət qədər azaltmamışdır (yumşaltmamışdır). Hazırki işdə məhkəmə yuxarıda qeyd edilən milli qanunvericiliyin normalarına və Avropa Məhkəməsinin present hüququna əsaslanaraq ictimayyətin ümumi maraqları və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı maraqları arasında “ədalətli tarazlığın” (balansın) əldə olunması üçün (Urbarska Obec X1rşı, no. 74258/01, § 126, xx xxxxxx 2007; Pirantiene Litvaya qarşı, § 68; və Albegras və Arlauskas Litvaya qarşı, § 74) hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının əmlakının qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən sökülməsinə görə qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilmiş əşyalar söküntüyə məruz qalmış mənzildə söküntü zamanı məhv oldugundan (sübut növü yalnız videodiskdəki yazıdır) iddiaçıya dəymiş zərər iddiaçının təqdim etdiyi siyahıda göstərilən qiymətlərə uyğun olaraq (delikt törətmiş qarşı tərəf bu məbləğə dair hər-hansı etiraz və əks-sübut təqdim etməmiş) hesablanmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin “Yasamal rayonu ərazisində iddiaçının mülkiyyətində olan sökülmüş mənzilin yerləşdiyi ərazidə birotaqlı mənzilin cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları ilə bağlı alınması ilə əlaqədar ilkin iddia üzrə cavabdehə 20471 manat məbləğdə kompensasiya ödənilməsi nəticəsinə gəldiyindən, bu nəticə sözügedən mənzilin söküntüsü ilə əlaqədar ilkin iddia üzrə iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpasına gətirib çıxaracaq ki, bu halda da qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz. Qarşılıqlı iddianın “xx xxxxxx 2018-ci il tarixdən hər ay üçün 300 manat pul vəsaitinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsi ilə bağlı məhkəmə göstərməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı kirayə müqaviləsi əsasında göstərilmiş tarixdən kirayədə qalmasını və qeyd edilmiş kirayə haqqı məbləğini ödəməsini təsdiq edən sübutunu məhkəməyə təqdim edə bilmədiyindən həmin hissədə də qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, ünvan 7, mənzil 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməli, ünvan 7, mənzil 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 20471 (iyirmi min dörd yüz yetmiş bir) manat məbləğində kompensasiya ödənilməsi İddiaçınə həvalə edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların dəyəri kimi, cəmi 16035 (on altı min otuz beş) manat qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia təmin edilsin. ünvan 7, mənzil 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilsin. ünvan 7, mənzil 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 20471 (iyirmi min dörd yüz yetmiş bir) manat məbləğində kompensasiya ödənilməsi İddiaçınə həvalə edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən əşyaların dəyəri kimi, cəmi 16035 (on altı min otuz beş) manat qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri İddiaçındən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məh-kəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiya-sına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar