Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2986/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, iddiaçı Süleymanov Əliman Süleyman oğlunun (Abşeron rayonunda qeydiyyatdadır), cavabdehin nümayəndəsi və vəkili Əliyev Samir Süleyman oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirаkı ilə, iddiаçı Süleymanov Əliman Süleyman oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinə qаrşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı Süleymanov Əliman Süleyman oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X1rşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, işlədiyi müddətlərin və təhsil müddətinin və hərbi xidmətdə olduğu müddətlərin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı o, xx.xx.1960-cı ildə anadan olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək Binəqədi rayon 22 nömrəli Peşə məktəbində qaz qaynaqçısı peşə təhsilini almışdır. xx.xx.1978-ci ilədək 13 nömrəli Dəmirbeton məmulatları zavodunda elektrik qaz qaynaqçısı işləmişdir. xx.xx.1979-cu ildən xx xxxxxx 1981-ci ilədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilədək armatur boru sexində elektrik-qaz qaynaqçısı işləmişdir. xx.xx.1993cü ildən xx.xx.1996-cı ilədək Dostluq Assosiasiyasında elektrik-qaz qaynaqçısı işləmişdir. xx.xx.1996-ci ildən xx.xx.1996-cı ilədək Anfel-Park Azərbaycan-İngiltərə Birgə müəssisəsi tibbi pambıq emalı sexində qazançı-bişirici işləmişdir. xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək X2 Birliyinin 4 nömrəli sənaye Kombinatında mexaniki təmir sexində 5-ci dərəcəli qaynaqçı işləmişdir. xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək Anfel Park Azərbaycan- İngiltərə Birgə müəssisəsinin tibbi pambıq emalı sexində qazançı-bişirici işiəmişdir. xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilədək, Anfel Park Azərbaycan-İngiltərə Birgə müəssisəsinin tibbi pambıq emalı sexində 6-cı dərəcəli elektrik qaynaqçısı işləmişdir. xx.xx.2007-ci ildən bu günə kimi “xxxx” SC X6 İstehsalat İdarəsinin mexaniki təmir sexində elektrik qaz qaynaqçısı işləyir. xx.xx.2019-cu il tarixli, 02 nömrəli “X8” ASC tərəfindən verilən arayışa əsasən o, xx.xx.1978-ci il tarixdə 4 nömrəli sənaye kombinatında, xx.xx.1993-cü ildən armatur sexində 2-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər mexaniki təmir sexində 5-ci dərəcəli qaynaqçı işləmişdir. 4071 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncama əsasən Ceyranbatan Sənaye Törəmə Müəssisəsi “X8” ASC-yə çevrilmişdir. xx.xx.2019-cu il tarixli, 46 nömrəli arayışa əsasən iddiaçı xx.xx.2007-ci ildən bu günə kimi “xxxx” ASC X7 İdarəsinin Su təchizatı və mühəndis texniki qurğuların təmiri və xidməti sahəsində elektrik qaz qaynaqçısı işləmişdir. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı məhkəməyə müraciət etmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında və onun təqdim etdiyi Azərbaycan Respublikası “X8” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışda onun həmin müəssisədə elektrik qaynaqçısı olması göstərilmiş, həmin peşənin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə olması qeyd edilməmişdir. Həmçinin, iddiaçının iddia ərizəsində qeyd etdiyi elektrik qaynaqçısı peşəsi Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahıda yoxdur. Bundan başqa iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikası “Dostluq” Assosiasiyasında qeyd olunan əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin müəssisənin hüquqi ünvanı müəyyən edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili S.Əliyev iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsinin və vəkilinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan vətəndaşıdır, xx.xx.1960-cı ildə doğulmuşdur. NZ ******* nömrəli Hərbi biletə əsasən İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək Sovet ordusunda xidmət etmişdir. X7 İdarəsinin 46 nömrəli, xx.xx.2019-cu il tarixli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2007-ci ildən bu günə kimi su təchizatı və mühəndis-texniki qurğuların təmiri və xidməti sahəsində elektrik qaz qaynaqçısı peşəsində işləyir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının 35-ci bölməsində sadalanan əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə aiddir və güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “X8” ASC-nin xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçı 4 saylı Sənaye Kombinatında xx.xx.1978-ci ildən armatur sexində 2-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər mexaniki təmir sexində 5-ci dərəcəli qaynaqçı işləmişdir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1978-ci ilə qədər texniki peşə məktəbində təhsil almışdır, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilə qədər 4 nömrəli Sənaye Kombinatında armatur sexində elektrik qaynaqçısı işləmişdir, xx.xx.1982-ci ildən xx.xx.1993-cü ilə qədər həmin müəssisədə təzyiq boruları sexində elektrik qaynaqçısı, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər “Dostluq” Assosiasiyasında qaynaqçı işləmişdir, Anfel-Park Azərbaycan-İngiltərə birgə müəssisəsində xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilə qədər, xx.xx.1997-ci ildən xx.xx.2000ci ilə qədər pambıq emalı sexində qazançı-bişirici, xx.xx.2000-ci ildən xx.xx.2007-ci ilə qədər elektrik qaynaqçısı, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər 4 №li Sənaye Kombinatında mexaniki təmir sexində qaynaqçı, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə qədər orda elektrik qaynaqçısı, “xxxx” SC-nin X6 İstismarı İstehsalat İdarəsində xx.xx.2007-ci ildən xx.xx.2011-ci ilə qədər elektrik-qaz qaynaqçısı, xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə qədər qazla kəsən vəzifəsində işləmişdir, xx.xx.2012-ci ildən hal-hazıra kimi elektrik qaz qaynaqçısı işləyir. 5206 №li, xx.xx.1978-ci il tarixli attestata əsasən iddiaçı 1976-cı ildən 1978-ci ilə qədər texniki peşə məktəbində təhsil almışdır və ona elektrik qaz qaynaqçısı ixtisası verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən dövlət reyestrində “DOSTLUQ” Assosiasiyasının xx.xx.1994-cü ildə 61 qeydiyyat nömrəsi ilə Ədliyyə nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. “X7” İdarəsinin 42 №li, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçı mexaniki təmir sexində xx.xx.2007-ci ildən xx.xx.2019-cu ilə qədər 6-cı dərəcəli əl ilə işləyən elektrik qaz qaynaqçısı işləmiş və xx.xx.2019-cu ildən bu günə qədər su təchizatı və mühəndis qurğularının təmiri və xidməti sahəsində əl ilə elektrik qaz qaynaqçısı peşəsində işləyir. Cavabdehin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubunda göstərilmişdir ki, axrıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sığortaçının əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları arasında təsdiqləndiyi halda sənədlər onların əmək pensiyasını təyin edən orqana daxil olunduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Təqdim etdiyi əmək kitabçasında xx.xx.1993-cü ildən xx.xx.1996-c ilədək Azərbaycan Respublikası “Dostluq” Assosiyasiyasında qeyd olunan əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyət üzrə sorğu verilmiş, cavab olaraq həmin müəssisənin hüquqi ünvanının müəyyən edilmədiyi bildirilmişdir. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün xx.xx.2006-cı il tarixinədək qanunla tələb olunan 25 il ümumi stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il təvəllüdlüdür, xx.xx.2017-ci il tarixində onun 57 yaşı tamam olmuşdur, həmin tarixə onun 40 ildən çox ümumi iş stajı olmuş, həmin müddətin 25 ildən çox hissəsini iddiaçı xx.xx.2006-cı ilə qədər işləmişdir, iddiaçı işlədiyi müddətin 20 ildən çox müddətini güzəştli əmək pensiyası hüququ verən peşədə - elektrik qaynaqçısı işləmişdir. İddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtinasının əsasında iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən az olması durur. Halbuki iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən çox olması həm əmək kitabçası, həm hərbi bileti ilə təsdiqlənir. Göstərilənlərə əsasən cavabdehin iddiaçının xx.xx.2006-cı ilə qədər 25 il ümumi əmək stajının olmaması barədə dəlilinin əsası yoxdur. Cavabdehin etirazında qeyd edilən əmək kitabçasında və xx.xx.2019-cu il tarixli arayışda iddiaçının işlədiyi peşənin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasının qeyd edilməməsi barədə bildirdiklərini məhkəmə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.Həmin qərarda işçinin peşəsinin işlədiyi peşənin ona güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmasının qeyd edilməli olması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinə (Ümumi peşələr) əsasən ilə əl ilə qaynaq aparan elektrik qaynaqçısı güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. İddiaçıın “Dostluq” Assosiasiyasında işləməsinin müəyyən edilməsi üçün həmin müəssisənin hüquqi ünvanının dəqiqləşdirilə bilməməsi ilə bağlı cavabdehin etirazına münasibətdə isə məhkəmə qeyd edir: “İnzibati icraat haqqında» 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının təqdim etdiyi sübut - əmək kitabçası ilə onun “Dostluq” Assosiasiyasında işləməsi təsdiqlənir və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçası onun həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən həmin əmək kitabçasında göstərilən məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Belə olan halda iddiaçının əmək fəaliyyəti ilə bağlı bütün şübhələr iddiaçının xeyrinə şərh olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən isə iddiaçıdan həmin əmək kitabçasının mötəbərliyini təsdiq edən əlavə sənəd və ya məlumat tələb edilməsi qadağandır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 3.1-ci bəndində də göstərilmişdir: “Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı...” Həmin Qaydaların 3.2-ci bəndində göstərilmişdir: “2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir:3.2.1. əmək kitabçası...” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə qədər “Dostluq” Assosiasiyasında işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmidir. Məhkəmə onu da qeyd edir ki. məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli məktubunda dövlət reyestrində “Dostluq” Assosiasiyasının xx.xx.1994-cü ildə 61 qeydiyyat nömrəsi ilə Ədliyyə nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Beləliklə,cavabdehin həm imtinasında, həm də etirazında göstərilən əsaslar işin faktiki halları və məhkəmə iş materiallarında olan sübutlar ilə təkzib edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti;21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bundan başqa “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.Məhkəmə onu da qeyd edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). İddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Bundan əlavə, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında “təhsil müddətinin əmək stajına daxil edilməməsi” pensiya hüququ yaranmış şəxsə deyil, hazırda təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikasının İPM-nin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, Süleymanov Əliman Süleyman oğluna onun işlədiyi müddətlərin və təhsil müddətinin və hərbi xidmətdə olduğu müddətlərin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 33, 68,69,85, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. İddiaçı Süleymanov Əliman Süleyman oğlunun işlədiyi müddətlərin və təhsil müddətinin və hərbi xidmətdə olduğu müddətlərin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinin üzərinə qoyulsun. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-2986/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2986/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver