Məhkəmə qərarları › İş №2-1(112)-2987/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2987/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2987/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs Azərbaycan Texniki Universiteti) qarşı “təhsilinin davam etdirilməsi və ali təhvil alma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Texniki Universitetində hər hansı bir ixtisasına uyğun fakültələrdə qalan təhsilini davam etdirmək və ali təhsil almağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə Azərbaycan Texniki Universiteti üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək Azərbaycan Ali Hərbi Məktəbində Dəniz rabitəçisi fakültəsində kursant kimi təhsil almış, lakin müəyyən səbəblərdən 4-cü kursa keçəndə Azərbaycan Ali Hərbi Məktəbindən xaric edilmişdir. xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Hal-hazırda müraciəti ondan ibarətdir ki, Azərbaycan Ali Hərbi Məktəbində Dəniz rabitəçisi fakültəsində və ya Təhsil Nazirliyinin nəzdində X1 təhsilini davam etdirmək və ali təhsil almaqdır.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin iddiaçıya ünvanlandığı cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə daxil olmuş (3-29- 68/1-H-2104-4/2024 nömrəli və xx.xx.2024-cü il tarixli) müraciətinizə cavab olaraq bildiririk ki, bərpa olunma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli, KQ-02 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsil alma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsil alanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən yay və qış tətili dövründə ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Sözügedən Qaydalara uyğun olaraq, yay və qış tətili müddətində ali təhsil müəssisəsinə müraciət etməyiniz tövsiyə olunur.”

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Azərbaycan Texniki Universiteti” X4 iddiaçıya ünvanlandığı cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsil alanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsil alma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsil alanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 2.8-ci bəndinə əsasən ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbənin təhsil müəssisəsini, ixtisasını, təhsil alma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsil alma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun. Siz 2017/2018-ci tədris ilində hərbi liseylərə qəbulla bağlı test imtahanlarında 132 bal toplayaraq H.Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) qəbul olmusunuz. Lakin Siz 2020/2021-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etməmisiniz (ancaq buraxılış imtahanında iştirak etmisiniz) və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin daxili əmri ilə tələbələr sırasına qəbul edilmisiniz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizin Azərbaycan Texniki Universitetinə “Radiotexnika və telekommunikasiya mühəndisliyi” ixtisası üzrə bərpa olunmağınız barədə müraciətinizin təmin edilməsi qeyri-mümkündür.”

6. Cavabdehin iddia tələbinə dair etirazında qeyd edilmişdir ki, İddiaçı 3-29-68/1-H-2104- 4/2024 nömrəli xx.xx.2024-cü il tarixli ərizəsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır və həmin müraciət 3-29-68/2-71-2104/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubla cavablandırılmışdır. Eyni zamanda, sözügedən müraciətə həmçinin Azərbaycan Texniki Universiteti tərəfindən xx.xx.2024-cü il tarixli məktubla münasibət bildirilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-02 nömrəli xx.xx.2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsil alanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsil alma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsil alanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 4.11-ci yarımbəndinə əsasən xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunan şəxslər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələr üçün müəyyən edilmiş qəbul şərtlərinə cavab verdikləri halda, əvvəl təhsil aldıqları, yaxud digər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Belə hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa həmin təhsil müəssisələrinin tabe olduqları qurumların razılığı ilə, bu Qaydaların 4.1-ci bəndinin ikinci cümləsində və 4.3-4.9cu bəndlərində göstərilən qaydada, lakin ən çoxu müvafiq ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) il ərzində (müddətli həqiqi hərbi xidmət dövrü nəzərə alınmamaqla) həyata keçirilir. Bu zaman xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunaraq müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu saxlayan sabiq kursantlar həmin möhlət hüququnun qüvvədə olduğu müddətdə, müddətli həqiqi hərbi xidmətə göndərilən sabiq kursantlar müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, hərbi və xüsusi rütbəli şəxslərlə komplektləşdirilən dəyişən heyətin sırasından xaric edilmiş digər şəxslər isə xidməti fəaliyyətlərini davam etdirdikləri müddətdə (qanunla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmət keçmənin yaş hədləri daxilində) xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa olunurlar. Eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-02 nömrəli xx.xx.2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsil alanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsil alma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsil alanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 2.8-ci bəndində ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbənin təhsil müəssisəsini, ixtisasını, təhsil alma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsil alma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun. Aparılan araşdırma zamanı İddiaçı 2020/2021-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etməməsi və xx.xx.2020-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin daxili əmri ilə tələbələr sırasına qəbulu, xx.xx.2023-cü il tarixdə isə təhsildə müvəffəqiyyətsizliyə görə Heydər Əliyev adına Hərbi İnstitutdan xaric olunması müəyyən edilmişdir. İddiaçı qəbul imtahanında iştirak etməməsi və daxili əmr əsasında qəbul olunduğu H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən xaric olunması səbəbindən, habelə onun köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balını yığmadığını nəzərə alaraq və yuxarıda qeyd olunanlara əsasən İddiaçı “təhsilinin davam etdirilməsi və ali təhsil alma” barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

7. Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin iddiaçıya ünvanlandığı cavab məktubunda qeyd edilmişdir ki, ali təhsil müəssisəsindən müxtəlif səbəblərdən xaric edilən təhsil alanlar xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul və ya bərpa olunmurlar.

8. Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutunun iddiaçıya təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş və Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə təhsil almışdır. xx.xx.2023-cü il tarixdə təhsildə müvəffəqiyyətsizliyə görə Heydər Əliyev adına Hərbi İnstitutdan xaric edilmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

11. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Təhsil sahəsində dövlətin vəzifələri 29.0.10-1. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;

12. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmənin mövqeyi

14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. 26.1-1. Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. 32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

15. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ- 02 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) dair Qaydaları”nın: 2.1. Tələbələrin təhsil aldıqları müddətdə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi onların müraciətləri əsasında yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız 1 (bir) dəfə həyata keçirilir. 2.8. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə (bundan sonra – Nazirlik) razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun. 2.10. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr ixtisaslarını yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın 2-ci hissəsində göstərilən ixtisaslara dəyişdirmək hüququna malikdirlər. 4.1. Ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunurlar. 4.11. Xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunan şəxslər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələri üçün müəyyən edilmiş qəbul şərtlərinə cavab verdikləri halda, əvvəl təhsil aldıqları, yaxud digər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Belə hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa həmin təhsil müəssisələrinin tabe olduqları qurumların razılığı ilə, bu Qaydaların 4.1-ci bəndinin ikinci cümləsində və 4.3- 4.9-cu bəndlərində göstərilən qaydada, lakin ən çoxu müvafiq ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) il ərzində (müddətli həqiqi hərbi xidmət dövrü nəzərə alınmamaqla) həyata keçirlir. Bu zaman xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunaraq müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu saxlayan sabiq kursantlar həmin möhlət hüququnun qüvvədə olduğu müddətdə, müddətli həqiqi hərbi xidmətə göndərilən sabiq kursantlar müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, hərbi və xüsusi rütbəli şəxslərlə komplektləşdirilən dəyişən heyətin sırasından xaric edilmiş digər şəxslər isə xidməti fəaliyyətlərini davam etdirdikləri müddətdə (qanunla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmətkeçmənin yaş hədləri daxilində) xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa olunurlar.

16. İşin araşdırılmış hallarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş və Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə təhsil almışdır. xx.xx.2023-cü il tarixdə təhsildə müvəffəqiyyətsizliyə görə Heydər Əliyev adına Hərbi İnstitutdan xaric edilmişdir. Hazırda iddiaçı Azərbaycan Texniki Universitetində hər hansı bir ixtisasına uyğun fakültələrdə qalan təhsilini davam etdirmək və ali təhsil almağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsil alanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsil alma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsil alanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 2.8-ci bəndinə müvafiq olaraq ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbənin təhsil müəssisəsini, ixtisasını, təhsil alma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsil alma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun.

18. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 2017/2018-ci tədris ilində hərbi liseylərə qəbulla bağlı test imtahanlarında 132 bal toplayaraq Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) qəbul edilmişdir. 2020/2021-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanlarında iştirak etməyərək, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin xx.xx.2020-ci il tarixli daxili əmri ilə tələbələr sırasına qəbul edilmişdir.

19. Məhkəmə hesab edir ki, iddiaçının 2020/2021-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanlarında iştirak etməməsi və daxili əmr əsasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul edilməsi və təhsilində müvəffəqiyyətsizliyə görə həmin müəssisədən xaric edilməsi, habelə onun köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balını yığmaması onun Azərbaycan Texniki Universitetində təhsilini davam etdirmək hüququnun olmamasına əsas verir.

20. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

21. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

22. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar