Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2988/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ ehtiyyata buraxıldığı 156-ci maddəsinin “e” bəndinin, 156-ci maddənin “v” bəndinə (xəstəliyə görə) dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq onun ehtiyyata buraxıldığı 156-ci maddəsinin “e” bəndinin, 156-ci maddənin “v” bəndinə (xəstəliyə görə) dəyişdirilməsi tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1998-ci ildə Bakı Ali Hərbi Dənizçilik məktəbini bitirmişdir. 2003-cü ildən hərbi xidmət zamanı səhhətində narahatçılıqlar olduğu üçün dəfələrlə hərbi hospitallarda müalicə almışdır. Dəfələrlə hərbi hospitallarda yatmağına baxmayaraq onu Ordu sıralarından xəstəliklə deyil, “Hərbi xidmətkeçmə haqqında “Əsasnamənin 156-ci maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluq) 2006-ci ildə ehtiyyata buraxıblar. xx.xx.2006-ci ildə Xətai rayon Hərbi Komissarlığa qeydiyyata düşmüşdür. Ordu sıralarından buraxılarkən xəstəliyi ilə əlaqədar şəhadətləndirilmişdir. Müdafiə nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı ilə xəstəliyi hərbi xidmət dövrü ndə alınmışdır səbəbi ilə təsdiq olunmuşdur..2006-ci ildə Dövlət Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən İİ-ci qrup əlillik dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə Hərbi Həkim Komissiyasına məktub yazaraq xahiş etmişdir ki, 156-ci maddənin “e” bəndinin, 156-ci maddənin “v” bəndinə (xəstəliyə görə) dəyişdirilməsi barədə xahişi ilə Müdafiə nazirliyinə müraciət etmiş, lakin cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinlədikdən, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddiaçının iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi onun ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə nazirliyinin müvafiq əmrinin (xx.xx.2006-ci il tarixli 0124 saylı) dəyişdirilməsindən ibarətdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi biletinin 12-ci vərəqində olan qeydə əsasən iddiaçı “Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin 156-ci maddəsinin “E” bəndinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) cavabdehin xx.xx.2006-ci il tarixli, 0124 saylı əmrinə əsasən ehtiyata buraxılmışdır. İşin faktki hallarına əsasən iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirliyinin xx.xx.2006-ci il tarixli, 0124 saylı əmrinin dəyişdirilməsi barədə iddia ilə 14 il sonra, 01 dekabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsində göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş mübahisələndirmə müddətini (30 gün müddətini) buraxmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə nazirliyinin müvafiq əmrinin mübahisələndirilməsi (dəyişdirilməsi) üçün Azərbaycan Respublikasının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət buraxıldığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ehtiyyata buraxıldığı 156-ci maddəsinin “e” bəndinin, 156-ci maddənin “v” bəndinə (xəstəliyə görə) dəyişdirilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ehtiyyata buraxıldığı 156-ci maddəsinin “e” bəndinin, 156-ci maddənin “v” bəndinə (xəstəliyə görə) dəyişdirilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2988/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2988/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver