Məhkəmə qərarları › İş №2-1(112)-2988/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2988/2025

10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2988/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı “yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən fərdi yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə müvafiq aktın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2025-ci il tarixdə vəsatət təqdim edərək, iddiaçı olduğu 2-1(112)- 2988/2025 saylı inzibati mübahisəyə dair işlə X1 iddiaçı olduğu 2-1(112)-2986/2025 saylı inzibati mübahisəyə dair işin birlikdə baxılması üçün həmin işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət bununla əsaslandırılmışdır ki, iddiaçı X2 da eyni ilə onun kimi cavabdeh Bakı Şəhəri Cavabdehə qarşı iddia ərizəsilə Bakı inzibati Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən fərdi yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə müvafiq aktın verilməsini Bakı Şəhəri Cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hər iki iddia tələbinə nəzərsaldıqda iddia tələblərinin mahiyyət etibarı ilə bir-birilə bağlılıq təşkil etdiyini, eyni olduğunu açıq-aşkar görmək mümkündür. Buna görə də, hər iki iddia tələbinin bir icraatda birləşdirilərək birlikdə baxılması daha məqsədəmüvafiqdir. Bu məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə gətirib çıxaracaqdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-2988/2025 nömrəli hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2986/2025 nömrəli (iddiaçı X1 cavabdeh Bakı şəhər Cavabdehə qarşı “yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması barədə qərarın qəbul edilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməli və 2-1(112)-2988/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)- 2985/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-ci maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İşdə olan xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı və X1 paylı mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2988/2025 nömrəli və 2-1(112)- 2986/2025 nömrəli işlər üzrə iddia ərizəsindən görünür ki, iddiaçıların həmin mənzilin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə müvafiq aktın verilməsini xahiş edirlər. Məhkəmə hər iki işin faktiki və hüquqi əsaslarının eyni olmasını nəzərə alaraq vahid qərar qəbul edilməsi məqsədilə həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İPM-in 83-cü maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və İPM-in İPM-in 1.2-ci, 2.2-ci, 4.1-ci, 16.3-cü, 23.1-ci, 37-ci, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2988/2025 nömrəli (İddiaçı cavabdeh Bakı şəhər Cavabdehə qarşı “yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması” tələbinə dair) inzibati iş, həmin məhkəmənin icraatında olan 2-1(112)- 2986/2025 nömrəli (iddiaçı X1 cavabdeh Bakı şəhər Cavabdehə qarşı “yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması barədə qərarın qəbul edilməsi” tələbinə dair) inzibati işə birləşdirilsin. 2-1(112)-2988/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-2986/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar