Məhkəmə qərarları › İş №2-1(112)-2989/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2989/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2989/2024 20.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın yenidən hesablanması və fərqin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanununun 20.2-ci maddəsinə əsasən pul təminatıma daxil olan müavinətlərimdə nəzərə alınmaqla kompensasiyanın yenidən tam şəkildə hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi İddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” AR Qanununun 20.2, 20.6, 20.7ci maddələrinə, AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 180-24 №-li qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin 562 №-li xx.xx.1992-ci il tarixli Qərarının 1 və 2-ci bəndlərinə və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.2 və 1.3-cü bəndinə əsasən pul təminatına daxil olan kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində ödənilmiş müavinətin və eləcə də kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularına müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində ödənilmiş birdəfəlik müavinətin ona ödənilmiş 3 (üç) illik pul təminatına daxil edilməklə pul təminatı üzrə kompensasiyanın yenidən hesablanması və ödənilməmiş kompensasiyanın qalan hissəsinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mayor rütbəli ehtiyatda olan zabit və ikinci dərəcəli müharibə əlilidir. Belə ki, 15 iyul 2008-ci il tarixindən 28 sentyabr 2019-cu il tarixinədək Müdafiə nazirinin müvafiq əmrinə əsasən, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin" subyektinin əməkdaşı olaraq xüsusi təyinatlı hərbi hissədə xidmət keçib. Müdafiə Nazirinin 16 sentyabr 2019-cu il tarixli müvafiq əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "V" bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılıb. Hazırda isə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı olaraq Səfərbərlik Xidmətinin Yasamal rayon idarəsində qeydiyyatdadır. Azərbaycan Respublikasının "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanununun 20.12-ci maddəsinə və həmin qanundan irəli gələn Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli, 180-24 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq xəsarət aldığıma görə Müdafiə Nazirliyi tərəfindən ona, 3 illik pul təminatı miqdarında 50598 manat məbləğində birdəfəlik kompensasiya təyin olunmuş və ödənilmişdir. Lakin hazırda məlum olmuşdur ki, ona Müdafiə Nazirliyi tərəfindən ödənilmiş birdəfəlik kompensasiya tam şəkildə olmaqla, düzgün hesablanmamışdır. Belə ki, Müdafiə Nazirliyi tərəfindən ona məxsus kompensasiya məbləği hesablanan zaman pul təminatına daxil olmalı olan kəşfiyyat subyektinin əməkdaşına müalicəyə görə verilən 2269 manat və məzuniyyətə görə verilən 2269 manat miqdarında müavinətləri nəzərə alınmamış, ümumi kompensasiya məbləğinə hesablanmamış və son nəticədə isə onun hesabına köçürülməmişdir. Faktiki olaraq kəşfiyyat subyektinin əməkdaşı kimi ehtiyyata buraxıldığı dövrdə müalicə olunma və məzuniyyətə görə müavinətlərini alsa da, birdəfəlik kompensasiya hesablanarkən həmin müavinətlər heç bir qanuni əsas olmadan nəzərə alınmamışdır. Bu səbəb ilə 07 sentyabr 2023-cü il tarixində cavabdeh inzibati orqan olaraq Müdafiə Nazirliyinə rəsmi şəkildə müraciət edərək müavinətlərində nəzərə alınmaqla birdəfəlik kompensasiyanın yenidən tam şəkildə hesablanması və ödənilməsini xahiş edib, lakin bugünə kimi heç bir münasibət bildirilməyib. Cavabdehin bu mövqeyi də qanunvericiliyə zidd olduğundan və onu qane etmədiyi üçün hüquqlarının müdafiə edilməsi məqsədilə iddia ərizəsi ilə məhz inzibati məhkəməyə müraciət edib. Çünki inzibati məhkəmələrin yaradılmasının ən əsas məqsədi, güclü inzibati orqan qarşısında zəif bənd olan və daha çox sosial müdafiəyə ehtiyyacı olan vətəndaş hüquqlarının müdafiə edilməsidir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti hərbi qulluqçuları ilə hüquqi münasibətləri tənzimləməklə yanaşı, həmin əməkdaşların hüquqi təminatlar sistemini müəyyən edir. Bu səbəblə də hesab edir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.2, 20.6, 20.7, 20.11 və 20.12-ci maddələrinə əsasən iddia tələbim qanunidir və əsaslıdır. Belə ki: “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanununun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir; Bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəməsinində təqdirə layiq mövqeyidə vardır ki, qanunvericilikdə dəqiq şəkildə qeyd edilmişdir ki, kəşfiyyat və əks-kə^fıyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir; “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanununun 20.6-cı maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən, iki aylıq pul təminatı məbləğində müavinət verilir; “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanununun 20.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir; “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanununun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir; “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Bu maddədə müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Məhz həmin səlahiyyəti həyata keçirmək məqsədilə Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 180-24 nömrəli qərarı ilə “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları” təsdiq edilir. Nəticə etibarı ilə Nazirlər Kabinetinin 180-24 nömrəli 23 noyabr 2004-cü il tarixli Qərarının 2.2-ci bəndinə əsasən kəşfiyyat subyektinin hərbi qulluqçularına xəsarətə görə 3 illik pul təminatı miqdarında kompensasiya ödənilir. Digər hal olaraq həlak olduqda isə 5 illik pul təminatı miqdarında kompensasiya ailəsinə ödənilir; İşin faktiki hallarından da göründüyü kimi hərbi qulluqçu statusu olmaqla yanaşı, daha üstün hüquqi qüvvəyə malik olan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı statusu da vardır. Bu səbəb ilə sözügedən Qanunun 20.12-ci maddəsində göstərilən şəxslərin dairəsinə düşdüyü üçün ona 3 illik pul təminatı məbləğində kompensasiya ödənilmiş, lakin ödənilən kompensasiyanın tərkibinə müavinətlərimin cəmi daxil edilməmişdir. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanununun 20.12-ci maddəsinə görə 3 illik pul təminatı miqdarında kompensasiya təyin olunub ona ödənilərkən həmin qanunun 20.2-ci maddəsində göstərilənlərin hər biridə nəzərə alınmalı idi; Onu da xüsusən qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman sözügedən müavinətlərin əmək pensiyasında nəzərə alınmasına dair qadağa olsa da, xəsarətə görə ödənilməli olan kompensasiyada nəzərə alınmasına dair heç bir qadağa yoxdur.

4. Vəkil sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən bildirilmişdir ki, İddiaçı 2008-2019-cu illərdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı {kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət ödənilir) və 20.7-ci {kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət ödənilir) maddələrinə uyğun olaraq müavinətlər ödənilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həmin illərdə ehtiyatda olan mayor İddiaçı məzuniyyətə və xəstəliyə görə iki aylıq pul təminatı barədə ödənilməsinə dair arayış təqdim olunmuşdur.

5. Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsi tərəfindən verilmiş arayışa əsasən 1984-cü il təvəllüdlü ehtiyatda olan mayor İddiaçı həqiqətən xx.xx.2001-ci ildən xx.xx.2019-cu ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş yə AR MN-nin 0699 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata tərxis olunub.Azurbaycan Respublikası Müdafiə Nazirinin müvafiq nömrəli əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir.

6. İddiaçı hərbi biletindən görünür ki, alınmış xəsarətin xarakteri hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, Xəstəliklər cədvəlinin 53b maddəsinin İİİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Ehtiyyatda olan mayor Müdafiə nazirinin müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektidir.

7. Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etirazda bildirilir ki, "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli 711-İİQ nömrəli Qanununun 20.2-ci maddəsində qeyd edilmişdir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Göründüyü kimi, qeyd edilən maddədə pul təminatına və təminat xərcliyinə aid olan bütün ödənişlər cəm halında göstərilmişdir və bu ödənişlərin hamısının pul təminatına aid edilməsi səhvdir və qanunauyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş "xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiyanın ödənilməsi göstərilmişdir. Bildiririr ki, hərbi qulluqçuların aylıq maaşlarına nisbətən üstəlik verilən pul təminatı növləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 1 nömrəli əlavəsi ilə tənzimlənir. Qeyd edilən Qərarın 2-ci bəndinin icrası ilə bağlı Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" tərtib edilmişdir. Nazirlər Kabinetinin sözügedən Qərarının 1-ci bəndində, həmçinin Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarının 1.2-ci bəndində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına ödənilən hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətlər göstərilməmişdir. Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarının 1.2-ci bəndinə uyğun olaraq Azərbaycan Ordusunun hərbi qulluqçularının aylıq pul təminatı - daimi xarakter daşıyan vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq əlavə növlərindən ibarətdir. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının xx.xx.2004cü il tarixli 711-İİQ nömrəli Qanununa uyğun olaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinətin verilməsi sözügedən qanunun 20.6-cı bəndi ilə, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilməsi isə həmin qanunun 20.7-ci bəndi ilə tənzimlənir. Göründüyü kimi qeyd edilən müavinətlər pul təminatının tərkib hissəsi kimi hər ay deyil, hərbi qulluqçulara ildə bir dəfə verilən ödənişlərdir. Bu səbəbdən də müavinətlər daimi xarakter daşımırlar və pul təminatının tərkibinə daxil edilməsi qanunauyğun deyildir. Eyni zamanda bildirilir ki, bu sahə üzrə aparıcı (əsas) təşkilatlar olan Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularına da 3 illik pul təminatı miqdarında kompensasiyanın ödənilməsi üçün aylıq pul təminatının tərkibinə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına ödənilən hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətlər daxil edilmir. Qeyd edilir ki, əgər İddiaçı xidmət etdiyi dövrdə 3 illik pul təminatı miqdarında kompensasiyanın hesablanmsı üçün pul təminatının tərkibinə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşlarına ödənilən birdəfəlik müavinətlər daxil edilməli olduğunu hesab edirdisə, ümumilikdə 18 ildən çox xidmət etmiş, təcrübəli və savadlı bir hərbi qulluqçu kimi o, xidmət etdiyi dövrdə, həmçinin xx.xx.2019-cu il tarixdə hərbi xidmətdən tərxis olunduğu vaxta qədər bu barədə xidmət etdiyi hərbi hissənin komandirinə yazılı və ya şifahi formada müraciət etməli idi. İddiaçı hərbi xidmət vaxtı, eləcə də 2019-cu ildə hərbi xidmətdən ehtiyata tərxis olunandan sonra hüquqlarının pozulduğu barədə iddia qaldırmamışdır. İddiaçının mübahisələndirdiyi məsələ 2008-2019-cu illərə aid olsa da o, hərbi xidmətdən tərxis olunduğu vaxtdan (xx.xx.2019) 4 il keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da o iddia müddətini ötürmüşdür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Burada qeyd etmək lazımdır ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: "Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir." Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377-ci maddəsinə görə iddia müddətinin başlanması, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və Müdafiə Nazirliyi hesab edir ki, məhkəmə ilk növbədə iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosesual-hüquq normalarına əsasən qiymət verməlidir. Belə ki, hüquqi mübahisənin bütün mərhələsində (iddia məhkəməyə daxil olduqda, məhkəmə baxışının vaxtı təyin edildikdə, məhkəmə baxışına hazırlıq aparıldıqda, məhkəmə qərarına apellyasiya və ya kassasiya şikayətinə əsasən yenidən baxdıqda) məhkəmə daim işin faktiki hallarını nəzərdən keçirməli, iddianın mümkünlüyünü yoxlamalıdır. İddianın əsaslığının araşdırılması üçün əsas şərt iddianın mümkün olmasıdır. Yəni məhkəmənin iddianın mahiyyəti üzrə qərar qəbul edə bilməsi üçün mümkünlük şərtləri mövcud olmalıdır. Bundan əlavə, Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnaməmin 1.11-ci bəndində qeyd edilmişdir: "Hərbi qulluqçulara ödənilməli olan, lakin vaxtında ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı almaq hüququna malik olduqları bütün dövr üçün, lakin pul təminatı almağa edilən müraciətədək üç ildən çox olmayan müddətə ödənilir." 1.12-ci bənddə göstərilmişdir: "Birdəfəlik pul təminatını almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş edilibsə, birdəfəlik pul təminatı ödənilir." Göstərilənləri nəzərə alaraq bildirir ki, qeyd edilən müavinətlərin hərbi qulluqçuların pul təminatına aid (daxil) edilməsi qanunsuz və əsassızdır. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 180- 24 nömrəli gərarı güvvəyə mindiyi gündən hal-hazırki vaxtadək yüzlərlə, minlərlə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına sözügedən 3 illik kompensasiya yalnız daimi xarakter daşıyan pul təminatından ödənilmişdir və hal-hazırda da ödənilir. Qeyd edilən pul təminatının tərkibinə heç bir vaxt kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət və müalicə olunmaları ilə əlagədar ildə bir dəfə onlara iki aylığ pul təminatı məbləğində birdəfəlik müavinətlər daxil edilməmişdir. Məlumat üçün bildiririlir ki, İddiaçı iddiası təmin edildiyi təqdirdə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də hal-hazırda xidmətdə olan belə hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır.

8. İddiaçı cavabdehin eitrazına dair mülahizə təqdim edərək bildirmişdir ki, Nazirlər Kabinetinin xx.xx.2004-cü il 180-24 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə ona 3 (üç) illik pul təminatı məbləğində kompensasiya ödənilir sözləri qeyd olunmuşdur. Nəticə etibarı ilə NK-nin 180-24 nömrəli Qərarında (Qaydalarda) aylıq maaş olaraq heç bir ifadəyə istinad edilməmişdir. Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarının Ədliyyə sistemində hüquqi akt kimi qeydiyyatı belə yoxdur. Həmçinin 22 nömrəli Qərar - Nazirlər Kabinetinin Qərarından və Qanunlardan üstün hüquqi qüvvəyə malik olmadığına görə, məhz qanunvericiliyin tələbinə əsasən iki aylıq pul təminatı miqdarında məzuniyyət və müalicə kimi sözügedən müavinətlər faktiki olaraq hər il şəxsimə münasibətdə ödənilmişdir; Nazirlər Kabinetinin xx.xx.2004-cü il 180-24 nömrəli Qərarında kəşfiyyat subyekti əməkdaşlarına açıq-aşkar 3 (üç) illik pul təminatı miqdarında kompensasiyanın ödənilməsi göstərilmişdir. Nəticə etibarı ilə NK-nin 180-24 nömrəli Qərarında daimi xarakter daşıyan və ya aylıq pul təminatı olaraq heç bir ifadəyə yer verilməmişdir; Qanunvericiliyə əsasən 3 (üç) illik pul təminatı miqdarında kompensasiyanın tələb edilməsi üçün əsas şərtlərdən birincisi odur ki, əməkdaş məhz xəstəliyi səbəbindən ehtiyata buraxılmış olsun. Bu faktda bir daha onu sübut edir ki, hərbi xidmətdə olduğum dövrdə mütləq rəhbərliyə müraciət etməliydim və ya kompensasiya tələb etməliydim kimi iddialar irəli sürməyiniz sadəcə absurddur. Faktiki olaraq da, mənim iddia tələbim cavabdeh tərəfindən öhdəliyin tam şəkildə yerinə yetirilməsi ilə bağlıdır. Belə ki, praktikada xəstəliyə görə kompensasiyanın ödənilməsi hallarında və eləcə də öhdəlik ilə bağlı iddialarda heç bir müddət məhdudiyyəti yoxdur. Bununla yanaşı, cavabdehin nümayəndəsinə bir daha onu da xatırladıram ki, şəxsən sizin tərəfinizdən 2019-cu ilin iyun, iyul, avqust və sentyabr aylarında ödənilməyən aylıq pul təminatlarım 4 il sonra 02 iyul 2023-cü il tarixində ödənilmişdir; Ali Məhkəmənin təqdirəlayiq mövqeyidə ondan ibarətdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanun məhz kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları kateqoriyasına daxil olan şəxslərin ümumi normalardan fərqli olan bir sıra xüsusi tənzimedici normaları nəzərdə tutmuşdur. Bu səbəbdən də nəzərə alınmalıdır ki, xidməti vəzifələrin icrası zamanı alınmış xəsarət nəticəsində sağlamlığı pozulmuş kəşfiyyat subyektinin əməkdaşı və onun ailə üzvləri sosial həssas qrupa aid olduğu üçün, həmin kateqoriyadan olan şəxslər qanunvericiliyə əsasən onlara təyin olunmuş ödənclərdən məhrum edilə bilməz. Nəticə etibarı ilə publik hakimiyyət funksiyalarını həyata keçirən vəzifəli şəxslər sosial həssas qrupa aid olan şəxslərə qarşı qanunauyğun davranışla bağlı xidməti öhdəlik daşıyırlar. Bu səbəb ilə cavabdehin nümayəndəsinə təkrarən izah verirəm ki, mən, xidmət etdiyim dövr ərzində almış olduğum maddi yardımların, mükafatların və s. kimi məbləğlərin 3 illik pul təminatıma daxil edilməsini əsla tələb etmirəm. Sadəcə "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanununun 20.2-ci maddəsində pul təminatım olaraq qeyd olunan müavinətlərin nəzərə alınmasını və 3 illik pul təminatıma daxil edilməsini tələb edir.

9. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

10. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdilər.

II. İddianın növü və mümkünlüyü

11. Tələb kompensasiyanın yenidən hesablanaraq ödənilməsi ilə bağlı olsa da, həmin kompensasiyanın ödənilməsi inzibati orqanın qanunsuz hərəkətlərindən deyil, qanundan irəli gələn vəzifələrin icrası ilə bağlıdır. Ona görə də iddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. Qeyd edilən iddia növü üzrə qanunvericilikdə iddia müddəti nəzərdə tutulmamışdır, odur ki, məhkəmə əlavə araşdırma aparmağa lüzum görmədən hesab edir ki, iddia mümlündür.

15. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

16. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının kompensasiyanın yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

19. İddiaçıya üç illik pul təminatı məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçı hazırda yeni artırılmış pul təminatı xərcliyi əsasında üç illik pul təminatı məbləğində kompensasiyanın (fərqin) ödənilməsi tələb edir. Mübahisə məhz pul təminatı anlayışına tərəflərin yanaşması və pul təminatına daxil olan ödənişlərlə bağlıdır.

20. “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanundan: 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş "xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiyanın ödənilməsi göstərilmişdir.

22. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir. Həmin qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir.

23. Qanunun 20.2-ci maddəsindəki kompensasiyalar və müavinətlərin tərkibinə münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarına əsasən kompensasiya və müavinətlər Müdafiə naziri tərəfindən müəyyən edilməlidir. Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarının 1.2-ci bəndinə uyğun olaraq Azərbaycan Ordusunun hərbi qulluqçularının aylıq pul təminatı - daimi xarakter daşıyan vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq əlavə növlərindən ibarətdir.

24. Beləliklə, Qanunun 20.2-ci maddəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatına digərləri ilə (vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, üstəlik verilən pul təminatının digər növləri) kompensasiyaların və müavinətlərin daxil olduğu göstərildiyindən iddiaçı hesab edir ki, Qanunun 20.6-cı maddəsindəki hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət və 20.7-ci maddəsindəki müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət pul təminatına daxildir. Bu səbəbdən qanunun 20.12-ci maddəsinə əsasən kompensasiya məbləği hesablanarkən həmin məbləğlər (iki aylıq pul təminatı məbləğində müavinət və iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət) nəzərə alınmalı və kompensasiya məbləği yenidən hesablanmalıdır.

25. X9 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X9 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - istənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X7rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X4 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

26. Məhkəmə qeyd edir ki qeyd edilən normaların təhlilindən görünür ki, pul təminatı mahiyyət etibarilə hərbçilərə ödənilən daimi xarakter daşıyan aylıq ödənişlərdir. Belə ki, həm 20.6, həm də 20.7-ci maddələrdə məhz ildə bir dəfə iki aylıq pul təminatı məbləğində məzuniyyət və müalicə üçün müavinətin ödənməsi və 20.12-ci maddədə isə 3 illik pul təminatı məbləğində kompensasiyanın ödənməsi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının qeyd etdiyi kimi həmin məzuniyyət və müalicə üçün müavinət pul təminatına daxil edilsə, o zaman pul təminatının məbləğini müəyyən etmək mümkün olmayacaqdır (məbləğ sonsuzadək artmış olacaqdır). Belə olan təqdirdə, həmin 3 illik pul təminatı məbləğində kompensasiya da pul təminatı məbləğinə daxil edilmiş olmalıdır. Qeyd edildiyi kimi təsadüfi deyildir ki, Qanunun 20.6 və 20.7-ci maddələrində ödənilməli müavinət kimi meyar olaraq məhz aylıq pul təminatı məbləğinin əmsal ifadəsi nəzərdə tutulmuşdur.

27. Odur ki, müalicə və məzuniyyət üçün müavinət ildə bir dəfə ödənildiyindən daimi xarakter daşımır.

28. Odur ki, iki aylıq pul təminatı məbləğində müavinət və iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət daimi xarakter daşımadığından və həmin müavinətlərin təminat xərcliyinə daxil edilməsini əsaslandıran norma müəyyən edilmədiyindən məhkəmə iddiaçıya kompensasiya məbləğinin yenidən hesablanmasına “qanuni gözləntisi” olduğunu müəyyən etmir.

29. Odur ki, məhkəmə qeyd edir ki, Qanunun 20.2-ci maddəsindəki kompensasiyalar və müavinətlərin tərkibi konkret halda Müdafiə naziri tərəfindən müəyyən edilən aylıq əlavə növlərindən ibarətdir. Müdafiə nazirinin həmin əmrinin dərc olunmamasına və Ədliyyə Nazirliyində qeydə alınmamasına münasibətdə məhkəmə qeyd edir ki, həmin əmrin qəbulu Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarı ilə şərtlənir və pul təminatının tərkibi ilə bağlı tədqiq olunan müddəaları hər hansı şəkildə “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanunla ziddiyyət təşkil etmir.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar