Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-299/2020 21.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə qarşı 3-cü şəxs 24 saylı şəhər Poliklinikası işə cəlb edilməklə öhdəliyin qoyulması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə qarşı 3-cü şəxs 24 saylı şəhər Poliklinikası işə cəlb edilməklə 24 saylı şəhər poliklinikası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına yenidən göndəriş (Forma 88) göndərilməsi və göndrişdə əlillik səbəbi əmək zədəsi kimi qeyd olunması və diaqnozda 8-10 sm uzunluğunda vətərin kəsilib götürülməsinə dair 24 saylı şəhər poliklinikasına tapşırıq verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4098/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə “Ankara” Klinikası və "xxxx" MTK iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək barəsində Tibbi Sosial Ekspert Komissiyasına yenidən göndəriş (Forma 88) göndərilməsi və göndərişdə əlillik səbəbi əmək zədəsi kimi qeyd olunması və diaqnozda 8-10 sm uzunluğunda vətərin kəsilib götürülməsinin qeyd olunması öhdəliyinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 5 A ünvanında inşa edilən yaşayış binsının tikinti sahəsində işləyərkən elektrik mişarı sağ əlini kəsmişdir. Həmin şirkətin əməyin mühafizəsi xidmətinin rəisi Rövşən Əzizov onu Ankara Klinikə aparmışdır. Klinikada xəsarətin iş zamanı alınması həm onun, həm də şirkətin əməyin mühafizəsi xidmətinin rəisi Rövşən Əzizov tərəfindən bildirilmişdir. Həmin klinikada həkim Bayram Mehdiyev tərəfindən ona tibbi yardım göstərilmiş və cərrahi əməliyyat edilmişdir. Klinika tərəfindən ambulator kitabçadan çıxarış verilmişdir. Həmin Ambulator kitabçadan çıxarış əsasında 24 saylı poliklinikaya müraciət edərək əlillik dərəcəsinin verilməsi üçün Tibbi Sosial Ekspert Komitssiyasına göndəriş (Forma 88) göndərilməsini xahiş etmişdir. X9 Komitssiyası tərəfindən 3-cü dərəcəli əlillik səbəbi verilmişdir. Lakin, əlillik dərəcəsi verilərkən həm əlillik səbəbi əmək zədəsi kimi deyil, ümumi xəstəlik kimi qeyd olunmuş, həm də diaqnozda 8-10 sm uzunluğunda vətərin kəsilib götürülməsi qeyd olunmamışdır. Dəfərlərlə 24 saylı şəhər poliklinikasına müraciət edərək Tibbi Sosial Ekspert Komissiyasına yenidən göndəriş (Forma 88) göndərilməsini və göndərişdə əlillik səbəbi əmək zədəsi kimi qeyd olunmasını xahiş etsə də, müraciəti rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə ərizə ilə müraciət edərək Tibbi Sosial Ekspert Komissiyasına yenidən göndəriş (Forma 88) göndərilməsi və göndərişdə əlillik səbəbi əmək zədəsi kimi qeyd olunmasına dair köməklik göstərilməsini və 24 saylı şəhər poliklinikasına tapşırıq verilməsini xahiş etmişdir. Lakin, bugünədək heç bir köməklik göstərilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə müraciətini təmin etməməsi qanunsuz və əsassızdır. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxs "xxxx" MMC-nin direktoru X3 öz izahatında bildirdi ki, onlara xəstə daxil olarkən nə deyirsə, onlar da elə qeyd edirlər. Qalan bütün əməliyyatlar artıq polisin işidir. 3-cü şəxsin nümayəndəsi sonda iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, İddiaçı 0112003AABTS nömrəli Forma 88 göndəriş əsasında xx.xx.2019cu il tarixdə qiymətləndirilərək, diaqnoz: bilək və əl səviyyəsində əzələ və vətərin travması, sağ əlin arxa səthinin mişarla cırılmış didilmiş travmadan sonrakı vəziyyət, oynaqların kapuslası, sağ əlin İİ İİİ İV V barmaqlarını postravmatik açıcı funksiyasının pozulması əlin hərəkəti funksiyasının pozulması sağ yuxarı ətrafın əzələ atrofiyası, mil sinirinin zədələnməsi, sağ əlin İİ İİİ İV V barmaqlarının açıcı funksiyasının pozulması sağ mil sinirinin postravmatik neyropatiya davamlı ağrı sindromu ilə, nevrasteniya, astenonevrotik sindrom, müddətsiz, ümumi xəstəlikdən üçüncü dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. İşdə olan Ankara Klinikası tərəfindən veirlmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı Əli oğlunun xəstəliyinin başlanma tarixi xx.xx.2018-ci il; diaqnozu – sağ əlin mil-bilək önü nahiyyəsinin kəsilmiş, cırılmış, didilmiş yarası, oynaq konturakturası dağılması, İİ-İİ-İX barmaqların acıcı bağlarının didilmiş deformasiyası, sağ əlin İİ-İİ-İX barmaqlarının açıcı funksiyasının pozulması; qıza anamnez – xəstənin dediyinə görə xx.xx.2018-də iş görərkən laqonda mişarı ilə əlinin üst nahiyyəsini kəsmişdir. Pasientin vəziyyəti bölməsində sağ əlin mil-bilək önü nahiyyəsinin 5-6 sm-ə yaxın kəsilmiş, cırılmış-didilmiş və oynaq kapuslasının dağılmış yarası görünür, 8-10 sm-ə yaxın didilmiş vətər müəyyən olunur, didilmiş deformasiya olunmuş vətər kəsilib götürülmüşdür. Xəstənin dediyinə görə klinikaya gələrkən yolda təxminən 6-8 sm-ə yaxın didilmiş, deformasiya olunmuş damarı özü qoparmışdır. Xəstənin İİ-İİ-İV barmaqlarının açıcı bağları didilib deformasiya olunmuşdur. İşdə olan İstehsalatda bədbəxt hadisə haqqında 01/18 nömrəli aktın surətindən görünür ki, "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Xətai rayonu, zığ yolu 5A ünvanında yerləşən tikinti sahəsində qəlibçi peşəsində işləyən 1964-cü il təvəllüdlü İddiaçı 08 oktyabr 2018-ci il tarixə saat 800-da "xxxx" MTK tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının tikinti sahəsinə iş yerinə gəlmiş, xüsusi iş paltarlarını geyindikdən sonra digər qəlibçilərlə birlikdə iş öncəsi təlimat almışdır. Sonra tikintinin 2-ci mərtəbəsində usta-qəlibçi Teymur Musayev İddiaçı köməkçi fəhlə Bayram Balakişiyevlə birlikdə pilləkənin yanında otaqda döşəmənin qəlibinin quraşdıırlmasını tapşırmışdır. Qəlibçi İddiaçı və fəhlə B.Balakişiyev aldıqları tapşırığa uyğun olaraq qəlibin yanlarını və döşəmələrini quraşdırmışlar. Onlar gələcəkdə beton töküləcək qəlibin yanlarını və döşəmələrini quraşdırmışlar. Onlar gələcəkdə beton töküləcək qəlibin səviyyəsinin düzgünlüyün yoxlamaq məqsədilə ip çəkərək tərəzi qoyarkən qəlibin yan taxtasının səviyyədən hündür olduğunu müəyyən etmişlər. İddiaçı taxtanın səviyyədən hündür hissəsini kəsmək üçün qonşu otaqda işləyən işçilərin istifadə etdikləri elektrik əl mişarını gətirmiş, mişarı cərəyan şəbəkəsinə qoşduqdan sonra üzərindəki düyməni basaraq işə salmış və 5ₓ10 sm ölçüdə olan taxtanın artıq hissəsini kəsmişdir. O, işi başa çatdırdığı üçün mişarın üzərindəki düyməni təkrar basaraq cərəyan şəbəkəsindən ayırsa da, lakin mişar öz ətaləti ilə fırlanmaqda davam etmişdir. İddiaçı iki əli ilə elektrik mişarının dəstəklərindən tutaraq götürdüyü yerə qoymaq üçün apararkən qəflətən sağ əli sürüşmüş və dəstəkdən çıxmışdır. Onun sağ əli dəstəkdən çıxdığı üçün sol əli ilə mişarı saxlaya bilməmiş, fırlanma hərəkəti dayanmayan mişar onun sağ əlinə toxunaraq xəsarət yetirmişdir. Sonra iş yoldaşları ona ilkin yardım göstərmiş və xəstəxanaya aparmışlar. Bədbəxt hadisənin səbəbləri: "xxxx" MTK sədri tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş “tikinti üzrə qəlibçi (fəhlə) üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimat”ın və “tikinti ustasının vəzifə təlimat”ın tələblərinə əməl edilməməsi olmuşdur. Əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslər İddiaçı və Ş.Əliyev olmuşdur. İşdə olan Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən 24 nömrəli Şəhər poliklinikasının baş həkiminə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 5969-01/11 nömrəli məktubdan görünür ki, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi barədə Bakı şəhər Baş Səhiyyə İdarəsinə daxil olmuş ərizəsi aidiyyəti üzrə baxılması üçün 24 nömrəli Şəhər Poliklinikasına göndərilmiş və İddiaçı mütəxəssis müaynəsindən keçirilərək, ixtisaslaşmış tibbi yardımla təmin olunması, eyni zamanda əlillik dərəcəsinin təyini məsələsinə müəyyən olunmuş qaydada baxılaraq, nəticəsi barədə qısa müddətdə Bakı şəhər Baş Səhiyyə İdarəsinə və ərizəçiyə məlumat verilməsi tapşırılmışdır. İşdə olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 24 nömrəli Şəhər Poliklinikası tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin rəis müavininə ünvanlanmış x-253 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2019-cu il tarixli, 5969-01/11 nömrəli sorğusuna cavab olaraq bildirmişlər ki, ünvan 5 ünvanında qeydiyyatsız yaşayan İddiaçı xx.xx.2018-ci il tarixdən onların poliklinikada tibbi qeydiyyata götürülüb (Suraxanı rayon 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Birliyi 148 saylı mənzil kommunal istehsal sahəsinin xx.xx.2018-ci il 914 nömrəli arayıına əsasən) götürülüb. Qeydiyyata götürüldüyü vaxtda sağ əlin mil-bilək oynağının kəsilmiş yarası ilə müraciət etmiş və əmək qabiliyyətinin olmaması vərəqəsi ilə təmin olunmasını bildirmişdir. Travmanın alınması və ona göstərilən ilk tibbi yardımın 1 ay ərzində hansı tibb müəssisəsində hansı müddətdə müalicə olunması haqqında epikriz tələb olunmuşdur. Lakin, o, müalicə olunduğu tibb müəssisəsindən qısa arayış təqdim etmişdir. Tələblərinə uyğun olaraq bir neçə gündən sonra epikriz təqdim etmişdir. Ankara Klinikasının 00884 nömrəli ambulator kartdan çıxarışında travmanı həyətdə iş görərkən laqonda mişarı ilə əlin üst nayihəsinin kəsilməsi qeyd edilmişdir. Xəstə 6 ay müddətində poliklinika və 3 nömrəli ŞKX-da stasionar və ambulator müalicələrə cəlb edildikdən, müalicədən sonra tam sağalma olmadığından əlillik dərəcəsinin təyini üçün 088 nömrəli göndəriş xx.xx.2019-cu il tarixdə “TSEK”-na göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndəriş TSEK xx.xx.2019-cu il tarixdə müddətsiz İİİ dərəcəli əlilliklə qiymətləndirilmişdir. Lakin, xəstə əlilliyin istehsalat travması ilə əlaqələndirilməməsi haqqında şikayət etmiş və ona bildirilmişdir ki, onlara təqdim etdiyi epikrizdə xəstəliyin əmələ gəlmə səbəbi istehsalatda olması haqqında qeydiyyat aparılmadığından istehsalatla əlaqədar məlumat daxil edilməsi məqsədə uyğun hesab edilmədiyindən diaqnoz məişət travması kimi qiymətləndirilmişdir. Xəstənin təkidinə və tələbinə uyğun işçi qrupuna müraciət olunmuş və araşdırmalar nəticəsində 088 nömrəli göndərişin düzgün tərtib olunması öz əksini tapmışdır. Xəstəyə məsləhət görülmüşdür ki, aldığı travmanın istehsalatda yaranması haqqında məlumat təqdim etdiyi epikrizdə öz əksini taparsa (yazılarsa) o halda ona verilən göndəriş yenilənə bilər. Məlumat üçün xəstənin təqdim etdiyi ilkin epikriz, HMK-nın bildirişi və TRESK-nın qərarının surəti qoşma şəklində ona göndərilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********6 nömrəli məktubdan görünür ki, onun peşə xəstəliyi ilə əlaqədar əlilliyin müəyyən edilməsi barədə müraciətinə Əmək və Əhaliin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində baxılmışdır. Nəzərinə çatdırırlar ki, peşə xəstəliyi ilə əlaqədar əlillik səbəbləri X2 müvafiq qərarı əsasında müəyyən edilir. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli, 446 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklilər edilmişdir. Həmin dəyişikliklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi (Forma 88) əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi zamanı əlillik səbəbi barədə məlumat dövlət səhiyyə müəssisələri tərəfindən təqdim edilmiş göndərişlər əsasında müəyyən olunur. Göndəriş barədə məlumatlar elektron sənəd formasında əldə edildiyi üçün hər hansı bir dəyişikliyin aparılması texnniki və hüquqi cəhətdən mümkün deyil. Beləliklə, o, X1 və ya İZ aktını xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə qərarı ilə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə və müalicə olunmalı və göndəriş (Forma 088) rəsmiləşdirildiyi halda, əlillik vəziyyətinin onun iştirakı olmadan adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İşdə olan məhkəmənin sorğusuna əsasən "xxxx" MMC (Ankara Klinik) tərəfindən məhkəməyə ünvanlanmış 42 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, klinikanın pasienti 1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2018-ci ildə saat 12:15 radələrində Ankara Klinikasına sağ əlin travmatik qanaxması ilə daxil olmuşdur. Xəstəyə həkim-cərrah X4 baxmışdır. Xəstəyə baxarkən sağ əlin mil-bilək önü nahiyyəsində təxminən 5-6 santimetrə yaxın kəsilmiş, cırılmış-didilmiş qanaxan yara müəyyən olunmuşdur. Xəstənin yarası yerli keyitmə altında yoxlanılmış bağların kəsilibdidilmiş vəziyyətdə olması və oynaq kapsulasının dağılması müəyyən olunmuşdur. Xəstəyə lazımi olan tibbi yardım göstərilmiş və yara tikilərək bərpa olunmuşdur. Xəstə və xəstə yaxınları əlinin iş görərkən laqunda mişarı ilə kəsildiyini söyləmişlər. Hadisə barədə 31 nömrəli polis bölməsinn leytenantı Əzizova məlumat verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" MTK tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının tikinti sahəsinə iş yerinə gəlmiş, xüsusi iş paltarlarını geyindikdən sonra digər qəlibçilərlə birlikdə iş öncəsi təlimat almışdır. Sonra tikintinin 2-ci mərtəbəsində usta-qəlibçi Teymur Musayev İddiaçı köməkçi fəhlə Bayram Balakişiyevlə birlikdə pilləkənin yanındakı otaqda döşəmənin qəlibinin quraşdırılmasını tapşırmışdır. Qəlibçi İddiaçı və fəhlə B.Balakişiyev aldıqları tapşırığa uyğun olaraq qəlibin yanlarını və döşəmələrini quraşdırmışlar. Onlar gələcəkdə beton töküləcək qəlibin səviyyəsinin düzgünlüyünü yoxlamaq məqsədilə ip çəkərək tərəzi qoyarkən qəlibin yan taxtasının səviyyədən hündür olduğunu müəyyən etmişlər. İddiaçı taxtanın səviyyədən hündür hissəsini kəsmək üçün qonşu otaqda işləyən işçilərin istifadə etdikləri elektrik əl mişarını gətirmiş, mişarı cərəyan şəbəkəsinə qoşduqdan sonra üzərindəki düyməni basaraq işə salmış və 5X10 sm ölçüdə taxtanın artıq hissəsini kəsmişdir. O, işi başa çatdırdığı üçün mişarın üzərindəki düyməni təkrar basaraq cərəyan şəbəkəsindn ayırsa da, lakin mişar öz ətaləti ilə fırlanmaqda davam etmişdir. İddiaçı iki əli ilə elektrik mişarının dəstəklərindən tutaraq götürdüyü yerə qoymaq üçün apararkən qəflətən sağ əli sürüşmüş və dəstəkdən çıxmışdır. Onun sağ əli dəstəkdən çıxdığı üçün sol əli ilə mişarı saxlaya bilməmiş, fırlanma hərəkəti dayanmayan mişar onun sağ əlinə toxunaraq xəsarət yetirmişdir. Sonra iş yoldaşları ona ilkin yardım göstərmiş və xəstəxanaya aparmışlar. Hadisə 08 oktyabr 2018-ci il tarixdə, saat 12:00-da baş vermişdir. Bu barədə "xxxx" MTK trəfindən istehsalatda bədbəxt hadisə haqqında 01/18 nömrəli akt tərtib edilmişdir. Bəxdbəxt hadisənin səbəbləri: "xxxx" MTK sədri tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş “tikinti üzrə qəlibçi (fəhlə) üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimat”ın və “tikinti ustasının vəzifə təlimat”ın tələblərinə əməl edilməməsi olmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdə, saat 12:15 radələrində Ankara Klinikasına sağ əlin travmatik qanaxması ilə daxil olmuşdurr. Xəstəyə həkim-cərrah X5 baxmışdır. Xəstəyə baxarkən sağ əlin mil-bilək önü nahiyyəsində təxminən 5-6 santimetrə yaxın kəsilmiş, cırılmmış-didilmiş qanaxan yara müəyyən olunmuşdur. Xəstənin yarası yerli keyitmə altında yoxlannılmış, bağların kəsilib, kəsilmiş-didilmiş vəziyyətdə olması və oynaq kapuslasının dağılması müəyyən olunmuşdur. Xəstəyə lazım olan tibbi yardım göstərilmiş və yara tikilərək bərpa olunmuşdur. Xəstə və xəstə yaxınları əlinin iş görərkən laqunda mişarı ilə kəsildiyini söyləmişlər. Hadisə barədə 31-ci Polis Bölməsinin leytenantı Əzizova məlumat verilmişdir. Ankara Klinikası tərəfindən iddiaçı barəsində 00884 nömrəli ambulator kartdan çıxarış təqdim edilmiş, həmin çıxarışda “İddiaçı Əli oğlunun xəstəliyinin başlanma tarixi xx.xx.2018-ci il; diaqnozu – sağ əlin mil-bilək önü nahiyyəsinin kəsilmiş, cırılmış, didilmiş yarası, oynaq konturakturası dağılması, İİ-İİ-İX barmaqların acıcı bağlarının didilmiş deformasiyası, sağ əlin İİ-İİ-İX barmaqlarının açıcı funksiyasının pozulması; qıza anamnez – xəstənin dediyinə görə xx.xx.2018-də iş görərkən laqonda mişarı ilə əlinin üst nahiyyəsini kəsmişdir; pasientin vəziyyəti bölməsində sağ əlin mil-bilək önü nahiyyəsinin 5-6 sm-ə yaxın kəsilmiş, cırılmış-didilmiş və oynaq kapuslasının dağılmış yarası görünür, 8-10 sm-ə yaxın didilmiş vətər müəyyən olunur, didilmiş deformasiya olunmuş vətər kəsilib götürülmüşdür. Xəstənin dediyinə görə klinikaya gələrkən yolda təxminən 6-8 sm-ə yaxın didilmiş, deformasiya olunmuş damarı özü qoparmışdır. Xəstənin İİ-İİ-İV barmaqlarının açıcı bağları didilib deformasiya olunmuşdur” qeyd edilmişdir. İddiaçı xəstə kimi 6 ay müddətində poliklinika və 3 nömrəli ŞKX-da stasionar və ambulator müalicələrə cəlb edildikdən, müalicədən sonra tam sağalma olmadığından əlillik dərəcəsinin təyini üçün 088 nömrəli göndəriş xx.xx.2019-cu il tarixdə “TSEK-na göndərişlərin reyestrinə” daxil edilmişdir. Göndəriş TSEK xx.xx.2019-cu il tarixdə müddətsiz İİİ dərəcəli əlilliklə qiymətləndirilmişdir. Lakin, iddiaçı əlilliyinin istehsalat travması ilə əlaqələndirilməməsi haqqında şikayət etmiş və ona bildirilmişdir ki, ona təqdim etdiyi ilkin epikrizdə xəstəliyin əmələ gəlmə səbəbi istehsalatda olması haqqında qeydiyyat aparılmadığından istehsalatla əlaqədar məlumat daxil edilməsi məqsədəuyğun hesab edilmədiyindən diaqnoz məişət travması kimi qiymətləndirilmişdir. Xəstənin təkidinə və tələbinə uyğun işçi qrupuna poliklinika tərəfindən müraciət olunmuş, iddiaçıya məsləhət görülmüşdür ki, aldığı travmanın istehsalatda yaranması haqqında məlumat təqdim etdiyi epikrizdə öz əksini taparsa (yazılarsa) o halda ona verilən göndəriş yenilənə bilər. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, ilkin olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şəhər (rayon) səhiyyə şöbələri və idarələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, 28 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 10.1-ci bəndinə əsasən inzibati orqandır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01 oktyabr 2014-cü il tarixli, 102 saylı əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsi haqqında Əsasnamə”nin 8.21-ci bəndinə əsasən Baş İdarənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək Baş İdarənin vəzifəsidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırkı halda müvafiq göndərişin verilməsinə iddiaçıya 24 saylı Şəhər Poliklinikası tərəfindən imtina edildikdən sonra, iddiaçı aidiyyəti üzrə həmin poliklinikanın baş idarəsi olaraq Bakı şəhər Baş Səhiyyə İdarəsinə müraciət etmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən iddiaçıya Forma 88-in verilməsi ilə bağlı müraciətinə baxılmış və həmin məsələnin araşdırılmasını 24 saylı Şəhər Poliklinikasına göndərmiş, həmin məsələnin İdarənin səlahiyyətinə aid olmamasını bildirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçıya forma 88-in verilməsindən təkcə inzibati orqan olmayan 24 saylı Şəhər poliklinikası tərəfindən deyil, həm də onun inzibati orqanı olan baş idarəsi tərəfindən imtina edildiyindən inzibati orqanın cavabdehliyi ilə işə baxılması İnzibati Prosessual Məcəllənin iddianın mümkünlüyünə dair 35-ci maddəsinə zidd deyildir. İddianın əsaslılığı baxımından məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iş materialları ilə iddiaçının həqiqətən Ankara Klinik tərəfindən təqdim edilmiş epikrizində vətərinin 8-10 sm uzunluğunda kəsilib götürülməsi, eləcə də, iddiaçının işlədiyi müəssisə yəni, "xxxx" MTK tərəfindən tərtib edilmiş istehsalatda bədbəxt hadisə haqqında 01/18 nömrəli akta əsasən onun aldığı travmanın istehsalatda yaranması öz əksini tapdığından, eləcə də, işdə olan iddiaçının müraciətlərindən və poliklinika tərəfindən Baş İdarəyə verilmiş arayışlardan iddiaçının göndərişdə əlillik səbəbinin əmək zədəsi kimi qeyd edilməsi dedikdə, göndərişdə aldığı travmanın istehsalatda yaranması kimi qeyd edilməsini nəzərdə tutduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli, 140 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3 və 1.3.3-cü bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi göndəriş verilməsi üçün əsasdır. Həmin Qaydaların 2.1-ci bəndinə görə göndəriş verilməsi üçün müraciət edən (yazılı və ya elektron formada) şəxslərin müraciət etdikdən sonra 7 (yeddi) iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparılır, xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı barəsində Tibbi Sosial Ekspert Komissiyasına yenidən göndəriş (Forma 88) göndərilməsi və göndərişdə aldığı travmanın istehsalatda yaranması kimi qeyd olunması və diaqnozda 8-10 sm uzunluğunda vətərin kəsilib götürülməsinin qeyd olunması öhdəliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-299/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-299/2020
21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver