Məhkəmə qərarları › İş №2-1(112)-299/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-299/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-299/2022 09.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin üzərinə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin cavabdeh olaraq işə daxil edilməsini, cavabdehlər Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə İddiaçı güzəştli şərtlər ilə pensiya təyin edilməsi haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə İddiaçı 01.07.2018-ci il tarixdən güzəştli şərtlər ilə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə İddiaçı 52 yaşının tamam olduğu 01.07.2013-cü il tarixdən güzəştli şərtlər ilə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu il oktyabr ayında cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək güzəştli şərtlər ilə pensiya təyin olunmasını xahiş etmişdir. İdarənin 20 noyabr 2019-cu il tarixli, **********4 saylı məktubu ilə ona güzəştli şərtlər ilə pensiya təyin edilməsindən imtina edilmişdir. Həmin məktubda imtinanın əsası kimi “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 May X13 İdarəsinin Elektrik Stansiyaları sexində 05.11.1994-31.05.2000-ci il tarixləri arası işlədiyi daxili yanma mühərriki üzrə təmirçi çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısında’' nəzərdə tutulmadığı və bu səbəblə 1 yanvar 2006-cl ilə tarixinədək güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi” göstərilmişdir. Bu imtina qanunvericiliyə ziddir və onun hüquqlarını pozur. Onun Azərbaycan Respublikası DNŞ-nin 28 May X13 İdarəsinin Elektrik Stansiyaları sexində 05.11.1994-31.05.2000-ci il tarixləri arasında işlədiyi təmirçi çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısıda” da güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına daxil olub. Belə ki, həmin Siyahının 2130200a-18559 bəndinə baxılsa görünür ki, onun çalışdığı “neft, qaz və qaz kondensatı hasilatı obyeketlərində bilavasitə məşğul olan təmirçi-çilingər” peşəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına daxildir. Bütün bunlara əsasən DSMF-nin onun çalışdığı həmin təmirçi-çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” nəzərdə tutulmadığını deməsi yanlış olduğu kimi bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci ildə qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında” da nəzərdə tutulmuşdu. Bundan başqa o, 5 il 6 ay 27 gün 28 May X13 İdarəsində bilavasitə neft, qaz və qaz kondensatı hasilatı üzrə bilavasitə təmirçi-çilingər vəzifəsində (peşəsində) çalışmışdır. 01.07.2001-ci ildən 31.05.2009-cu ilə qədər 7 il 10 ay “28 May X13 İdarəsində” texnoloji nasosların maşinisti vəzifəsində (peşəsində) çalışmışdır. 01.06.2009-cu ildən bəri 9 il 8 ay 20 gündür ki, “28 May” X13 İdarəsində susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsində çalışır. Yəni İdarənin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsi əsasında tələb etdiyi 12 il 6 aylıq iş stajı təmirçi-çilingər vəzifəsində çalışdığı 5 il 6 ay 27 günü nəzərə almasa belə doldurmuş olduğunu hesab edir. Belə ki, 7 il 10 ay ilə 9 il 8 ayı toplansa 12 il 6 aydan çox edir. Qeyd edir ki, həm 2007-ci ildə qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 2130200a—14259-cu bəndinə və 2130200a - 15764 bəndinə görə, həm də hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 10.2.a bəndinə görə “texnoloji nasosların maşinisti vəzifəsi” və “susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru vəzifəsi” güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına daxildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaya etiraz edərək verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın 20 sentyabr 2019-cu il tarixli, 03/55 nömrəli arayışda 04.11.1994-31.05.2000-ci il tarixləri arasındakı dövr ərzində “28 May” NQÇİ-nin Elektrik Stansiyaları sexində təmirçi çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi yuxarıda qeyd olunan dövrdə əmək fəaliyyəti ilə məşğul olduğu sahə neft, qaz və qaz kondensatının hasilatı sahəsinə aid deyildir. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (7 il 11 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarından iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və vəkili X4 məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin təmin edilməsi barədə müvafiq yekun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Şamaxı rayonu Nərimankənd kəndində doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin surətindən görünür ki, o, 18.05.1980-ci ildən 22.07.1982-ci ilə qədər (2 il 2 ay 5 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus 08.09.1985-ci il tarixli, NT-ǀ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X5 03.07.1978-ci ildən 12.02.1979-cu ilə qədər “Samur” Trestində fəhlə (07 ay 10 gün), 01.11.1979-cu ildən 21.04.1980-ci ilə qədər K.Marks adına kolxozda fəhlə (05 ay 21 gün), 28.05.1980-cı ildən 28.06.1982-ci ilə qədər sovet ordu sıralarında xidmət etmişdir (02 il 01 ay 01 gün), 25.08.1982-ci ildən 11.03.1994-cü ilə qədər "xxxx" Kombinatında 2-ci, 3-cü dərəcəli operator və 2-ci, 3-cü, 4cü, 5-ci dərəcəli qaynaqçı (11 il 06 ay 17 gün), 14.03.1994-cü ildən 28.10.1994-cü ilə qədər “Nuriya” Kiçik Birliyində motor ustası (07 ay 15 gün), 04.11.1994-cü ildən halhazıradək SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi Neftin ilkin hazırlanması və nəqli sahəsinin Çilov xidmət sahəsində 4-cü dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusu üzrə operator, təmirçi çilingər, maşinist və oprator vəzifələrində işləyir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi Şamaxı filialı tərəfindən verilmiş 09.10.2019-cu il tarixli, 712 №-li arxiv arayışın surətindən görünür ki, İddiaçı 1979-1980-cı illərdə Nəriman kəndi “K.Marks adına” kolxozda işləmiş, 1979-cu ilin mart ayından 1980-cı ilin may ayına kimi əmək haqqı almışdır. - "xxxx" ASC tərəfindən verilmiş 18.10.2019-cu il tarixli, 9 №-li arayışın surətindən görünür ki, İddiaçı 25.08.1982-ci il tarixli, 195 №-li əmrə əsasən 25.08.1982-ci ildən 10.03.1994-cü il tarixli 40 № li əmrə əsasən 11.03.1994-cü ilə qədər Ələt ağac emalı kombinatında işləmişdir. - Socar tərəfindən verilmiş 20.09.2019-cu il tarixli, 03/55 №-li arayışın surətindən görünür ki, İddiaçı 04.11.1994-31.05.2000-ci ilə qədər – Elektrik stansiyaları sexində 4-cü dərəcəli təmirçi çilingər 05 il 06 ay 27 gün; 01.07.2001-31.05.2009-ci ilə qədər texnoloji nasosların maşinisti 07 il 10 ay 30 gün; 01.06.2009 – Hal hazıradək-susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru 09 il 8 ay 20 gün; Cəmi: 23 il 03 ay 17 gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən “28 may” NQÇİ-nin təmirçi çilingər, texnoloji nasosların maşinisti və susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun operatoru peşələrində iş stajı 23 il 03 ay 17 gün təşkil edir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Arxivi Şamaxı filialı tərəfindən verilmiş 09.10.2019-cu il tarixli, 712 №-li arayışın surətindən görünür ki, İddiaçı həqiqətən 1976-1977-ci illərdə Şamaxı rayon Nərimankənd kənd K.Marks adına kolxozda işləmiş və onun əmək günü (əmək haqqı) 1976-cı ildə A/g 267, Pul 42-00; 1977-ci ildə A/g 47; Pul 286-00 aldığı qeyd olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “28 may Neft və Qazçıxarma İdarəsi” tərəfindən verilmiş 07.10.2019-cu il tarixli, 05 №-li peşə uyğunluğu haqqında mütəxəssis rəyindən görünür ki, “28 May “ NQÇİ-nin NİH və NS-nin Çilov xidmət sahəsinin 4-cü dərəcəli SDQ operatoru İddiaçı 04.11.1994-cü ildən 31.05.2000-ci ilə kimi Elektrik Stansiyaları sexində Daxili yanma mühərriki üzrə 4-cü dərəcə təmirçi çilingər işləmişdir. Muradov X3 Stansiyaları sexində işlədiyi Daxili yanma mühərriki üzrə təmirçi çilingər peşəsi üzrə Günəşli yatağının Dərin Dəniz özüllərində istismarda olan Daxili yanma mühərriklərinin təmiri, quraşdırılması, sökülməsi, sazlanması işlərini yerinə yetirməklə onlara texniki qulluq və xidmət etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarındakı "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-na əsasən "neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan Daxili yanma mühərriki üzrə təmirçi çilingər” peşəsinə uyğundur. - Socar tərəfindən məhkəməyə ünvanlanmış 01-03/07 №-li, 07.01.2021-ci il tarixli və 01-03/327 №-li, 20.08.2021-ci il tarixli məktublardan görünür ki, İddiaçı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsinin Neftin ilkin hazırlanması və nəqli sahəsinin Çilov xidmət sahəsində 4-cü dərəcəli susuzlaşdırma və duzsuzlaşdırma qurğusu üzrə operator peşəsində işləyir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarındakı "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" əsasən 04.11.1994-31.05.2000-il (05 il 06 ay 27 gün əmək stajı)-tarixlər aras ı- Elektrik stansiyaları sexində-4-cü dərəcəli təmirçi çilingər peşəsi üzrə kod: 2130200a- 18559, 01.07.2001-31.05.2009-cu üzrə (07 il 11 ay əmək stajı) illər arası Neftin ilkin hazırlanması və nəqli sahəsində texnoloji nasosların maşinisti peşəsi - kod: 2130200a- 14259, 01.06.2009-cu (əmək stajı 11 il 07 ay) ildən hal-hazıra kimi isə Neftin ilkin hazırlanması və nəqli sahəsində susuzlaşdırma və duzsuzlaşdırma qurğusunun opratoru peşəsi üzrə 2130200a-15764 kodlara əsasən güzəştli arayış verilmişdir. 01.01.2006-cı il tarixədək İddiaçı 320 saylı qərara əsasən güzəştli əmək stajı 10 il 27 gün təşkil edir. İddiaçı 04.11.1994-cü ildən hal-hazıradək ümumi güzəştli əmək stajı 25 il təşkil edir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20.11.2019-cu il tarixli, **********4 №-li məktubun surətindən görünür ki, idarəyə təqdim etdiyi sənədlərdə qeyd oluan 05.11.1994- 31.05.2000-ci il tarixləri arasındakı dövr ərzində “28 May” NQÇİ-nin Elektrik Stansiyaları sexində işlədiyi daxili yanma mühərriki üzrə təmirçi çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22.07.2020-ci il tarixli, **********9 №-li məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X-********) bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər və neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İdarəyə təqdim etdiyi sənədlərdə 05.11.1994-31.05.2000-ci il tarixləri arasındakı dövr ərzində “28 May” NQÇ-nin Elektrik Stansiyaları sexində daxili yanma mühərriki üzrə təmirçi çilingər işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə siyahıda qeyd edilən sahiəyə uyğun deyil. Bu səbəbdən onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 07.04.2021-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın 20 sentyabr 2019-cu il tarixli, 03/55 nömrəli ona dair arayışda 04.11.1994-31.05.2000-ci il tarixləri arasındakı dövr ərzində “28 May” NQÇİ-nin Elektrik Stansiyaları sexində təmirçi çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, yuxarıda qeyd olunan dövrdə əmək fəaliyyəti ilə məşğul olduğu sahə neft, qaz və qaz kondensatının hasilatı sahəsinə aid deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (7 il 11 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı ona 52 yaşının tamam olduğu vaxtdan, yəni 01.07.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 52 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə 1 №-li əlavə və 2 №-li əlavə təsdiq edilmişdir. 1 №-li əlavə ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı, 2 №-li əlavə ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı müəyyən edilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi 1 №-li siyahı ilə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri, 2 №-li siyahı ilə isə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciləri müəyyən edilmiş və həmin peşələrdə çalışmış şəxslərin pensiya yaşları müxtəlif, yəni müvafiq olaraq 52 yaş və 57 yaş təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə müəyyən edilmişdir. Həmin Siyahının 2.4-cü bəndində Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Hazırki iş üzrə iddiaçının işlədiyi yer tərəfindən təqdim edilmiş arayışda iddiaçının işlədiyi vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əlavə edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulmuş peşələrə, yəni 04.11.1994- 31.05.2000-ci il tarixlərdə işlədiyi elektrik stansiyaları sexində - 4-cü dərəcəli təmirçi çilingər peşəsinin 2130200a-18559 koduna, 01.07.2001-31.05.2009-cu tarixlərdə Neftin ilkin hazırlanması və nəqli sahəsində texnoloji nasosların maşinisti peşəsinin 2130200a- 14259 koduna uyğun olması və 01.01.2006-cı il tarixədək İddiaçı güzəştli əmək stajının 10 il 27 gün təşkil etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əlavə edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısının X-ci bölməsində “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” üzrə peşələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əlavə edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının Xİİ bölməsi “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” üzrə peşələri müəyyən etmiş və 2130200a-18559 kodu altında “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər”, 2130200a-14259 kodu altında “texnoloji nasosların maşinistləri” qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısına deyil, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısına uyğundur və bu işəgötürən tərəfindən də müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısında müəyyən edilmiş işdə işləmədiyindən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar