Məhkəmə qərarları › İş №2-1(112)-2990/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2990/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2990/2020 22.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinin yanında Dövlət X8 Xüsusi X3rşı “iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyinin yanında Dövlət X8 Xüsusi X3rşı “iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixə qədər X1 elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər yenidən X1 təmirçi elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər 95 №-li Dövlət X10 təhsil almışdır. xx.xx.1983-cü il tarixdən xx.xx.2012-ci il tarixə qədər «Xəzərdənizneftdonanma» İdarəsinin Cənub Rayon X12 İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. Belə ki, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər «PS-170» gəmisində 2-ci dərəcəli matros, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər həmin gəmidə böyük matros, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər «İzıskatel-2» gəmisində 1-ci dərəcəli matros, xx.xx.1988-ci ildən xx.xx.1999-cu ilə qədər «M.Süleymanov» gəmisində böyük matros, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilə qədər «Cənub-21» gəmisində kapitanın böyük köməkçisi, xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilə qədər «Ağdərə-5», «PSK-29», «Cənub- 25», «Kesson» gəmilərində kapitan, kapitanın böyük köməkçisi vəzifələrində işləmişdir. xx.xx.2012-ci ildən hazırki vaxta qədər isə «Kesson» gəmisində kapitan vəzifəsində işləyir. xx.xx.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajı tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 25 il 7 ay 11 gün ümumi iş stajı, 22 il 8 ay 6 gün zərərli iş stajı tamamlamışdır. Zərərli iş stajını təsdiq edən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC tərəfindən müvafiq Arayış verilmişdir. İddiaçı onun 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nin X6 İdarəsi xx.xx.2019-cu il tarixli, **********7 №-li imtina məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, işlədiyi müəssisə olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» QSC-nin Xəzər X12 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli EN01/02- 313 №-li arayışda işlədiyi gəmilərin şəhərdaxili və şəhərətrafı yol gəmilərinə aid olmadığı deyil, liman və limandaxili yol gəmilərinə aid olmadığı qeyd olunmuşdur. Həmin imtina məktubunu aldıqdan sonra iddiaçı yenidən işlədiyi müəssisəyə müraciət etmişdir və müəssisə tərəfindən ona yeni güzəştli arayış təqdim edilmişdir. Həmin arayışı sənədlərə əlavə edərək yenidən pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan yenidən iddiaçının ərizəsini təmin etməmişdir. Bu dəfə isə imtinanın əsası kimi, əmək kitabçasında işlədiyi gəmilərin üzən heyət gəmilərinə aid olmasının göstərilməməsi qeyd olunmuşdur. Cavabdehin imtinası əsassız hesab edən iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X8 X6 İdarəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, iddia ərizəsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya İdarə tərəfindən verilmiş cavab məktubundan göründüyü kimi, qeyd edilən məktub xx xxxxxx 2019-cu ildə tərtib edilib. İddiaçının məhkəməyə verdiyi iddia ərizəsindən göründüyü kimi, qeyd edilən ərizə məhkəməyə xx.xx.2020-ci il tarixdə verilməklə idarənin vermiş olduğu imtina cavabından 1 ay 22 gün sonra verilmişdir. İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı idarənin onun müraciətinə vermiş olduğu imtina cavabı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 30 gün iddia müddətinə əməl etməmiş, bu müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçının təqdim etdiyi əmək kitabçasında onun işlədiyi gəmilərin üzən heyyətə aid olub-olmaması qeyd edilməmişdir. Cavabdeh göstərilənlərə iddia tələbinin mümüünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, bunu səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclаsındа iddiaya dair etirazın məzmununa uyğun çıхış еdərək iddiа ərizəsinin təmin еdilməməsini məhkəmədən хаhiş еtmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin surəti, ИТ-İ №-li ******* nömrəli əmək kitabçasının və НЗ № ******* hərbi biletin təsdiq edilmiş surətlərini, Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin Xəzər X12 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, EN 01/02-313 saylı və xx.xx.2019-cu il tarixli, EN 01/02-623 saylı фкчшм arayışları, həmçinin, həmin qurum tərəfindən verilmiş SS01/02-662 saylı sığortaolunan ümumi iş (sosial sığorta) stajı barədə məlumatın təsdiq edilmiş surətini, Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X13 X6 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********7 nömrəli və **********1 nömrəli imtina məktublarını təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, o,xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixə qədər X1 elektrik çilingəri vəzifəsində, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə qədər hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər yenidən X1 təmirçi elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər 95 №-li Dövlət X10 təhsil almışdır. xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər «PS-170» gəmisində 2-ci dərəcəli matros, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər həmin gəmidə böyük matros, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə qədər «İzıskatel-2» gəmisində 1-ci dərəcəli matros, xx.xx.1988-ci ildən xx.xx.1999-cu ilə qədər «M.Süleymanov» gəmisində böyük matros, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilə qədər «Cənub-21» gəmisində kapitanın böyük köməkçisi, xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilə qədər «Ağdərə-5», «PSK-29», «Cənub-25», «Kesson» gəmilərində kapitan, kapitanın böyük köməkçisi vəzifələrində işləmişdir. xx.xx.2012-ci ildən hazırki vaxta qədər «Kesson» gəmisində kapitan vəzifəsində işləyir. Cavabdehə güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən pensiya təyin olunmasını tələb edir. Məhkəmə İddiaçı iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçı «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 25 (iyirmi beş) ildən çox olduğundan və onun xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında XXVİİİ. Nəqliyyat bölməsində (“3. Dəniz və çay donanması 23003000— 23003010 Üzən heyət- dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daimi liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla), nəzərdə tutulan peşələrdə 12 il 6 aydan çox güzəştli iş stajı olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ vardır. Məhkəmə iddiaçı tərəfindən iddia verilməsi üçün qanunla müəyyən edilmiş 30 gün müddətinin ötürülməsi barədə cavabdehin mülahizəsini əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubunun xx xxxxxx 2019-cu il tarixində tərtib edildiyini, lakin iddiaçının hazırkı iddia ərizəsinin xx xxxxxx 2020-ci il tarixində müddət buraxmaqla məhkəməyə verildiyini göstərsə də, cavabdehin məktubunun iddiaçı tərəfindən alındığına dair sübutu təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, müddətin axımı məktubun tərtib edildiyi tarixdən deyil, onun iddiaçıya təqdim edildiyi tarixdən başlanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun “32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndu X6 İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 33-cü, 34-cü, 68-ci, 69-cu, 73-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərаrа аldı: İddiа tələbi təmin еdilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X5 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndu X6 İdarəsinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar