Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2990/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək gözdən əlil kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmağı öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı AR Bakı şəhəri Cavabdehnə gözdən əlil kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmağı üçün müraciət etmişdir. Lakin cavabdeh AR Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, Q-2-068 saylı imtina məktubu ilə gözdən əlil qismində onun güzəştli mənzil növbəsinin alınmasından imtina olunmuşdur. Həmin imtina onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, y/m, məhəllə 2942 b/q-də yerləşən 2 saylı evin yaşayış sahəsi 53.1 kv.metr olan 13-14 nömrəli mənzildən 4 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla yaşadıqlarının müəyyən edilməsi, hər adam sayına düşən mənzil norması 9 kv.metr və daha az yaşayış sahəsi ilə təmin edilməsi səbəbindən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan şəxs olmadığım qənaətinə gəlmişdir. Məhz bu səbəbdən də iddiaçıya gözdən əlil kimi yaşayış yerim üzrə mənzil növbəsinə alınmağından imtina edilmişdir. Sözü gedən yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, y/m, məhəllə 2942 b/q-də yerləşən 2 saylı evin yaşayış sahəsi 53.1 kv.metr olan 13-14 nömrəli mənzilin yalnızca Bakı şəhəri, Xətai rayonu, y/m, məhəllə 2942 b/q-də yerləşən 2 saylı evin yaşayış sahəsi 53.1 kv.metr olan 13 saylı mənzilində iddiaçı və ailə üzvləri pasport qeydiyyatındadırlar. Digər 14 saylı mənzildə isə başqa şəxslərin faktiki istifadəsindədir. Göründüyü kimi cavabdeh bu hissədə yanlışlığa yol verərək onun qanunsuz olaraq gözdən əlil kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınmağından imtina olunmasına əsas verir. Bundan başqa, onun adına hər hansı bir əmlak yoxdur. İddiaçının gözdən əlil kimi yaşayış yeri üzrə güzəştli mənzilə ehtiyacı vardır. Sözü gedən 1 otaqlı mənzildə biz 4 nəfər ailə üzvü yaşamaqda çətinlik çəkirlər. Onun gözdən əlil olmağı isə bu yaşayış qaydalarını daha çətinləşdirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vətəndaş İddiaçı Xətai rayonu Y/M “A" məhəllə 2942 B/Q-də yerləşən 2 saylı evin yaşayış sahəsi 53.1 kv.m olan 13-14 nömrəli mənzilində 4 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla yaşadığı müəyyən edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinəəsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər, eyni zamanda 1-ci dərəcə əlillər və müharibə əlilləri hər adam sayına düşən mənzil norması 9.0 kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilirlər və bu səbəbdən vət.İddiaçı xahişinin təmin edilməsinin imkanımız xaricində olduğu nəzərinə çatdırılmışdır. Yuxarıda qeyd edilənlərə və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək gözdən əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən anadangəlmə gözdən əlil səbəbi ilə müddətsiz birinci dərəcəli əlilllik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X9, xx.xx.1959-cu il təvəllüdlü X5, xx.xx.1998-ci il təvəllüdlü X6, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı, xx.xx.1970-ci il təvəllüdlü X7 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********58 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı, X8, X1, X3 adlarına ölkə ərazisində daşınmaz əmlak üzrəində mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanına dair daha dəqiq məlumat (küçənin adı) verildikdən sonra müraciətə yenidən baxıla bilər. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon İcra Hkaimiyyəti xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 011611 nömrəli, xx.xx.1994-cü il tarixli orderin surətindən görünür ki, Əhmədli qəsəbəsi, 2942, B-Q, ev 2, ümumi sahəsi 53.1 kv.m olan mənzil 13+14 X4 6 nəfər ailə tərkibində (özü, Səfərova E.G arvadı, Bağırova G.M qızı, Bağırova S.M-qızı, Bağırova S.M qızı, Bağırov S.M oğlu) verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 40 nömrəli məktubunda bildirilmişdir ki, qonşuların tərtib etdikləri və notariusun təsdiq etdiyi xx.xx.2022-ci il tarixlli akta əsasən İddiaçı Zülfiaqar oğlu 2003-cü ildən ailə üzvləri ilə birlikdə Xətai rayonu Y/M “A” məhəllə 2942 B-Q ev 2, mənzil 13-də yaşayır və qeydiyyatdadır. 2 saylı evin 14-cü mənzilində X5 yaşayır. Bina birliyin balansında deyil. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-4717/2023 nömrəli məktubunda bildirilmişdir ki, Müraciətinizdə göstərilən İddiaçı qeyd olunan ünvan 3 ünvanına qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-16666/2023 nömrəli məktubunda bildirilmişdir ki, sorğu edilən xx.xx.2001-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdən hazıradək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, Q-2-068 nömrəli məktubunda bildirilmişdir ki, araşdırma zamanı sizin Xətai rayonu, Y/M “A”, məhəllə 2942 B-Q, ev 2, mənzil 13-14 nömrəli mənzilində 4 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla yaşadığınız müəyyən edilmişdir. Bildiririk ki, qüvvədə olan qanunvericiliyi tələblərinə əsasən müharibə əlilləri və onlara bərabər tutulan güzəştli şəxslərin hər adam sayına düşən mənzil norması 9.0 kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs hesab edilirlər. Yuxarıda qeyd edilənlər və mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq siz mənzilə ehtiyacı olan şəxs hesab edilmədiyinizdən xahişinizin təmin edilməsi imkanımız xaricindədir. Xahiş edirik nəzərə alasınız. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. iddia mьmkьn iddiadэr. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin hallarından müəyyən olunur ki, iddiaçı birinci dərəcə müddətsiz gözdən əlildir. İddiaçı yaşayış yerinin olmadığını əsas götürərək, qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh iddiaçının Xətai rayonu, Y/M “A”, məhəllə 2942 B-Q, ev 2, mənzil 13- 14 nömrəli mənzilində 4 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla yaşadığına, adam payına düşən (9.0 kv.m) mənzil normasına uyğun olaraq mənzilə ehtiyacı olan şəxs hesab edilmədiyinə istinad edərək müraciətin təminindən imtina etmişdir. İddiaçı hazırda onun əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını mübahisələndirir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə mьəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçılarına dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. -30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. -49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. -50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). -50.2-ci maddəsinə görə vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. -51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Sadalanan normalardan görünür ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar əvvəla onun yaşayış sahəsi ilə təmin olunmamasıdır. Şəxsin yaşayış sahəsi olduğu halda isə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan vətəndaşlar hesab olunurlar. İşin sadalanan hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2001-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmış, xx.xx.2019-cu il tarixdən müddətsiz birinci dərəcə gözdən əlildir. İddiaçının ailə üzvləri atası X9, anası X7, bacısı X6 olmaqla nə iddiaçının, nə də adları çəkilən ailə üzvlərinin adlarına ölkə ərazisində daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alınmamışdır. Belə olan halda, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə götürülməsi üçün tələb olunan yaşayış sahəsinin olmaması barədə meyar iddiaçıya münasibətdə ödənilir. Cavabdehin istinad etdiyi iddiaçının daimi qeydiyyatda olduğu mənzildə adam payına düşən payın 9 kv.m olmaqla ümumi ölçünün uçot normasından çox olması dəlili ilə məhkəmə razılaşmır. Əvvəla, qeyd edildiyi kimi hazırkı iş üzrə nə iddiaçının, nə də onunla birgə yaşayan ailə üzvlərinin mülkiyyətlərində daşınmaz əmlakın, o cümlədən iddia edilən ünvan 4 ünvanında yaşayış sahəsinin olduğu müəyyən olunmur. İddiaçının 2014-cü ildən qeydiyyatda olduğu yaşayış sahəsi orderli mənzil olmaqla özəlləşməmiş mənzildir. Üstəlik qeyd edilən mənzilə dair order iddiaçının və yaxud onun ailə üzvlərindən birinin adına deyil, üçüncü şəxsin- X2 adına verilmişdir. Başqa sözlə, həmin mənzilin iddiaçıya (və ya ailə üzvləri) məxsusluğu barədə hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Digər tərəfdən, hətta həmin ünvanın iddiaçıya (və ya ailə üzvləri) məxsusluğu qəbul edilərsə belə bu hal yenə də iddiaçının yaşayış sahəsinə uçota alınmasına mane olmur. Belə ki, Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə görə dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Maddələrin tələbindən göründüyü kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün qüvvədə olan qanunvericiliklə uçot normasının ölçüsü yaşayış sahəsinin ayrılma norması kimi 16 kv.m-dən artıq ola bilməz. Deməli, uçot normasının həddi 16 kv.m kimi qəbul olunur. Hazırkı işdən müəyyən olunur ki, iddiaçının qeydiyyatda olduğu mənzil təqdim olunan X2 adına verilmiş orderə əsasən ümumi sahəsi 53.1 kv. təşkil edir. xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat arayışından və 96 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, mübahisəli ünvanda iddiaçı, ailə üzvləri: atası X9, anası X7, bacısı X6, eləcə də X2 yaşadıqları qəbul edildikdə cəmi 5 nəfər edir ki, hazırda onların istifadəsində olan yaşayış sahəsinin ölçüsü tələb olunan normadan azdır. Belə ki, adambaşına 16 kv.m hesablandıqda 6 nəfər ailə üzvü üçün 80 kv.m (5x16 kv.m) edir ki, mənzilin ümumi yaşayış sahəsi həmin ölçüyə uyğun deyil. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Hazırkı halda iddiaçı özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı gözdən əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2990/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2990/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver