Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2991/2020 02.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X10 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X1 iştirаkı ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X10 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X11 İdarəsinə (hazırkiX11 üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X11 İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X3 xx.xx.1958-ci ildə Füzuli rayonunda anadan olmuşdur. İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilə qədər B.Sərdarov adına üzümçülük sovxozunda traktorçu xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə qədər “xxxxxxxxxxxxxxxxxxxxxxx” Trestinin Təmir-İcarə Bazasında ekskavator maşinisti, xx.xx.1981-ci ildən xx.xx.1995-ci ilə qədər həmin İdarədə akkumulyatorçu, xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilə qədər “xxxxxxxxxxxxxxxxxxxxxxx” Dövlət Şirkətində ekskavator maşinisti, xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər “xxxxxxxxxxxxxxxxxxxxxxx” ATSC-nin Mexanikalaşdırma İdarəsində ekskavator maşinisti, xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilə qədər “X18” QSCnin X12 maşinist ekskavatorçu, xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilə qədər “xxxxxxxxxxxxx” ASC-nin 69 saylı X8, sonradan 8 №m X19 İstismarı MMC-nin İİ kateqoriyalı sürücü vəzifəsində işləmişdir. xx.xx.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 06 ay zərərli iş stajı tamamlandığından, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malik olmuşdur. Belə ki, xx.xx.2006-cı il tarixə qədər hərbi xidmət müddətləri də daxil olmaqla 27 il 10 ay 28 gün ümumi iş stajı, 14 il 4 ay 1 gün zərərli iş stajı tamamlanmışdır. Nəhayət iddiaçıya 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunmuşdur. Lakin, DSMF-nin X11 İdarəsi xx.xx.2019-cu il tarixli, **********6 nömrəli imtina məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi qeyd olunmuşdur ki, AR Əmək və X10 Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 2 nömrəli Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin, həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığından iddiaçıya güzəştli şərtlərə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İddiaçının işlədiyi “akkumulyatorçu” vəzifəsi AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tairxli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının “Ümumi peşələr” Bölməsinin 23200000-10047 şifrinə - akkumlyatorçuya uyğundur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X10 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X4 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, idarə, məlum məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etməyib, sadəcə olaraq “Əmək pensiyaları haqqında” qanunun 31.2-ci (“Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.”) və Əmək və X10 Nazirliyinin Kollegiyasının 17 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nm tələblərinə uyğun olaraq zəruri sənədləri tələb edilib. Bir sözlə, qanunvericiliyə əsasən cavabdeh İdarənin İddiaçıdan sözügedən sənədlərin əsillərini tələb etmək hüququ olmuş, İddiaçı isə həmin sənədlərin əsllərini tam şəkildə Cavabdehə təqdim etməmiş, bu səbəbdən İddiaçının cavabdeh İdarəyə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. İddia ərizəsində qeyd edilir ki, onun pensiya hüququ 2015-ci ildə yaranıb, yuxarıda qeyd edilən Qayda isə xx xxxxxx 2017-ci il tarixdə təsdiq edilib, ona görə də, Qaydanın tələbi ona şamil edilməməlidir. Qaydalar müraciət prosedurunu müəyyənləşdirir, yəni prosessual normadan söhbət gedir, prosessual norma isə, müraciət anında mövcud olan davranış qaydalarını ehtiva edir ki, İddiaçı da müraciət anında onlara əməl etməyə borcludur. Başqa sözlə, burada İddiaçının iddia edilən hüququnun yaranma tarixi əhəmiyyət kəsb etmir. 2015-ci ildə bu Qaydalar qüvvədə olmayıb. Amma bu o demək deyil ki, həmin tarixdə ümumiyyətlə heç bir tənzimləyici normativ akt mövcud olmayıb. Əksinə, bu məsələlər Azərbaycan Respublikasının Dövlət X13 Kollegiyasının 2011-ci il 21 noyabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə tənzimlənirdi. Qaydaların 4.1.2-ci bəndində deyilirdi ki, ƏPQnin 9.1-ci, 9.3-cü və 9.7.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuş- sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən sosial sığorta stajı barədə qeydlər sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatda ayrıca yazılır, ümumi (sosial sığorta) və güzəştli sosial sığorta stajları cəmlənərək sığortaedənin rəhbərliyi və həmkarlar təşkilatı tərəfindən imzalanır və möhürlə təsdiq edilir.Odur ki, cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxxxx 2020-ci il tarixə təyin olunmuş, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X10 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X4 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-ci il təvəllüdlüdür, ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, 629 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. -Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Mexanikləşdirmə İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 09-A saylı arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1995-ci il tarixədək Mexanikləşdirmə İdarəsində akkümlyatorçu peşəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən (XXXİİİ bölmə, Ümumi peşələr, Kod-23200000- 10047. Akkumlyatorçular) “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin, peşələrin və istehsalatların siyahısına” daxildir. “Azərnəqliyyattikinti” trestinin 303-L satlı, xx.xx.1986-cı il tarixli əmrinə əsasən təmir prokat bazası Mexanikləşdirmə İdarəsi adlandırılmışdır. SSRİ X9 120-OR saylı xx xxxxxx 1988-ci il tarixli əmri ilə “Azərnəqliyyattikinti” tresti ləğv edilmiş və onun bazasında “xxxxxxxxxxxxxxxxxxxxxxx” X15 Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 614 saylı xx.xx.1993-cü il tarixli fərmanı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxx” X16 Birliyi “xxxxxxxxxxxxxxxxxxxxxxx” Dövlət Şirkətinə çevrilmişdir və Mexanikləşdirmə İdarəsi “xxxxxxxxxxxxxxxxxxxxxxx” Dövlət X2 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 851 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxx” dövlət şirkət səhmdar cəmiyyətə çevrilmiş və Mexanikiləşdirmə İdarəsi “xxxxxxxxxxxxxxxxxxxxxxx” Səhmdar Cəmiyyətinin Mexanikiləşdirmə İdarəsi adlandırılmışdır. İşdə olan iddiaçının ******* nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, iddiaçı: - xx.xx.1979-cu il tarixdə 3-cü dərəcəli fanerovşik vəzifəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək B.Sərdarov adına üzümçülük sovxozunda tarktorçu vəzifəsində; xx.xx.1980-ci il tarixdən “Azərnəqliyatyoltikinti” Trestinin Təmir-İcarə Bazasında ekskavator maşinisti vəzifəsinə, xx.xx.1981-ci il tarixdə akkumulyatorçu vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci ildən “xxxxxxxxxxxxxxxxxxxxxxx” Dövlət Şirkətində ekskavator maşinisti vəzifəsinə keçirilmiş və xx.xx.1998-ci ildə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1998-ci ildən “xxxxxxxxxxxxxxxxxxxxxxx” ATSC-nin Mexanikləşdirmə İdarəsində ekskavator maşinisti vəzifəsinə qəbul olunmuş və xx.xx.2005-ci il tarixdə işdən azad edilmiş; xx.xx.2008-ci il tarixdən “X14” QSC-nin X12 maşinist ekskavatorçu vəzifəsinə qəbul edilmiş və xx.xx.2013-cü il tarixdə işdən azad edilmiş; xx.xx.2013-cü ildən “xxxxxxxxxxxxx” ASC-nin 69 saylı X5 qəbul olunmuş və xx.xx.2016-cı il tarixdə işdən azad olunmuşdur. Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X11 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********6 saylı məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixli 5/1503 saylı cavab məktubundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxx” Trestinin Təmir-İcarə Bazasının, “xxxxxxxxxxxxxxxxxxxxxx”Dövlət Şirkətinin, “xxxxxxxxxxxxxxxxxxxxxxx” ATSC-nin Mexanikləşdirmə İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1958-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona müvafiq qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin əsilləri təqdim olunduqdan sonra müraciətinə baxılması bildirilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Lakin, bundan əvvəl Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinə qiymət verir. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh etiraz ərizəsində, həmçinin, cavabdeh orqanını təmsil edən nümayəndə məhkəmə iclaslarında iştirak edərkən, iddianın mümkün sayılmamalı olduğunu bildirir. Bu halı isə onunla əsaslandırır ki, İddiaçı müraciətinə imtina cavabı verilməmiş, sənədlərin əsilləri təqdim olunduğu təqdirdə müraciətinə baxılacağı bildirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X10 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş məktub imtina məktubu kimi qiymətləndirilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.Qüvvədə olan qanunvericiliyin tələblərindən, həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və xx xxxxxx 2006-cı il tarixədək sığorta illərinin hesablanması üçün sübut qismində əmək pensiyasını təqdim etmişdir. Qanunvericiliyin normalarına görə, iddiaçının xx xxxxxx 2006cı il tarixədək olan sığorta illərinin güzəştli olub-olmaması yoxlanılan zaman, güzəştli arayışın olması zəruri deyildir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktub isə, iddiaçının müraciəti üzrə pensiyanın təyin olunması halının gecikdirilməsinə səbəb olur. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, **********6 saylı məktubu imtina məktubu kimi qəbul olunmalıdır. İddianın mahiyyəti: “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin arayışından görünür ki, iddiaçı xx xxxxxx 1977-ci il tarixdən xx xxxxxx 1979-cu il tarixədək hərbi xidmətdən keçmişdir. 2 il 07 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüququqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Beləliklə, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X17 haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi yanında Dövlət X17 məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 33-cü bölməsindən («Ümumi peşələr») görünür ki, 23200000-10047 kodu ilə akkumulyatorçular güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 14 il 04 ay 01 gün (xx.xx.1981-xx.xx.1995) iş stajına malik olmuşdur. Hərbi illəri (2 il 07 gün) daxil edilərək müəyyən olunur ki, iddiaçının ümumilikdə 25 ildən (27 il 10 ay 10 gün) çox iş stajı mövcuddur. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və X10 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə vurğulumağı zəruri hesab edir ki, iddiaçının güzəştli şərtlərlə işlədiyi dövrün, yəni xx.xx.1981-xx.xx.1995 ci il dövrlərdə akkumulyatorçu vəzifəsində işləməsi, onun əmək kitabçasından savayi, həmçinin, Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Mexanikləşdirmə İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 09-A saylı arayışında öz təsdiqi tapmışdır. Cavabdeh inzibati orqan isə məhkəmə icraatı zamanı təqdim olunmuş arayışın mötəbərliyini mübahisələndirməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx xxxxxx 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İş üzrə araşdırma zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə ilk dəfə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X17 X11 İdarəsinə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2016-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya pensiya hüququ yarandığı xx xxxxxx 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (xx.xx.2019) geriyə 3 il üzrə yəni, xx.xx.2016-cı il tarixindən pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X10 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialına həvalə edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı xx xxxxxx 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (xx.xx.2019) geriyə 3 il üzrə yəni, xx.xx.2016-cı il tarixindən pensiya məbləğinin hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X10 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X11 üzrə Mərkəzi Filialına həvalə edilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2991/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2991/2020
02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver