Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2993/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı1, İddiaçı2, 3-cü şəxs X8 iştrirakları ilə, İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı şəxsiyyət vəsiqəsinin ünvan hissəsində düzəliş edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 verilən AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin ünvan hissəsində ünvan 2ata düzəliş edilərək Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 47B kimi yazılmasının, İddiaçı2 verilən AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin ünvan hissəsində ünvan 3zəliş edilərək Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 47B kimi yazılmasının və azyaşlı, xx.xx.2016-cı il təvəllüdlü X3 verilmiş 11366193 nömrəli şəxsiyyət vəsiqəsinin ünvan hissəsində ünvan 3zəliş edilərək Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 47B kimi yazılmasının cavabdeh Binəqədi rayon Polis İdarəsinin öhdəsinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 20 aprel 2021-ci il tarixli Qərardadı əsasında X16 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 verilən AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsində ünvan düzgün qeyd edilməmişdir. Belə ki, ünvan ünvan 4i düzgün ünvan Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 47B-dir. Həmçinin İddiaçı2 verilən AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsində ünvan ünvan 6eyd edilməmişdir. Azyaşlı, xx.xx.2016-cı il təvəllüdlü X3 verilmiş 11366193 nömrəli şəxsiyyət vəsiqəsində ünvan ünvan 7 ünvan ünvan 8ası səbəbindən hüquqlarının həyata keçirilməsində maneçiliklər yaranır. Belə ki, şəxsiyyət vəsiqəsinin ünvan hissəsi barədə məlumat şəxsiyyət vəsiqəsini verən orqan tərəfindən düzgün qeyd edilməmişdir. Qeyd olunanlara əsasən şəxsiyyət vəsiqəsində ünvan barədə məlumat dəyişdirilərək düzəliş edilməli və Koroğlu küçəsi, ev 47B kimi qeyd edilməlidir. Şəxsiyyət vəsiqəsindəki səhv məlumatın düzəldilməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət edilmiş, lakin tədbir görülməmişdir. Verilmiş cavabda arxivdə saxlanılan Forma 1 (fərdi uçot kartoçkasında) ünvanını şəxsiyyət vəsiqəsində olduğu kimi qeyd edilməsi, səhvin düzəldilməsinin imkan xaricində olması məhkəməyə müraciət etmək barədə cavab verilmişdir. Bununla da tədbir görülməməklə cavabdeh tərəfindən hərəkətsizliyə yol verilmiş, halbuki şəxsiyyət vəsiqəsində düzəliş edilməsi barədə tədbirlər görülməli idi və bunun üçün əsaslar mövcuddur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X16 iddia ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 059-40278Ko/-320 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən şəxsiyyət vəsiqəsindəki səhvin düzəldilməsinin mümkün olmadığı, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə hazırki işə tətbiq edilməli qanunvericilik normalarını tətdiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun:
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür
3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi.
5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin: Azərbaycan Respublikası vətəndaşları əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar.
2. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşlara və 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına (bundan sonra - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs”) ilk dəfə müvafiq şəxsiyyət vəsiqəsi verilərkən onlar yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşdan və vətəndaşlığı olmayan şəxsdən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin 10-cu bəndində göstərilən sənədlərdən əlavə, yaşayış sahəsinə köçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir. a) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış b) icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi; v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd; q) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun: Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin: 2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı; 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.22. Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir. 2.23. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi, yaxud vətəndaşın soyadının, adının, atasının adının dəyişməsi və ya şəxsiyyət vəsiqəsinin, o cümlədən onun elektron daşıyıcısının (çipin) yararsız hala düşməsi ilə əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirilərkən bu Əsasnamənin 2.1-ci, 2.3-cü, 2.4-cü, 2.7-ci – 2.27-ci bəndlərində nəzərdə tutulmuş qaydalar tətbiq olunur və vətəndaşın fotoşəkli vəsiqə verən orqanda çəkilməklə və əl-barmaq izləri götürülməklə yalnız aşağıdakılar tələb edilir: 2.23.1. şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında ərizə-anket (2 nömrəli əlavə); 2.23.2. şəxsiyyət vəsiqəsi; 2.23.3. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.23.4. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. 2.28. Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən və şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş dəyişdirilməyən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin vəsiqə təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş dəyişdirilə bilən məlumatlarda səhv müəyyənləşdirildikdə, vəsiqə səhv məlumatları daxil etmiş orqana təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.
4. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Yuxarıda adıçəkilən yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə əsas verir. İş materiallarında olan İddiaçı1 məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Z.Mehdiyev küçəsi, ev 10/47 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmış, xx.xx.2012-ci il tarixdə cavabdeh tərəfindən müvafiq vəsiqə verilmişdir. İddiaçı onun yaşayış yeri üzrə düzgün ünvana qeydiyyata alınmadığını və şəxsiyyət vəsiqəsində qeyd edilmiş ünvanda texniki xarakterli yanlışlığa yol verildiyini qeyd edərək onun yaşayış yerinin ünvan 9 ünvanında yerləşdiyini qeyd edir. Göründüyü kimi mübahisəli hal şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasına və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə əsas olan, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəddə qeyd olunan ünvanın cavabdeh tərəfindən düzgün müəyyən edilibedilməməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı iş üzrə zərurət yarandığından xx.xx.1960-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.1986-cı il təvəllüdlü İddiaçı2 yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatın verilməsi sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən tələb olunmuşdur. Sorğuya cavab olaraq məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinin arayışından görünür ki, xx.xx.1960-cı ildə Cəbrayıl rayonunda doğulmuş İddiaçı1 Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Z.Mehdiyev küçəsi, ev 10/47 ünvanında qeydiyyatdadır. Sorğuya cavab olaraq həmçinin məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinin arayışından görünür ki, xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı2n Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 47 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı həmçinin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 47B, 1b/47, 47 və 10/47 nömrəli evlərin ev kitabçalarının təsdiq edilmiş surəti sorğu əsasında Binəqədi rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyindən tələb edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin ev kitabçasının təsdiq olunmuş surətini, həmçinin İddiaçı1 (xx.xx.1960), İddiaçı2 (xx.xx.1986) ünvan 11 ünvanına və X8 (xx.xx.1960) ünvan 12 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Binəqədi rayon Polis İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş 06 mart 2021-ci il tarixli məktubda qeydiyyata alınma barədə əsasverici sənədlərin saxlama müddətinin bitdiyindən təqdim olunmasının imkan xaricində olduğu, sözügedən fərdi yaşayış evinin ev kitabçasının QMV-nin arxivində saxlanıldığı bildirlmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X13 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim olunan sorğuya cavabda Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində 47b, 1b/47, 47 və 10/47 ünvanlara dair nümayəndəlikdə ev kitablarının mövcud olmadığı, Zeynalovların qeydiyyatda olduğu ünvanın nümayəndəlikdə olan ev kitabında 1b/47a kimi qeyd olunduğu bildirilmişdir. Sorğuya cavab olaraq Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Mehdiyev küçəsi, ev 1b/47a (əvvəlki adı Kirov qəs, Vorovskiy küçəsi) ünvanının ev dəftərinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Həmin dəftərə əsasən X17, X5, Zeynalova Fəridə, Zeynalova Səbinə, X6, X9 qeyd olunan ünvanda pasport qeydiyyatında olduqları müəyyən edilir. Məhkəmə araşdırması zamanı həmçinin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 47B, 1b/47, 47 və 10/47 nömrəli ünvanların eyni evə aid olubolmamasının müəyyənləşdirilməsi, həmçinin yerində müayinə edilməklə iddiaçıların qeydiyyata düşmək istədikləri evin ünvanı barədə rəyin məhkəməyə təqdim olunması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanan 20 aprel 2021-ci il tarixli cavab məktubunda qeyd olunanlardan müəyyən edilir ki, vətəndaşla birgə idarənin mütəxəssisləri tərəfindən həmin ərazidə araşdırma nəticəsində müəyyən edilmişdir ki, Koroğlu küçəsi, 47 və 10/47 ünvanlar bir evə, Koroğlu küçəsi, 47B ünvan digər evə aiddir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yeni qaydalara uyğun olaraq Koroğlu küçəsi, 47 və 10/47 nömrəli evin girişinə Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, Park küçəsi, 53, Koroğlu küçəsi, 47B nömrəli evin girişinə ünvan 14 ünvanları təyin edilmişdir. ünvan 15 ünvanı müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı 3-cü şəxs X16 məhkəmə iclasnda verdiyi izahatından müəyyən olunur ki, İddiaçı1 onu qardaşının arvadı, İddiaçı2 qardaşı oğludur. Həmin şəxslər ünvan 16 ünvanda faktiki yaşayırlar, lakin mənzillərinin girişi müstəqil girişlərdən ibarət olmaqla biri-digərinə heç bir maneə yaratmır və iddiaçıların sözügedən ünvana qeydiyyata düşmələrinə heç bir etirazı yoxdur. X1 tərəfindən verilən ərizədən görünür ki, övladları X4 və X2 ünvan 16 ünvanına qeydiyyata deüşməsinə etiraz etmir. İş materiallarından həmçinin müəyyən edilir ki, ünvan 16 ünvanda qeydiyyatda olan X7, X10, X16 iddiaçıların həmin mənzilə qeydiyyata düşmələrinə etiraz etmirlər. Qeyd olunanlardan əlavə həmçinin 3-cü şəxs tərəfindən məhkəməyə təqdim olunan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, mübahisə edilən ünvan X8 mərhum atası X11 adına hüquqi qeydiyyata alınmışdır. İddiaçılardan İddiaçı1 mərhumun gəlini, İddiaçı2 nəvəsi olmuşdur. Göründüyü kimi iddiaçıların hal-hazırda faktiki yaşadıqları ünvanın ünvan 17 sahəsi ilə üst-üstə düşür və bağlılığı tam sübuta yetirilir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması zamanı qeydiyyat ünvanının ünvan 18 qəsəbəsi, Koroğlu küçəsi, ev 47 ünvanı kimi göstərilməsinin texniki xarakterli yanlışlıq olması barədə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslar iş materialları ilə təsdiq olunur. Məhkəmə “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsini zəruri hesab edərək, bununla əlaqədar olaraq qeyd edir ki, Qanunun məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanın düzgün müəyyənləşdirilməsi şəxsin hüquq və azadlıqlarının müdafiəsi baxımından əlavə, şəxsin dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi baxımından da əhəmiyyət daşıdığından məhkəmə hesab edir ki, şəxsin yaşadığı ünvan üzrə qeydiyyatında səhvin aradan qaldırılması zərurəti mövcudddur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxslərin ünvan 19 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı1, İddiaçı2 iddiası təmin edilsin. İddiaçı1 verilən AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin ünvan hissəsində ünvan 2ata düzəliş edilərək Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 47B kimi yazılması, İddiaçı2 verilən AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin ünvan hissəsində ünvan 3zəliş edilərək Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 47B kimi yazılması və azyaşlı, xx.xx.2016-cı il təvəllüdlü X3 verilmiş 11366193 nömrəli şəxsiyyət vəsiqəsinin ünvan hissəsində ünvan 3zəliş edilərək Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 47B kimi yazılması vəzifəsi cavabdeh Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Mədətli