Məhkəmə qərarları › İş №2-1(112)-2994/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2994/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2994/2025 03.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 03 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh iddiaçının güzəştli iş stajının yetərli olmamasını əsas gətirərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 yaşının kifayət etməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı yaşının kifayət etməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla, xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı yaşının kifayət etməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ona ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur və xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə kimi Əsgəri Xidmətdə olmuşdur. (2 il 18 gün). xx.xx.1984-cü ildən (əmr .xx.xx.1984 -cü il №152№li) xx.xx.1987-cü ilə kimi (əmr №79, xx.xx.1987-ci il)-X5 Nazirliyinin SSRİ Ali Xüsusi məktəbdə müxtəlif işlər üzrə 2-ci dərəcəli fəhlə peşəsində işləmişdir .(2 il 9 ay 13 gün ) xx.xx.1987-ci ildən (əmr № 33 ,xx.xx.1987-ci il) xx.xx.1988-ci ilə kimi(əmr№04) Azərbaycan Dəmir Yolu Bakı şöbəsinin Baş Ələt stansiyasında -3-cü dərəcəli fəhlə peşəsində işləmişdir (1 il 1 ay 12 gün), xx.xx.1989-cu ildən (əmr № 44 ) xx.xx.1989-cu ilə kimi (əmr № 90,xx.xx.1989) “Azərbaycan Boru Mantaj” Trestinin Bakı şöbəsində 3-cü dərəcəli təmirçi- mantajçı peşəsində işləmişdir. ( 5 ay 22 gün). xx.xx.1990-cı ildən (əmr xx.xx.1990) xx.xx.1990-cı ilə kimi (əmr № 24, xx.xx.1990) “Azərbaycan Boru Mantaj” Trestinin Bakı şöbəsində işləmişdir ( 5 ay ), xx.xx.1990-cı ildə (əmr № 218/k xx.xx.1990) xx.xx.1993-cü ilə kimi (əmr №143 ,xx.xx.1993) avtovakzal kafesində işləmişdir. ( 2 il 3 ay 12 gün) xx.xx.1993-cü ildən (əmr № 156 , 10.03.93 ) 24.12.193-cü ilə kimi (əmr №228 24.12.93) Şəhərlər arası avtomobil Birliyində Kafe müdiri vəzifəsində işləmişdir (4 ay 15 gün), xx.xx.2005-ci ildən (əmr № 54,xx.xx.2005) xx.xx.2010-cü ilə kimi (Əmr №3 xx.xx.2010) Bakı Şəhər İcra Hakimiyyətinin İnzibati Xidmət obyektində avtoyükləyici peşəsində işləmişdir (5 il 10 ay), xx.xx.2010-cı ildən (əmr “441,xx.xx.2010) xx.xx.2014-cü ilə kimi (Əmr № 64/k xx.xx.2014-cü il) Dövlət Neft Şirkəti (X2 ) Qobustan Nəqliyyat İdarəsi “ 1 saylı avtomobil dəstəsində quyularm sementlənməsi üzrə 6-cı dərəcəli maşinist peşəsindı işləmişdir, ” xx.xx.2014-cü ildə başqa işəgötürənlə əmək müqaviləsi bağlamışdır (3 il 6 ay 21 gün), xx.xx.2014-cü ildə (Əmr № 465k , xx.xx.2014 ) xx.xx.2014-cü ilə kimi 8 saylı Texnoloji nəqliyyat bölümnün 1 saylı avtmobil dəsətəsi 6-cı dərəcəli quyularm sementlənməsi peşəsində işləmişdir (5 ay 12 gün), xx.xx.2014-cü ildən (əmr № 142-K , xx.xx.2014 ) xx.xx.2020-cı ilə kimi (əmr № 84/k xx.xx.2020) ADNŞ-nin 6 saylı Nəqliyyat Departamentində 6-cı dərəcəli quyuların sementlənməsi peşəsində, ( 6 il ), xx.xx.2020-ci ildən (Əmr № 1726) xx.xx.2020-ci ilə kimi (Əmr №2073,xx.xx.2020) SOCAR Nəqliyyat İdarəsində quyuların sementlənməsi peşəsində (2 ay 22 gün), xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə kimi AzNeft İB-də quyuların sementlənməsi peşəsində işləmişdir ( 7 ay), xx.xx.2022-ci ildən hazırk vaxta kimi Socar “Azneft” İB-nin 28 May Neftqaz çıxarma İdarəsində işləyir ( 1 il 10 ay ). Qeyd olunanlara əsasən hazırkı vaxta kimi 30 ildən çox əmək stajı vardır və həmin stajın 12 il 07 ayından çoxu zərərli iş sahəsinə aiddir. Belə ki , SOCAR-ın 58 saylı xx.xx.2024 -cı il tarixli güzəştli arxiv arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci 1 tarixi 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların , peşələrin , vəzifələrin və göstəricilərin Siyahısının 10.2-ci bəndinin “a” bəndinə əsasən” - xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə kimi işlədiyi peşə zərərli sahədə əmək stajı -10 aydır,- xx.xx.2022- xx.xx.2022-ci ilə kimi – 1 ay 09 gün,- xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü ilə kimi - 03 il 05 ay 22 gün, -xx.xx.2014-cü ildən xx.xx.2020-ci il tarixə - 06 il 01 ay 07 gün. SOCAR-ın 14-2-18/2-R-xx-xx/2024 saylı 02.may 2024-cü il tarixli arayışına əsasən xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə kimi işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci 1 tarixi 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların , peşələrin , vəzifələrin və göstəricilərin Siyahısının 10.2-ci bəndinə əsasən ” Quyuların sementlənməsi üzrə maşinist peşəsi zərərli sahəyə aiddir - xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə kimi işlədiyi peşə - 5 ay 13 gün. SOCAR-ın 14-2-1-7/3-9-48 №-li xx.xx.2024-cü il tarixli “Şəxsin güzəştli şərrtlə əmək pensiyası hüquqi verən işdə çalışmasına dair Arayışına” əsasən - 01 il 08 ay 18 gün stajı müəyyən edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur, iddiaçı A.X3 təqdim etdiyi “SOCAR “Azneft ” İB-nin “28 May” NQÇİ-nin xx.xx.2024-cü il tarixli 14-2-1-7/3-9-48/2024 nömrəli arayışında xx.xx.2022-ci il tarixdən bugünədək sözügedən müəssisədə texnoloji boru kəmərlərinin quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının arayışda istinad olunan, işlədiyi sahə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Eyni zamanda 01 yanvar 2006-cı il tarixindən bu günədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2020-ci ilin dekabr, 2023-cü ilin mart, noyabr, 2024-cü ilin iyul ayları (ümumilikdə 4 ay) üzrə fərdi hesabın sığorta hissəsində öz əksini tapmadığından həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Lakin, sözügedən dövrlər güzəştli iş stajına daxil edilsə belə, güzəştli iş stajı 12 il 6 aydan az təşkil edəcəkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 10 ay 8 gün (xx.xx.2010- xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2014xx.xx.2020-ci il, xx.xx.2020- xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (103)-1040/2024 nömrəli qərarında məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd etmişdir ki, məhkəmələr is verlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, islərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən İddiaçı güzəştli iş stajı mövcud olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: SOCAR “Azneft” İB “28 May” Neft və qazçıxarma idarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “28 May” NQÇİ-nin Dəniz neft-mədən hidrotexniki qurğular sahəsinin (DNMHQS) Texnoloji boru kəmərlərinə xidmət sahəsinin texnoloji boru kəmərlərinin quraşdırıcısı İddiaçı xx.xx.2022-ci il tarixdə “28 May” NQÇİ-nin Neft qazçıxarma üzrə 13 saylı dərin dəniz özülündə nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə İstismar avadanlıqları sahəsinin Boru kəmərlərinin xidmət sahəsində texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22 avqust 2002-ci il tarixli 137 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı və Nazirliyin Kollegiyasının 04 dekabr 2002-ci il tarixli 15-4 nömrəli qərarı ilə təsdiq etdiyi “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”na uyğun olaraq aparılmış iş yerlərinin attestasiyanın nəticələrinə əsasən nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində çalışdığı dövrdə (xx.xx.2022-xx.xx.2022) İddiaçı tarif maaşına 1,04 artım əmsalı tətbiq edilmiş, texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində çalışdığı dövrdə (xx.xx.2022- xx.xx.2025) isə heç bir artım əmsalı tətbiq edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı”na əsasən İddiaçı nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində çalışdığı dövrdə ona əlavə məzuniyyət verilməmiş, texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində çalışdığı dövrdə isə hər iş ili üçün əmək şəraitinə görə 6 (altı) gün əlavə məzuniyyət verilmişdir. Əlavə olaraq, İddiaçı 02 il 04 ay 27 gün iş təcrübəsinə malik olduğu nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər və texnoloji boru kəmərlərinin quraşdırıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2-ci bəndinə uyğun olaraq “neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarətölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə çilingərlər” və 29-cu bəndinə uyğun olaraq “texnoloji boru kəmərlərinin quraşdırıcılar peşələri ilə uyğunluq təşkil edir. Hər iki peşə üzrə vəzifə təlimatları əlavədə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İş materiallarından görünür ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə ümumi stajı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtina məktubunda, etirazında yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının kifayət qədər olaması və müəyyən dövr üzrə işlədiyi vəzifələrin arayışlarda istinad edilmiş vəzifələrə aid olmamasıdır. İddiaçının 60 yaşı xx.xx.2024-cü il tarixdə tamam olur. Cavabdehin həmin tarixədək nəzərə aldığı güzəştli iş stajı 10 il 10 ay 8 gündür (xx.xx.2010-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər). Beləliklə, iddiaçıya pensiya təyin edilməsi üçün lazım olan güzəştli iş stajı 1 il 7 ay 22 gün təşkil edir. Hazırkı iddia tələbi ilə iddiaçı ona xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmənin qeyd edir ki, iddiaçının 60 yaşı tamam olduqdan sonra yuxarıda qeyd olunan şərtlərin ödəndiyi (yəni ümumi və xüsusi stajının tamam olduğu) vaxtdan pensiya hüququnun yaranması qanunvericiklə uyğunsuzluq təşkil etmir və bunu istisna edən hər hansı müddəa mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. SOCAR “Azneft” İB “28 May” Neft və qazçıxarma idarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “28 May” NQÇİ-nin Dəniz neft-mədən hidrotexniki qurğular sahəsinin (DNMHQS) Texnoloji boru kəmərlərinə xidmət sahəsinin texnoloji boru kəmərlərinin quraşdırıcısı İddiaçı xx.xx.2022-ci il tarixdə “28 May” NQÇİ-nin Neft qazçıxarma üzrə 13 saylı dərin dəniz özülündə nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə İstismar avadanlıqları sahəsinin Boru kəmərlərinin xidmət sahəsində texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” 22 avqust 2002-ci il tarixli 137 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı və Nazirliyin Kollegiyasının 04 dekabr 2002-ci il tarixli 15-4 nömrəli qərarı ilə təsdiq etdiyi “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”na uyğun olaraq aparılmış iş yerlərinin attestasiyanın nəticələrinə əsasən nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində çalışdığı dövrdə (xx.xx.2022-xx.xx.2022) İddiaçı tarif maaşına 1,04 artım əmsalı tətbiq edilmiş, texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində çalışdığı dövrdə (xx.xx.2022- xx.xx.2025) isə heç bir artım əmsalı tətbiq edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı”na əsasən İddiaçı nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində çalışdığı dövrdə ona əlavə məzuniyyət verilməmiş, texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsində çalışdığı dövrdə isə hər iş ili üçün əmək şəraitinə görə 6 (altı) gün əlavə məzuniyyət verilmişdir. Əlavə olaraq, İddiaçı 02 il 04 ay 27 gün iş təcrübəsinə malik olduğu nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər və texnoloji boru kəmərlərinin quraşdırıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.2-ci bəndinə uyğun olaraq “neft mədənlərində, neftin saxlanılması və ötürülməsi sahəsində nəzarətölçü cihazları və avtomatika qurğularının təmiri və xidməti işləri ilə məşğul olan nəzarətölçü cihazları və avtomatika üzrə çilingərlər” və 29-cu bəndinə uyğun olaraq “texnoloji boru kəmərlərinin quraşdırıcılar peşələri ilə uyğunluq təşkil edir. Hər iki peşə üzrə vəzifə təlimatları əlavədə təqdim edilmişdir. Göründüyü kimi məhkəməyə təqdim edilən məlumata əsasən iddiaçının xx.xx.2022xx.xx.2025 müddəti ərzində iş stajı 02 il 04 ay 27 gün təşkil edir və bu müddətdə işlədiyi peşələr müvafiq siyahıya əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri də geniş formada açıqlanmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il müddətinin (1 ay 10 gün) güzəştli iş stajı kimi hesablandığını və iddiaçının xx.xx.2024-cü il tarixdən pensiyasının təyin edilməsini xahiş etdiyini (xx.xx.2024-xx.xx.2025-3 ay 26 gün) nəzərə alaraq 02 il 04 ay 27 gün stajdan qalan 1 il 11 ay 21 gün staj ilə iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən cavabdeh tərəfindən staja daxil edilməmiş 4 ay müddət çıxılsa belə 12 il 6 ay güzəştli iş stajını tamamlanır. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 60 yaşının tamam olduqdan sonrakı xx.xx.2024-cü il tarixə qədər ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar