Məhkəmə qərarları › İş №2-1(112)-2995/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2995/2022

07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2995/2022 07.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkili X3 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 26 saylı vəkil bürosunda vəkil işləyir) iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qаrşı «iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1053 nömrəli Sərəncamı ilə Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində şəhid anası - Ağabacı Cəfərovaya əlavə olunan sxem üzrə köşk qoyulması üçün torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla ayrılmış torpaq sahəsinə Əzizbəyov rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri tərəfindən yerləşmə cizgisi tərtib olunmuşdur. Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 210 nömrəli Sərəncamına əsasən Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1053 nömrəli sərəncamında dəyişiklik edilərək Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən köşkün X4 tərəfindən istifadə edilməsinə icazə verilmişdir. Həmçinin, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 18 nömrəli Sərəncamı ilə isə ona məxsus qeyd olunan ünvanda yerləşən köşkün rekonstruksiya edilib yenidən tikilərək alqı-satqı fəaliyyəti ilə məşğul olmağına icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2014-cü il tarixli, 0164 nömrəli Əmri ilə təsdiq edilmiş formaya uyğun sifarişçinin, podratçının və layihəçinin iştirakı ilə “İstismara hazırlıq aktı” tərtib edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin 4-cü ərazi X9 İdarəsinin 24 iyun 2021-ci il tarixli 37/Ə-00750 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış obyektinin yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi haqqında tərtib olunan xx.xx.2021-ci il tarixli, 002 nömrəli Akta əsasən obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.01-89 “Yaşayış binaları” TN və Q-nın 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının, “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğundur. Bunlardan əlavə "xxxx" MMC tərəfindən həmin qeyri-yaşayış obyektinin memarlıq-planlaşdırma həlli tərtib edilmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən əmlak birmərtəbəli ayrıca tikili olmaqla qeyri-yaşayış binasıdır və məktəb ilə həmsərhəddir. Həmçinin, elektron kadastr məlumat bazasına əsasən qeyri-yaşayış binası ümumi istifadədə olan səkidə inşa edilmişdir. İddiaçı tərəfindən təqdim edilən Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1053 saylı sərəncamına əsasən Cəfərova Ağabacıya köşk qoyulması üçün torpaq sahəsi ayrılmışdır. Sonradan isə Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 210 saylı sərəncamı ilə qeyd edilən ünvanda yerləşən köşkün X4 tərəfindən istifadə edilməsinə icazə verilmişdir. Bundan əlavə, göstərilən qeyri-yaşayış binası üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər (tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə) təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə vətəndaşa **********70 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. İddiaçının vəkili və nümayəndəsi A.Nurməhəmməd iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının vəkilinin çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Аzərbаycаn Rеspublikаsı Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin 4-cü ərazi X9 İdarəsinin 24 iyun 2021-ci il tarixli 002 nömrəli “ünvan 1 ünvanında yerləşən X2 məxsus qeyri-yaşayış obyektinin yangın təhlükəsizliyi tələblərinə cavab verməsi haqqında” aktına əsasən, ikintisi başa çatmış obyektə dair təqdim olunmuş sənədlər araşdırılmış və yerində yanğın-texniki müayinə keçirilərək müəyyən olunmuşdur ki, obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.01-89 “Yaşayış binaları” TN və Q-nın 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının, “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğundur. "xxxx" MMC X6 Sisteminin xx.xx.2021-ci ill tarixli 177 nömrəli təhvil təhsil aktına əsasən, normalara uyğun olaraq avtomatik yanğın siqnalizasiya sisteminin montaj işləri tam şəkildə yerinə yetirilmişdir. Sistem işlək vəziyyətdə sifarişçiyə (X2) təhvil verilmiş və sistemin iş prinsipi haqqında əlavə məlumat verilmişdir. Sistem işlək vəziyyətdə sifarişçiyə xx.xx.2021 tarixində təhvil verilmişdir. "xxxx" MMC-nin kabellərin və naqillərin izolyasiyasının ölçülməsi barədə xx.xx.2021ci il tarixli 855-KB nömrəli protokoluna əsasən, sözügedən obyektin kabel və naqillərinin izolyasiya müqaviməti qənaətbəxşdir. "xxxx" ASC Texniki Departamentin xx.xx.2012-ci il tarixli arayışına əsasən, iddiaçı həqiqətən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli TSH-12/1869 nömrəli texniki şərti yerinə yetirmişdir. Obyektin şəbəkəyə qoşulmasına etiraz edilmir. Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 18 nömrəli Sərəncamına əsasən, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən köşkün rekonstruksiya edilib yenidən tikilərək alqı-satqı fəaliyyəti ilə məşğul olmağına icazə verilmişdir. Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 210 saylı sərəncamına əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən köşkün X4 tərəfindən istifadə edilməsinə icazə verilmişdir. Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 1053 nömrəli Sərəncamına əsasən, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində X1 şəhid anası - Ağabacı Cəfərovaya əlavə olunan sxem üzrə köşk qoyulması üçün torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla ayrılmış torpaq sahəsinə Əzizbəyov rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri tərəfindən yerləşmə cizgisi tərtib olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin xx.xx.2014-cü il tarixli, 0164 nömrəli Əmri ilə təsdiq edilmiş formaya uyğun sifarişçinin, podratçının və layihəçinin iştirakı ilə tərtib olunan İstismara hazırlıq aktına əsasən, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində 1 mərtəbəli ticarət obyektində tikinti-quraşdırma işlərinin sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada yerinə yetirildiyi təsdiq edilmişdir. Daşınmaz Əmlakın İcbarı Sığortası haqqında BB seriyalı 575970 nömrəli Şəhadətnaməyə əsasən, sığortaçı qismində "xxxx" ASC, sığortalı qismində X4 olmaqla, sığorta müqaviləsi xx.xx.2021-ci il tarixdə qüvvəyə minir, xx.xx.2022-ci il tarixdə qüvvədən düşür. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubuna əsasən, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, sözügedən əmlak birmərtəbəli ayrıca tikili olmaqla qeyri-yaşayış binasıdır və məktəb ilə həmsərhəddir. Həmçinin, elektron kadastr məlumat bazasına əsasən qeyri-yaşayış binası ümumi istifadədə olan səkidə inşa edilmişdir. İddiaçı tərəfindən təqdim edilən Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 1053 saylı sərəncamına əsasən Cəfərova Ağabacıya köşk qoyulması üçün torpaq sahəsi ayrılmışdır. Sonradan isə Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-ci il tarixli 210 saylı sərəncamı ilə qeyd edilən ünvanda yerləşən köşkün X4 tərəfindən istifadə edilməsinə icazə verilmişdir. Bundan əlavə, göstərilən qeyriyaşayış binası üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər (tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə) təqdim edilməmişdir. İddiaçı sübut qismində məhkəməyə "xxxx" MMC tərəfindən tərtib olunan həmin qeyriyaşayış obyektinin memarlıq-planlaşdırma həllini təqdim etmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, şəhid ailəsidir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən qeyri-yaşayış binası Əzizbəyov rayon İcra Hakimiyyətinin sərəncamına əsasən iddiaçının istifadəsinə və yenidən tikilərək alqı-satqı müqaviləsi ilə məşğul olmasına icazə verilmişdir, "xxxx" MMC tərəfindən həmin qeyriyaşayış obyektinin memarlıq-planlaşdırma həlli tərtib edilmişdir, obyektdə tikintiquraşdırma işləri, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirilmişdir, iddiaçı istifadəsində olan torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir; Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; İşin faktiki hallarına əsasən iddiaçıya məxsus birmərtəbəli tikilini yenidən rekonstruksiya edilməsinə icazə yerli icra hakimiyyəti orqanı tərəfindən 2005-ci ildə verilmiş, tikilinin memarlıq planlaşdırma həlli yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş, istismara hazırlıq aktı verilmişdir. Habelə obyektdə tikinti-quraşdırma işləri, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirilmişdir. Məhkəmənin gəldiyi nəticəyə əsasən qeyd edilən hallar, eyni zamanda tikilinin (köşkün) iddiaçının istifadəsində olması, tikilinin istismarına icazə verilməsi, layihəsinin eskiz həllinin müvafiq dövlət orqanları ilə razılaşdırılması, obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirilməsi iddiaçının ərizəsində göstərilən tikilinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...” «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində yerləşən qeyriyaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar