Məhkəmə qərarları › İş №2-1(112)-2996/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2996/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2996/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), cavabdehin nümayəndəsi X2 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, iddiaçılar İddiaçı2, X3, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhum X8 məxsus olması barədə arayışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, X6, İddiaçı1 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq ünvan 1 ünvanda yerləşən 600 kv metr torpaq sahəsinin mərhum X8 məxsus olması barədə arayışın – çıxarışın iddiaçıların adına verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 xx.xx.2019-cu il tarixdə vəfat etmiş X7 vərəsələridirlər. Həmin şəxsin ölümü ilə bağlı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 20 nömrəli Notariat ofisində vərəsəlik işi açılmışdır. Bununla bağlı notarius tərəfindən xx.xx.2020-ci ildə cavabdehə müraciət edilərək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur. İddiaçılar da öz növbələrində cavabdehə müraciət edərək Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 600 kv metr torpaq sahəsinə iddiaçıların adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış verilməsini xahiş etsələr də müraciətə cavab verilməmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar araşdırma zamanı müəyyən edilmişdir ki, yerləşmə sxemində istinad və məsafələr qeyd edilməmişdir, həmçinin konfiqurasiya fərqi mövcuddur. Elektron kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin (6-10 kv) mühafizə zolağında yerləşir. Bundan əlavə qeyd edilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətinin 520 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamı ilə torpaq sahəsi mərhum X8 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. İddia tələbi isə İddiaçı2, İddiaçı3 və İddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlıdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışlar, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. İddiaçıların vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi N.Rzazadə məhkəmə iclasında iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslııdır. İş materiallarında olan: Binəqədi rayon İcra Hakimiyyətinin 520 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən X8 fərdi yaşayış evinin tikilməsi üçün Biləcəri qəsəbəsində 600 kv metr torpaq sahəsi ayrılmışdır. Cavabdehin iddiaçılara ünvanlanmış xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”ə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müraciətin təmin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi yerləşmə sxemində istinad və məsafələr qeyd edilməyib, konfiqurasiya fərqi mövcuddur, həmçinin torpaq sahəsinin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. “Doğum haqqında şəhadətnamə”lərin surətlərindən görünür ki, İddiaçı3 və X4 atası kimi X9 qeyd edilmişdir. “Nikah haqqında şəhadətnamə”nin surətinə əsasən iddiaçı xx.xx.1976-cı ildə X9 ilə nikaha daxil olmuşdur. “Ölüm haqqında şəhadətnamə”yə əsasən X9 xx.xx.2019-cu ildə vəfat etmişdir. ünvan 2 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubuna əsasən X5 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı İddiaçı2 və İddiaçı3 tərəfindən Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət daxil olmuşdur. X7 ölümü ilə əlaqədar xx.xx.2020-ci ildə vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Miras əmlakı tərkibində olan Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv metr torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 600 kv metr torpaq sahəsi 1980-cı ildə inşa edilmiş "xxxx" ASC-nin balansında olan transformator məntəqəsini qidalandıran 6 kv-luq elektrik hava xəttinin mühafizə zonasına düşür. Cavabdehin “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Məmmədov küçəsi, 32 saylı fərdi yaşayış evi Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 38 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən xx.xx.1992-ci ildə qeydiyyatdan keçmişdir. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq cavabdehin tərəfindən bildirilmişdir ki,ünvan 3 ünvanın qeydiyyatda alınmasına dair məlumat aşkar edilməmişdir, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğunda saxlanılan hüquqmüəyyənedici sənədlərin surətləri təqdim edilmişdir. Həmin sənədlərə əsasən ünvan 4-nin iddiaçılardan və X5 fərqli şəxslərin adına qeydiyyata alınmış, müxtəlif tarixlərdə iddiaçılardan və X5 fərqli şəxslər arasında alqı-satqı müqavilələri bağlanmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, Binəqədi rayon İcra Hakimiyyətinin 520 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən X8 fərdi yaşayış evinin tikilməsi üçün Biləcəri qəsəbəsində 600 kv metr torpaq sahəsi ayrılmışdır. Həmin şəxs xx.xx.2019-cu ildə vəfat etmişdir, o vəfat etdikdən sonra arvadı İddiaçı2 və qızı İddiaçı3 Bakı şəhəri 20 saylı notariat ofisinə miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişlər, daha sonra həm notarius, həm də iddiaçılar cavabdeh müraciət edərək miras əmlakı tərkibində olan Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv metr torpaq sahəsinə dair çıxarış veriməsini xahiş etsələr də müraciəti təmin edilməmişdir. Cavabdehin iddiaçılara ünvanlanmış xx.xx.2021ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”ə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə müraciətin təmin edilməsindəm imtinanın əsası kimi yerləşmə sxemində istinad və məsafələrin qeyd edilməməsi, konfiqurasiya fərqinin mövcud olması, həmçinin torpaq sahəsinin yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zolağında yerləşməsinin müəyyən edilməsi kimi göstərilmişdir. Hazırda iddiaçılar ünvan 1 ünvanda yerləşən 600 kv metr torpaq sahəsi üzərinə vərəsələri olduqları şəxs X7 hüquqlarının olmasına dair ölmüş adamın adına arayışın verilməsini tələb edirlər. Məhkəmə iddiaçıları aşağıda göstərilənlərə görə öz tələblərində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada verilmişdir, yəni özəlləşdirilmişdir. Həmin Əsasnamənin 6-cı bəndinə görə bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsində deyilir: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. İşin faktiki hallarına əsasən iddiaçıların qanun üzrə vərəsəsi olduqları X9 vəfat edənə qədər qanuni əsaslarla əsasən Binəqədi rayon İcra Hakimiyyəinin 520 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Biləcəri qəsəbəsində 600 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etmişdir, lakin həmin hüququ təsdiq edən çıxarış almadan ölmüşdür, odur ki, yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaların qeyd edilən əmlak üzərində mülkiyyət hüququnun ölmüş şəxs X8 məxsus olması barədə arayışı cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdehin etirazında göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydalarının” 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7ci bəndinə əsasın, Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)- 445/2021 nömrəli inzibati iş üzrə qəbul etdiyi qərarında əks olunmuş mövqeyinə əsasən “elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə Qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da onların xüsusi mülkiyyətdə olmasına heçbir qadağa yoxdur. Əksinə həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər”. Bundan başqa cavabdehin yerləşmə sxemində istinad və məsafələrin qeyd edilməməsi, konfiqurasiya fərqinin mövcud olması barədə cavabdehin qeyd etdiklərinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, cavabdeh konfiqurasiyadakı fərqin məhz nədən ibarət olmasını göstərməmişdir, bundan əlavə eyni zamanda əgər cavabdeh torpaq sahəsinin konfiqurasiyasındakı ziddiyyətə istinad edirsə o zaman belə nəticə hasil olur ki, torpaq sahəsinin koordinatları, o cümlədən istinad və məsafələr də artıq müəyyən edilmişdir. Məhkəmə qeyd edilən hallara da məcmu qiymət verməklə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarında əks olunmuş mövqeyinə əsaslanmaqla hesab edir ki, bağın bir hissəsinin elektrik hava xətttinin mühafizə zonasına düşməsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını heç bir halda məhdudlaşdırmır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilən əsasların iddiaçıya münasibətdə heç biri mövcud deyildir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanda yerləşən 600 kv metr torpaq sahəsinin mərhum X8 məxsus olması barədə arayışın iddiaçılar İddiaçı2, X1, İddiaçı1 adına verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən 600 kv metr torpaq sahəsinin mərhum X8 məxsus olması barədə arayışın iddiaçılar İddiaçı2, X1, İddiaçı1 adına verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar