Məhkəmə qərarları › İş №2-1(112)-2997/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2997/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2997/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh 20 nömrəli şəhər poliklinikasına qarşı “tibbi göndərişin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 nömrəli şəhər poliklinikasının ona əlilliyin qiyməndəndirilməsi üçün göndərişlərin verilməsindən imtinaya dair xx.xx.2023-cü il tarixli 150 saylı aktının etibarsız hesab edilməsi, Lipid mübadiləsinin pozulması nəticəsində yaranan xəstəliklər yəni mübadilənin pozulması nəticəsində yaranan məhsulların hüceyrə daxilində və ya qanda toplanması ilə yaranan xəstəliklər Əvvəlki və ya yeni qüvvəyə minmiş qanuna əsasən irsi və ya genetik xəstəliklərdən olan qanda bəd xassəli trigliseridlərin normadan 1000 dəfə dən çox olmasının əlilliyin müəyyən olunması meyarlarında olan XBT-10 kodu ilə düzgün müəyyən olunaraq tibbi göndərişin (Forma 88) verilməsi vəzifəsinin 20 nömrəli şəhər poliklinikasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, səhhətində yaranmış problem səbəbindən 2017-ci ildə həkimə müraciət etmiş və müayinədən sonra qanda olan triqliseridlərin səviyyəsinin normada 130-200 olduğu halda məndə həddindən artıq yüksək 1300 olması müəyyən edilmişdir. 3 illik daimi mütəmadi olaraq ciddi nəzarət altında olan müalicədən sonra xx.xx.2020-ci ildə Mərkəzi Klinikada Azərbaycan Kardiologiya Cəmiyyətinin Türk Kardioloji Cəmiyyətinin və Avropa Kardioloqlar Cəmiyyətinin üzvü, X5 Assosiasiyasının Prezidenti, əməkdar həkim FESC X7 İbrahimov 3 illik ciddi yoxlanışından sonra xx.xx.2020-ci ildə xəstəliyinin irsi hipertriqliseridemiya diaqnozu olduğunu müəyyən etdi və ömürlük dərman qəbul edəcəyini rəsmi olaraq təsdiq etdi. 2020-ci il tarixdə bu xəstəliyin irsi olduğunu bildi və qeydiyyatda olduğu ərazi üzrə cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" X6 20 nömrəli Şəhər poliklinikasında rəsmi qeydiyyatdan keçmişdir. O vaxtdan mütəmadi olaraq həkim nəzarətində müalicə almağına baxmayaraq hətta müalicələr olunsa da xəstəliyi daha da ağırlaşmışdır. Bu günə qədər 20 nömrəli Şəhər poliklinikası rəsmi olaraq bir çox səhiyyə institutlarına göndərişlər vermiş və həmin səhiyyə institutları da xəstəliyinin anadangəlmə olduğunu və getdikcə orqanizmdə fəsadlar verdiyini təsdiq edərək ayrı-ayrı diaqnozlar müəyyən etmişlər. Lakin uzun illərdir aparılmış müalicələr və müayinələrdən sonra Cavabdeh xəstəliyinin çox nadir hallarda olduğunu və bununla bağlı iş təcrübələrində indiyə qədər belə bir xəstələrinin olmadığını nəzərə alaraq əlilliyin qiymətdəndirilməsi üçün göndərişlərin verilməsindən imtinaya dair xx.xx.2023-cü il tarixli 150 saylı akt tərtib etdilər. Həmin akta əsasən xəstəliyinin olmasını təsdiq edirlər, lakin xəstəliyinə həkimlər tərəfindən müəyyən olunan kodların heç birinin əlilliyin müəyyən olunması meyarlarında qeyd olunmuş tibbi göndərişlərin siyahısında olmadığından tibbi göndəriş (Forma 88) verə bilmədiklərini bildirirlər. X4 və Amerika Kardioloqlar Cəmiyyətinin qanda xolesterinin səviyyəsi ilə bağlı verdiyi təlimatlar və 2011-ci ildə X3 verdiyi bəyanata əsasən qanda triqliseridlərin səviyyəsi >500 mq/dL və daha yüksək olan xəstələrin müalicəsi farmakoterapiva (dərmanların qarşılıqlı və əlavə təsirləri haqqında elm) ilə aparılması tövsiyə edilir.Həyat tərzinin modifikasiyasına müalicənin mühüm tərkib hissəsi olaraq qalır. Lakin nəzərə almaq lazımdır ki, irsi faktorlar səbəbindən inkişaf edən hipertriqliseridemiya heç də həmişə pəhriz, fiziki aktivlik və balıq yağı ilə müalicəyə tabe olmaya bilər. Yanaşı ürək-damar xəstəliyi və ya diabeti olan xəstələrdə, statin preparatları ilə müalicəyə əlavə olaraq, triqliseridlərin səviyyəsinin azaldılması məqsədilə fibratlar (triqliseridlərin səviyyəsini 30%-50%-dən azalda bilir) və tərkibində eykosapentaenoik turşusu və/və ya dokosaheksaenoik turşusu olan omeqa-3 yağ turşuları (10%-40%-dək azalda bilir) ilə terapiya aparılmalıdır. Tədqiqatlar göstərir ki, qanda triqliseridlərin səviyyəsi <150 mq/dL-dən az olan xəstələrlə müqayisədə qanda triqliseridlərin səviyyəsi >200 mq/dL-dən çox olan xəstələrdə ürək-damar xəstəlikləri səbəbindən ölüm riski 25% çoxdur. Qarışıq hiperlipidemiya və disbetalipoproteinemiya (bu hallar hipertriqliseridemiya ilə müşayiət olunur) digər risk faktorlarla yanaşı xüsusilə yüksək aterogenliyə malik olan hallar hesab edilir. Cavabdehin ona əlilliyin qiyməndəndirilməsi üçün göndərişlərin verilməsindən imtinaya dair xx.xx.2023-cü il tarixli 150 saylı aktı tamamilə qanunsuzdur və əlillik təyin edilməsi hüququnu pozur. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsl cavabdeh 20 nömrəli şəhər poliklinikası ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “tibbi göndərişin (Forma 88) göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının 20 saylı şəhər poliklinikasının üzərinə barədə qərar qəbul olunması” kimi dəyişdirilmişdir. Həkim Məsləhət Komissiyası tərəfindən əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin verilməsindən imtinaya dair 150 saylı xx.xx.2023-cü il tarixli aktından görünür ki, İddiaçı tibbi göndərişin təqdim edilməsindən imtina edilmişdir. İddiaçı tərəfindən məhkəməyə X1 tərəfindən təqdim edilmiş 1129 saylı xx.xx.2023cü il tarixli arayış, Milli Hematologiya və Tranfuziologiya Mərkəzi tərəfindən təqdim edilmiş 613 saylı xx.xx.2023-cü il tarixli tibbi arayış, Mərkəzi Klinika tərəfindən təqdim edilmiş “həkim məsləhəti” vərəqi, 20 saylı şəhər poliklinikası tərəfindən təqdim edilmiş ambulator və stasionar xəstənin tibbi kartasından çıxarışın və xəstəlik kağızının surəti təqdim edilmişdir. Mərkəzi Klinika tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli “həkim məsləhəti” vərəqindən görünür ki, İddiaçı irsi hipertrigliseridemiya xəstəliyi mövcuddur, davamlı olaraq fenofibratlarla müalicə almaq məcburiyyətindədir. X1 tərəfindən təqdim edilmiş 1129 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı diaqnozu E78.1 Həqiqi hiperxolesterinemiya, Həqiqi hipertrigliseridemiya; E11.9 İnsulindən asılı olmayan şəkərli diabed; İ11.9 Arterial hipertoniya xəstəliyi İ dərəcə xəstəlikləri müəyyən edilmişdir. 20 nömrəli şəhər poliklikası tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 18-1- 1-26/2-86/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə 1982-ci il təvəllüdlü İddiaçı ambulator tibbi kartasından çıxarış məhkəməyə təqdim edilmişdir. 20 nömrəli Şəhər Poliklinikası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli ambulator kartadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, İddiaçı diaqnozu Z83.4 Ailəvi hiperxolesterinemiya, Ailə anamnezi ilə bağlı hipertrigliseridemiya; E11.9 İnsulindən asılı olmayan şəkərli diabed; İ11.9 hipertoniya xəstəliyi İ dərəcə xəstəlikləri müəyyən edilmişdir. Xəstəliyin başlanma tarixi xx.xx.2018-ci il. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü İddia öhdəliyin icrasına dair iddia növünə aiddir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasına əsasən: 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş günü İşin materialları ilə müəyyən edilir ki, iddiaçı hipertrigliseridemiya, İnsulindən asılı olmayan şəkərli diabed, hipertoniya kimi xəstəliklərdən əziyyət çəkir, 2020-ci il tarixdən davamlı müalicə olunmasına baxmayaraq cavabdeh qurum tərəfindən tibbi göndərişin verilməsindın imtina olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı barəsində tibbi göndərişin (Forma 88) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının 20 saylı şəhər poliklinikasının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar