Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2999/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Qarayeva Mehriban Cəfər qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Ləğv prosesində olan "xxxx" ASC 3-cü şəxs qismində göstərilməklə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (Ləğv prosesində olan "xxxx" ASC 3-cü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" ASC-nin hesabına ödədiyi ödədiyi ödənişlərə görə kompensasiya ödənilməsi və həmin kompensasiyanın və tərəfindən ödənilmiş 30 AZN dövlət rüsumunun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə arasında xx.xx.2015-cü il tarixi 213 saylı (avtomobil almaq üçün) 30 ay müddətinə 4000 ABŞ dollar məbləğində və xx.xx.2015ci il tarixi 214 saylı 30 ay müddətində 6200 ABŞ dolları (şəxsi mənzilin təmiri üçün) məbləğində kredit müqaviləsi bağlanmışdır. O, bankdan göstərilən miqdarda götürdüyü məbləği krediti müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyini faizlərinə uyğun tam şəkildə, vaxtında yerinə yetirmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəlik kimi əsas borcu faizləri ilə birlikdə ödəsə də, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən kompensasiyanın ödənilməsi Maliyyə Bazarlarının Nəzarət Palatasının internet informasiya sistemində öz əksini tapsa da, yəni ‘‘Zaminbank” ASC ilə onun arasında xx.xx.2015-cü il tarixi 213 saylı (avtomobil almaq üçün) 30 ay müddətinə 4000 ABŞ dollar məbləğində və xx.xx.2015-ci il tarixi 214 saylı 30 ay müddətində 6200 ABŞ dolları (şəxsi mənzilin təmiri üçün) məbləğində kredit müqavilələrinə görə 2364.60 AZN və 2677.20 AZN, cəmi 5041.80 AZN kompensasiya hesablansa da, daha sonra kompensasiyanın köçürüldüyü ödəniş kartının iddiaçı əldə olunacağı kredit təşkilatı kimi (poçt rabitəsinin milli operatoru) “Azərpoçt MMC” müəyyən olunsa da sonradan bu məlumatlar sistemdən silinmişdir. O, həmin kompensasiyanın ona ödənilməsi ilə bağlı Maliyyə Bazarlarının Nəzarət Palatasına şifahi və yazılı müraciətlər etsə də, ona yazılı və şifahi olaraq müraciətlərinin əsaslı olduğunu, lakin onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən təqdim olunan məlumatların düzgün olub-olmamasını müəyyən etmək mümkün olmaması, bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yarandığından məsələnin tam və hərtərəfli arşdırılıııası məqsədilə kompensasiyanın ödənilməsi məsələsinə baxlması üçün məhkəməyə müraciət etməli olduğu tövsiyyə olunmuşdur. "xxxx" ASC ilə arasında xx.xx.2015-ci il tarixi 213 saylı (avtomobil almaq üçün) 30 ay müddətinə 4000 ABŞ dollar məbləğində və xx.xx.2015-ci il tarixi 214 saylı 30 ay müddətində 6200 ABŞ dolları (şəxsi mənzilin təmiri üçün) məbləğində kredit müqavilələrinə görə "xxxx" ASC-nin hesabına ödədiyi ödənişlər əldə etdiyi çıxarışlarda da öz əksini tapır. Bu səbəbdən ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixlində 4.000 ABŞ dolları və 6.200 ABŞ dolları dəyərində kredit müqavilələrinin bağlanması barədə qeydlər daxil edilmişdir. Lakin bu məlumatlar sistemə natamam ötürülmüş və həmin kredit müqavilələrinin icra statusu ilə bağlı məlumat Maliyyə Bazarlarında Nəzarət Palatasına ötürülmədiyindən iddiaçının adına hər hansı kompensasiya məbləği hesablanmamışdır. Hazırda ləğv prosesində olan "xxxx" ASC-nin ləvğedicisi Əmanətlərin Sığortalanması fondu tərəfindən məhkəməyə təqdim edilmiş arayışda göstərilmişdir ki, İddiaçı göstərilən hər iki kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. Beləliklə, İddiaçı qeyd edilən kredit müqavilələri üzrə hər hansı borc öhdəliklərinin olmamasını və Mərkəzi Bankın MKR və PK məlumat bazalarında olan sistem məlumatlarını nəzərə almaqla iddiaçının adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona Fərmanın 1.2-ci bəndinin tələbinə əsasən xx.xx.2015-ci il tarixli 4.000 ABŞ dolları dəyərində kredit müqaviləsi üzıə 2.364,60 manat və xx.xx.2015-ci il tarixli 6.200 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə 2.365,40 manat məbləğində kompensasiya məbləğinin hesablanmasına etiraz edilmir. İddiaçı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətlə prosessual qaydada tanış olduqdan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun adının «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona həmin Fərmanın 1.2-ci bəndinin tələbinə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə bağladığı 4.000 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə 2.364,60 manatın və xx.xx.2015-ci il tarixli 6.200 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə 2.366,40 manat kompensasiyasının hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı münasibətdə qeyd edilənlərə uyğun məzmunda izahat verdi və Mərkəzi Bankın iddiaya münasibətinin həmin münasibətdə qeyd edilən məzmunda qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 213 saylı kredit rrüqaviləsinə əsasən borcalana 30 (otuz) ay müddətinə qaytarılmaq şərti ilə, 6200 (altı min iki yüz) ABŞ dolları və xx.xx.2015-ci il tarixli 214 saylı kredit müqaviləsinə əsasən borcalana 30 (otuz) ay müddətinə qaytarılmaq şərti ilə, 4000 (dörd min) ABŞ dolları məbləğində kreditlər verilmişdir. xx.xx.2020-ci il tarixinə yuxarıda qeyd olunan müqavilələr üzrə İddiaçı ləğv prosesində olan "xxxx" ASC qarşısında borc öhdəliyi mövcud deyildir. İddiaçının yuxarıda qeyd olunan müqavilələr üzrə "xxxx" ASC-yə borcununun olmaması barədə məlumatlar tərəflərindən Mərkəzi Kredit Reyestrinə göndərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Şəki rayonu Baş Zəyziq kəndində doğulmuşdur. İş materiallarında olan 22 may 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2015-cü il tarixi 213 saylı (avtomobil almaq üçün) 30 ay müddətinə 4000 ABŞ dollar məbləğində və xx.xx.2015-ci il tarixi 214 saylı 30 ay müddətində 6200 ABŞ dolları (şəxsi mənzilin təmiri üçün) məbləğində kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən verilmiş **********487 saylı, 25 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, Ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 213 saylı kredit müqaviləsinə əsasən borcalana 30 (otuz) ay müddətinə qaytarılmaq şərti ilə, 6200 (altı min iki yüz) ABŞ dolları və xx.xx.2015-ci il tarixli 214 saylı kredit müqaviləsinə əsasən borcalana 30 (otuz) ay müddətinə qaytarılmaq şərti ilə, 4000 (dörd min) ABŞ dolları məbləğində kreditlər verilmişdir. xx.xx.2020-ci il tarixinə yuxarıda qeyd olunan müqavilələr üzrə İddiaçı ləğv prosesində olan "xxxx" ASC qarşısında borc öhdəliyi mövcud deyildir. İddiaçının yuxarıda qeyd olunan müqavilələr üzrə "xxxx" ASC-yə borcununun olmaması barədə məlumatlar tərəflərindən Mərkəzi Kredit Reyestrinə göndərilmişdir. İddiaçı tərəfindən həmin kredit müqaviləsi üzrə kompensasiyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına çoxsaylı müraciətlərin edilməsinə baxmayaraq, kompensasiyanın hesablanması ilə bağlı məsələnin müsbət həlli mümkün olmamış, yuxarıda göstərilmiş əsaslara görə ona imtina edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, xx.xx.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; 3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı adının «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona həmin Fərmanın tələblərinə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə bağladığı 4.000 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə 2.364,60 manatın və xx.xx.2015-ci il tarixli 6.200 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə 2.366,40 manat kompensasiyasının hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı adının «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona həmin Fərmanın tələblərinə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə bağladığı 4.000 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə 2.364,60 manatın və xx.xx.2015-ci il tarixli 6.200 ABŞ dolları dəyərində kredit müqaviləsi üzrə 2.366,40 manat kompensasiyasının hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2999/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2999/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver